GUAM-A ÜZV ÖLKƏLƏRİN NÖVBƏTİ TOPLANTISI TİFLİSDƏ KEÇİRİLƏJƏK
[16 Aprel, 2008]
GUAM-a üzv ölkələrin növbəti toplantısı iyulun 1-2-si
Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək. Toplantıda
quruma sədrlik isə Azərbaycandan Gürcüstana keçəcək.
GUAM-ın əsas məqsədinin mövcud münaqişələrin həlli və
əməkdaşlıq üçün sivil mühitin yaranmasından ibarət olduğunu
vurğulayan qurumun baş katibi Valerii Çeçelaşvili bildirib
ki, | ətraflı
oxu >> |
A.ƏZİMOV: «RUSİYADAN EŞİTMƏK İSTƏRDİK Kİ, ONLAR MÜNAQİŞƏNİN
AZƏRBAYJANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLLİNİ İSTƏYİR”
[16 Aprel, 2008]
Rəsmi Bakı hesab edir ki, Rusiya Azərbaycanın ərazi
bütövlüyü və onun beynəlxalq səviyyədə tanınan sərhədləri
çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına
dəstək barədə bəyanat verməlidir. Bunu bəyan edən xarici
işlər nazirinin müavini, |
ətraflı
oxu >> |
K.RAYS: “DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ KİFAYƏT QƏDƏR TEZ HƏLL OLUNA
BİLƏR”
[16 Aprel, 2008]
«Ermənistan və Azərbaycan bir az siyasi iradə nümayiş
etdirsələr, Dağlıq Qarabağ münaqişəsi «kifayət qədər
tez» həll oluna bilər. Bu fikirləri Vaşinqtonda keçirilən
Türkiyə-Amerika şurasının iclasından sonra çıxışı zamanı
deyən Birləşmiş Ştatların dövlət katibi |
ətraflı
oxu >> |
MİLLİ MƏJLİSDƏ “UŞAQ İDMANI HAQQINDA” QANUN LAYİHƏSİ İLƏ BAĞLI
DİNLƏMƏLƏR KEÇİRİLİB
[16 Aprel, 2008]
Bu gün Milli Məclisdə parlamentin sosial siyasət daimi
komissiyasının təşəbbüsü, Gənclər və İdman Nazirliyi,
Təhsil Nazirliyi və BMT-nin Uşaq fondununun iştirakı
ilə “Uşaq idmanı haqqında” qanun layihəsi ilə bağlı
dinləmələr keçirilib. |
ətraflı
oxu >> |
BİR NEÇƏ İSTİQAMƏTDƏ ATƏŞKƏS POZULUB
[16 Aprel, 2008]
Ermənistan ordusunun bölmələri dünən və bu gün Berd
rayonu Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz
rayonu,həmçinin Xocavənd rayonunun ərazisindəki adsız
yüksəkliklərdə və Kuropatkino kəndindən, Goranboyun
Tapqaraqoyunlu, Ağdamın Yusifcanlı, Füzuli rayonunun
Aşağı Veysəlli kəndi yaxınlığında
| ətraflı
oxu >> |
AVROPA ŞURASI ERMƏNİSTAN HAKİMİYYƏTİNİ SİYASİ MƏHBUSLARI AZADLIĞA
BURAXMAĞA ÇAĞIRIB
[16 Aprel, 2008]
Avropa Şurasının insan haqları üzrə komissarı Tomas
Hammerberq Ermənistan hakimiyyətini siyasi görüşlərinə
görə həbs edilən insanları azadlığa buraxmağa çağırıb.
| ətraflı
oxu >> |
XANLAR HACIYEV AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSİNƏ HAKİM SEÇİLİB
[16 Aprel, 2008]
Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki hakimi
vəzifəsinə yenidən Xanlar Hacıyev seçilib. O, 163 mümkün
səsdən 131-ni toplayıb və digər iki həmkarı, Rövşən
İsmayılov və Saədət Yusifovanı üstələyib. |
ətraflı
oxu >> |
İSRAİL ORDUSU QƏZZA BÖLGƏSİNDƏ ƏMƏLİYYAT APARIR
[16 Aprel, 2008]
İsrail ordusunun Qəzza bölgəsində apardığı əməliyyat
zamanı «İslam Cihad» qruplaşmasının 2 üzvü öldürülüb.
Təhlükəsizlik xidmətinin əməkdaşları ilə birgə keçirilən
əməliyyət zamanı İsrail hərbi hava qüvvələri Cəbaliyə
qaçqın düşərgəsinə raket zərbələri endirib. |
ətraflı
oxu >> |
NEFTİN QİYMƏTİ 113 DOLLAR 79 SENTƏ YÜKSƏLİB
[16 Aprel, 2008]
Dünya bazarında neftin qiyməti artmaqda davam edir.
Nyu-York ticarət birjasında keçirilən hərraclarda neftin
qiyməti bir barrel üçün 2,03 dollar artaraq 113 dollar
79 sent təşkil edib. London birjalarında isə Brent markalı
neftin qiyməti 1,yüzdə 47 dollar bahalaşıb. Burada Brent
markalı bir barel neft 111 dollar 31 sentə satılıb.
| ətraflı
oxu >> |
MƏKTƏBLİLƏRİ DAŞIYAN AVTOBUS KANALA DÜŞÜB
[16 Aprel, 2008]
Hindistanda məktəbliləri daşıyan avtobus kanala düşüb.
Nəticədə 39 nəfər həlak olub. Yalnız 4 məktəblini xilas
etmək mümkün olub. Hadisənin baş vermə səbəbi məlum
deyil. | ətraflı
oxu >> |
YENİ ZELLANDİYADA GÜCLÜ TUFAN 6 YENİYETMƏNİN ÖLÜMÜNƏ SƏBƏB OLUB
[16 Aprel, 2008]
Yeni Zellandiya sahillərində güclü tufan nəticəsincə
qayıqda olan 12 nəfərdən 7-i batıb. Ölənlərdən 6-sı
yeniyetmədir. Ehtimallara görə qəzaya çayda suyun səviyyəsinin
artması səbəb olub. |
ətraflı
oxu >> |
LƏNKƏRANDA BAŞI BƏDƏNİNDƏN AYRILMIŞ MEYİT TAPILIB
[16 Aprel, 2008]
Ötən axşam saat 21:15-də Lənkəranda, dəmir yolu vağzalının
ərazisində naməlum kişi meyidi tapılıb. Meyidi başı
bədənindən ayrılmış vəziyyətdə aşkarlayan Hüquq mühafizə
orqanları əməkdaşları ilkin versiya kimi hadisənin intihar
olduğunu bildiriblər. |
ətraflı
oxu >> |
ŞƏKİDƏ 17 SAYLI ORTA MƏKTƏBİN YENİ BİNASI İSTİSMARA VERİLİB
[16 Aprel, 2008]
Şəkidə 17 saylı orta məktəbin yeni binasının istismara
verilməsi ilə əlaqədar mərasim keçirilib. Yaponiyanın
«Ot kökləri və insan təhlükəsizliyi» qrant yardımı proqramı
çərçivəsində inşa olunan binada müasir avadanlıqlar
quraşdırılıb. | ətraflı
oxu >> |
AZƏRBAYCAN TURİZM VƏ SƏYAHƏT SƏRGİSİ KEÇİRİLİR
[16 Aprel, 2008]
Bu gün Bakıda VII Azərbaycan turizm və səyahət sərgisi
keçirilir. Heydər Əliyev idman və konsert kompleksində
təşkil edilən sərgidə dünyanın 28 ölkəsindən 65 şirkət
iştirak edir.Sərgi dünyanın aparıcı turizm şirkətləri,hava
yolları və agentliklər,avtobus turları,tur operatorları,idman
turizmi və bu sahənin mühüm xüsusiyyətlərindən bəhs
edir. | ətraflı
oxu >> |
HƏMSƏDRLƏR MİNSK QRUPUNA ÜZV OLAN ÖLKƏLƏRİN TƏMSİLÇİLƏRİLƏ GÖRÜŞƏCƏK
[16 Aprel, 2008]
Bu gün Avstriyanın paytaxtı Vyanada ATƏT-in Hofburq
sarayında yerləşən ofisində Minsk qrupunun həmsədrləri
qrupa üzv olan digər ölkələrin təmsilçilərilə görüş
keçirəcək. | ətraflı
oxu >> |
GUAM DÖVLƏTLƏRİNİN ƏRAZİLƏRİNDƏKİ MÜNAQİŞƏLƏRLƏ BAĞLI KONFRANSA
YEKUN VURULACAQ
[16 Aprel, 2008]
Bakıda keçirilən «GUAM dövlətlərinin ərazilərində münaqişələrin
həllinin prinsipial əsasları» mövzusunda beynəlxalq
konfransa bu gün yekun vurulacaq. |
ətraflı
oxu >> |
PENSİYANIN BAZA HİSSƏSİ ATIRILIACAQ
[16 Aprel, 2008]
Bu il ərzində Azərbaycanda pensiyanın minimum həddi
artırılacaq. Sosial müdafiə fondunun sədri Səlim Müslümov
artımın iyuldan tez olmayacağını bildirdi. Hazırda ölkədə
pensiyanın baza hissəsi 60 manatdır. Amma fondun sədri
artımdan sonra bu həddin məbləğinin nə qədər olacağının
hələ müəyyənləşmədiyini dedi. |
ətraflı
oxu >> |
ROMA PAPASI ABŞ-A SƏFƏR EDİB
[16 Aprel, 2008]
Roma Papası XVI Benedikt Roma katolik kilsəsinin başçısı
seçiləndən sonra Amerika Birləşmiş Ştatlarının paytaxtı
Vaşinqtona ilk rəsmi səfərə gəlib. Prezident Corc Buş
və onun xanımı Roma Papasını «Alitaliya» hava yollarına
məxsus xüsusi təyyarədə Endrüs hərbi hava bazasında
qarşılayıb. Daha sonra Ağ Evdə xüsusi rəsmi mərasim
keçiriləcək. | ətraflı
oxu >> |
TÜRKİYƏDƏ 53 BƏLƏDİYYƏ RƏHBƏRİ CƏZALANDIRILIB
[16 Aprel, 2008]
Türkiyədə 53 bələdiyyə rəhbəri 2 il 6 ay müddətinə azadlıqdan
məhrum edilib. Onlar PKK-terror təşkilatı silahlılarını
dəstəklədiklərinə görə, cəzalandırılıblar. Amma sonradan
həbs cəzaları 1 400 dollarlıq cərimə ilə əvəzlənib.
| ətraflı
oxu >> |
KONQODA TƏYYARƏ QƏZAYA UĞRAYIB
[16 Aprel, 2008]
Konqo Demokratik Respublikasında təyyarə qəzaya
uğrayıb. Nəticədlə 21 nəfər həlak olub. Təyyarənin məxsus
olduğu «Xeva Bora» avaişirkət rəhbərliyi isə bildirib
ki, sərnişinlər ölümü barədə məlumat hələlik təsdiqini
tapmayıb. Şirkət rəsmilərinin sözlərinə görə təyyarənin
göyərtəsindəki bütün heyət üzvü sağdır, həmçinin 53
sərnişin xilas edilib. |
ətraflı
oxu >> |
BEYNƏLXALQ FORUM İŞTİRAKÇILARI QƏBƏLƏ VƏ ŞƏKİNİN TARİXİ ABİDƏLƏRİ
İLƏ TANIŞ OLUB
[16 Aprel, 2008]
2 gün əvvəl Bakıda işə başlayan İslam Konfransı Təşkilatına
üzv ölkələrin İpəkyolu layihəsində iştirak edən turizm
operatorlarının forumunun iştirakçıları Qəbələ və Şəkinin
tarixi abidələri ilə tanış olub. |
ətraflı
oxu >> |
PREZİDENT İLHAM ƏLİYEV AZADLIQ RADİOSUNUN PREZİDENTİNİ QƏBUL
EDİB
[16 Aprel, 2008]
Ötən gün prezident İlham Əliyev Azadlıq radiosunun prezidenti
Cefri Gedmini qəbul edib. Azərbaycana səfərinin əsas
məqsədinin ölkədə gedən proseslərlə yaxından tanış olmaqdan
ibarət olduğunu vurğulayan Cefri Gedmin bildirib ki,
| ətraflı
oxu >> |
UKRAYNANIN AZƏRBAYCANDAKI SƏFİRİNİN DİPLOMATİK FƏALİYYƏTİ BAŞA
ÇATIB
[16 Aprel, 2008]
Dünən prezident İlham Əliyev Ukraynanın Azərbaycandakı
səfiri Stepan Volkavetskini diplomatik fəaliyyətinin
başa çatması ilə əlaqədar qəbul edib. Ukraynaya və səfirliyin
fəaliyyətinə göstərdiyi diqqətə görə Azərbaycan hökumətinə,
şəxsən dövlət başçısına minnətdarlığını bildirən |
ətraflı
oxu >> |
QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİLİB
[16 Aprel, 2008]
ATƏT-in fəliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin
mandatına uyğun olaraq ötən gün Azərbaycanın Goranboy
rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında, qoşunların
təmas xəttində monitorinq keçirilib. Azərbaycanın Müdafiə
Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, |
ətraflı
oxu >> |
ABŞ-AZƏRBAYCAN HƏRBİ MƏSLƏHƏTLƏŞMƏLƏRİ KEÇİRİLİR
[16 Aprel, 2008]
Bakıda Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında
növbəti hərbi məsləhətləşmələr keçirilir. Müzakirələrdə
Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin rəhbərliyi,
Amerikadan isə bu ölkənin müdafiə naziri müavinin NATO
və Avropada siyasi məsələlər üzrə köməkçisi Daniel Fetanın
rəhbərliyi etdiyi nümayəndə heyəti iştirak edir. |
ətraflı
oxu >> |
XANLAR RAYONU GÖYGÖL ADLANDIRILA BİLƏR
[16 Aprel, 2008]
Ötən gün Milli Məclis yanında Toponomiya Komissiyası
Xanlar rayonunun adının dəyişdirilməsi, həmçinin Qobustan
rayonu ərazisində salınan yaşayış məntəqəsinin adlandırılması
məsələlərinə baxıb. Komissiyaya edilən müraciətdə Xanlar
rayonunun adının dəyişdirilərək «Göygöl» adlandırılması
bir daha təklif olunur. |
ətraflı
oxu >> |