İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 
XOCALI SOYQIRIMININ 17-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI ALMANİYADA ETİRAZ MİTİNQİ KEÇİRİLİB
[26 fevral 2009]
İştirakçılar erməni vəhşiliyini əks etdirən foto şəkilləri, o cümlədən , Heydər Əliyev Fondu tərəfindən alman dilinə tərcümə olunan «Qarabağ həqiqətləri», «Qarabağ reallıqları», «Xocalı Soyqırımı» adlı kitabları alman ictimaiyyətinə təqdim ediblər. | ətraflı oxu >>
ATƏT-İN MİNSK QRUPU HƏMSƏDRLƏRİ BU GÜN BAKIYA GƏLİBLƏR
[26 fevral 2009]
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfərləri çərçivəsində bu gün Bakıya gəliblər. | ətraflı oxu >>
ROMADA AZƏRBACAN VƏ ERMƏNİSTAN PARLAMENTİ ÜZVLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLƏ BİLƏR
[26 fevral 2009]
İtaliyanın paytaxtı Romada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbacan və Ermənistan parlamenti üzvlərinin görüşü keçirilə bilər. | ətraflı oxu >>
REGIONLARDA ÜMUMİDAXİLİ MƏHSULUN HƏCMİ ILBƏ-İL ARTMAQDADIR
[26 fevral 2009]
Ötən il Gəncə şəhəri üzrə ümumidaxili məhsulun həcmi 339 milyon manat təşkil edib. Gəncədə keçirilən yığıncaqda qeyd edilib ki, il ərzində 130,1 milyon manatlıq sənaye məhsulu istehsal olunub, | ətraflı oxu >>
ERMƏNİLƏR CƏBHƏ XƏTTİNƏ YAXIN ƏRAZİLƏRDƏ SÜNİ SU QITLIĞI YARADIRLAR
[26 fevral 2009]
Ermənilər işğal altında saxladıqları Sərsəng Su anbarından gələn suyu istədikləri vaxt bağlayırlar. Melorasiya və Su təssərrüfatı səhmdar cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirib ki, bununla ermənilər Azərbaycanın cəbhə xəttinə yaxın ərazilərində su çatışmazlığı yaratmağa çalışır. | ətraflı oxu >>
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİNƏ HƏSR OLUNAN ANIM TƏDBİRLƏRİ KEÇİRİLİB
[26 fevral 2009]
Belə tədbirlər çərçivəsində yerli rəssamların qanlı faciənin ildönümünə həsr etdikləri əsərlərinin sərgisi açılıb. | ətraflı oxu >>
XOCALI SOYQIRIMININ 17-Cİ İLDÖNÜMÜ KÜRDƏMİR RAYONUNDA DA ANILIB
[26 fevral 2009]
Azərbaycan xalqının üzləşdiyi ən dəhşətli faciələrdən olan Xocalı soyqırımının 17-ci ildönümü Kürdəmir rayonunda da anılıb. | ətraflı oxu >>
AĞSUDA XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI ANIM MƏRASİMİ KEÇİRİLİB
[26 fevral 2009]
Rayon ictimaiyyətinin nümayəndələri «Qəhrəmanlar» abidə kompleksini ziyarət edib. Mərasimdə erməni qəsbkarlarının törətdikəri qırğınların canlı şahidi olan şəxslər soyqırım barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün səylərin daha genişləndirilməsinin vacibliyini qeyd ediblər. | ətraflı oxu >>
BU GÜN AZƏRBAYCAN KİNOTEATRINDA «QARABAĞDIR AZƏRBAYCAN» ADLI FİLM-İTHAFIN TƏQDİMATI OLUB
[26 fevral 2009]
Cinealliance kino şirkəti tərəfindən Sənədli faktlar əsasında çəkilən bu film Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşəbbüsü ilə reallaşıb. | ətraflı oxu >>
BU GÜN AZƏRBAYCANIN QIRĞIZISTANDAKI SƏFİRLİYİNDƏ XOCALI SOYQIRIMI İLƏ BAĞLI ANIM MƏRASİMİ KEÇİRİLİB
[26 fevral 2009]
Bu gün Azərbaycanın Qırğızıstandakı səfirliyində XX əsrin ən qanlı və dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib. | ətraflı oxu >>
AMSTERDAM ŞƏHƏRİNDƏ QƏZAYA UĞRAMIŞ TÜRKİYƏ TƏYYARƏSİNDƏ ÖLƏNLƏRİN SAYI ARTIB
[26 fevral 2009]
Hollandiyanın Amsterdam şəhərində baş verən qəza nəticəsində Türkiyə Hava Yollarına məxsus təyyarədə ölənlərin sayı artıb. Son məlumatlara görə, hadisə zamanı 10 nəfər həlak olub. | ətraflı oxu >>
BİŞKEKDƏ “AYTMATOV VƏ MÜASİRLİK” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB
[26 fevral 2009]
Qırğızıstanın paytaxtı Bişkekdə məşhur qırğız yazıcısı Cingiz Aytmatovun anadan olmasının 80 illiyinə həsir olunan “Aytmatov və müasirlik” mövzusunda beynəlxalq konfrans keçirilib. | ətraflı oxu >>
ERMƏNİLƏR QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ QRUPUNU HƏDƏF SEÇDİ
[26 fevral 2009]
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycanın Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolu yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılırdı. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, | ətraflı oxu >>
ABŞ-IN DÖVLƏT KATİBİ İLƏ RUSİYANIN XARİCİ İŞLƏR NAZİRİ ARASINDA GÖRÜŞ MARTIN 2-DƏ BAŞ TUTACAQ
[26 fevral 2009]
ABŞ-ın Dövlət katibi Hillari Klintonla Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında ilk danışıqlar Misirin Şarm Əl-Şeyx şəhərində keçiriləcək. Bu barədə açıqlama verən rus diplomatları görüşün martın 2-də bu şəhərdə | ətraflı oxu >>
ABŞ KONQRESİNİN NÜMAYƏNDƏLƏR PALATASI KUBAYA QARŞI BİR SIRA MƏHDUDİYYƏTLƏRİN ARADAN QALDIRILMASINA SƏS VERİB
[26 fevral 2009]
ABŞ Konqresinin Nümayəndələr Palatası Kubaya qarşı viza, ərzaq satışı və bir sıra digər məhdudiyyətlərin aradan qaldırılmasına səs verib. Yeni qanun layihəsi Kuba mənşəli amerikalılara adadakı qohumlarına daha tez-tez baş çəkməyə imkan yaradacaq. Bununla belə, Barak Obama administrasiyasında bildirilib ki, | ətraflı oxu >>
MEKSİKANIN NARKOTİK QAÇAQMALÇILIĞI İLƏ MƏŞĞUL OLAN ƏN BÖYÜK QRUPLAŞMASI YAXALANIB
[26 fevral 2009]
ABŞ xüsusi xidmət orqanları Meksikanın ən böyük narkotik qaçaqmalçılığı ilə məşğul olan qruplaşmasını yaxalayıb. Sinalao qruplaşmasının rəhbəri və 755 nəfər təşkilat üzvü həbs edilib. Onlardan 23 ton narkotik vasitə müsadirə edilib. Birləşmiş Ştatların 120 şəhərinə eyni zamanda | ətraflı oxu >>
HAAQA HƏRBİ TRİBUNALI SERBİYANIN KEÇMİŞ PREZİDENTİ 66 YAŞLI MİLAN MİLYUTİNOVİÇƏ HÖKM OXUYACAQ
[26 fevral 2009]
Serbiyanın eks prezidenti 1999-cu ildə Kosovada müharibə zamanı insanlığa qarşı cinayətlər törətməkdə günahlandırılır. Onunla bərabər müttəhimlər kürsüsündə Yuqoslaviya İttifaqı Respublikasının keçmiş baş naziri və generalları da var. Cinayətləri sübuta yetiriləcəyi təqdirdə | ətraflı oxu >>
PREZİDENT İLHAM ƏLİYEV, AZƏRBAYCANIN DÖVLƏT VƏ HÖKUMƏT NÜMAYƏNDƏLƏRİ XOCALI SOYQIRIMI QURBANLARININ ABİDƏ KOMPLEKSİNİ ZİYARƏT EDİB
[26 fevral 2009]
Prezident İlham Əliyev, Azərbaycanın dövlət və hökumət nümayəndələri erməni millətçilərinin Xocalı sakinlərinə qarşı törətdiyi soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə Bakının Xətai rayonunda ucaldılan abidə kompleksini ziyarət edib, qətlə yetirilən günahsız insanların ruhuna hörmət və etiramlaranı bildiriblər. /İctimai TV/
XALQ SOYQIRIM QURBANLARINI YAD EDIR
[26 fevral 2009]
İctimaiyyət nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar Bakının Xətai rayonunda Xocalı soyqrımı qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edir, 1 gecədə xüsusi amansızlıqla qətlə yetirilən 100-lərlə günahsız Xocalı sakininin xatirsinə dərin hörmət və ehtiramlarınını bildirirlər. /İctimai TV/
ERMƏNİSTANIN ABŞ-DAKI SƏFİRLİYİ QARŞISINDA AKSİYA KEÇİRİLİB
[26 fevral 2009]
Vaşinqtonda yaşayan azərbaycanlılar, diaspora təşkilatlarının nümayəndələri Xocalı soyqrımı ilə bağlı Ermənistanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyi qarşısında aksiya keçirib. Aksiyada Amerika vətəndaşlarına 20-ci əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqrımı ilə bağılı məlumatları əks etdirən vərəqələr paylanılıb. /İctimai TV/
XOCALI FACİƏSİNİN QURBANLARI GÜRCÜSTANDA DA EHTIRAMLA ANILIR
[26 fevral 2009]
Xocalı faciəsinin 17-ci ildönrümü ilə bağlı Gürcüstanda da silsilə anım tədbirləri keçirilib. Mərasimlərdə büövlükdə insanlığın faciəsi hesab olunan bu soyqırım təşkilatçılarının vəhşilik əməlləri pislənib. /İctimai TV/
KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[26 fevral 2009]
Bakıda daha bir nəfər dəm qazından boğulub. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu, paytaxtın Sahil qəsəbə sakini 16 yaşlı Vüsal Zərbəliyevdir. | ətraflı oxu >>
NEFT MƏHSULLARINDAN ZƏHƏRLƏNƏN RUSİYALI MATROSUN HƏYATI XİLAS OLUNUB
[26 fevral 2009]
Ötən gün axşam saatlarında Rusiya bayrağı altında Ənzəli-Həştərxan istiqamətində üzən tankerdən heyət üzvü matros Andrey Lübavinin neft məhsullarından zəhərləndiyi və ağır vəziyyətdə olması barədə məlumat göndərilib. | ətraflı oxu >>
NATO RUSİYA İLƏ ƏMAKDAŞLIQ ÜÇÜN BÜTÜN MÜMKÜN VASİTƏLƏRDƏN İSTİFADƏ ETMƏLİDİR
[26 fevral 2009]
Bunu vaşinqtonda səfərdə olan Polşanın xarici işlər naziri Radoslav Sikoriski bəyan edib. Şimali Atlantik Alyansın 60 illiyinə həsr olunan konfransda iştirak edən Polşanın xarici siyasət idarəsinin rəhbəri Amerika Birləşmiş Ştiatlarının dövlət katibi Hillari Klintonla da görüşüb. | ətraflı oxu >>
BU GÜN KİYEVDƏ GUAM-IN XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ İCLASI KEÇİRİLƏCƏK
[26 fevral 2009]
Bu gün Ukraynanın paytaxtı Kiyevdə Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat-GUAM-ın Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Quruma üzv ölkələr – Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın xarici işlər nazirləri əməkdaşlıq perspektivləri, | ətraflı oxu >>
ABŞ SENATI CORC BUŞUN FƏALİYYƏTİNI ARAŞDIRACAQ
[26 fevral 2009]
ABŞ Senatı ölkənin sabiq prezidenti Corc Buşun fəaliyyətinin araşdırılması üçün komissiya yaratmağı müzakirə edəcək. Məlumatlara görə, bu məsələyə həsr olunan dinləmələrin keçirilməsi də planlaşdırılır. | ətraflı oxu >>
ERMƏNLƏRİN BƏŞƏRİYYƏTƏ QARŞI TÖRƏTDİKLƏRİ ƏSRİN FACİƏSİNDƏN- XOCALI SOYQIRIMINDAN 17 İL ÖTÜR
[26 fevral 2009]
Azərbaycan Respublikasının Milli Məclisi hər il fevralın 26-nı «Xocalı soyqırımı günü» elan edib. Qərara əsasən hər ilin bu günü saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqləlik sükutla yad edir. Allah bütün şəhidlərə rəhmət eləsin! | ətraflı oxu >>
YARALAR NƏ SAĞALAN, NƏ DƏ UNUDULANDIR
[26 fevral 2009]
Xocalı soyqırımından illər ötsə də, onun ağrı-acısı, vurduğu yaralar nə sağalandır, nə də unudulandır. Bu faciəni yaşayanlardan biri də Xocalının Daşbulaq kəndindən olan Abbasovlar ailəsidir. Xocalı hadisələrində ailə üzvü ilə yanaşı 8 nəfər əzizini itirən Abbasovlar bu günə kimi onlardan 6-sı barədə heç bir məlumat əldə edə bilməyib. | ətraflı oxu >>
SƏFİRLƏR AZƏRBAYCANIN DƏRDİNƏ ŞƏRİK ÇIXDIĞINI BİLDİRİBLƏR
[26 fevral 2009]
Bir sıra xarici ölkələrin Azərbaycandakı səfirləri Xocalı faciəsinin insanlığa qarşı cinayət olduğunu qeyd edərək təmsil etdikləri xalqların Azərbaycanın dərdinə şərik çıxdığını bildiriblər. | ətraflı oxu >>
TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNDƏ XOCALI SOYQIRIMI İLƏ BAĞLI DİNLƏMƏLƏR KEÇİRİLİB
[26 fevral 2009]
Millət vəkilləri ermənilərin Azərbaycan və Türkiyədə törətdikləri qətliamlar, eləcə də Azərbaycan ərazilərinin indiyədək işğal altında saxlanılması barədə müzakirələr apararaq Dağlıq Qarabağda davam edən təcavuzü kəskin tənqid ediblər. | ətraflı oxu >>
ATƏT-İN MİNSK QRUPU HƏMSƏDRLƏRİ BU GÜN BAKIYA GƏLƏCƏKLƏR
[26 fevral 2009]
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfərləri çərçivəsində bu gün Bakıya gələcəklər. | ətraflı oxu >>
BU GÜN QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİLMƏSİ PLANLAŞDIRILIR
[26 fevral 2009]
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycanın Füzuli rayonunun ərazisində, Füzuli-Horadiz yolu yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. | ətraflı oxu >>
İKT BEYNƏLXALQ MÜSTƏVİDƏ AZƏRBAYCANI DƏSTƏKLƏYƏCƏK
[26 fevral 2009]
İslam Konfransı Təşkilatına üzv dövlətlər bundan sonra da beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanı dəstəkləcəyək. | ətraflı oxu >>
“ŞƏRQ TƏRƏFDAŞLIĞI” PROQRAMINA ÜZVÜLÜK AZƏRBAYCANA İMTİYAZLAR QAZANDIRACAQ
[26 fevral 2009]
Avropa biliyi Azərbaycanın “Şərq tərəfdaşlığı” proqramına qoşulmasında maraqlıdır. Proqrama üzvülük Azərbaycana Avropa birliyinə daxil olan ölkələrlə əlaqələrində bir sıra imtiyazlar qazandıracaq. | ətraflı oxu >>
ABŞ DÖVLƏT DEPARTAMENTİ İNSAN HÜQUQLARINA DAİR NÖVBƏTİ HESABATINI AÇIQLAYIB
[26 fevral 2009]
Hesabatda insan hüquqlarının ən çox pozulduğu ölkələrin siyahısı açıqlanıb. Sənəddə Azərbaycanla xüsusilə də Dağlıq Qarabağla bağlı müddəalar da əksini tapıb. | ətraflı oxu >>
ABŞ-IN YAXIN ŞƏRQ MƏSƏLƏLƏRİ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ PREZİDENT ABDULLA GÜLLƏ GÖRÜŞÜB
[26 fevral 2009]
Türkiyədə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Corc Mitçell prezident Abdulla Güllə görüşüb. | ətraflı oxu >>
İRAQDAKI HƏRBÇİLƏRİN GERİ QAYTARILMASI BARƏDƏ BARAK OBAMANIN QƏRARINI YAXIN GÜNLƏRDƏ AÇIQLAYACAĞI GÖZLƏNİLİR
[26 fevral 2009]
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın İraqdakı hərbçilərin geri qaytarılması barədə qərarını yaxın günlərdə açıqlayacağı gözlənilir. | ətraflı oxu >>
HƏMAS VƏ FƏTH QRUPLAŞMALARI ARASINDA NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLİB
[26 fevral 2009]
Fələstindəki siyasi gərginliyi aradan qaldırmaq üçün Həmas və Fəth qruplaşmaları arasında növbəti görüş keçirilib. Misirin paytaxtı Qahirədə bir araya gələn tərəflər bir çox məsələlrdə razılıq əldə ediblər. | ətraflı oxu >>
BRÜSSELDƏ RUSİYA-NATO ŞURASININ QEYRİ-FORMAL İCLASI KEÇİRİLB
[26 fevral 2009]
Rusiyanın Şimali Atlantika alyansındakı daim nümayəndəsi Dmitri Roqozin və quruma üzv 26 ölkənin səfirlərinin iştirak etdiyi toplantıda Əfqanıstanla bağlı əmakdaşlıq məsələsi müzakirə olunub. | ətraflı oxu >>
GÜRCÜSTAN PREZİDENTİ RUSİYA PREZİDENTİNİ DANIŞIQLARA ÇAĞIRIB
[26 fevral 2009]
Gürcüstan prezidenti Mixail Saakaşvili rusiya prezidenti Dmitri Medvedevi iki ölkə arasında yaranan problemi həll etmək üçün danışıqlara çağırıb. | ətraflı oxu >>
İRAN NÜVƏ YANACAĞINI RUSİYADAN ALMAĞI PLANLAŞDIRIR
[26 fevral 2009]
Rusiya və İran yaxın vaxtlarda nüvə yanacağının tədarükünə dair uzumüddətli müqavilə bağlamağı planlaşıdır. Bunu Rusiya federal atom enerjisi qurumunun direktoru Sergey Kiriyenko deyib. | ətraflı oxu >>
 
İQTİSADİYYAT
Untitled Document

NEFT 2 % BAHALAŞIB, QIZIL UCUZLAŞIR…
[25 fevral 2009]
Dünya bazarında neftin qiyməti 2 faiz artaraq 40 dolları keçib. Azərbaycan neftinin satıldığı London bircasında da neft bahalaşaraq 42 dollar yarımı keçib. | ətraflı oxu >>

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. | ətraflı oxu >>
BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. | ətraflı oxu >>
AZƏRBAYCANIN BANK SEKTORUNDA RİSQLƏR BÖYÜKDÜR
[25 fevral 2009]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri «Standart ənd Puurs» Azərbaycanın bank sektorundakı vəziyətlə bağlı açıqlama yayıb. Böhran dövründə bank sektoru və ölkə üzrə risqləri qiymətləndirən agentlik azərbaycanın bank sistemini 9-cu qrupa aid edib.| ətraflı oxu >>
 
 

 


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi