İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 
BU GÜN PREZİDENT İLHAM ƏLİYEVİN AZƏRBAYCANIN BÖLGƏLƏRİNƏ SƏFƏRİ BAŞLAYIB
[2 mart 2009]
Dövlət başçısı Bərdə şəhərində Müalicə-Diaqnostika mərkəzinin açılışında iştirak edib. Məlumat verilib ki, 260 nəfərin çalışdığı bu tibb ocağında qəbul, şüa-diaqnostika, cərrahi-stasionar,
| ətraflı oxu >>
HƏMSƏDRLƏR SERJ SARKİSYAN VƏ EDVARD NALBANDYANLA GÖRÜŞÜB
[2 mart 2009]
İrəvanda olan ATƏT-in Minsk qrupunun həmsədrləri - Yuri Merzlyakov, Metyu Brayza və Bernar Fasye bu gün Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
| ətraflı oxu >>
YULİYA TİMOŞENKO DÖVLƏTƏ BORCU OLAN NAZİRLƏRİ MƏVACİBLƏRİNİN KƏSİLƏCƏYİ İLƏ HƏDƏLƏYİB
[2 mart 2009]
Ukraynanın hökumət başçısı Yuliya Timoşenko dövlətə borcu olan nazirləri məvaciblərinin kəsiləcəyi ilə hədələyib. Baş nazir qlobal maliyyə böhranından çıxış istiqamətində dövlət məmurlarının məvaciblərinin əvvəlcə 3 dəfə azaltmağı təklif edir.
| ətraflı oxu >>
MARTIN 9-U AZƏRBAYCANDA QEYRİ İŞ GÜNÜDÜR
[2 mart 2009]
Nazirlər Kabinetindən verilən məlumata görə, martın 8-i beynəlxalq qadınlar günü həftənin bazar gününə təsadüf etdiyindən, martın 9-u bazar ertəsi qeyri iş günü elan olunur. /İctimai TV/
500 SEÇKİ MƏNTƏQƏSİNDƏ VEB-KAMERALARIN QURAŞDIRILMASI BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
[2 mart 2009]
Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında martın 18-də keçiriləcək referendumda 500 seçki məntəqəsində veb-kameraların quraşdırılması barədə qərar qəbul olunub. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki,
| ətraflı oxu >>
«AZƏRBAYCANDA BƏLƏDİYYƏLƏR SİSTEMİ: REALLIQLAR VƏ POBLEMLƏR» MÖVZUSUNDA DƏYİRMİ MASA
[2 mart 2009]
Bu gün «Azərbaycanda bələdiyyələr sistemi: reallıqlar və poblemlər» mövzusunda dəyirmi masa keçirilib. Bildirilib ki, ölkəmiz üçün yeni yerli idarətmə orqanı olan bələdiyyələr yarandığı 10 il müddətində bir sıra işlər görməklə yanaşı,
| ətraflı oxu >>
DƏVƏÇİ ŞƏHƏRİ YAXINLIĞINDA TORPAQ SÜRÜŞMƏSİ BAŞ VERİB
[2 mart 2009]
Bakı-Quba-Rusiya sərhədi magistral yolunun 120-ci km-də, inşaat işlərinin aparıldığı ərazidə yaranan sürüşmə 104 metr uzunluğunda bəndi uçurub. /İctimai TV/
QUBA ŞƏHƏRİNDƏN 11 KİLOMETR CƏNUB-ŞƏRQDƏ 3,5 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB
[2 mart 2009]
Bu gün saat 17.40-da Quba şəhərindən 11 kilometr cənub-şərqdə Rixter cədvəli üzrə 3,5 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən «Carçı»ya verilən məlumata görə, Qubada 3,5, Qusarda isə 3 bal gücündə hiss edilən zəlzələ nticəsində insan təlafatı və dağıntı olmayıb. /İctimai TV/
İRAQ MƏHKƏMƏSİ TARİK ƏZİZƏ BƏRAƏT VERİB
[2 mart 2009]
İraq məhkəməsi edam edilən ölkə başçısı Səddam Hüseynin fəaliyyəti dövründə ölkənin xarici işlər naziri və baş nazirin müavini vəziflərində çalışmış Tarik Əzizə bəraət verib. Keçmiş müdafiə naziri, “Kimyəvi Əli” ləqəbli Əli Həsən əl-Məcid barəsində isə üçüncü dəfə ölüm hökmü çıxarılıb
. | ətraflı oxu >>
ABŞ-IN AVROPA KOMANDANLIĞININ ORKESTRİ BAKIDA MƏTBUAT KONFRANSI KEÇİRİB
[2 mart 2009]
Bu gün Amerika Birləşmiş Ştatlarının Avropa komandanlığının orkestri Bakıda mətbuat konfransı keçirib. Orkesrin üzvləri eyni zamanda hərbçi kimi də fəaliyyət göstərir.
| ətraflı oxu >>
BU GÜN PREZİDENT İLHAM ƏLİYEV GÜRCÜSTANIN ACARISTAN MUXTAR RESPUBLİKASI HÖKUMƏTİNİN BAŞÇISI LEVAN VARŞOLAMİDZENİ QƏBUL EDİB
[2 mart 2009]
