İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BU GÜN TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ ƏLİ BABACANI QƏBUL EDİB
[9 fevral 2009]
Dövlət başçısı ötən ay Davosda baş nazir Rəcəp Tayyib Ərdoğanla görüşünü məmnunluqla xatırlayıb. Görüşdə ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub. | ətraflı oxu >>
“DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ YALNIZ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ MÜMKÜNDÜR”
[9 fevral 2009]
Bu fikri Azərbaycanda səfərdə olan Türkiyənin xarici siyasət udarəsinin rəhbəri Əli Babacan bir daha vurğulayıb. Onun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da əvvəl təkbətək, | ətraflı oxu >>
PREZİDENT İLHAM ƏLİYEV DMX-NİN VAHİD MİQRASİYA MƏLUMAT SİSTEMİNİN FƏALİYYƏTİNİN TƏMİN EDİLMƏSİ HAQQINDA SƏRƏNCAM İMZALAYIB
[9 fevral 2009]

Sərəncama əsasən Nazirlər Kabineti Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”ni təsdiq etməli, | ətraflı oxu >>
QIRĞIZISTAN PARALAMENTİNİN MÜDAFİƏ VƏ TƏHLÜKƏSİZLİK KOMİTƏSİ MANAS HƏRBİ BAZASININ BAĞLANMASINI DƏSTƏKLƏYİB
[9 fevral 2009]
Qırğızıstan paralamentinin Müdafiə və Təhlükəsizlik komitəsinin bu günkü iclasında ABŞ-a məxsus Manas hərbi bazasının bağlanması ilə bağlı hökümətin təqdim etdiyi qanun layihəsi dəstəklənib. | ətraflı oxu >>
İRAN 4 YENİ KOSMİK PEYKİN İSTEHSALI PROSESİNƏ BAŞLAYIB
[9 fevral 2009]
Bu barədə məlumat verən İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Süleyman təfərrüatların peyklər kosmosa buraxılmağa hazır olduğu zaman açıqlanacağını bildirib. | ətraflı oxu >>
SABAH İSRAİLDƏ BAŞ NAZİR SEÇKİLƏRİ KEÇİRİLƏCƏK
[9 fevral 2009]
Hökumət başçısı vəzifəsinə iddialılar arasında «Kadima» partiyasının lideri Tsipi Livni, «Likud» partiyasının rəhbəri Benyamin Netanyahu, «Avod» partiyasının başçısı Ehud Barak, «İsrail-Bizim Evimiz» partiyasının sədri Aviqdor Liberman da var. | ətraflı oxu >>
İSRAİL QƏZZANI YENİDƏN BOMBALADI
[9 fevral 2009]
İsrail hərbi hava qüvvələri Qəzzaya yenidən zərbələr endirib. Atılan mərmilər Həmas polisinin istifadəsində olan binaya düşüb. Tələfat barədə məlumat verilmir. | ətraflı oxu >>
AVSTRALİYADA SON 100 İLİN ƏN BÖYÜK TƏBİİ FƏLAKƏTİ
[9 fevral 2009]
Son 100 ilin ən böyük təbii fəlakəti ilə üzləşən Avstraliyada anomal hava şəraiti müşahidə olunur. Ölkənin cənubunu bürüyən meşə yanğınları 130-dan artıq insanın ölümünə səbəb olub. | ətraflı oxu >>
NİSSAN ŞİRKƏTİ 20 MİN İŞÇİSİNİ İXTİSARA SALMAĞI PLANLAŞDIRIR
[9 fevral 2009]
Şirkət martdan sonra bu addımı atacaq. Qeyd edək ki, dünyadakı iqtisadi böhran səbəbindən Nissanın son 9 ildə ilk dəfə olaraq maliyyə ilini ziyanla başa vuracağı proqozlaşdırılır. | ətraflı oxu >>
ALMANİYANIN QƏRBİ İLƏ ŞƏRQİNİ AYIRAN TARİXİ MƏRHƏLƏNİN DAHA BİR RƏMZİ DAĞIDILIB
[9 fevral 2009]
350 m hündürlüyündəki nəhəng radiostansiya uzaqdan idarə edilən patladıcı vasitəsi ilə məhv edilib. 30 il ərzində fəaliyyət göstərən qüllədən Qərbi Berlin və | ətraflı oxu >>
SABAHDAN AZƏRBAYCAN ƏRAZİSİNDƏ HAVA SOYUYACAQ
[9 fevral 2009]
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, temperaturun ötən günlərə nisbətən 3-5 dərəcə düşəcəyi, havanın yağıntılı olacağı, respublikanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı gözlənilir. | ətraflı oxu >>
LOS-ANCELESDƏ 51-Cİ «QREMMİ» MÜKAFATININ TƏQDİMETMƏ MƏRASİMİ KEÇİRİLİB
[9 fevral 2009]
Bu dəfə ilin albomu nominasiyası üzrə əsas mükafatı Robert Plant və Elison Krauss alıb. İlin mahnısı nominasiyası üzrə isə «Qızıl Qramofon»a Britaniyanın «Cold-play» qrupu «viva la vida» kompazisiyasına görə layiq görülüb. | ətraflı oxu >>
TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ AZƏRBAYCANLI HƏMKARI İLƏ GÖRÜŞÜB
[[9 fevral 2009]
Türkiyənin xarici işlər naziri Əli Babacanın Azərbaycana səfəri başlayıb. Əli Babacanla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun əvvəl geniş və təktərkibli görüşü keçirilib. Danışıqlar zamanı ikitərəfli münasibətlər və bölgədəki problemlər, | ətraflı oxu >>
ERMƏNİLƏR ATƏŞKƏSİ YENİDƏN POZDULAR
[9 fevral 2009]
Ermənistan Silahlı Qüvvələrinin bölmələri ötün gün Goranboy rayonunun Tapqaraqoyunlu və Borsunlu kəndləri istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini müxtəlf saatlarda fasilələrlə atəşə tutub. Müdafiə nazirliyinin məlumaına görə, | ətraflı oxu >>
FEVRALIN 11-DƏ QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİLƏCƏK
[9 fevral 2009]
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 11-də Ağdam rayonunun Sarıcalı kəndinin şimal-qərbindəki qoşunların təmas xəttində monitorinq keçiriləcək. Monitorinqi hər iki tərəfdə | ətraflı oxu >>
BARAK OBAMANIN SEÇKİ KOMPANİYASININ RƏHBƏRİ BAKIDA SƏFƏRDƏDİR
[9 fevral 2009]
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəvəti ilə reallaşan səfər çərçivəsində Devid Plaff bu gün müasir informasiya texnologiyasının seçki kampaniyalarına inteqrasiyası mövzusunda Qərb Universitetində mühazirə ilə çıxış edəcək. O, | ətraflı oxu >>
ABŞ PREZİDENTİ SƏLAHİYYƏTLƏRİNİ GENİŞLƏNDİRMƏK NİYYƏTİNDƏDİR
[9 fevral 2009]
ABŞ prezidenti Barak Obama öz səlahiyyətlərini genişləndirmək və Ağ Evdə Milli Təhlükəsizlik Şurasınının tərkibində bir sıra dəyişikliklər aparmaq niyyətindədir. Şuranın yeni strukturu isə prezidentin xüsusi göstərişi ilə təxminən 1 həftəyə müəyyənləşdiriləcək. Artıq məlumdur ki, | ətraflı oxu >>
ASTARANIN ƏRÇİVAN KƏNDİNDƏKİ «YANAR BULAQ» TƏBİƏT MÖCÜZƏLƏRİNDƏN SAYILIR
[9 fevral 2009]
«Yanar bulaq»dan axan suya kibrit vurduqda onun yanması xüsusi maraq doğurur. Mütəxəsiislər deyir ki, yanmaya səbəb suyun tərkibində kükürdün çox olmasıdır. Əsas məqam isə «Yanar bulaq»ın müalicəvi əhəmiyyətidir. Sakinlərin sözlərinə görə, | ətraflı oxu >>
KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[9 fevral 2009]
Xocavənd rayon sakini, 39 yaşlı Dayandur Abdullayev bıçaq yarası ilə Beyləqan şəhər ərazisindən xəstəxanaya gətirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni qrup şəklində törədən şəxslər -Şərq qəsəbə sakinləri, 40 yaşlı Nəsrullah Nöhəlov, 23 yaşlı Yasin Mehdiyev, 35 yaşlı Əyyub Mehdiyev və onun qardaşı, 30 yaşlı İbadət müəyyən olunub | ətraflı oxu >>
BRAZİLİYADA AĞIR TƏYYARƏ QƏZASI BAŞ VERİB
[9 fevral 2009]
Braziliyadaki təyyarə qəzasında 24 nəfər həlak olub, yalnız 4 nəfərin həyatını xilas etmək mümkün olub. Ölənlərin 18-nin bir ailənin üzvü olduğu açıqlanıb. Hazırda | ətraflı oxu >>
MADAQASQARDA SİYASİ GƏRGİNLİK SƏNGİMƏK BİLMİR
[9 fevral 2009]
Müxalifət tərəfədarları ilə ordu qüvvələri arasında baş verən qarşıdurmalar artıq beynəlxalq ictimayyətin də narahtlığına səbəb olub. BMT-nin baş katibi Pan Gi Mun Madaqaskar rəhbərliyini ölkədə fevralın 6-da törədilən | ətraflı oxu >>
FİNLANDİYANIN KEMİ ŞƏHƏRİNDƏ YENİ QAR QƏSRİ TİKİLİB
[9 fevral 2009]
Bu il yanvarın 30-da istifadəyə verilən qəsrin hava şəraiti ilə əlaqədar aprelin 12-də bağlanacağı nəzərdə tutulub. Hazırda isə dünyanın müxtəlif ölkələrindən 100 minlərlə turist qəsrə baş çəkir. 6 min kvadrat metr ərazini əhatə edən qəsrdə otel, | ətraflı oxu >>
BÖYÜK BRİTANİYANIN KİNO VƏ TEATR SƏNƏTİ AKADEMİYASI 24 NOMİNASİYA ÜZRƏ QALİBLƏRİ MÜƏYYƏNLƏŞDİRİB
[9 fevral 2009]
Denni Boylun “Xarabalıqdan çıxan milyonçu” filmi 2008-ci ilin ən yaxşı kinosu seçilib. Filmin 7 mükafata layiq görüldüyü bildirilir. Əksər tənqidçilər isə bu filmin OSKAR mükafatı qazanmağa da şansı olduğunu qeyd edib. Təntənəli mükafatlandırma mərasimi | ətraflı oxu >>
BU GÜN TÜRKİYƏ XARİCİ İŞLƏR NAZİRİNİN AZƏRBAYCANA SƏFƏRİ BAŞLAYIB
[9 fevral 2009]
Bu gün qardaş Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Əli Babacanla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun görüşü gözlənilir. Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, | ətraflı oxu >>
TÜRKİYƏ VƏ RUSİYA PREZİDENTLƏRİNİN MOSKVA GÖRÜŞÜNDƏ ERMƏNİSTAN- AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ DƏ MÜZAKİRƏ EDİLƏCƏK
[9 fevral 2009]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr Türkiyə prezidenti Abdulla gülün Fevralın 12-si Rusiya paytaxtına nəzərdə tutulan rəsmi səfəri zamanıda müakirə olunacaq. | ətraflı oxu >>
QORAN LENMARKER BU GÜN İRƏVANA GEDƏCƏK
[9 fevral 2009]
ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker bu gün Cənubi Qafqaz regionuna səfəri çərçivəsində İrəvana gedəcək. | ətraflı oxu >>
Aİ İNSAN HAQQLARI ÜZRƏ KOMİSSARININ BU GÜN GÜRCÜSTANA SƏFƏRİ BAŞLAYIR
[9 fevral 2009]
Avropa İttifaqı İnsan Haqları üzrə komissarı Tomas Hammarberq Abxaziyada qondarma qurum rəsmiləri ilə görüşəcək. İTAR-TASS agentliyinin məlumatına görə Tomas Hammarberq Kodor dərəsinə getmək niyyətindədir. | ətraflı oxu >>
UKRAYNA PREZİDENTİ 2009-Cİ İL DÖVLƏT BÜDCƏSİNİN TƏQDİQİNİ BÖYÜK SƏHV ADLANDIRIB
[9 fevral 2009]
Büdcənin təsdiqlənməsi zamanı siyasi faktorun rol oynadığını bildirən Ukyraynanın dövlət başçısı büdcədə dəyişikliklər etməyəcəyini nəzərə çatdırıb. Viktor Yuşşenko Ukraynanda müşahidə olunan iqtisadi böhrana görə, | ətraflı oxu >>
İRANIN SABİQ DÖVLƏT BAŞÇISI MƏHƏMMƏD HATƏMİ İYUNDA KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİSİNDƏ İŞTİRAK EDƏCƏYİNİ BİLDİRİB
[9 fevral 2009]
Məhəmməd Hatəmi İran İslam İnqilabının taleyinə biganə qala bilmədiyini nəzərə çatdırıb.Müşahidəçilər isə onun seçkidə qalib gələcəyi təqdirdə prezident Mahmud Əhmədinejadın rəhbərliyi dövründə İran və | ətraflı oxu >>
MİSİRDƏ DAHA 55 NƏFƏR QUŞ QRİPİNƏ YOLUXUB
[9 fevral 2009]
H5-N1 virusunun əlamətləri ilk olaraq Əl-Minya əyalətində yaşayan yaş yarımlıq körpədə aşkarlanıb.Qeyd edək ki, bu ilin əvvəlindən Misirdə 4 nəfər öldürücü virusun qurbanına çevrilib. | ətraflı oxu >>
 
İQTİSADİYYAT
Untitled Document

NEFT 2 % BAHALAŞIB, QIZIL UCUZLAŞIR…
[25 fevral 2009]
Dünya bazarında neftin qiyməti 2 faiz artaraq 40 dolları keçib. Azərbaycan neftinin satıldığı London bircasında da neft bahalaşaraq 42 dollar yarımı keçib. | ətraflı oxu >>

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. | ətraflı oxu >>
BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. | ətraflı oxu >>
AZƏRBAYCANIN BANK SEKTORUNDA RİSQLƏR BÖYÜKDÜR
[25 fevral 2009]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri «Standart ənd Puurs» Azərbaycanın bank sektorundakı vəziyətlə bağlı açıqlama yayıb. Böhran dövründə bank sektoru və ölkə üzrə risqləri qiymətləndirən agentlik azərbaycanın bank sistemini 9-cu qrupa aid edib.| ətraflı oxu >>
 
 

 


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi