İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 
PREZİDENT İLHAM ƏLİYEV BRUNO PUEZANIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB
[5 mart 2009]
Bu gün prezident İlham Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rəhbəri Bruno Puezanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanla BMT arasında |
ətraflı oxu >>
TÜRKİYƏNİN BAŞ NAZİRİ GÜRCÜSTANDA SƏFƏRDƏDİR
[5 mart 2009]
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə Gürcüstana rəsmi səfər edib. O, Tiflisdən Gürcüstan prezidenti Mixail Saakaşvili ilə birlikdə Batumiyə gedib. Batumidə Rəcəb Tayyip Ərdoğan və Mixail Saakaşvili arasında | ətraflı oxu >>
RUSİYA VERTALYOTLARI GÜRCÜSTANIN HAVA MƏKANINI POZUB
[5 mart 2009]
Gürcüstanın Daxili İşlər Nazirliyinin açıqlamasına görə yerli vaxtla bu gün saat 11-də Rusiyanın Mi-8 və Mi-24 vertalyotları Zuqudidi rayonunun Xurça və Qanmuxuri kəndləri üzərində uçuş həyata keçirib. Məlumatda o da bildirlir ki, | ətraflı oxu >>
RUSİYA VƏ NATO RƏSMİ ƏLAQƏLƏRİN BƏRPASINA HAZIRDIR
[5 mart 2009]
Bunu NATO-ya üzv ölkələrin Xarici İşlər nazirlərinin iclası öncəsi qurumun baş katibi Yap de Xoop Sxeffer bəyan edib. Qeyd edək ki, bu gün Brüsseldə keçirilən toplantında əsasən | ətraflı oxu >>
ABŞ ƏFQANISTANA YÜKLƏRİ AZƏRBAYCAN ƏRAZİSİNDƏN DAŞIYACAQ
[5 mart 2009]
ABŞ-ın Tacikistandakı səfiri Treysi Enn Ceykobson bildirib ki, ABŞ Mərkəzi Asiya regionunda yeni hərbi baza yaratmaq niyyətində deyil. Əfqanıstana yüklər iki tranzit marşrutla göndəriləcək. Amerika Əfqanıstana yükləri Latviya-Rusiya-Qazaxıstan-Özbəkistan marşrutu ilə | ətraflı oxu >>
İRAQDA NÖVBƏTİ TERROR AKTI TÖRƏDİLİB
[5 mart 2009]
Babil əyalətindəki bazarlardan birində minalanmış avtomabilin partlaması nəticəsində 10 nəfər həlak olub. Daha 40 nəfərin xəsarət aldığı bildirilir. /İctimai TV/
I RESPUBLİKA MUĞAM MÜSABİQƏSİNƏ BU GÜN START VERİLİB
[5 mart 2009]
Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Muğam Festivalında iştirak edəcək gənc ifaçıların I Respublika Muğam Müsabiqəsinə bu gün start verilib. Layihənin Azərbaycan xalq sənətinin incisi hesab edilən muğamın inkişaf və təbliğinə yönəldiyini deyən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev | ətraflı oxu >>
MARTIN 29-DA AZƏRBAYCAN YAY VAXTINA KEÇƏCƏK
[5 mart 2009]
Həmin gün saat 05:00-da saatların əqrəbləri 1 saat irəli çəkiləcək. Bununla da ölkədə qış vaxtı başa çatacaq. Qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə | ətraflı oxu >>
ATƏŞKƏS YENİDƏN POZULUB
[5 mart 2009]
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən müxtəlif saatlarda Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığından və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan |
ətraflı oxu >>
YULON QAQOŞİDZE ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT EDİB
[5 mart 2009]
