ƏSAS SƏHİFƏ
  İctimai TV
  İctimai Radio
  XƏBƏRLƏR
  Arxiv
  HAQQIMIZDA
  Bizim tarix
  Rəylər
  Yayım şurası
  Direktorlar şurası
  VERİLİŞLƏR
  Analitik
  Musiqi və əyləncə
  Ədəbiyyat və incəsənət
  "Yeni gün" səhər proqramı
  Gənclər və idman
  Müəllif proqramları
  Elm və təhsil
  Azsaylı Xalqlar üçün verilişlər
  Kino, dublyaj redaksiyası
  RƏSMİ SƏNƏDLƏR
  Fərman
  Qanun
  Avroviziya - QAYDALAR
  Münsiflər heyətinin tərkibi
  REKLAM
  MƏTBUATDAN
  ƏLAQƏ

ARXİV
« May 2008
Be Ça Çr Ca Sb Bz
  3 4
10 11
14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
« Aprel 2008
Be Ça Çr Ca Şb Bz
  5 6
12 13
19 20
26 27
 

GÜNDƏM
ATƏŞKƏS MÜXTƏLİF SAATLARDA FASİLƏLƏRLƏ POZULUB
[11 Yanvar, 2008]
Ermənistan Silahlı Qüvvələrinin bölmələri ötən gün Berd rayonunun Çinari və Çoratan kəndlərindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Koxanəbi kəndindəki üzbəüz mövqelərini və yaşayış məntəqələrini avtomat və pulemyotlardan atəşə tutub. | ətraflı oxu >>
AZƏRBAYCAN-BELARUS BİZNES FORUMU KEÇİRİLİR
[11 Yanvar, 2008]
Bu gün Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilir. 15 belaruslu, 35 azərbaycanlı iş adamının iştirak etdiyi tədbirdə əsəasən kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur. Belaruslu iş adamları ət və süd məhsullarının ticarəti və bir sıra birgə emal müəssisələrinin tikintisi ilə bağlı təkliflərlə də çıxış edirlər. | ətraflı oxu >>
AZƏRBAYCANDA İLK TRAKTOR HAZIRLANIB
[11 Yanvar, 2008]
Bu traktorun artıq Gəncə Avtomobil Zavodunda istehsalına başlanılıb
«Belorus 82.1» modellli traktor Azərbaycanın Gəncə Avtomobil Zavodunun «Dorglektromaş» müəssisəsi ilə bağladığı müqavilə əsasında hazırlanıb. Traktorun kənd təsərrüfatı, tikinti və dəmiryolu sahələrində istismarı mümkündür. | ətraflı oxu >>
QAZAXSTANDA MƏDƏNİNDƏ PARTLAYIŞ BAŞ VERİB
[11 Yanvar, 2008]
Qazaxstanda kömür mədənində partlayış baş verib. 14 nəfər itkin düşmüş hesab edilir, xilas edilən 11 nəfər isə müxtəlif dərəcəli yanıqlarla xəstəxanaya yerləşdirilib. Partlayış baş verən zaman mədəndə 25 fəhlənin olduğu bildirlir. Hazırda mədəndə xilasetmə işləri aparılır. Partlayışın baş vermə səbəbləri məlum deyil. | ətraflı oxu >>
AĞSU DOLAYLARINDA NƏQLİYYATIN HƏRƏKƏTİ ÇƏTİNLƏŞİB
[11 Yanvar, 2008]
Bir neçə gündür ki, davam edən kəskin hava şəraiti ilə əlaqədar Ağsu dolaylarında nəqliyyatın hərəkəti çətinləşib. Bölgə müxbirimizin verdiyi məlumata görə, bu gün səhərdən dolaylara və rayon ərazisinə yenidən qar yağmağa başlayıb. | ətraflı oxu >>
GÜRCÜSTANDA MÜXALİFƏT SEÇKİLƏRİN İKİNCİ MƏRHƏLƏSİNİN KEÇİRİLMƏSİNİ TƏLƏB EDİR
[11 Yanvar, 2008]
Gürcüstanın Rustavi-2 telekanalının tok-şoularından birində prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması ilə bağlı məsələ əsas müzakirə mövzusu olub. Müxalifətdən olan namizəd Levan Qaçeçiladze proqram zamanı Mixail Saakaşvili ilə görüşdüyünü bəyan edib. | ətraflı oxu >>
ABŞ-DAN İRANA RƏSMİ ETİRAZ NOTASI
[11 Yanvar, 2008]
İranın Xarici İşlər Nazirliyinə rəsmi etiraz notası Amerikanın maraqlarını Tehranda müdafiə edən İsveçrə nümayəndələri tərəfindən təqdim olunub. Amerika tərəfi İslam İnqilabı Mühafizəçiləri Korpusunun qayıqlarının Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərinə hücum etdiyini iddia edir. | ətraflı oxu >>
