İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 
ATƏŞKƏS YENİDƏN POZULUB
[28 fevral 2009]
Ermənistan Silahlı Qüvvələri dünən və bu gün müxtəlif saatlarda Berd rayonunun Mosesqex kəndindən Tovuzun Əlibəyli kəndini, Füzuli və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklər, Qərvənd və Kuropatkino kəndləri, | ətraflı oxu >>
HƏMSƏDRLƏR MARTIN 3-DƏ YENİDƏN BAKIYA GƏLƏCƏK
[28 fevral 2009]
Bakıda Azərbaycan rəsmiləri ilə görüşən ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza, Yuri Merzlyakov, Bernar Fasye və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik işğalçı dövlətin rəsmiləri ilə də | ətraflı oxu >>
KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[28 fevral 2009]
Azərbaycanın Beyləqan rayonunda da cinayət hadisəsi baş verib. 13 yaşlı oğlan həmyaşıdını öldürüb. Daxili İşlər Nazirliyinin məlumatına görə, rayonun Eyvazalılar kənd sakini Oruc Cabbarov ov tüfəngi ilə ehtiyatsız davrandığından həmkəndlisi Xəyal Mirzəyevə atəş açıb. Xəyal Mirzəyev aldığı xəsarətdən keçinib. | ətraflı oxu >>
FHN-NƏ YARDIM OLUNUB
[28 fevral 2009]
Təbii fəlakətlərin aradan qaldırılması ilə bağlı imzalanan sazişə əsasən bu gün Ukrayna Azərbaycan Fövqəladə Hallar nazirliyinə 4 vaqon dam örtüyü və müxtəlif ölçülü borular təqdim edilib. Qeyd olunub ki, bu tikinti materialları baş verə biləcək hər hansı təbii fəlakət zamanı istifadə olunucaq. | ətraflı oxu >>
BU GÜN SƏHƏR SAATLARINDAN ŞƏKİ RAYONUNA TƏBİİ QAZIN VERİLMƏSİNDƏ FASİLƏLƏR YARANIB
[28 fevral 2009]
Bölgə müxbirimiz bildirir ki, buna səbəb Cəfərabad-Şəki yeraltı magistral qaz xəttinin 3-cü km-də sızma halının aşkarlanmasıdır. Hazırda Magistral Qaz Kəməri İdarəsinin əməkdaşları hadisə yerində təmir işlərinə başlayıb. | ətraflı oxu >>
BU İL QƏBƏLƏDƏ 1500 YERLİK 5 YENİ MƏKTƏB BİNASI İNŞA EDİLƏCƏK, 5-İ İSƏ ƏSASLI TƏMİR OLUNACAQ
[28 fevral 2009]
Bu fikir Qəbələdə ötən ilin yekunlarına dair hesabat-yığıncaqda səslənib. Rayon mərkəzi ilə 10 kəndi birləşdirən 300 m. uzunluğunda müasir tələblərə cavab verən körpünün tikiləcəyi də bildirilib. | ətraflı oxu >>
NAZİRLƏR KABİNETİNIN QƏRARI
[28 fevral 2009]
Azərbaycanın Nazirlər Kabineti “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” qərar qəbul edib. Qərara əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2009-cu ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib. /İctimai TV/
BU GÜN İNNOVATİV MÜƏLİMLƏR MÜSABİQƏSİNƏ YEKUN VURULUB
[28 fevral 2009]
Təhsil Nazirliyi və «Microsoft Azərbaycan» şirkəti tərəfindən həyata keçirilən müsabiqənin keçirilməsində məqsəd orta məktəblərin tədris prosesində ən yaxşı innovasiya üsulunu tədbiq edən müəlimlərin seçilməsidir. | ətraflı oxu >>
ŞƏKİDƏ CAZ KONSERTI KEÇİRİLİB
[28 fevral 2009]
Azərbaycanda keçirilən «Almaniya ili» çərçivəsində Berlindən gələn caz ifaçıları Şəkidə konsert proqramı ilə çıxış edib. 8 nəfərlik caz kollektivi konsert proqramında klassik və müasir musiqilər səsləndirib. Konsertdə çıxış edən almaniyalı musiqiçilər bildirib ki, | ətraflı oxu >>
RUSİYA ERMƏNİSTANA 500 MİLYON DOLLARLIQ KREDİT AYIRACAQ
[28 fevral 2009]
Ermənistanın baş naziri Tiqran Sarkisyan Moskva səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. İkitərəfli əlaqələrin, regiondakı proseslərin müzakirə edildiyi danışıqların sonunda | ətraflı oxu >>
GÜRCÜSTANIN RUSİYAYA QARŞI NÖVBƏTI BƏYANATI
[28 fevral 2009]
Gürcüstanın Xarici İşlər nazirliyi Rusiyanı nəzarət etdiyi Abxaziyadakı Qali rayonunda etnik təmizləmə siyasəti aparmaqda günahlandırıb. Rəsmi Tiflis bəyan edir ki, Rusiyanın diqtəsi ilə bu bölgədəki gürcü ailələr təzyiqlərə məruz qalır, | ətraflı oxu >>
2011-Cİ İLİN SONUNDA ABŞ QOŞUNLARI İRAQI TƏRK EDƏCƏK
[28 fevral 2009]
ABŞ prezidenti Barak Obama İraqın baş naziri Nuri Əl-Malikiyə zəng edərək, qoşunların İraqdan çıxarılmasının vaxtını rəsmi olaraq elan edib. Hərbi kontingentin əsas heyətinin 2010-cu ilin avqustunadək çıxarılacağını açıqlayan | ətraflı oxu >>
MAHMUD ABBAS ABŞ-IN YAXIN ŞƏRQ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ ILƏ GÖRÜŞÜB
[28 fevral 2009]
Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas ABŞ prezidenti Barak Obamanın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçellə görüşüb. Qəzzanın bərpası və bölgədəki son vəziyyəti müzakirə edən tərəflər yol xəritəsi sülh planı ətrafında da fikir mübadiləsi aparıb. | ətraflı oxu >>
TƏYYARƏNİN QƏZAYA UĞRAMASINA HAVA BURULĞANI SƏBƏB OLUB
[28 fevral 2009]
Hollandiyanın Amsterdam şəhərində 3 hissəyə parçalanan Türkiyə Hava Yollarına məxsus Boinq-737-800 tipli təyyarənin qəzaya uğramasına aeroportda daha əvvəl yerə enən təyyarənin yaratdığı hava burulğanı səbəb olub. | ətraflı oxu >>
ALMANİYADA ETİRAZ AKSİYASI DAVAM EDİR
[28 fevral 2009]
Müflisləşmək həddinə çatan Almaniyanın «General motors» şirkəti əməkdaşlarının aksiyası davam edir. 18 min mitinq iştirakçısı zavodların bağlanması və fəhlələrin ixtisara salınması siyasətinə son qoyulmasını tələb edir. | ətraflı oxu >>
BANKDAN 7 MİLYON AVRO OĞURLANIB
[28 fevral 2009]
İrlandiyada paytaxt Dublinin ən böyük bankından 7 milyon avro oğurlanıb. Gecə saatlarında bankın binasına daxil olan naməlum silahlılar müştəriləri və əməkdaşları girov götürərək, onların azad edilməsi müqabilində pul tələb edib. | ətraflı oxu >>
İTALİYADA CİNAYƏTKAR QRUPLAŞMA YAXALANIB
[28 fevral 2009]
İtaliya polisi 20 əcnəbidən ibarət cinayətkar qruplaşmanı yaxalayıb. Qruplaşma üzvləri ölkəyə səfər edən turistlərin pul kisələrini, kredit kartlarını oğurlamaqda günahlandırılır. İtaliya polisinin həbs etdiyi 20 nəfərlik cinayətkar qruplaşmanın üzvlərinin əksəriyyətini iranlılar təşkil edir. | ətraflı oxu >>
QUŞ QRİPİ VİRUSUNA QARŞI HAZIRLANAN VAKSİN ƏKS EFFEKT YARADIB
[28 fevral 2009]
Avstriyanın məşhur laboratoriyasının quş qripi virusuna qarşı hazırladığı vaksin xəstəliyin miqyasının artmasına səbəb olub. Laboratoriyanın Almaniya, Çexiya, | ətraflı oxu >>
KALİFORNİYADA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLIB
[28 fevral 2009]
ABŞ-ın Kaliforniya ştatının qubernatoru Arnold Şvartsneger fövqəladə vəziyyət elan edib. Arnold Şvartsneger bu addımı uzun müddət davam edən meşə yünağınlarından sonra başlayan quraqlıqla bağlı atdığını açıqlayıb. | ətraflı oxu >>
ÇİLİDƏ ÇAYTEY VULKANININ OYANMASINDAN SONRA YARANAN TƏHLÜKƏ HƏLƏ DAVAM EDİR
[28 fevral 2009]
Bir neçə ay fasilə müşahidə olunsa da yenidən püskürən vulkanın yaratdığı təhlükə indii əvvəlkilərdən də daha dəhşətlidir. Vətəndaşları zəhərlənmək təhlükəsi altında qoyan təbii fəlakətin qalıqlarının bütün ətraf əraziləri basacağı proqnozlaşdırılır. | ətraflı oxu >>
DÜNYANIN ƏN XOŞBƏXT İNSANLARI İSVEÇRƏDƏ YAŞAYIR
[28 fevral 2009]
Dünyanın nüfuzlu telekanlları və KİV-lərinin apardığı sorğu nəticəsində əhalisi ən nikbin və bədbin ölkələr, eləcə də vətəndaşları spirtli içkilərdən daha çox istifadə edən dövlətlər müəyyənləşdirilib. | ətraflı oxu >>
 
İQTİSADİYYAT
Untitled Document

NEFT 2 % BAHALAŞIB, QIZIL UCUZLAŞIR…
[25 fevral 2009]
Dünya bazarında neftin qiyməti 2 faiz artaraq 40 dolları keçib. Azərbaycan neftinin satıldığı London bircasında da neft bahalaşaraq 42 dollar yarımı keçib. | ətraflı oxu >>

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. | ətraflı oxu >>
BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. | ətraflı oxu >>
AZƏRBAYCANIN BANK SEKTORUNDA RİSQLƏR BÖYÜKDÜR
[25 fevral 2009]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri «Standart ənd Puurs» Azərbaycanın bank sektorundakı vəziyətlə bağlı açıqlama yayıb. Böhran dövründə bank sektoru və ölkə üzrə risqləri qiymətləndirən agentlik azərbaycanın bank sistemini 9-cu qrupa aid edib.| ətraflı oxu >>
 
 

 


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi