«ALTERNATİV İNFİLYASİYA METEDOLOGİYASININ İŞLƏNİLMƏSİ» LAYİHƏSİ
İLƏ BAĞLI KONFRANS KEÇİRİLİB [17 Yanvar, 2008]
Bu gün Bakıda Amerika Beynəlxalq İnkişaf Agentliyi
ilə İqtisadi tədqiqatlar mərkəzinin Azərbaycanda
həyata keçirdiyi «Alternativ infilyasiya metedologiyasının
işlənilməsi» layihəsinin yekunlarına həsr olunan
konfrans keçirilib. Məlumat verilib ki, layihə
çərçivəsində Azərbaycanın 22 regionunda, 3 min
ev təssərrüfatında müşahidələr aparılaraq, alternativ
infilyasiya səviyyəsinin öyrənilməsinə çalışılıb.
Layihə iştiraksçılarının təqdim etdiyi rəqəm,
dövlət statistika komitəsinin hesablamaları
ilə üst-üstə düşmür. Bununla yanaşı ötən il
infilyasiyanın səviyyəsində xeyli artım müşahidə
olunsa da, təşkilatçılar bildiriblər ki, 2008-ci
ildə ölkədə infilyasiya səviyyəsinin aşağı düşərək
13 faiz təşkil etməsi gözlənilir. Məlumat verilib
ki, layihə çərçivəsində hazırlanan «infilyasiya
kalkulyatoru» vasitəsi ilə istənilən şəxs infilyasiyanın
ailə büdcəsinə hansı dərəcədə təsir etdiyini
öyrənə bilər. /İctimai TV/
Azərbaycanı Eurovision-2008
müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə
aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər:
Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya,
Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək
ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park
Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı
vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları
ilə canlı yayımlanacaq.