SABAH MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ QRUPA ÜZV OLAN DİGƏR ÖLKƏLƏRİN
TƏMSİLÇİLƏRİLƏ GÖRÜŞ KEÇİRƏCƏKLƏR
[15 Aprel, 2008]
Sabah Vyanada ATƏT-in Hofburq sarayında yerləşən ofisində
Minsk qrupunun həmsədrləri qrupa üzv olan digər ölkələrin
təmsilçilərilə görüş keçirəcəklər.
| ətraflı
oxu >> |
ERMƏNİSTAN ORDUSUNUN BÖLMƏLƏRİ ATƏŞKƏSİ POZMAQDA DAVAM EDİR
[15 Aprel, 2008]
Ermənistan ordusunun bölmələri bu gün Goranboy rayonunun
Tapqaraqoyunlu kəndi və Tərtər rayonunun Çiləbürt kəndi,
ötən gün isə saat 18:30-dan bu gün saat 03:00-dək fasilələrlə
Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərdən
| ətraflı
oxu >> |
BU GÜN MİLLİ MƏCLİSİN NÖVBƏTİ İCLASI KEÇİRİLİR
[15 Aprel, 2008]
İclasın gündəliyində Azərbaycan respublikasının Hesablama
Palatasının 2007-ci il fəaliyyətinə dair hesabatının
dinlənilməsi, eləcə də İnzibati prosessual məcəllə layihəsinin
2-ci oxunuşda müzakirəsi nəzərdə tutulub. |
ətraflı
oxu >> |
«VAHİD RUSİYA» PARTİYASINA VLADİMİR PUTİNİN RƏHBƏRLİK EDƏCƏYİ
GÖZLƏNİLİR
[15 Aprel, 2008]
Rusiyada hakim «Vahid Rusiya» partiyasının 9-cu qurultayı
keçirilir. Qurultayın ikinci gününün əlamətdar olacağı
bildirilir. Belə ki, bu gün tədbirdə səlahiyyətlərini
təhvil verməyə hazırlaşan prezident Vladimir Putin və
xələfi Dmitriy Medvedyevin çıxışları gözlənilir. |
ətraflı
oxu >> |
İSPANİYANIN YENİ KABİNETİNİN ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLİB
[15 Aprel, 2008]
Baş nazir Xose Luis İqnasyo Rodriges Sapateronun yenidən
rəhbərlik etdəcəyi kabinet martın 9-da keçirilən seçkilərdən
sonra formalaşıb. Seçiklərdə qələbə qazanan Sosialist
partiyasından Nazirlər Kabinetində 9 qadın və 8 kişi
təmsil olunacaq. İspaniya tarixində ilk dəfə olaraq
nazir kürsülərində qadınlara bu qədər yer verilib. |
ətraflı
oxu >> |
CƏNUBİ QAFQAZDA NARKOTİKLƏRƏ NƏZARƏT PROQRAMININ 5-Cİ MƏRHƏLƏSİNİN
TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
[15 Aprel, 2008]
Bu gün Bakıda Cənubi Qafqazda narkotiklərə nəzarət proqramının
5-ci mərhələsinin təqdimat mərasimi keçirilib. Bu mərhələ
Avropanın narkotiklərə mübarizə sahəsində təcrübəsinə
əsaslanaraq 5 komponenti özündə birləşdirir. |
ətraflı
oxu >> |
AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ SEMİNAR
TƏŞKİL EDİB
[15 Aprel, 2008]
Azərbaycanda qadın və kişi hüquqlarının bərabərliyi
qanun çərçivəsində tənzimlənsə də bütün dünyada olduğu
kimi gender məsələsində müəyyən problemlər hələ də qalmaqdadır.
| ətraflı
oxu >> |
YUNANISTAN SAHİBKARLARI AZƏRBAYCANDA BİZNESLƏ MƏŞĞUL OLMAQ İSTƏYİR
[15 Aprel, 2008]
Yunanıstan sahibkarları Azərbaycanda tikinti maşınları
və avadanlığı, dəri və xəz məhsulları, dərman preparatları,
konservləşdirilmiş meyvələr, şirələr, həmçinin, metal
konstruksiya məmulatlarının istehsalı və satışı ilə
məşğul olmaq istəyir. |
ətraflı
oxu >> |
FRANSANIN «LE MONDE» QƏZETİNİN ƏMƏKDAŞLARI TƏTİL KEÇİRİR
[15 Aprel, 2008]
Son 64 ildə ilk dəfə olaraq fransalılar ölkənin ən nüfuzlu
və reytinqi qəzetinin növbəti sayını oxumaqdan məhrum
olub. Bunun səbəbi Fransanın «Le monde» qəzeti əməkdaşlarının
tətilə başlamasıdır. Onlar rəhbərliyin ixtisar siyasətinə
etiraz edir. Qeyd edək ki, qəzet rəhbərliyi 130 nəfəri
işdən çıxarmağı planlaşdırır. |
ətraflı
oxu >> |
ÇİLİDƏ FUTBOL AZARKEŞLƏRİ İĞTİŞAŞ TÖRƏDİB
[15 Aprel, 2008]
Çilidə yerli futbol komandalarının görüşü iğtişaşlara
səbəb olub. 200 minə qədər azarkeş polisləri daş-qalaq
edib. İukike şəhərinin küçələrini əsil döyüş meydanına
çevirən içkili azarkeşlər əvvəlcə bir-biri ilə davaya
başlayıb, daha sonra isə sabitliyi bərpa etməyə çalışan
asayiş keşikçilərinə hücum edib. Nəticədə iğtişaş yaranıb.
| ətraflı
oxu >> |
KUBADA BÖHRAN YARANIB
[15 Aprel, 2008]
Kubada mobil telefondan istifadəyə icazə verən qanunun
qəbulundan sonra ölkədə böhran yaranıb. Əhali telefon
satılan mağazaların qarşısında uzun növbələr yaradıb.
Mobil telefondan indiyədək istifadə etməyən kubalıların
etirazına rabitə vasitəsinin qiymətinin bahalağı səbəb
olub. | ətraflı
oxu >> |
İNDONEZİYA ALİMLƏRİ ELMƏ MƏLUM OLMAYAN QURBAĞA NÖVÜ AŞKARLAYIB
[15 Aprel, 2008]
Bu növün fərqli xüsusiyyəti orqanizmə oksigenin dəri
vasitəsilə daxil olmasıdır. 4 ayaqlılılar arasında bu
növə nadir hallarda rast gəlinir. Dəri vasitəsilə yalnız
salamandra tipli qurbağalar tənəffüs edir. Yeni kəşf
edilən amfibiyanın ölçüsü 5 santimetrdir. |
ətraflı
oxu >> |
MERLİN MONRONUN ÇƏKİLDİYİ EROTİK FİLMİN ARAŞDIRILMASINA BAŞLANILIB
[15 Aprel, 2008]
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Hollivudun əfsanəvi
ulduzlarından biri Merlin Monronun çəkildiyi erotik
filmin araşdırılmasına başlayıb. Mərkəzi Kəşfiyyat İdarəsinin
bu araşdırmanı üzərinə götürməsinə səbəb isə mərhum
aktrisanın ABŞ-ın sabiq prezidentlərindən Con Kennedi
| ətraflı
oxu >> |
BU GÜN BAKIDA BEYNƏLXALQ KONFRANS İŞƏ BAŞLAYACAQ
[15 Aprel, 2008]
Bu gün Bakıda «GUAM dövlətlərinin ərazilərində münaqişələrin
həllinin prinsipial əsasları» adlı beynəlxalq konfrans
işə başlayacaq. Tədbirdə 2006-cı ildə Kiyevdə keçirilən
dövlət başçılarının zirvə görüşündə «Demokratiya və
İqtisadi İnkişaf Naminə Təşkilat-GUAM»ın ərazisində
münaqişələrin nizamlanmasına dair qəbul edilən birgə
bəyannamədən | ətraflı
oxu >> |
BU GÜN QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİLMƏSİ PLANLAŞDIRILIR
[15 Aprel, 2008]
ATƏT-in fəliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin
mandatına uyğun olaraq bu gün Azərbaycanın Goranboy
rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında, qoşunların
təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
| ətraflı
oxu >> |
AŞPA-NIN YAZ SESSİYASININ İLK GÜNÜNDƏ ƏSAS DİQQƏT ERMƏNİSTANDA
KEÇİRİLƏN PREZİDENT SEÇKİLƏRİNƏ YÖNƏLDİLİB
[15 Aprel, 2008]
Fransanın Strasburq şəhərində işə başlayan Avropa Şurası
Parlament Assambleyasının yaz sessiyasının ilk günündə
əsas diqqət Ermənistanda keçirilən prezident seçkiləri
və mövcud vəziyyətə yönəldilib. |
ətraflı
oxu >> |
AZƏRBAYCANLA ABŞ ARASINDA HƏRBİ MƏSLƏHƏTLƏŞMƏLƏRİNİN NÖVBƏTİ
MƏRHƏLƏSİ KEÇİRİLƏCƏK
[15 Aprel, 2008]
Bu gün Bakıda Azərbaycan dövləti ilə Amerika Birləşmiş
Ştatları arasında hərbi məsləhətləşmələrinin növbəti
mərhələsi keçiriləcək. Görüşdə hərbi sahədə əməkdaşlığın
vəziyyəti, birgə fəaliyyət planının hazırlanması məsələləri
müzakirə olunacaq. |
ətraflı
oxu >> |
BAKI-TRABZON-BAKI MARŞRUTU ÜZRƏ YENİ REYS AÇILDI
[15 Aprel, 2008]
Azərbaycan Hava Yolları Şirkəti Bakı-Trabzon-Bakı marşrutu
üzrə yeni reys açır. İlk uçuş bu gün 10:30-da həyata
keçiriləcək. | ətraflı
oxu >> |
BAKIDA DÜNYA HEMOFİLİYA GÜNÜ İLƏ ƏLAQƏDR TƏDBİR KEÇİRİLİB
[15 Aprel, 2008]
Azərbaycan Hemofiliya Xəstələri Assosiasiyasının sədri
Gülnarə Hüseynova bildirib ki, hazırda ölkədə mindən
artıq insan bu xəstəlikdən əziyyət çəkir, onların da
55%-ni məktəbəqədər və məktəb yaşlı uşaqlar təşkil edir.
| ətraflı
oxu >> |
ERMƏNİSTANIN YENİ MÜDAFİƏ VƏ XARİCİ İŞLƏR NAZİRLİKLƏRİNİN RƏHBƏRLƏRİ
MƏLUM OLDU
[15 Aprel, 2008]
Ermənistan prezidenti Serj Sarkisyan ölkənin Müdafiə
və Xarici İşlər Nazirliklərinin rəhbərlərini təyin edib.
Serj Sarkisyanın sərəncamı ilə Edvard Nalbadyan Xarici
İşlər, Seyran Ohanyan isə Müdafiə naziri təyin edilib.
| ətraflı
oxu >> |
İTALİYADA PARLAMENT SEÇKİLƏRİNİN İLKİN NƏTİCƏLƏRİNƏ ƏSASƏN XALQ
AZADLIĞI BLOKU QALİB GƏLİB
[15 Aprel, 2008]
İtaliyada parlament seçkilərinin ilkin nəticələrinə
əsasən Silvio Berluskoninin rəhbərliyindəki sağmərkəzçi
Xalq Azadlığı Bloku qalib gəlib. Rəsmi nəticələr bülletenlərin
100%-nin sayılmasından sonra elan ediləcək. İtaliyanın
yeni parlamenti isə aprelin 29-da ilk iclasını keçirəcək.
| ətraflı
oxu >> |
İRANDA «QURU» TİPLİ TƏYYARƏ QƏZAYA UĞRAYIB
[15 Aprel, 2008]
Paytaxt Tehranın Mehrabad hava limanında qəzaya uğrayan
təyyarə yanğına də səbəb olub. Yanğının miqyası qısa
zamanda genişlənib və bütün ərazini əhatə edib. İranın
dövlət televiziyasının məlumatına əsasən qəzaya uğrayan
təyyarə silahlı qüvvələrə məxsus olub. Nəticədə pilot
və onun köməkçisi xəsarət alıb. |
ətraflı
oxu >> |
YAXIN ŞƏRQDƏ VƏZİYYƏT YENİDƏN GƏRGİNLƏŞİB
[15 Aprel, 2008]
İsrailin hərbi təyyarələri Qəzza bölgəsində növbəti
dəfə reyd həyata keçirib. Nəticədə Fələstin döyüşçülərinin
səhra komandiri həlak olub, daha 4 nəfər isə yaralanıb.
Rəsmilər bildirir ki, ölən İbrahim Əbu Olba İsrailə
atılan raket zərbələrinə görə, |
ətraflı
oxu >> |
BENAZİR BHUTTONUN QƏTLİNİN ARAŞDIRILMASI İLƏ BAĞLI BMT-YƏ MÜRACİƏT
EDİLİB
[15 Aprel, 2008]
Pakistan parlamentinin deputatları sabiq baş nazir Benazir
Bhuttonun qətlinin araşdırılması ilə bağlı BMT-yə müraciət
edib. Parlamentdə səsvermə zamanı əksəriyyət tərəfindən
qəbul edilən təklif beynəlxalq araşdırma komissiyası
yaradılmasını zəruri edir. |
ətraflı
oxu >> |
DONALD RAMSFELD XATİRƏLƏRİNİ YAYIMLAYACAQ
[15 Aprel, 2008]
İraq müharibəsinin memarı adlandırılan Amerikanın sabiq
Müdafiə naziri Donald Ramsfeld xatirələrini yayımlayacağını
açıqlayıb. Həyat və fəaliyyəti boyu yaşadığı anları
kitab şəklində təqdim etməyi planlaşdırılan sabiq Pentaqon
rəhbəri daha əvvəl ölkə və dünya ictimaiyyətinə məlum
olmayan məqamlara da işıq salacaq. |
ətraflı
oxu >> |