|
ƏKİN SAHƏLƏRİNİN SUVARILMASINDA CİDDİ PROBLEMLƏR VAR
[17 Yanvar, 2008]
Azərbaycandakı əkin sahələrərinin suvarılmasında
yaranan problemlərin aradan qalıdrılmasını nəzərdə
tutan yeni proqram hazırlanıb. Ölkə ərazisində
yeni suvarma sistemləri, nasos stansiyalarının
quraşdırılmasını nəzərdə tutan proqramın icrası
üçün 7 il vaxt və 2 miyard manat vəsait tələb
olunur.
Azərbaycanda kənd təssərrüfatına yararlı torpaqların
sahəsi 4 milyon 524 min 800 hektardır ki, bunun
da 1 milyon 432 min 700 hektarı suvarılan topraqlara
aid edilir. Kənd təssərrüfatı nazirliyindən
deyirlər ki, bu gün ölkədəki əkin sahələrinin
suvarılmasında ciddi problemlər var. Naziriliyin
torpaqların istifadəsinə nəzarət, melorasiya
və təbiətin mühafizəsi şöbəsinin müdiri Qurbanəli
Hüseynov bildirdi ki, bunun əsas səbəbi əksər
suvarma sistemlərinin, nasos stansiyalarının
sıradan çıxmasıdır. Hesablamalara görə, suvarılan
topraqlara çəkilən 82,3 min kilometrlik təssərrüfat
daxili suvarma sistemi və xeyli sayda kollektor
derenaj istismara yararsız haldadır. problemin
aradan qalıdırması üçün nə qələr vəsaitin lazım
olduğu artıq hesablanıb və müvafiq proqram işlənilib.
Şöbə müdiri dedi ki, hazırda suvarma sistemlərinin
bərbad vəziyyətdə olması ölkə ərazsində- xüsusən
mərkəzi aran, mil və muğan rayonlarında torpaqların
təkrar şoranlaşmasına səbəb olur. Bu sahədə
ən pis vəziyyət, Kürdəmir, Ucar, Zərdab rayonlarındadır.
Mütəxəssislər deyir ki, təkrar şoranlaşan torpaqların
yuyulması üçün daha çox vəsait tələb olunur.
Suvarma təssərrufatının yaxşı vəziyyətdə olmaması
il ərzində təxminən 30 faiz su itkisinə də səbəb
olur. Qeyd edək ki, hazırda əkin sahələri dedikdə
əsasən əhaliyə verilən pay torpaqları nəzərdə
tutulur. Hökumətdə aparılan hesablamalara görə,
suvarma sisitemini bərpa etmək müəyyən miqdarda
pay torpağı olan kəndlinin imkanı daxilində
deyil. Beləliklə, yeni işlənən proqrama əsasən,
2015-ci ilə qədər Azərbaycanda bütün əkin sahələrinin
suvarma siistemi ilə təmin edilməsi üçün 2 milyard
manat vəsait tələb olunur. Xatırladaq ki, Azərbaycan
prezidentinin rəhbərliyi ilə nazirlər kabinetinni
2007-ci ilin sosial iqtisadi inkişafının yekunları
və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr
olunmuş konfransda dövlət başçısı ölkənin melorasiya
təssərrufatındakı problemlərə toxunaraq, əlvə
vəsaitlərin cəlb olunmasını vacibliyini vurğulayıb.
/İctimai TV/
|