Bakıda səfərdə olan Gürcüstanın diasporla iş üzrə dövlət naziri Yulon Qaqoşidze bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib. Ulu öndərin xatirəsi ehtiram olunaraq əklil qoyulub. Sonra isə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini yad etmək üçün | ətraflı oxu >>
FRANSA BAKIDA MƏİŞƏT TULLANTILARI ZAVODU TİKMƏK NİYYƏTİNDƏDİR
[5 mart 2009]
Bu barədə «Carçı»ya müsahibəsində Fransanın ölkəmizdəki səfiri Qabriel Keller bildirib. Martın 19-da Bakıda Fransa-Azərbaycan iqtisadi komissiyasının iclasının keçiriləcəyini də deyən səfir, | ətraflı oxu >>
KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[5 mart 2009]
Bu gecə saat 1 radələrində Sumqayıtın Təzə Corat qəsəbəsində Seyidxanım Mustafayevaya məxsus evdə təbii qaz sızmasından ani partlayış baş verib. Nəticədə, yanıq xəsarəti alan Səidə və qızı 22 yaşlı Könül xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti | ətraflı oxu >>
YAPONİYADA ATOM ELEKTİRİK STANSİYASINDA YANĞIN BAŞ VERİB
[5 mart 2009]
Yaponiyada dünyanın ən nəhəng atom elektirik stansiyasında yanğın baş verib. Stansiyanın əmakdaşları yanğının mənbəsini yalnız bir saatdan artıq müddətə tapa biliblər. Artıq yanğın söndürülüb. 1 nəfər xəsarət alıb. Radiasiyanın norma | ətraflı oxu >>
İTALİYADA ÖLÜM HÖKMÜ LƏĞV OLUNUB
[5 mart 2009]
Ölkə paralmatenin hər iki palatası insanın əsas hüquq və azadlıqlarının müdafiəsinə dair İtaliyada 2002-ci ildə qəbul olunmuş konvensiya protoklunu təsdiqləyib. Bununlada İtaliya ölüm hökmünün ləğv olunduğu 41-ci avropa ölkəsi olub. /İctimai TV/
MİXAİL SAAKAŞVİLİ OĞURLUQDA VƏ DÖVLƏTƏ XƏYANƏTDƏ GÜNAHLANDIRILIR
[5 mart 2009]
Gürcüstanın keçmiş baş naziri Zurab Noqaideli prezident Mixail Saakaşvilini oğurluqda və dövlətə xəyanətdə günahlandırır. Hökumətə rəhbərlik etdiyi müddətdə xərclənən vəsaitlər barədə məlumat verən Zurab Noqaideli bildirib ki, o zaman silah-sursat alınması üçün ayrılan 2 milyard və bir neçə milyon dollar əslində | ətraflı oxu >>
GÜRCÜSTAN VƏTƏNDAŞLARINA RUSİYAYA SƏFƏR ÜÇÜN XÜSUSİ VİZA VERİLMƏSİ PROSESİ BUGÜNDƏN RƏSMİ OLARAQ BAŞLAYIR
[5 mart 2009]
İctimai Televiziyanın Gürcüstandakı xüsusi müxbiri Təhməz Təhməzovun “Carçı”ya verdiyi məlumata əsasən vizalar İsveçrənin Gürcüstandakı səfirliyinin tərkibində yaradılan xüsusi bölmədən verilir. Rəsmi mərasim paytaxt Tiflisdə xüsusi bölmənin yerləşdiyi | ətraflı oxu >>
FRANSANIN FRANSEYR ŞİKƏTİNƏ MƏXSUS SƏRNİŞİN TƏYYARƏSİ BURULĞANA DÜŞÜB
[5 mart 2009]
Hadisə zamanı 2 nəfər xəsarət alıb. Xəsarət alanlar ekipaj üzvüdür. Qeyd edək ki, Paris–Tokio reysini həyata keçirən təyyarədə 261 sərnişin və 16 heyət üzvü olub. /İctimai TV/
MİSİRƏ AİD YÜK GƏMİSİ AZAD OLUNDU
[5 mart 2009]
Somali piratları 2 ay əvvəl ələ keçirdikləri Misirə aid yük gəmisini azad ediblər. Gəminin hansı şərtlər müqabilində sərbəst buraxılması isə açıqlanmır. Xatırladaq ki, yanvarın 1-də ələ keçirilən gəminin göyərtəsində 28 heyət üzvü və 6 ton yük olub. /İctimai TV/
«BEATLES» VƏ «ROLLİNG STONES» MUSİQİ QRUPLARI ÜZVLƏRİNİN YENİ FOTOŞƏKİLLƏRİ SƏRGİYƏ ÇIXARILIB
[5 mart 2009]
ABŞ-ın Nyu-York şəhərində məşhur «Beatles» və «Rolling Stones» musiqi qrupları üzvlərinin yeni fotoşəkilləri sərgiyə çıxarılıb. 3 mindən artıq fotoşəkilin nümayiş olunduğu sərgidəki şəkillər əsasən 60-cı illəri əks etdirir. Fotoşəkillər qrupların amerika konsertlərini təşkil edən | ətraflı oxu >>
GÜRCÜSTANIN DİASPORA İLƏ İŞ ÜZRƏ DÖVLƏT NAZİRİ BAKIDA SƏFƏRDƏDİR
[5 mart 2009]
Gürcüstanın diaspora ilə iş üzrə dövlət naziri Yulon Qaqoşidze Bakıda səfərdədir. Martın 7-dək davam edəcək səfər çərçivəsində Gürcüstan rəsmisi bir sıra dövlət orqanlarında görüşlər keçirəcək. /İctimai TV/
AZƏRBAYCAN ƏRAZİLƏRİNDƏKİ ABİDƏLƏR KÜTLƏVİ ŞƏKİLDƏ ERMƏNİLƏŞDİRİLİR
[5 mart 2009]
Erməni millətçiləri işğal etikləri Azərbaycan ərazilərindəki abidələri kütləvi şəkildə erməniləşdirir. Artıq həmin ərazilərdə onların dəsti-xətti olmayan abidələr barmaqla sayılacaq qədərdir. Erməniləşdirilməsi mümkün olmayan abidələr isə | ətraflı oxu >>
TÜRKİYƏDƏ MARAQLI HADİSƏ BAŞ VERİB
[5 mart 2009]
Mersin şəhərində yükdaşıma deposunda çalışan 32 yaşlı Cem Tokac möcüzə nəticəsində sağ qalıb. Baş vermiş hadisə bütün Türkiyəni şoka salıb. Belə ki, depodan çıxan yük maşını sağ tərəfdən gələn qatarla toqquşub. Bu zaman dəmiryolunun yanında duran Cem Tokac | ətraflı oxu >>
3 KANADALI ƏSGƏR HƏLAK OLUB
[5 mart 2009]
Əfqanıstanın cənubunda yol kənarına yerləşdirilən bombanın partladılması nəticəsində NATO əsgərlərinin sırasında xidmət edən 3 kanadalı əsgər həlak olub. Bu arada paytaxt Kabuldan 60 kilometr şimalda Birləşmiş Ştatlara məxsus baza yaxınlığında da | ətraflı oxu >>
RUSİYADA PARTLAYIŞ BAŞ VERİB
[5 mart 2009]
Rusiya Federasiyasının Primorski vilayətində iki mərtəbəli yaşayış binasında partlayış baş verib. Nəticədə 7 nəfər həlak olub, 6-sı isə yaralanıb. İlkin araşdırmalara görə, | ətraflı oxu >>
DÜNYANIN BİR SIRA ÖLKƏLƏRİNDƏ ETİRAZ AKSİYALARI KEÇİRLİR
[5 mart 2009]
Madaqaskarda hökümət əleyhinə aksiyalar keçirilir. Paytaxt Antananarivanın mərkəzi meydanların birində yüzlərlə hökümət əleyhdarı müxalifət lideri Andri Rajoelinanın rəhbərliyi altında nümayişlər təşkil edib. Ərazini mühasirəyə alan təhlükəszilik qüvvələri | ətraflı oxu >>
RƏSMİ VAŞİNQTON ÇİNİN İRANA SİLAH SATMASINDAN NARAHATDIR
[5 mart 2009]
Bu barədə məlumat verən Birləşmiş Ştatların Müdafiə Nazirinin müavini Devid Sidney Prezident Barak Obamanın rəsmi Pekinə bu barədə ciddi xəbərdarlıq etdiyini də deyib. Müdafiə Nazirinin müavini onu da bildirib ki, | ətraflı oxu >>
HİLLARİ KLİNTON MAHMUD ABBASLA GÖRÜŞÜB
[5 mart 2009]
Birləşmiş Ştatlarının Dövlət katibi Hillari Klinton Yaxın Şərq turnesi çərçivəsində İsraildən sonra Fələstin Muxtariyyətinə gəlib. İordan çayının qərb sahilində Rəmallah şəhərində Muxtariyyətin lideri Mahmud Abbasla görüşən Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri | ətraflı oxu >>
CANAVARLARIN İNSANLARA QARŞI HÜCÜM HALLARININ SAYI ARTIB
[5 mart 2009]
Son dövrlər canavarların sayının artması insanlar və onların şəxsi təsərrüfatları uçun əsl təhlükə mənbəyinə çevrilib. Xüsusilə də dağ və dağətəyi ərazilərdə yaşayan sakinlər şəxsi təsərrüfatlarını canavaların hücümdan qorumaq üçün problemlə üzləşirlər. Canavarların əsasən işğal olunan və nəzarətsiz ərazilərdə | ətraflı oxu >>
AVROPA ŞAXTALI HAVADAN ƏZİYYƏT ÇƏKİR
[5 mart 2009]
Norveçdə normadan artıq qar yağıb. Havaların bu cür keçməsi səlahiyyətli orqanların təcili tədbirlər görməyə məcbur edib. Paytaxt Oslonun küçələrində qarın hündürlüyü 67 santimetrə çatır. Norveçin Metereolji Xidmət Bürosundan bildiriblər ki, bu cür qarlı hava 1987-ci ildən bu yana müşahidə edilməyib. Sakinlərin sözlərinə görə | ətraflı oxu >>
FRANSANIN 2009-CU İL BÜDCƏSİ AÇIQLANIB
[5 mart 2009]
Avropanın eləcə də dünyanın əsas iqtisadi mərkəzlərindən olan Fransa dövlətinin 2009-cu il büdcəsi ictimaiyyətə açıqlanıb. Fransanın iqtisadiyyat naziri Kristin Laqarde bildirib ki, rəsmi Paris dünya iqtisadi arenasında Fransanın mövqeyini qoruyub saxlamaq, eləcə də | ətraflı oxu >>
CENEVRƏDƏ 79 -CU BEYNƏLXALQ AVTOMOBİL SƏRGİSİ AÇILIB
[5 mart 2009]
78 min kvadrat metr ərazini əhatə edən “Palekspo”sərgi salonunda 30 ölkədən 250- dən artıq kompaniya öz istehsal etdikləri avtomobillərini nümayiş etdirir. Dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq qabaqcıl avtomobil şirkətləri | ətraflı oxu >>
FİDEL KASTRONUN MEDİA TƏRƏFİNDƏN FOTOLARI YAYILIB
[5 mart 2009]
Kubanın keçmiş dövlət başçısı Fidel Kastronun media tərəfindən fotoları yayılıb. Martın 2-də Havanada Dominikan prezidenti Leonel Fernandez ilə görüş zamanı çəkdirdiyi şəkillər bu ölkənin icazəsi ilə kütləvi informasiya vasitələrində buraxılıb. Qeyd edək ki, | ətraflı oxu >>
 
İQTİSADİYYAT
Untitled Document

NEFT 2 % BAHALAŞIB, QIZIL UCUZLAŞIR…
[25 fevral 2009]
Dünya bazarında neftin qiyməti 2 faiz artaraq 40 dolları keçib. Azərbaycan neftinin satıldığı London bircasında da neft bahalaşaraq 42 dollar yarımı keçib. | ətraflı oxu >>

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. | ətraflı oxu >>
BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. | ətraflı oxu >>
AZƏRBAYCANIN BANK SEKTORUNDA RİSQLƏR BÖYÜKDÜR
[25 fevral 2009]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri «Standart ənd Puurs» Azərbaycanın bank sektorundakı vəziyətlə bağlı açıqlama yayıb. Böhran dövründə bank sektoru və ölkə üzrə risqləri qiymətləndirən agentlik azərbaycanın bank sistemini 9-cu qrupa aid edib.| ətraflı oxu >>
 
 

 


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi