İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 
XOCALI SOYQIRIMI İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLİB
[25 fevral 2009]
Erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi ən dəhşətli Xocalı soyqırım hadisəsindən 17 il ötür. Xocalı qurbanlarının xatirəsinə ucaldılan «Vətən Harayı» abidəsinin yerləşdiyi Xətai rayonunda faciəni yaşayanlarla rayon rəhbəriyinin görüşü keçirilib. | ətraflı oxu >>
QAZAXISTANDA XOCALI SOYQIRIMINI ANMA MƏRASİMİ KEÇİRİLİB
[25 fevral 2009]
Azərbaycanın Astanadakı səfirliyinin təşəbüsü ilə Qazaxıstanın İqtisadiyyat, maliyyə və beynəlxalq ticarət Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru, | ətraflı oxu >>
PREZİDENT İLHAM ƏLİYEV ABDULLAH GÜLƏ BAŞSAĞLIĞI TELEQRAMI GÖNDƏRİB
[25 fevral 2009]
Azərbaycan prezidenti İlham Əliyev “Türk Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin Amsterdam şəhərinin beynəlxalq hava limanında qəzaya uğraması və insan tələfatı ilə əlaqədar Türkiyə prezidenti Abdullah Gülə başsağlığı teleqramı göndərib. | ətraflı oxu >>
«XOCALI QƏTLİAMI. BU SON OLSUN!» ADLI QISAMETRAJLI FİLMİN TƏQDİMATI KEÇİRİLİB
[25 fevral 2009]
Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondu tərəfindən çəkilən filmin rejissoru Türkiyənin tanınmış sənətçisi, Berlin festivalının laureatı Korhan Yurtsevərdir. | ətraflı oxu >>
“XOCALI SOYQIRIMI YALNIZ AZƏRBAYCAN XALQINA DEYİL, BƏŞƏRİYYƏTƏ QARŞI YÖNƏLMİŞ ƏN AĞIR CİNAYƏTLƏRDƏN BİRİDİR”
[25 fevral 2009]
Bu fikir faciənin 17-ci ildönümü ilə bağlı Respublika Uşaq Təşkilatının təşəbbüsü ilə keçirilən anım mərasimində səslənib. | ətraflı oxu >>
DƏVƏÇİ RAYONUNUN ADININ ŞABRAN ADLANDIRILMASI İLƏ BAĞLI MÜZAKIRƏLƏR GÜNDƏMDƏDIR
[25 fevral 2009]
Dəvəçi rayonunun adının dəyişdirilərək Şabran adlandırılması ilə bağlı qanun layihəsi bu gün Milli Məclisin regional məsələlər daimi komissiyasının iclasında müzakirə olunub. | ətraflı oxu >>
BAKIDA YENİ MÜASİR İNCƏSƏNƏT MUZEY MƏRKƏZİ TİKİLƏCƏK
[25 fevral 2009]
MDB məkanında anoloqu olmayan İncəsənt Müzey mərkəzinin layihəsi dünyanın 10 ən məşhur memarından biri olan fransız Jan Nouvell tərəfindən hazırlanır. Bu gün Rəssamlar İttifaqında layihənin ilkin təqdimatı olub. | ətraflı oxu >>
TÜRKİYƏ HAVA YOLLARINA MƏXSUS BOİNQ-737 TİPLİ TƏYYARƏ HOLLANDİYANIN AMSTERDAM ŞƏHƏRİNDƏ QƏZAYA UĞRAYIB
[25 fevral 2009]
İçərisində 135 nəfərin olduğu təyyarədə qəza zamanı ölən və xəsarət alanların olduğu bildirilir. Lakin ölü və yaralı sayının artacağı ehtimalı var. Qeyd edək ki, | ətraflı oxu >>
TÜRKİYƏ DAXİLİ İŞLƏR NAZİRLİYİ BAŞ POLİS İDARƏSİNİN XÜSUSİ ƏMƏLİYYATLAR DAİRƏSİNİN RƏİSİ BEHCƏT OKTAY İNTİHAR EDİB
[25 fevral 2009]
Türkiyə mətbuatının məlumatına görə, Behcət Oktay öz avtomobilində tapançası ilə başına atəş açıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. | ətraflı oxu >>
RABİTƏ BANKIN ŞƏKİ FİLİALININ DİREKTORU İNTİHAR EDİB
[25 fevral 2009]
Bu səhər saat 10-11 radələrində Rabitə Bankın Şəki filialının direktoru 48 yaşlı Namiq Arif oğlu Musayev, evində özünü asaraq intihar edib. Şəki rayon prokrorluğunun müstəntiqi Tural Kəmirovun bölgə müxbirimizə verdiyi məlumatına görə, faktla bağlı istintaq aparılır. Hadisənin səbəbi hələləlik məlum deyil. /İctimai TV/
RUSİYA PREZİDENTİ ADMİNİSTRASİYASI RƏHBƏRİNİN SABAH BAKIYA İKİGÜNLÜK SƏFƏRƏ GƏLƏCƏYİ GÖZLƏNİLİR
[25 fevral 2009]
Rusiya prezidenti administrasiyasının rəhbəri Sergey Narışkinin rəhbərlik etdiyi geniş nümayəndə heyətinin sabah Bakıya ikigünlük səfərə gələcəyi gözlənilir. | ətraflı oxu >>
SVERDLOVSK VİLAYƏTİNDƏ BAŞ VERƏN YANĞINDA 8 NƏFƏR HƏLAK OLUB
[25 fevral 2009]
Rusiyanın Sverdlovsk vilayətində birmərtəbəli 4 mənzilli evdə yanğın baş verib.Kamışlovsk rayonunun Obuxovsk qəsəbəsində gecə yerli vaxtla saat 3 radələrində baş verən yanğın nəticəsində 8 nəfər həlak olub, | ətraflı oxu >>
AVROPA İTTİFAQINDAN BELORUSA SƏRT MESAJ
[25 fevral 2009]
Belorus Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanısa, Avropa İttifaqının “Şərq əməkdaşlığı” proqramına qəbul edilən zaman ciddi problemlərlə üzləşəcək. Bu bəyanatın müəllifi Avropa İttifaqına sədrlik edən Çexiyanın xarici işlər naziri Karel Şvartsenberqdir. | ətraflı oxu >>
BU GÜN TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNDƏ XOCALI SOYQIRIMI İLƏ BAĞLI DİNLƏMƏLƏR KEÇİRİLƏCƏYİ GÖZLƏNLİR
[25 fevral 2009]
Millət vəkilləri ermənilərin Azərbaycanda və Türkiyədə törətdikləri qətliamlar, eləcə də Azərbaycan ərazilərinin indiyədək işğal altında saxlanılması barədə müzakirələr aparacaqlar. | ətraflı oxu >>
ERMƏNiLƏR ATƏŞKƏSi YENiDƏN POZDULAR
[25 fevral 2009]
Ermənistan odusunun bölmələri dünən Noyemberyan rayonu Voskepar kəndindən Qazağın Aşağı Əskipara kəndi , eləcə də Tərtərin Seysulan kəndindən, Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdən və Tapqaraqoyunlu kəndindən, | ətraflı oxu >>
XOCLI FACİƏSİNİN 17-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI TİFLİSDƏ TƏDBİR KEÇİRİLB
[25 fevral 2009]
Xoclı faciəsinin 17-ci ildönümü ilə bağlı Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyət muzeyində tədbir keçirilib. Soyqırım təşkilatçılarının insanlığa qarşı yönəldilmiş vəhşilik əməllərinin qəti şəkildə pisləndiyi bu | ətraflı oxu >>
KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[25 fevral 2009]
Mingəçevir şəhərində qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 24 yaşlı Oqtay Fətəliyev münaqişə zəminində həmyerlisi 23 yaşlı Seymur Qocayevi bıçaqla öldürüb. Hadisəni törədən şəxs tutulub. | ətraflı oxu >>
TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNDƏ QALMAQAL BAŞ VERİB
[25 fevral 2009]
Demokratik Toplum Partiyasının rəhbəri Əhməd Turk parlamentdəki çıxışını kürd dillində edib. TRT telekanalıyla canlı yayımlanan iclas bu hadisədən sonra dayandırılıb. Telekanalın aparıcısı Türkiyə qanunlarına əsasən Böyük Millət Məclisində siyasətçilərin yalnız türk dilində nitq söyləyə biləcəyini bəyan edib. | ətraflı oxu >>
DMİTRİ MEDVEDEV PREZİDENT APARATINDA ÇALIŞAN 100-Ə QADƏR İŞÇİNİ İXTİSARA SALIB
[25 fevral 2009]
Rusiyanın dövlət başçısı Dmitri Medvedevin imzaladığı sərəncamla martın 2-dən işdən çıxarılan şəxslərə alternativ variantlar təklif olunacaq. İxtisarların hələ də davam etdiriləcəyini deyən | ətraflı oxu >>
ABŞ-IN DÖVLƏT KATİBİ HİLLARİ KLİNTONUN TÜRKİYƏLİ HƏMKARI ƏLİ BABACANLA TELEFON DANIŞIĞI OLUB
[25 fevral 2009]
Cənubi Qafqazdakı vəziyyət, Orta Asiya, Balkanlar,Yaxın Şərq məsələləri danışıqların əsas müzakirə mövzusu olub. Hillari Klinton və Əli Bacan iki ölkə arasındakı münasibətlər, | ətraflı oxu >>
İSPANİYA QUANTANAMO MƏHBUSLARIN BİR NEÇƏSİNİ QƏBUL ETMƏYƏ HAZIR OLDUĞUNU BƏYAN EDİB
[25 fevral 2009]
İspaniyanın Baş Naziri Xose Angel Moratinos Amerika Birləşmiş Ştatlarının Quantanamodakı hərbi düşərgəsində məhbusların bir neçəsini qəbul etməyə hazır olduğunu bəyan edib. | ətraflı oxu >>
SABAH AZƏRBAYCAN TARİXİNİN QANLI SƏHİFƏLƏRİNDƏN BİRİ-XOCALI FACİƏSİNİN 17-Cİ İLDÖNÜMÜ TAMAM OLUR
[25 fevral 2009]
1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri sovet dövründə Xankəndində yerləşdirilən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edib. | ətraflı oxu >>
XOCALI SOYQIRIMININ 17-CI ANIM GÜNÜ ILƏ ƏLAQƏDAR TƏDBIRLƏR DAVAM EDIR
[25 fevral 2009]
Bu gün Azərbaycanın Qaçqın və Məcburi Köçkün Gənclər təşkilatı «Xocalı soyqırımı və ikili standartlar » mövzusunda dəyirmi masa keçirəcək. | ətraflı oxu >>
KULEVİ NEFT TERMİNALI MALİYYƏ BÖHRANI İLƏ BAĞLI MÜƏYYƏN ÇƏTİNLİKLƏRLƏ QARŞILAŞIB
[25 fevral 2009]
Gürcüstanın Poti şəhərində fəaliyyət göstərən Azərbaycana məxsus Kulevi neft terminalı dünyada baş verən maliyyə böhranı ilə bağlı müəyyən çətinliklərlə qarşılaşıb. | ətraflı oxu >>
ABŞ PREZİDENTİNİN YAXIN ŞƏRQ REGİONU ÜZRƏ XÜSUSİ TƏMSİLÇİSİ CORC MİTCELLİN BU GÜN TÜRKİYƏYƏ SƏFƏRİ BAŞLAYIR
[25 fevral 2009]
Mitcell Ankarada Türkiyə prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əli Babacanla görüşəcək. | ətraflı oxu >>
ABŞ-IN DÖVLƏT KATİBİ HİLLARİ KLİNTON PAKİSTANLI HƏMKARI ŞAH MƏHƏMMƏD QUREYŞİ İLƏ GÖRÜŞÜB
[25 fevral 2009]
Görüşdə əsasən terrorizmə qarşı mübarizədə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub. | ətraflı oxu >>
ALMANİYADA HAVA LİMANLARI İŞÇİLƏRİNİN TƏTİLİ BİR SIRA REYSLƏRİN TƏXİRƏ SALINMASINA SƏBƏB OLUB
[25 fevral 2009]
Bu ölkənin Lüfthanza, Eyr-Berlin şirkət rəsmilərinin sözlərinə görə hava limanlarının yanğın xidmət əməkdaşlarının tətilə çıxması da bir sıra beynəlxalq uçuşları təxirə salıb. | ətraflı oxu >>
İRANIN İLK ATOM ELEKTİRİK STANSİYASI BUŞEHR BU GÜN SINAQ BURAXLIŞINA BAŞLAYIR
[25 fevral 2009]
Bununla bağlı keçirilən mərasimdə İranın atom enerjisi təşkilatının rəhbəri Qulamrza Ağazadə və Rusiya federal atom enerjisi qurumunun direktoru Sergey Kiriyenko işitrak edəcək. | ətraflı oxu >>
FRANSA İTALİYADA 4 YENİ AES TİKƏCƏK
[25 fevral 2009]
İtaliya nüvə enerjisi istehsal etmək niyyətində olduğunu bəyan edib. Bu məqsədlə rəsmi Parislə İtaliya arasında əldə olunmuş razılaşmaya əsasən rəsmi Fransa bu ölkədə 4 yeni atom elektrik stansiyası tikəcək. | ətraflı oxu >>
İNDONEZİYADA SUNAMİ MUZEYİ AÇILIB
[25 fevral 2009]
6.2 milyon Amerika Birləşmiş Ştatları dolları dəyərində olan bu qeyri adi muzeyin açılış mərasimində ölkə prezidenti Susilo Bambanq da iştirak edib. | ətraflı oxu >>
 
İQTİSADİYYAT
Untitled Document

NEFT 2 % BAHALAŞIB, QIZIL UCUZLAŞIR…
[25 fevral 2009]
Dünya bazarında neftin qiyməti 2 faiz artaraq 40 dolları keçib. Azərbaycan neftinin satıldığı London bircasında da neft bahalaşaraq 42 dollar yarımı keçib. | ətraflı oxu >>

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. | ətraflı oxu >>
BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. | ətraflı oxu >>
AZƏRBAYCANIN BANK SEKTORUNDA RİSQLƏR BÖYÜKDÜR
[25 fevral 2009]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri «Standart ənd Puurs» Azərbaycanın bank sektorundakı vəziyətlə bağlı açıqlama yayıb. Böhran dövründə bank sektoru və ölkə üzrə risqləri qiymətləndirən agentlik azərbaycanın bank sistemini 9-cu qrupa aid edib.| ətraflı oxu >>
 
 

 


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi