YANVARIN 23-DƏ İSVEÇRƏNİN DAVOS ŞƏHƏRİNDƏ KEÇİRİLƏCƏK DÜNYA
İQTİSADİ FORUMUNDA AZƏRBAYCAN PREZİDENTİNİN DƏ İŞTİRAKI
GÖZLƏNİLİR
[21 Yanvar, 2008]
Yanvarın 23-də İsveçrənin Davos şəhərində 800-dək dövlət,
hökumət və nəhəng şirkət rəhbərlərinin toplaşacağı Ümumdünya
İqtisadi forumu öz işinə başlayacaq.
| ətraflı
oxu >>
AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASI BU GÜN
ÖZ İŞİNƏ BAŞLAYIR
[21 Yanvar, 2008]
Yanvarın 26-dək keçiriləcək sessiya çərçivəsində qurumun
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı alt komitəsinin
də iclası olacaq. Azərbaycan parlament nümayəndə heyəti
üzvlərinin çıxışlarında və müzakirələrdə Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsi gündəmə gətiriləcək. |
ətraflı
oxu >>
ERMƏNİSTAN ORDUSUNUN BÖLMƏLƏRİ ATƏŞKƏSI YENİDƏN POZUB
[21 Yanvar, 2008]
Ermənistan ordusunun bölmələri ötən gün Xocavənd rayonunun
Kuropatkino kəndinin, bu gün müxtəlif saatlarda fasilələrlə
Ağdam rayonunun Cəvahirli kəndi və Goranboy rayonunun
ərazindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən
Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat
və pulemyotlardan atəşə tutub. |
ətraflı
oxu >>
ALİ MƏHKƏMƏNİN KOLLEGİYALARINDA 2007-Cİ İLDƏ BAXILAN İŞLƏR ƏVVƏLKİ
İLLƏ MÜQAYİSƏDƏ AZALIB
[21 Yanvar, 2008]
Bu barədə məlumatı Ali Məhkəmənin plenumunda məhkəmə
sədri Ramiz Rzayev verib. Plenumda qeyd olunub ki, məhkəməyə
daxil olan müraciətlərin azalması mülki işlər üzrə 4,8
faiz, iqtisadi mübahisələrə dair 14 , cinayət işləri
üzrə 7,8 , hərbi işlər üzrə isə 16 faiz təşkil edib.
| ətraflı
oxu >>
BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNDƏ İSƏ ÖTƏN İLİN YEKUNLARINA HƏSR
OLUNMUŞ MÜŞAVİRƏ KEÇİRİLİR
[21 Yanvar, 2008]
Daxili İşlər naziri Ramil Usubovun da iştirak etdiyi
müşavirədə ötən il paytaxtda cinayətkarlıqla mübarizə,
törədilən cinayətlərin açılması istiqamətində görülən
işlər, bu sahədə qarşıya çıxan problemlərin aradan qaldırılması
üçün həyata keçirilən tədbirlər müzakirələr olunacaq.
| ətraflı
oxu >>
AĞSTAFA RAYONUNUN CEYRANÇÖL ƏRAZİSİNDƏ QƏTL HADİSƏSİ TÖRƏDİLİB
[21 Yanvar, 2008]
57 yaşlı Ağstafa rayonunun Sadıxlı kənd sakini Fərrux
Musayev bədənin müxtəlif hissələrinə avtomat silahdan
açılan atəş nəticəsində qətlə yetirilib.
Hadisə Ağstafa rayonunun Gürcüstanla sərhəddə yerləşən
Sadıxlı kəndinin Ceyrançöl otlaq sahəsinin Qaltan adlanan
ərazisində baş verib. | ətraflı
oxu >>
DÜNƏN AXŞAMDAN YAĞAN QAR AĞSU, ŞAMAXI VƏ QOBUSTAN RAYONLARINDA
AVTOMOBİLLƏRİN HƏRƏKƏTİNİ ÇƏTİNLƏŞDİRİB
[21 Yanvar, 2008]
Bölgə müxbirimizin verdiyi mləmuta görə Ağsu dolayları
buz bağlayıb. Hazırda yolda avtomobillərin hərəkətinin
təmin edilməsi istiqamətində iş aparılır. 12 saylı Ağsu
yol istismarı idarəsi texnika və işçi qüvvəsini yolun
təmizləməsi işnə cəlb edib. |
ətraflı
oxu >>
GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİ HÖKUMƏTİ İSTEFAYA GÖNDƏRİB
[21 Yanvar, 2008]
Buna baxmayaraq onlara yeni hökumət formalaşanadək öz
səlahiyyətlərini icra etmək hüququ verib. Gürcüstan
konstitusiyasına əsasən, hökumət səlahiyyətlərini təhvil
verəndən sonra 7 gün müddətində prezident yeni Baş nazirin
adını açıqlamalıdır. | ətraflı
oxu >>
LİVANDA PREZİDENT SEÇKİLƏRİ 13-CÜ DƏFƏ TƏXİRƏ SALINIB
[21 Yanvar, 2008]
Livanda prezident seçkiləri yenidən, bu dəfə 13-cü dəfə
təxirə salınıb. Parlament sədrinin rəsmi nümayəndəsi
Nabix Berri növbəti səsvermənin fevralın 11-nə təyin
edildiyini bildirib. Ölkənin siyasi qüvvələri prezidentliyə
namizədlə bağlı razılığa gəlsələr də, hökumətin formalaşdırılması
məsələsində hələ də fikir ayrılıqları mövcuddur. |
ətraflı
oxu >>
İSRAİL QƏZZA BÖLGƏSİNƏ YANACAQ VERİLMƏSİNİ DAYANDIRIB [21 Yanvar, 2008]
Bu isə xəstəxanaların, yaşayış evlərinin, su təmizləmə
fabriklərinin elektrik təchizatının dayandırılmasına
səbəb olub. Fələstin qaçqınlarına yardım üçün BMT-nin
Yaxın Şərq üzrə nümayəndəsi elektrik stansiyasının fəaliyyətinin
dayandırılmasını Qəzza bölgəsi üçün faciəli nəticələnəcəyini
bildirib. | ətraflı
oxu >>
HİNDİSTANDA ZƏVVARLARI APARAN AVTOBUSUN DƏRƏYƏ DÜŞMƏSİ NƏTİCƏSİNDƏ
37 NƏFƏR ÖLÜB
[21 Yanvar, 2008]
Hindistanın Maxaraştro ştatında zəvvarları aparan avtobusun
dərəyə düşməsi nəticəsində 37 nəfər ölüb. Onlar arasında
12 qadın və 4 uşaq da var. Daha 40 nəfər isə, müxtəlif
dərəcəli bədən xəsarətləri alıb. |
ətraflı
oxu >>
SOYUQ VƏ ŞAXTALI HAVA ŞƏRAİTİ ABŞ-DA 5 NƏFƏRİN HƏYATINA SON
QOYUB
[21 Yanvar, 2008]
Amerikanın cənub ştatlarında soyuq və şaxtalı hava şəraiti
müşahidə edilir. Missisipi, Alabama və Monthomeri ştatlarına
güclü qar yağıb. Milli hava bürosunun məlumatına görə
bu, 2001-ci ildən sonra Amerikanın cənub ştatlarına
yağan ilk qardır. | ətraflı
oxu >>
AVSTRALİYADA DAŞQINLARLA ƏLAQƏDAR BİR NEÇƏ ŞƏHƏRİN SAKİNLƏRİ
KÖÇÜRÜLÜB. [21 Yanvar, 2008]
Avtraliyanın Emerald şəhərinin əhalisi leysan yağışları
və daşqınlarla əlaqədar köçürülür. Kvinslend ştatında
yüzlərlə ev artıq su altında qalıb. Bəndlərdə suyun
səviyyəsi artdığından Emirlendi ətraf aləmlə bağlayan
yeganə körpünün su altında qalmaq təhlükəsi var. |
ətraflı
oxu >>
MASALLI RAYONUNDA DA 20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİ
EHTİRAMLA ANILIB
[21 Yanvar, 2008]
Azərbaycanın hər yerində olduğu kimi Masallı rayonunda
da 20 yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla
anılıb. Faciə qurbanlarının xatirəsini əziz tutan masallılar
şəhərdə şəhid xatirə kompleksi önünə qərənfillər düzərək,
vətənin azadlığı uğrunda canından keçənlərin ruhuna
dua oxuyub,| ətraflı
oxu >>
AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ AĞIR İTKİ ÜZ VERİB
[21 Yanvar, 2008]
Azərbaycan musiqi tarixinin tanınmış şəxsiyyətlərindən
biri, xalq artisti İslam Rzayev uzun sürən ağır xəstəlikdən
sonra 74 yaşında dünyasını dəyişib. Mərhumla vida mərasimi
yanvarın 21 saat 1-də Mahnı Teatrında keçiriləcək. Allah
rəhmət eləsin! | ətraflı
oxu >>
QUBADAKI KÜTLƏVİ MƏZARLIĞIN TAM AŞKARLANMASI VƏ TƏDQİQİ ÜÇÜN
DÜNYANIN APARICI ÖLKƏLƏRİNDƏN EKSPERTLƏR DƏVƏT OLUNMALIDIR
[21 Yanvar, 2008]
Qubadakı kütləvi məzarlığın tam aşkarlanması və tədqiqi
üçün dünyanın aparıcı ölkələrindən ekspertlər dəvət
olunmalıdır. Milli Məclisin üzvü, İsrail-Azərbaycan
dostluq qrupunun rəhbəri Yevda Abramov hesab edir ki,
| ətraflı
oxu >>
ÖTƏN GÜN NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA DA 20 YANVAR FACİƏSİNİN
18-Cİ İLDÖNÜMÜ GENİŞ ANIM TƏDBİRLƏRİ İLƏ QEYD OLUNUB
[21 Yanvar, 2008]
Vətənin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda
canlarından keçərək şəhid olan vətən oğullarının xatirəsini
anmaq üçün Muxtar Respublika sakinləri Naxçıvan şəhərindəki
şəhidlər xiyabanını ziyarət edib. |
ətraflı
oxu >>
GÜRCÜSTAN PREZİDENTİ RUSİYANIN XARİCİ SİYASƏT İDARƏSİNİN RƏHBƏRİNİ
QƏBUL EDİB
[21 Yanvar, 2008]
Rəsmi Moskvaya əməkdaşlıq əlini uzatdığını deyən Gürcüstan
prezidenti Mixail Saakaşvili Rusiyanın Xarici İşlər
naziri Serqey Lavrovu qəbul edib. Tərəflər 2 ölkə arasında
münasibətlərin yaxşılaşdırılması üçün konkret addımların
atılması barədə razılıq əldə edib. |
ətraflı
oxu >>
BU GÜNDƏN ERMƏNİSTANDA SEÇKİQABAĞI TƏBLİĞAT BAŞLAYIR
[21 Yanvar, 2008]
Fevralın 19-da keçiriləcək prezident seçkilərində 9
namizəd iştirak edəcək. Artıq Mərkəzi Seçki Komissiyası
namizədələrin qeydiyyata alınmasını başa çatdırıb və
onların hər birinə vəsiqə verib. Təbliğat kompaniyası
fevralın 18-dək davam edəcək. |
ətraflı
oxu >>
SERBİYADA PREZİDENT SEÇKİLƏRİNİN İLKİN NƏTİCƏLƏRİ AÇIQLANIB
[21 Yanvar, 2008]
Serbiyada keçirilən prezident seçkilərinin ilkin nəticələrinə
əsasən namizədlərin heç biri 50 faiz səs toplaya bilməyib.
Bu isə 2 həftədən sonra seçkilərin 2-ci mərhələsinin
keçirilməsini qaçılmaz edir. |
ətraflı
oxu >>
FİDEL KASTRO KUBADA KEÇİRİLƏN PARLAMENT SEÇKİLƏRİNDƏ İŞTİRAK
EDİB
[21 Yanvar, 2008]
Fidel Kastro Kubada keçirilən parlament seçkilərində
iştirak edib. O, ictimaiyyət qarşısına çıxmadan, müalicə
aldığı tibb mərkəzində səs verib. Seçicilərə müraciətində
Fidel Kastro blokdakı bütün namizədlərə səs verdiyini
açıqlayıb. | ətraflı
oxu >>
KOSOVANIN PAYTAXTINDA GÜCLÜ PARTLAYIŞ TÖRƏDİLİB [21 Yanvar, 2008]
Kosovanın paytaxtı Priştinada partlayış baş verib. Nəticədə
5 nəfər xəsarət alıb. Polis hadisənin diplomatik işçilərin
yaşadığı ərazidə törədildiyini bildirib. Partlayışdan
dərhal sonra hadisə yerində atışma səsləri eşidilib.
Hazırda ərazi polis tərəfindən mühasirəyə alınıb. |
ətraflı
oxu >>
İNDONEZİYADA RİXTER CƏDVƏLİ ÜZRƏ 5.9 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ
VERİB
[21 Yanvar, 2008]
Yeraltı təkanların episentri Molukks adalarında yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
Sunami təhlükəsinin olmadığı bildirilir. |
ətraflı
oxu >>
Azərbaycanı Eurovision-2008
müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə
aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər:
Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya,
Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək
ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park
Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı
vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları
ilə canlı yayımlanacaq.