PREZİDENT İLHAM ƏLİYEVİN QARABAĞ BÖLGƏSİNƏ SƏFƏRİ BAŞA ÇATIB [17 Yanvar, 2008] Prezident İlham Əliyevin Azərbaycanın Qarabağ
bölgəsinə səfəri başa çatıb. Bu gün dövlət başçısı Ağcabədi
rayonunda qazın verilməsini rəmziləşdirən məşəli yandırıb.
Füzuli, Ağdam və Beyləqan rayonuna da yaxın vaxtlarda
qaz veriləcəyini bildirən prezident sonra Ağcabədidə
əlil və şəhid ailələrinə mənzillərin orderlərini təqdim
edib. | ətraflı
oxu >>
AZƏRBAYCANDAN GÜRCÜSTANA QAZIN NƏQLİ DAYANDIRILIB [17 Yanvar, 2008]
«Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata
görə, rəsmi Bakı ilə Tiflis arasında qazın verilməsinə
dair müqavilənin müddəti başa çatb və yeni razılaşmanın
imzalanmasına ehtiyac var. Hazırda Gürcüstanla bu istiqamətdə
danışıqlar davam etdirilir. |
ətraflı
oxu >>
ATƏT-İN MİNSK QRUPU HƏMSƏDRLƏRİ VƏ QURUM SƏDRİNİN ŞƏXSİ NÜMAYƏNDƏSİ
BU GÜN YENİDƏN BAKIYA GƏLƏCƏK [17 Yanvar, 2008]
Azərbaycanın erməni seperatçı hərbi rejiminin nəzarəti
altında olan Dağlıq Qarabağ bölgəsinə səfərini başa
vuran ATƏT-in Minsk qrupu həmsədrləri Metyu Brayza,
Bernar Fasye və Yuri Merzlyakov, |
ətraflı
oxu >>
ATƏT NÜMAYƏNDƏLƏRININ KEÇIRDIYI MANITORINQ ZAMANI ATƏŞKƏS POZULMAYIB [17 Yanvar, 2008]
ATƏT nümayəndələrinin ötən gün Ağcəbədi rayonunun Qiyamaddınlı
kəndi yaxınlığında keçirdiyi manitorinq kənd sakinlərini
bir günlük də olsa sevindirib. Çünki Ermənistan Silahlı
Qüvvələri yalnız həmin gün atəşkəsi pozmayıb. Adi günlərdə
isə, | ətraflı
oxu >>
AZƏRBAYCAN-TÜRKMƏNİSTAN HÖKUMƏTLƏRARASI KOMİSSİYASININ YIĞINCAĞI
KEÇİRİLƏCƏK [17 Yanvar, 2008]
İclasda iki ölkə arasındakı əlaqələrin gələcək inkişaf
yolları müzakirə ediləcək. Nazirlər Kabinetindən «Carçı»ya
verilən məlumata görə, komissiyaya Azərbaycan tərəfdən
Baş nazirin birinci müavini |
ətraflı
oxu >>
İSRAİL VƏ RUSİYA ARASINDA VİZA REJİMİ İLƏ BAĞLI DANIŞIQLAR APARILACAQ [17 Yanvar, 2008]
Bu arada Rusiyanın paytaxtı Moskvada Xarici İşlər naziri
Sergey Lavrovla onun İsrailli həmkarı Sipi Livni arasında
iki ölkə arasında viza rejiminin ləğvi barədə danışıqlar
başlayır. | ətraflı
oxu >>
KENİYADA İĞTİŞAŞLAR YENİDƏN ALOVLANIB [17 Yanvar, 2008]
Keniyada bir müddət fasilədən sonra etiraz dalğası yenidən
alovlanıb. Ölkədə keçirilən prezident seçkilərinin nəticələrinə
etiraz əlaməti olaraq yenidən küçələrə çıxan müxalifətin
aksiyası bütün ölkə ərazisini bürüyüb. Kisimu şəhərində
müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma
baş verib. Nəticədə ölən və yaralananlar olub. | ətraflı
oxu >>
VENESUELA PREZİDENTİ KOLUMBİYANI DA ONA QARŞI SUİ-QƏSD HAZIRLAMAQDA
GÜNAHLANDIRIB [17 Yanvar, 2008]
Venesuela prezidenti ona qarşı sui-qəsd hazırlamaqda
günahlandırdığı siyahını artıraraq bura Kolumbiyanın
da adını daxil edib. Nikaraquada səfərdə olan Venesuela
prezidenti Uqo Çaves bunu sübut edən fotoşəkillər və
Kolumbiyanın paytaxtı Boqotada |
ətraflı
oxu >>
FRANSADA SON İLLƏRİN ƏN QALMAQALLI MƏHKƏMƏ PROSESİ BAŞA ÇATIB [17 Yanvar, 2008]
Fransada 1999-cü ilin dekabrında qəzaya uğrayan «Erika»
gəmisi ilə bağlı məhkəmə prosesi başa çatıb. Son illərin
ən qalmaqallı məhkəmə prosesində hakimlər gəminin sığortalandığı
«Total» şirkətini günahkar sayıb. |
ətraflı
oxu >>
AMERİKALI ALİMLƏR QLOBAL İSTİLƏŞMƏNİN SÜRƏTLƏNDİYİNİ AÇIQLAYIB
[17 Yanvar, 2008]
Qlobal istiləşmə sürətlənir. Bu məlumat Amerikanın Milli
Kosmik agentliyi NASA-nın təqdim etdiyi hesabatda öz
əksini tapır. Hesabatda bildirilir ki, ötən il orta
illik tempraturun səviyyəsi ən yüksək həddə çatıb. Arktika
və Antarktikada istiləşmə müşhidə olunub. |
ətraflı
oxu >>
ŞAXTALI HAVA ŞƏRAİTİ BU AYIN SONUNA QƏDƏR DAVAM EDƏCƏK [17 Yanvar, 2008]
Yanvarın 19-da Bakı və Abşeron yarımadası da daxil olmaqla
bəzi yerlərdə, sulu qar yağacağı gözlənilir. Milli hidrometeoroloji
proqnozlar bürosundan verilən məlumata görə, ayın sonuna
qədər paytaxtda və Abşeron yarımadasında hava şəraiti
dəyişkən buludlu olacaq, şimal-qərb küləyi əsəcək. | ətraflı
oxu >>
«ALTERNATİV İNFİLYASİYA METEDOLOGİYASININ İŞLƏNİLMƏSİ» LAYİHƏSİ
İLƏ BAĞLI KONFRANS KEÇİRİLİB [17 Yanvar, 2008]
Bu gün Bakıda Amerika Beynəlxalq İnkişaf Agentliyi ilə
İqtisadi tədqiqatlar mərkəzinin Azərbaycanda həyata
keçirdiyi «Alternativ infilyasiya metedologiyasının
işlənilməsi» layihəsinin yekunlarına həsr olunan konfrans
keçirilib. | ətraflı
oxu >>
FAZİL QƏZƏNFƏROĞLUNUN OĞLU VƏ QAYNI DÜNYALARINI DƏYİŞİBLƏR [17 Yanvar, 2008]
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil
Qəzənfəroğlunun oğlu və qaynı dəm qazından boğularaq,
dünyalarını dəyişiblər. Millət vəkilinin oğlunun dayısı
ilə birgə hamamda dəm qazından boğulduğu bildirilir.
Hadisə ötən gün axşam saatlarında baş verib. | ətraflı
oxu >>
MESXETİ TÜRKLƏRİNİN QAYIDIŞ PROSESİ 2008-Cİ İLDƏ SÜRƏTLƏNƏ BİLƏR
[17 Yanvar, 2008]
Öz tarixi vətənlərində yaşayan mesxeti türkləri 1944-cü
ildə Moskvada çıxarılan ədalətsiz qərara görə, Gürcüstandan
deportasiya olunub. Gürcüstan parlamentinin vətəndaş
hüquqlarının müdafiəsi komitəsinin sədri Yelena Tevdoradze
bildirib ki, | ətraflı
oxu >>
ƏKİN SAHƏLƏRİNİN SUVARILMASINDA CİDDİ PROBLEMLƏR VAR
[17 Yanvar, 2008]
Azərbaycandakı əkin sahələrərinin suvarılmasında yaranan
problemlərin aradan qalıdrılmasını nəzərdə tutan yeni
proqram hazırlanıb. Ölkə ərazisində yeni suvarma sistemləri,
nasos stansiyalarının quraşdırılmasını nəzərdə tutan
proqramın icrası üçün 7 il vaxt və 2 miyard manat vəsait
tələb olunur. | ətraflı
oxu >>
İSRAİLİN DÖVLƏT BAYRAMI AZƏRBAYCANDA QEYD
OLUNUB
[17 Yanvar, 2008]
İsrail dövlətinin yaranmasının 60 illiyi münasibətilə
bu ölkənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı
ilə tədbir keçirilib. Azərbaycanın dövlət və hökumət
nümayəndələri, yəhudi icma, strukturlarının rəhbərləri
və xarici ölkələrin Bakıdakı səfirliklərinin təmsilçilərinin
də iştirak etdiyi mərasimdə İsrailin Bakıdakı səfiri
Artur Lenk 2 ölkə arasında iqtisadi, |
ətraflı
oxu >>
«HƏMAS» İSRAİLLƏ ATƏŞKƏSƏ SON QOYDUĞUNU BƏYAN
EDİB
[17 Yanvar, 2008]
Fələstinin «Həmas» təşkilatının rəhbəri Halid Məşəl
İsraillə atəşkəsə son qoyulduğunu bəyan edib. «Həmas»
rəhbəri rəsmi Təl-Əvivin Fələstin ərazilərinə təzyiq
və atəşi davam etdirəcəyi təqdirdə İsrailin əsir götürülən
əsgərinin qaytarılmayacağını bildirib. |
ətraflı
oxu >>
KOSOVANIN MÜSTƏQİLLİYİ MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNUR
[17 Yanvar, 2008]
BMT-nin Təhlükəsizlik Şurası Kosovanın müstəqilliyi
ilə bağlı məsələnin müzakirəsinə başlayıb. İclasda çıxış
edən Serbiya prezidenti qurumu bölgənin müstəqilliyinə
imkan verməməyə çağırıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsi
də məsələ ilə bağlı danışıqların hələ davam etdirilməsinə
tərəfdar olub. | ətraflı
oxu >>
ABŞ ORDUSU İRAQDA 3 ƏSGƏRİNİ İTİRİB
[17 Yanvar, 2008]
Verilən rəsmi açıqlamaya əsasən Bağdadın şimalında Amerika
hərbiçiləri ilə yaraqlılar arasında qarşıdurma baş verib.
Nəticədə 3 Amerika əsgəri həlak olub, daha 2-si isə
yaralanıb. ABŞ-ın Müdafiə Nazirliyi bununla da İraqda
2003-cü ildən indiyədək verdiyi itkilərin sayının 3926-ya
çatdığını bildirib. | ətraflı
oxu >>
PANAMA SAHİL SULARINA MƏXSUS İKİ GƏMİ BATIB
[17 Yanvar, 2008]
Tayvan və Filippin sahillərində Panama sahil sularına
məxsus iki gəmi batıb. Nəticədə 25 dənizçi itkin düşüb.
«Ho Fen-7» adlı Panama bayrağı altında üzən birinci
gəminin it-bayat sahillərində qəzaya uğradığı, göyərtəsindəki
20 heyət üzvündən 10-nun xilas edildiyi, digərlərinin
taleyi barədə isə məlumat olmadığı açıqlanıb. |
ətraflı
oxu >>
BEYNƏLXLAQ TƏŞKİLATLARIN NÜMAYƏNDƏLƏRİ DAĞLIQ
QARABAĞA AZƏRBAYCAN ƏRAZİSİNDƏN KEÇƏRƏK GETMƏLİDİR
[17 Yanvar, 2008]
Dalğıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin
indiyədək uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi
ilə yanaşı, beynəlxlaq təşkilatların işğalçı ölkəyə
ciddi təzyiqlər göstərməməsi ilə bağlıdır. |
ətraflı
oxu >>
İRƏVANDA PREZİDENT SEÇKİLƏRİNƏ QƏDƏR KÜTLƏVİ
YÜRÜŞLƏRİN KEÇİRİLMƏSİ QADAĞAN OLUNUB
[17 Yanvar, 2008]
İrəvan meriyası fevralın 19-da nəzərdə tutulan prezident
seçkilərinə qədər Ermənistan paytaxtında kütləvi yürüşlərin
keçirilməsini qadağan edib. Mətbuat xidməti qadağanı
paytaxtın əsas yollarında yaranan tıxaclar, hava şəraitinin
kəskin olması və yolların buz bağlaması ilə əlaqələndirib.
| ətraflı
oxu >>
ÖZƏLLƏŞDİRMƏ ÇEKİNİN 50 FAİZİ DÖVRİYYƏDƏN
ÇIXARILIB [17 Yanvar, 2008]
Azərbaycanda əhaliyə paylanan 32 milyon özəlləşdirmə
çekinin bu günə kimi 50 faizi dövriyyədən çıxarılıb.
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində
əmindirlər ki, çeklərin dövriyyəsi üçün nəzərdə tutulan
son tarix - 2010-cu il yanvarın 1-ə kimi çeklərin özələşdirmə
proseslərində iştirak edərək dövriyyədən çıxılması tam
başa çatacaq. | ətraflı
oxu >>
DÖVLƏT NEFT FONDUNA 16,5 MİLYON DOLLAR DİVİDEND
ÖDƏNİLİB
[17 Yanvar, 2008]
Ötən gün Azərbaycan Dövlət Neft Fonduna Heydər Əliyev
adına Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri layihəsi
üzrə 2007-ci ilin nəticələri əsasında Azərbaycanın payına
düşən 16,5 milyon ABŞ dolları məbləğində ilk dividend
ödənilib. Fondan APA-ya bildirilib ki, dividend ödənişi
Neft Fondunun 2008-ci il büdcəsində nəzərdə tutulub.
| ətraflı
oxu >>
SON BİR İLDƏ RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI
NAZİRLİYİNİN 31 ƏMƏKDAŞI VƏZİFƏSİNDƏN AZAD EDİLİB
[17 Yanvar, 2008]
Son bir il ərzində işində yol verdiyi nöqsanlara görə,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 31
əməkdaşı inzibati qaydada cəzalandırılaraq, vəzifəsindən
azad edilib. | ətraflı
oxu >>
Azərbaycanı Eurovision-2008
müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə
aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər:
Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya,
Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək
ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park
Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı
vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları
ilə canlı yayımlanacaq.