TOVUZDA ELEKTROVOZ TOYOTA MARKALI AVTOMOBİLLƏ TOQQUŞUB
[11 Yanvar, 2008]
Ötən gün Azərbaycan dəmiryolunun Tovuz rayon ərazisinin Zəyəm-Qovlar mənzilində elektrovoz qorunmayan keçidi keçərkən Saleh Əliyevin idarə etdiyi toyota markalı cip avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtomobildə olan sərnişin Şəmkir rayon sakini Nərgiz Əliyeva ağır bədən xəsarətləri alıb. | ətraflı oxu >>
ANOMAL ŞAXTALI HAVA ŞƏRAİTİ BİR NEÇƏ GÜN DAVAM EDƏCƏK
[11 Yanvar, 2008]
Mərkəzi Rusiyadan Azərbaycan ərazisinə daxil olan soyuq hava kütləsi nəticəsi olaraq yaxın üç gün ərzində də şaxtalı hava şəraiti davam edəcək. Bu barədə məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji proqnozlar departamentinin direktor müavini Umayra Tağıyeva bildirdi ki, | ətraflı oxu >>
KÖKƏB ƏLİYEVA «ƏMƏKDAR ARTİST» ADINA LAYİQ GÖRÜLÜB
[11 Yanvar, 2008]
Bu yaxınlarda Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” rəqs ansamblının bədii rəhbəri Kökəb Əliyeva Azərbaycanın əməkdar artisti adına layiq görülüb. Onun rəhbərliyi ilə 17 ilə yaxın fəaliyyət göstərən rəqs ansambılı bir cox festivalların laureatı olub. | ətraflı oxu >>
PREZİDENT İLHAM ƏLİYEV BİLL ŞUSTERİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB
[11 Yanvar, 2008]
Hazırda Azərbaycanla ABŞ arasında əməkdaşlıq müxtəlif sahələrdə fəal və uğurlu inkişaf mərhələsindədir. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şusterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən | ətraflı oxu >>
«TELİ-ASONERA» ŞİRKƏTİ AZƏRBAYCANDA BÖYÜK NAİLİYYƏTLƏR ƏLDƏ EDİB
[11 Yanvar, 2008]
Dünən prezident İlham Əliyev «Teli-Asonera» şirkətinin prezidenti Lars Niberqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu şirkətlə əməkdaşlığın uğurla inkişaf etdiyini deyən dövlət başçısı Azərbaycanda telekommunikasiya sahəsində qazanılan uğurların | ətraflı oxu >>
550 AZƏRBAYCANLI ERMƏNİ ƏSİRLİYİNDƏ QƏTLƏ YETİRİLİB
[11 Yanvar, 2008]
İndiyədək 550 azərbaycanlı erməni əsirliyində qətlə yetirilib və müxtəlif səbəblərdən vəfat edib. 2007-ci ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınan şəxslərdən 231 nəfərin taleyinə aydınlıq gətirilib və onların adları itkinlərin siyahısından çıxarılıb. | ətraflı oxu >>
ATƏT SƏDRİ: “MÜNAQİŞƏLƏRİN NİZAMLANMASI ƏSAS FƏALİYYƏT PRİNSİPLƏRİMDƏN BİRİ OLACAQ”
[11 Yanvar, 2008]
ATƏT Daimi Şurasının iclasında çıxış edən ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri, İlkka Kanevra bildirib ki, münaqişələrin nizamlanması, böhranlar zamanı vəziyyətin idarə olunması onun ATƏT-ə sədrlik edəcəyi dövrdə | ətraflı oxu >>
QUSARDA TOP MƏRMİSİNİN PARTLAYICISI TAPILIB
[11 Yanvar, 2008]
Qusar şəhərində tikilməkdə olan Qusar Olimpiya İdman Kompleksinin inşası zamanı qazıntı işlərini aparan inşaatçılar ərazidən 122 millimetrlik top mərmisinin partlayıcısını tapıb. | ətraflı oxu >>
DƏNİZKƏNARI BULVAR İDARƏSİ YARADILIB
[11 Yanvar, 2008]
Əfqan Şahmarov Nazirlər Kabineti yanında Dənizkənarı Bualvar İdarəsinin rəisi təyin edilib
Prezident İlham Əliyev Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar idarəsinin yaradılması haqqında fərman imzalayıb. | ətraflı oxu >>

  Efirdə müstəqil Azərbaycanın İctimai Televiziyasıdır! 39-42-ci paralellərdə yerləşən Azərbaycan Respublikası 15 ilə yaxındır ki, Ermənistanla müharibə şəraitində yaşayır. Torpaqlarının 20% erməni işğalçıları tərəfindən zəbt olunub. Bir milyondan artıq vətəndaşı qaçqın düşüb. Işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik şurasının 822, 853, 874, 884 saylı qətnamələri indiyədək yerinə yetirilməyib. BU ƏDALƏTSİZLİYƏ DÜNYA BİRLİYİ HƏLƏ DƏ DÖZÜR.

HOTBIRD 13º
Fregans – 11785 MHS
Polyarizasiya- Horizontal
S/R- 27500
FEQ- ¾

Türksat 42º
Fregans- 11554 MHS
Polyarizasiya- Horizontal
S/R- 2916
FEQ-2/3

Azərbaycanı Eurovision-2008 müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər: Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya, Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları ilə canlı yayımlanacaq.

Görüşlər

ATƏT-LƏ İCTİMAİ TELERADİO ARASINDA ƏMƏKDAŞLIĞA DAİR MEMORONDUM İMZALANIB

Bu gün ATƏT-in Bakı Ofisində qurumla İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair memorondum imzalanıb.


İSMAYIL ÖMƏROV “TÜRK DÜNYASINA VƏ TÜRK MƏDƏNIYYƏTINƏ XIDMƏT” MÜKAFATINA LAYIQ GÖRÜLÜB

Mükafatı Baş direktora Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin təqdim edib


Kalamiras Bakıda

Martın 24-ü Yunanıstanın Avroviziya 2008 müsabiqəsində təmsil edəcək müğənnisi Kalamiras İctimai Televiziyanın dəvətilə Azərbaycana promo-tura gəlib.


ATƏT-İN İCTİMAİ TELERADİO ƏMƏKDAŞLARI ÜÇÜN KEÇİRDİYİ TRENİNQLƏRİN İKİNCİ MƏRHƏLƏSİ BAŞLAYIR

Layihəni ATƏT-lə yanaşı, Norveç və Almaniyanın Azərbaycandakı səfirlikləri, eləcə də Avropa Şurası dəstəkləyir


İctimai Teleradio Türkiyə Radio Televiziya Qəzetçiləri Dərnəyinin “Radio Televiziya Oskarı”na layiq görülüb

Türkiyə Radio Televiziya Qəzetçiləri Dərnəyi tərəfindən verilən 30-cu “Radio Televiziya Oskarı” sahiblərinə təqdim olunub.

   

© 2005-2007 | Müəllif hüquqları: İctimai Televiziya və Radio Yayımları Şirkəti | www.itv.az | e-mail: info@itv.az
webmaster: admin@itv.az