İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 
ŞUŞA RAYON İCRA HAKİMİYYƏTİNƏ BAŞÇI TƏYİN EDİLİB
[26 fevral 2009]
Prezident İlham Əliyevin sərancamı ilə Bayram Səfərov Şuşa rayonu icra hakimiyyətinin başçısı təyin edilib. /İctimai TV/
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BU GÜN LOMONOSOV ADINA MOSKVA DÖVLƏT UNİVERSİTETİ BAKI FİLİALININ RƏSMİ AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK EDİB
[26 fevral 2009]
Bu gün Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəsmi açılış mərasimi keçirilib. | ətraflı oxu >>
BU GÜN PREZİDENT İLHAM ƏLİYEV ATƏT-İN MİNSK QRUPU HƏMSƏDRLƏRİNİ QƏBUL EDİB
[26 fevral 2009]
Bu gün prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Brayza, Bernar Fasye, Yuri Merzlyakov və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. | ətraflı oxu >>
MİNSK QRUPUNUN AMERİKALI HƏMSƏDRİ AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİ SƏFƏR ƏBİYEVLƏ GÖRÜŞÜB
[26 fevral 2009]
Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşüb. ABŞ-ın Bakıdakı səfiri Enn Dersin də iştirak etdiyi danışıqlarda regionda hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub. /İctimai TV/
XƏZƏRİN QAZAXISTAN SEKTORUNDA SAXLANILAN AZƏRBAYCANA MƏXSUS «225-YURD» BALIQÇI GƏMİSİ ŞEVÇENKO LİMANINA APARILIB
[26 fevral 2009]
Xəzərin Qazaxıstan sektorunda saxlanılan Azərbaycana məxsus «225-YURD» balıqçı gəmisi Aktau şəhəri yaxınlığındakı Şevçenko limanına aparılıb. | ətraflı oxu >>
ÖTƏN BİR İL ƏRZİNDƏ XƏZƏR DƏNİZİNDƏ QANUNSUZ BALIQ OVU İLƏ MƏŞĞUL OLAN 30-DƏK GƏMİ SAXLANILIB
[26 fevral 2009]
Ötən bir il ərzində Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan 30-dək gəmi saxlanılıb və onların barələrində müvafiq tədbirlər görülüb. | ətraflı oxu >>
AZƏRBAYCANA HƏLƏ DƏ VAXTI KEÇMİŞ ƏRZAQ MƏHSULLARI GƏTİRİLİR
[26 fevral 2009]
Görülən tədbirlərə baxmayaraq Azərbaycana vaxtı keçmiş ərzaq məhsullarının gətirilməsi hələ də davam edir. Bu dəfə Sumaqayıt şəhərində Almaniyadan daxil olan vaxtı keçmiş kolbasa məmulatları aşkarlanıb. İnsan orqanizminə zərərli olan kolbasa məmulatları gömrük orqanları tərəfindən məhv edilib. /İctimai TV/
DAĞISTANIN PAYTAXTI MAHAÇQALADA MİLİS ƏMƏKDAŞLARINI APARAN AVTOBUS PARTLADILIBIB
[26 fevral 2009]
Nəticədə 5 nəfər xəsarət alıb. Onların arasında hadisə vaxtı təsadüfən yoldan keçən tələbə də olub. İnsidentə səbəb əraziyə yerləşdirilən mismar və armatur qalıqları ilə örtülən partladıcı olub. Hadisə baş verən yerdə yarım metrlik çala da yaranıb. /İctimai TV/
AVROPA İTTİFAQININ 3 ÜZVÜ İRANA QARŞI ƏLAVƏ SANKSİYALARIN TƏTBİQİ İLƏ BAĞLI SİYAHI HAZIRLAYIB
[26 fevral 2009]
Avropa İttifaqının 3 üzvü Fransa, Almaniya və Böyük Britaniya İranın nüvə proqramı ilə bağlı bu dövlətə qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı siyahı hazırlayıb. | ətraflı oxu >>
BEYNƏLXALQ TRİBUNAL SERBİYANIN SABİQ PREZİDENTİ 66 YAŞLI MİLAN MİLUTİNOVİÇƏ BƏRAƏT VERİLİB
[26 fevral 2009]
Haaqada Yuqoslaviya hadisələri üzrə Beynəlxalq Tribunala çıxarılan Serbiyanın sabiq prezidenti 66 yaşlı Milan Milutinoviçə bəraət verilib. 1999-cu ildə Kosovada müharibə zamanı yerli əhalinin qətlində, | ətraflı oxu >>
LİVANIN QƏTLƏ YETİRİLƏN SABİQ BAŞ NAZİRİ ILƏ ƏLAQƏDAR CİNAYƏT İŞİNƏ DAIR BEYNƏLXALQ TRİBUNAL MARTIN 1-DƏ BAŞLAYACAQ
[26 fevral 2009]
BMT-nin baş katibi Pan Qi Mun bəyan edib ki, Livanın qətlə yetirilən sabiq baş naziri Rafiq Həriri ilə əlaqədar cinayət işinə dair beynəlxalq tribunal martın 1-də başlayacaq. | ətraflı oxu >>
MİŞEL OBAMA İT PROBLEMİNƏ ÇARƏ TAPIB
[26 fevral 2009]
Ağ Evdə yeni prezident seçikisindən sonra əsas müzakirə mövzusuna çevrilən problemlərdən biri həll olunub. Ağ Evin 44-cü sahibəsi Mişel Obama uzun müddət KİV-lərin gündəmində yer alan it probleminə çarə tapıb. | ətraflı oxu >>
VYETNAMIN 11 ƏYALƏTİNDƏ QUŞ QRİPİ QEYDƏ ALINIB
[26 fevral 2009]
Virusun yayılma miqyasının artdığını açıqlayan rəsmilər iki əyalətdə H5-N1 virusuna yoluxan ev quşlarının hamısının tələf olduğunu bildirir. Quşlardan alınan analizlərin yoxlanmasından sonra isə daha 2 min 460 ev quşu məhv edilib. Ölkə rəhbərliyi virusun digər əyalətlərə yayılacağından da ehtiyyatlanır. /İctimai TV/
BÖYÜK BRİTANİYA ARPXEOLOQLARI ƏN QƏDİM İNSANIN İZLƏRİNİ TAPIB
[26 fevral 2009]
Keniyada aşkarlanan bu ayaq izlərinin yaşı 1 milyon 500 min ilə bərabərdir. İzləri tədqiq edən mütəxəssislər həmin dövrdə yaşayan insanın ayaqlarının müasir insanınkı ilə eyni olduğunu və onların dabanları üzərində gəzdiyini müəyyənləşdiriblər. /İctimai TV/
ATƏT-İN MİNSK QRUPU HƏMSƏDRLƏRİ XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROVLA GÖRÜŞÜR
[26 fevral 2009]
Regiona səfər çərçivəsində Bakıya gələn ATƏT-in Minsk qrupu həmsədrləri bu dəqiqələrdə xarici işlər naziri Elmar Məmmdyarovla görüşür. Ötən gün jurnalistlərə açıqlamasında diplomatlar bildirib ki, | ətraflı oxu >>
ERMƏNİLƏR ATƏŞKƏSİ BİR NEÇƏ İSTİQAMƏTDƏN POZDULAR
[26 fevral 2009]
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən və bu gün Berd rayonu istiqamətindən Tovuz və Qazax rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri, | ətraflı oxu >>
RUSİYA PREZİDENTİ ADMİNİSTRASİYASININ RƏHBƏRİ BAKIDA SƏFƏRDƏDİR
[26 fevral 2009]
Rusiya prezidenti administrasiyasının rəhbəri Sergey Narışkinin rəhbərlik etdiyi geniş nümayəndə heyətinin Bakıya səfəri başlayıb. Sergey Narışkinin Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşlərdə iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq. /İctimai TV/
MƏHKƏMƏLƏRƏ MÜRACİƏTLƏRİN SAYI ARTIB
[26 fevral 2009]
Azərbaycan Respublikası Ali məhkəməsinin sədri Ramiz Rzayev keçirdiyi mətbuat konfansında bildirib ki, əvvəlki illərlə müqayisədə məhkəmələrə müraciətlərin sayı artıb. Qeyd olunub ki, buna paralel olaraq Ai Məhkəməyə də daxil olan işlərin çoxalıb. | ətraflı oxu >>
KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[26 fevral 2009]
Şirvan şəhər İsmət Qayıbov küçəsi ev 61-də yaşayan, 20 yaşlı Şəhriyar Cəlalbəyli bıçaq yarası ilə xəstəxanaya gətirilib və orada keçinib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən, Şirvan şəhər sakini, 19 yaşlı Natiq Əsədov tutulub. | ətraflı oxu >>
ABŞ KONQRESİNDƏKİ AZƏRBAYCAN ÜZRƏ İŞÇİ QRUPUNA DAHA BİR ÜZV QOŞULUB
[26 fevral 2009]
Bu, Nümayəndələr Palatasında Montana ştatının respublikaçı təmsilçisi Dennis Reberqdir. 2001-ci ildən qanunverci orqana seçilən Denis Reberq Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin üzvüdür. /İctimai TV/
RƏSMİ MOSKVA İRƏVANA 500 MİLYON DOLLAR MƏBLƏĞİNDƏ KREDİT AYIRMAĞA SÖZ VERİB
[26 fevral 2009]
Ermənistanın baş naziri Tiqran Sarkisyanın bu gün Rusiyaya işgüzar səfəri gözlənilir. Onun Rusiyanın hökümət başçısı Vladimir Putin və digər rəsmilərlə görüşü nəzərdə tutulub.Xatırladaq ki, rəsmi Moskva İrəvana, | ətraflı oxu >>
İQTİSADİ BÖHRAN DÜNYANIN APARICI AVTOMOBİL ŞİRKƏTLƏRİNİ O CİDDİ MALİYYƏ İTKİLƏRİNƏ MƏRUZ QOYUB
[26 fevral 2009]
ABŞ-ın General Motors şirkəti hökümətdən müvafiq maliyyə yardımı almayacağı təqdirdə, iflasa uğrayacağını bəyan edib.Almaniyada isə OPEL şirkətinin minlərlə əməkdaşı etiraz aksiyası keçirib. Onlar da dövlətin yardımına ehtiyacları olduğunu deyiblər. /İctimai TV/
AFİNADA ETİRAZ DALĞASI GENİŞLƏNİB
[26 fevral 2009]
Yunanıstanda dünya maliyyə böhranı aksiyalarla müşayiət olunur. Paytaxtı Afinada 30-a yaxın gənc avtomobillərin və dükanların şüşələrini sındıraraq polislə qarşıdurma yaradıblar. Təhlükəsizlik qüvvələrinə daş və digər yandırıcı maddələr atan etirazçılar ərazidə olan tullantı qablarına od vurublar. | ətraflı oxu >>
BU GÜN TAİLANDDA QLOBAL İQTİSADİ BÖHRANDAN ÇIXIŞ YOLLARI MÜZAKİRƏ OLUNACAQ
[26 fevral 2009]
Bu gün Tailandda Cənub-Şərqi Asiya ölkələri assosiyasının sammiti öz işinə başlayıb.Xuaxin kurortunda keçirilən forumda əsasən qlobal iqtisadi böhrandan çıxış yolları müzakirə olunacaq. | ətraflı oxu >>
FƏTH VƏ HƏMAS TƏŞKİLATLARI ARASINDA SİYASİ BARIŞIQ ƏLDƏ OLUNUB
[26 fevral 2009]
Misirdə keçirilən danışıqlardan sonra Fələstinin Fəth və Həmas təşkilatları arasında siyasi barışıq əldə olunub.Bu barədə məlumat verən təşkilat rəhbərləri bildiriblər ki, razılaşmaya əsasən milli birlik höküməti təşkil olunacaq. | ətraflı oxu >>
BMT-NİN TƏHLÜKƏSİZLİK ŞURASINDA YENİ QALMAQAL YARANIB
[26 fevral 2009]
ABŞ-ın qurumdakı daimi nümayəndəsi Syuzan Rays gözlənilmədən İranı terrorizmi dəstəkləməkdə və nüvə silahı əldə etməkdə günahlandırılıb. Barak Obama adminstrasiyasının yeritdiyi siyasətin əleyhinə olan bu bəyanata rəsmi Tehran da cavab verib. /İctimai TV/
ABŞ HƏRBİ KONTİNGENTİNİN ƏSAS HİSSƏSİ İRAQI GƏLƏN İLİN AVQUSTUNDA TƏRK EDƏCƏK
[26 fevral 2009]
Bu barədə Vaşinqton Post qəzeti Konqress nümayəndələrinə istinadən məlumat yayıb. Qəzetin xəbərinə əsasən, dövlət başçısı qanunverici orqanın üzvlərinə bildirib ki, yaxın günlərdə bununla bağlı xüsusi planı elan edəcək. /İctimai TV/
 
İQTİSADİYYAT
Untitled Document

NEFT 2 % BAHALAŞIB, QIZIL UCUZLAŞIR…
[25 fevral 2009]
Dünya bazarında neftin qiyməti 2 faiz artaraq 40 dolları keçib. Azərbaycan neftinin satıldığı London bircasında da neft bahalaşaraq 42 dollar yarımı keçib. | ətraflı oxu >>

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. | ətraflı oxu >>
BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. | ətraflı oxu >>
AZƏRBAYCANIN BANK SEKTORUNDA RİSQLƏR BÖYÜKDÜR
[25 fevral 2009]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri «Standart ənd Puurs» Azərbaycanın bank sektorundakı vəziyətlə bağlı açıqlama yayıb. Böhran dövründə bank sektoru və ölkə üzrə risqləri qiymətləndirən agentlik azərbaycanın bank sistemini 9-cu qrupa aid edib.| ətraflı oxu >>
 
 

 


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi