ABŞ-IN ŞƏRQ ŞTATLARINDA DAŞQINLAR, FLORİDA ŞTATINDA İSƏ YANĞINLAR
DAVAM EDİR [13 May, 2008]
ABŞ-ın şərq ştatlarında qasırğa və leysan yağışlarından
sonra güclü daşqınlar başlayıb. Evləri su basıb,
yollar yuyulub, elektrik xətləri sıradan çıxıb.
Bu səbəbdən də Nyu-Cersi, Delaver, Virciniya
ştatlarının əhalisi hələ də zülmət içərisindədir.
Daşqınlarla bağlı sahilyanı ştatların əhalisi
köçürülməyə başlayıb. Təbii fəlakətin hazırda
ölkənin mərkəzinə doğru irəlilədiyi bildirilir.
Güclü küləklə bağlı Nyu-Yorkun mərkəzi hava
limanında aviareyslər təxirə salınıb. Florida
ştatında meşə yanğınları isə daha da güclənib.
Yanğın 3 evi tamamilə məhv edib. Xəsarət alanların
olmadığı bildirilir. Ştatda fövqəladə vəziyyət
elan edilib. Təkcə Deyton-Biç şəhərində 500
evin əhalisi yaşayış yerini tərk etməli olub.
Ştat polisi federal əhəmiyyətli əsas yolları,
ərazilərə girişi bağlayıb. Qeyd edək ki, yanğınların
miqyasını kəskin istilər və güclü külək daha
da artırır. Yanğının qəsdən törədildiyi ehtimalı
da mövcuddur. Yanğını söndürmək üçün bütün qüvvələr
səfərbər edilib. Təbii fəlakəti hələ də nəzarət
altına almaq mümkün olmayıb. Sinoptiklər daşqınlardan
əziyyət çəkən ştatlardan fərqli olaraq Florida
ştatında vəziyyətin normallaşacağını proqnozlaşdırır.
\İctimai TV\
Azərbaycanı Eurovision-2008
müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə
aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər:
Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya,
Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək
ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park
Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı
vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları
ilə canlı yayımlanacaq.