Batumi ilə Bakı arasında əlaqələrin tarixi köklərə malik olduğunu deyən Levan Varşolamidze səfəri zamanı əməkdaşlığın genişləndirilməsi istiqamətində səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib
. | ətraflı oxu >>
PREZİDENT İLHAM ƏLİYEVİN AZƏRBAYCANIN BÖLGƏLƏRİNƏ SƏFƏRİ BAŞLAYIB
[2 mart 2009]
Dövlət başçısı Bərdə rayonunda sakinlərlə görüşüb. /İctimai TV/
BU GÜN İSVEÇRƏDƏ AZƏRBAYCAN-İSVEÇRƏ PARLAMENTLƏRARASI DOSTLUQ QRUPUNUN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
[2 mart 2009]
Mərasimdə iştirak edən Azərbaycan nümayəndə heyətinin bir sıra ikitərərəfli görüşləri də nəzərdə tutulub. /İctimai TV/
AZƏRBAYCAN MİLLİ MƏCLİSİNİN BİR QRUP ÜZVÜ AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDA SƏFƏRDƏ OLUB
[2 mart 2009]
Səfər çərçivəsində amerikalı konqresmenlərlə görüşlər keçirən deputlar onlara Azərbaycan həqiqətləri barədə məlumatlar verib. /İctimai TV/
“ERMƏNİSTAN BİR NEÇƏ AYDAN SONRA HUMANİTAR FƏLAKƏTLƏ ÜZLƏŞƏCƏK”
[2 mart 2009]
Belə bir proqnozla Ermənistanın eks prezidenti Levon Ter Petrosyan çıxış edib. O, hazırkı hakimiyyətin yürütdüyü iqtisadi siyasətin Ermənistanı fəlakətə apardığını vurğulayıb. Levon Ter Petrosyan deyib ki, həbsxanalar heç bir günahı olmayan müxalifət nümayəndələri ilə doludur. | ətraflı oxu >>
AVROPA İTTİFAQI QLOBAL MALİYYƏ BÖHRANI ƏLEYHİNƏ BİRGƏ PLANIN QƏBULUNDAN İMTİNA EDİB
[2 mart 2009]
Bununla belə Avropa liderləri hər ölkə üçün ayrıca yardım tədbirlərinə baxmağa razı olublar. /İctimai TV/
MARTIN 5-DƏ RUSİYA VƏ GÜRCÜSTAN VƏTƏNDAŞLARINA QARŞILIQLI VİZA VERİLMƏSİ PROSESİNƏ BAŞLAYACAQ
[2 mart 2009]
Avqust münaqişəsindən sonra Gürcüstanın Rusiyadakı, Rusiyanın isə Gürcüstandakı diplomatik korpusları bağlandığından proses İçveçrə səfirliyi vasitəsilə icra ediləcək. Hər iki ölkə vətəndaşlarına vizalar eyni vaxtda veriləcək. | ətraflı oxu >>
ABŞ-DA GÜCLÜ QAR YAĞIB
[2 mart 2009]
Bəzi ştatlarda qarın hündürlüyü 40 sm-ə çatıb. Ölkənin cənubuna-Corciya və Alabama ştatlarına yağan qar yollarda bir sıra qəzalara səbəb olub. Beynəlxalq Atlanta hava limanının işində də fasilələr yaranıb. Bu arada, Amerika Birləşmiş Ştatları meteoroloji xidməti yaxın günlərdə ölkənin şərqində güclü fırtınanın da baş verəcəyini proqnozlaşdırır. /İctimai TV/
QVİNEYA-BİSAUNUN PREZİDENTİ QƏTLƏ YETİRİLİB
[2 mart 2009]
Afrikanın qərbində yerləşən Qvineya-Bisaunun prezidenti Juan Bernardu Vieyra qətlə yetirilib. Dövlət başçısı ölkədə baş verən silahlı toqquşmaların qurbanı olub. Prezident öz iqamətgahını tərk etmək istəyən zaman əsgərlər tərəfindən güllələnib. | ətraflı oxu >>
İRANIN GÜC STRUKTURLARI İSRAİLİN 34 HƏRBÇİSİ BARƏDƏ İTTİHAM MATERİALLARI HAZIRLAYIB
[2 mart 2009]
İran İsrailin sabiq baş naziri Ehud Olmert, müdafiə naziri Ehud Barak və xarici işlər naziri Tsipi Livniyə qarşı sanksiya tətbiq olunmasını tələb edir. İnterpola rəsmi Tehranın göndərdiyi müraciətdə İsrailin 15 vətəndaşının Qəzzada aparılan «Tökmə Qurğuşun» | ətraflı oxu >>
QUSAR ŞƏHƏRİNİN MƏRKƏZİ BAZARINDA YANĞIN BAŞ VERİB
[2 mart 2009]
Bu gün saat 15:40-da Qusar şəhərinin mərkəzi bazarında yanğın baş verib. Bazardakı ticarət köşklərinin birində başlanan yanan sürətlə ətrafa yayılmağa başlayıb. Alov 240 kvadrat metr ərazini əhatə edib. | ətraflı oxu >>
ABŞ-DA BUZLU SUDA ÇİMMƏK ÜZRƏ YARIŞ KEÇİRİLİB
[2 mart 2009]
Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində minlərlə şəxs buzda çimmək üzrə yarışda iştirak edib. Mənfi 4 dərəcə temperaturun müşahidə olunduğu Çikaqoda iştirakçılar münsiflər heyətinin diqqətini müxtəlif üsullarla çəkməyə çalışıb. Bəziləri suya başı ilə baş vurmaqla, | ətraflı oxu >>
AZƏRBAYCANIN BMT-YƏ ÜZV OLMASINDAN 17 İL KEÇİR
[2 mart 2009]
BMT ilə əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışıb. | ətraflı oxu >>
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ ATƏŞKƏSİ YENİDƏN POZUB
[2 mart 2009]
Ermənistan Silahlı Qüvvələrinin bölmələri ötən gün Berd rayonunun Mosesqex və Ayqepar kəndləri istqamətindən Xocavəndin adsız yüksəklikləri və Kuropatkino kəndi, o cümlədən, Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdən | ətraflı oxu >>
MİSİRDƏ BEYNƏLXLAQ KONFRANS KEÇİRİLƏCƏK
[2 mart 2009]
Bu gün Micirin Şərm əl Şeyx şəhərində Qəzza zolağının bərpasına həsr olunan beynəlxalq konfrans işə başlayır. Məqsəd İsraillə müharibə zamanı tamamilə dağılan Qəzza zolağında iqtisadiyyatın və infransturukturun bərpası məsələsidir. | ətraflı oxu >>
KRİMİN AL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[2 mart 2009]
Bakının Mərdəkan qəsəbəsində ağır yol qəzası baş verib. Bakı sakini 24 yaşlı Elşad Vəliyev idarə etdiyi «Nissan» markalı avtomobili qaz borusuna vurub. Boru çatladığından yanğın baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, nəticədə avtomaşındakı sərnişin hadisə yerində keçinib. Sürücü isə xəstəxanaya yerləşdirilib. | ətraflı oxu >>
QƏZZADA LEYSAN YAĞIŞLAR DAŞQINLARA SƏBƏB OLUB
[2 mart 2009]
Son məlumatlara görə 40 mindən çox insan evsiz-eşiksiz qalıb. Əksər küçələr suyun altında qalıb. Yollarda isə avtomobillərin hərəkəti çətinləşib. Təbii fəlakət Qəzza sektorunda İsrailin hərbi əməliyyatlarından sonra onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdırıb. /İctimai TV/
ÇİNDƏ DÖVLƏT ORQANLARI MƏMURLARININ XARİCƏ SƏFƏRLƏRİNƏ MƏHDUDİYYƏTLƏR QOYULUB
[2 mart 2009]
Bu məhdudiyyətlər səfərlərin sayına və müddətinə şamil ediləcək. Bununla bağlı Çinin hakim Kommunist partiyasının yaydığı sənəddə bildirilir ki, | ətraflı oxu >>
ÇİN “AY PROQRAMI”NIN İLK MƏRHƏLƏSİNİ BAŞA ÇATDIRIB
[2 mart 2009]
2007-ci ilin oktyabrında orbitə buraxılan “Çane-1” kosmik aparatının 16 ay ərzində çəkdiyi minə yaxın görüntü planetin yeganə peykinin dəqiq xəritəsini işləməyə yardım edib. Martın 1-də isə aparat kosmik missiyasını yekunlaşdıraraq yerdən 2 stansiya vasitəsilə idarə edilərək ayın səthinə endirilib. | ətraflı oxu >>
HƏKİMİ UQO ÇAVESƏ SUSMAĞI MƏSLƏHƏT GÖRÜB
[2 mart 2009]
Venesuela prezidenti Uqo Çavesin boğazının sağalması üçün həkimi ona bir neçə gün susmağı məsləhət görüb. Bu barədə xəbəri efir vasitəsilə çatdıran prezidentin bu üsulun onun üçün heç də yaxşı dərman ola biləcəyinə inanmadığını da bildirib. | ətraflı oxu >>
 
İQTİSADİYYAT
Untitled Document

NEFT 2 % BAHALAŞIB, QIZIL UCUZLAŞIR…
[25 fevral 2009]
Dünya bazarında neftin qiyməti 2 faiz artaraq 40 dolları keçib. Azərbaycan neftinin satıldığı London bircasında da neft bahalaşaraq 42 dollar yarımı keçib. | ətraflı oxu >>

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. | ətraflı oxu >>
BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. | ətraflı oxu >>
AZƏRBAYCANIN BANK SEKTORUNDA RİSQLƏR BÖYÜKDÜR
[25 fevral 2009]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri «Standart ənd Puurs» Azərbaycanın bank sektorundakı vəziyətlə bağlı açıqlama yayıb. Böhran dövründə bank sektoru və ölkə üzrə risqləri qiymətləndirən agentlik azərbaycanın bank sistemini 9-cu qrupa aid edib.| ətraflı oxu >>
 
 

 


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi