MÖVQELƏRİMİZ BİR-NEÇƏ İSTİQAMƏTDƏ ATƏŞƏ TUTULUB [22 Aprel, 2008] Ermənistan ordusunun bölmələri bu gün Xocavənd
rayonu ərazisindəki adsız yüksəkliklər və Tərtər rayonunun
Yarımca kəndi yaxınlığındakı mövqelərdən Azərbaycan
Silahlı Qüvvələrinin üzbəüz mövqelərini, ötən gün isə
Berd rayonu Çinarlı kəndindəki mövqelərdən Azərbaycan
ordusununTovuz rayonunun ərazisində yerləşən mövqelərini,
| ətraflı
oxu >>
QONDARMA ERMƏNİ SOYQIRIMI İDDİALARINA CAVAB OLARAQ NYU-YORKDA
ETİRAZ AKSİYASI KEÇİRİLƏCƏK
[22 Aprel, 2008]
Amerika Birləşmiş Ştatlarının Azərbaycan və türk diaspor
təşkilatları aprelin 26-da erməni diasporunun rəsmi
Vaşinqtondan qondarma «erməni soyqırımı»nın tanınması
tələbi ilə bağlı fəallaşmasına cavab olaraq Nyu Yorkda
etiraz aksiyası keçirəcək. |
ətraflı
oxu >>
AZƏRBAYCAN GÖMRÜKÇÜLƏRİ «ROSATOM» ŞİRKƏTİNİN İRANA GÖNDƏRDİYİ
AVADANLIQLARI SAXLAYIB
[22 Aprel, 2008]
Azərbaycan gömrükçüləri Rusiyadan İrana Buşer Atom Elektrik
Stansiyasının tikintisinin başa çatdırılması məqsədilə
göndərdiyi avadanlıqları sərhəddə saxlayıb. Məsələyə
aydınlıq gətirmək məqsədilə «Rosatom» şirkətinin rəsmi
nümayəndələri bu gün Bakıya gələcək. |
ətraflı
oxu >>
TÜRKİYƏNİN ƏMƏK VƏ SOSİAL MÜDAFİƏ NAZİRİ AZƏRBAYCANA SƏFƏRƏ
GƏLİR
[22 Aprel, 2008]
Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik
sabah Azərbaycana rəsmi səfərə gəlir. Səfər çərçivəsində
onun azərbaycanlı həmkarı Füzuli Ələkbərov və digər
rəsmi şəxslərlə görüşəcək. |
ətraflı
oxu >>
SALYAN RAYONUNDA PARTLAYIŞ BAŞ VERİB
[22 Aprel, 2008]
Bu gün səhər saat 07:40-da. Hadisə nəticəsində 11 yaşlı
Rəsul Bəşirov dünyasını dəyişib. Partlayış 2 mərtəbəli
binanın mənzillərindən birində qeydə alınıb. Mənzilin
sahibəsi, yerli internat məktəbində müəllimə işləyən
Vəfa Bəşirova müxtəlif dərəcəli yanıq xəsarətləri ilə
Salyan rayon Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
| ətraflı
oxu >>
PARLAMENT PROSPEKTİNDƏ YOL QƏZA HADİSƏSİ BAŞ VERİB
[22 Aprel, 2008]
Bir qədər əvvəl Bakının Parlament prospektində yol qəza
hadisəsi baş verib. «Jüquli» markalı avtomabil idarəçiliyini
itrərək yolun kənarında dayanan bir neçə avtomabilə
çırpılıb. İlkin ehtimala görə, hadisənin baş verməsinə
səbəb avtomabili idarə edərkən sürücünün hüşunu itirməsi
olub. | ətraflı
oxu >>
OMBUDSMAN APARATINDA DƏYİRMİ MASA KEÇİRİLİB
[22 Aprel, 2008]
Bu gün Azərbaycan Respublikası İnsan Hüququları üzrə
müvəkkil ombudsman aparatında 23 aprel Ümümdünya Kitab
və Müəllif Hüququ Günü və 26 aprel Beynəlxalq Əqli Mülkiyyət
Gününə həsr olunan dəyirmi masa keçirilib. |
ətraflı
oxu >>
DALAY LAMA FRANSANIN FƏXRİ VƏTƏNDAŞI OLUB
[22 Aprel, 2008]
Olimpiya məşəli dünya turu çərçivəsiendə İndoneziyaya
aparılıb. Paytaxt Cakartanın hava limanında rəsmi mərasimlə
qarşılanan məşəlin şəhərin küçələrində nümayişi məhdud
çərəiçvədə həyata keçiriləcək. Tibetlilərin etirazı
ilə bağlı estafet marşrutu qısaldılıb. Bu arada Tibetin
dini lideri Dalay Lama Fransanın fəxri vətəndaşı elan
edilib. | ətraflı
oxu >>
LİTVANIN BAŞ NAZİRİNİN BAKIYA SƏFƏRİ DAVAM EDİR [22 Aprel, 2008]
Litvanın Baş naziri Gediminas Kirkilasın başçılıq etdiyi
nümayəndə heyətinin Bakıya səfəri davam edir. Bu gün
Azərbaycan-Litva biznes forumu keçiriləcək. Xatırladaq
ki, ötən gün prezident İlham Əliyev tərəfindən qəbul
edilən Litvanın baş naziri azərbaycanlı həmkarı Artur
Rasizadə ilə də görüşüb. |
ətraflı
oxu >>
BANKLARDA DOLLARLA SAXLANILAN ƏMANƏTLƏRİN HƏCMİ AZALIR
[22 Aprel, 2008]
Manatın möhkəmlənməsi, dolların məzənnəsinin aşağı düşməsi
əhalinin banklara qoyduğu əmanətlərin valyuta tərkibinə
də təsir edib. Dövlət Statistika Komitəsinin məlumatına
görə, yaxın bir ay ərzində Azərbaycanda ilk dəfə olaraq
banklara manatla qoyulan əmanətlərin həcmi xarici valyutalarla
qoyulan əmanətlərin həcmini üstələyəcək. |
ətraflı
oxu >>
GÜRCÜSTAN PREZİDENTİ RUSİYANI İTTİHAM EDİB [22 Aprel, 2008]
Gürcüstan prezidenti Mixail Saakaşvili əhaliyə televiziya
ilə müraciətində aprelin 20-də pilotsuz təyyarənin Gürcüstan
hava məkanında vurulumasına görə Rusiyanı ittiham edib.
Onun sözlərinə görə, Gürcü-Abxaz münaqişə bölgəsində
Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 tipli
təyyarə Gürcüstanın pilotsuz təyyarəsinə atəş açıb.
| ətraflı
oxu >>
ABŞ VƏ ÇEXİYA ARASINDA RAZILAŞMA İMZALANACAQ
[22 Aprel, 2008]
ABŞ və Çexiya arasında bu ölkədə Amerikanın raketdən
müdafiə sisteminin yerləşdirilməsinə dair razılaşma
mayın 5-də imzalanacaq. Bu barədə məlumatı yerli KİV-ləri
ABŞ-ın Çexiyadakı səfirinə istinadən yayıb. Açıqlamada
bildirilir ki, razılaşmanı ABŞ dövlət katibi Kondoliza
Rays Çexiya səfəri zamanı imzalayacaq. |
ətraflı
oxu >>
BAĞDADIN ŞİMALINDA PARTLAYIŞ BAŞ VERİB [22 Aprel, 2008]
Yola qoyulan partladıcının işə salınması nticəsində
ölkədəki ABŞ komandanlığı daha iki hərbiçisini itirib.
Partlayış zamanı 2-si Amerika əsgəri olmaqla daha 5
nəfər isə yaralanıb. Amerika komandanlığı isə hərbiçilərin
Səlahəddin bölgəsində silahlılara qarşı əməliyyatlar
zamanı öldüyünü açıqlayıb. |
ətraflı
oxu >>
UKRAYNADA PARKDA PARTLAYIŞ BAŞ VERİB
[22 Aprel, 2008]
Ukraynanın paytaxtı Kiyevdə Şevçenko adına parkda partlayış
baş verib. Nəticədə 2 qız xəsarət alıb. Partlayışı kimin
törətdiyi isə məlum deyil. Ehtimal edilir ki, partladıcı
qızların oturduğu oturacağın altına qoyulub. |
ətraflı
oxu >>
İSRAİL HƏRBİÇİLƏRİ 3 FƏLƏSTİNİLİNİ ÖLDÜRÜB
[22 Aprel, 2008]
Ordudan verilən açıqlamaya əsasən onların 1-i hava hücumu
zamanı, digər 2-si isə quru qüvvələri vasitəsilə vurulub.
Rəsmi Təl-Əviv fələstinlilərin ölümünü onların Qəzza
bölgəsindən İsrail ərazisinə keçməsinin qarşısının alınması
ilə izah edib. Qeyd edək ki, İsrailin iddiasına əsasən
son günlər fələstinlilər dəfələrlə sərhəddən İsrail
ərazisinə keçməyə çalışıb. |
ətraflı
oxu >>
HALİD MAŞŞAL CİMMİ KARTERLƏ GÖRÜŞÜB [22 Aprel, 2008]
Həmas təşkilatının Suriyada yaşayan rəhbəri Halid Maşşal
ABŞ-ın sabiq prezidenti Cimmi Karterlə görüşüb. Görüşdən
sonra verilən açıqlamada həmas rəhbəri təşkilat adından
israilə 10 il sülh təklif edib. Onun sözlərinə görə,
İsrail ordusu 1967-ci ildə tutduğu ərazilərdən çəkilərsə,
təşkilat 10 il ərzində atəşkəs rejiminə əməl edəcək.
| ətraflı
oxu >>
SOMALİDƏN OLAN DƏNİZ QULDURLARI ƏRƏB GƏMİSİNİ OĞURLAYIB
[22 Aprel, 2008]
Somalidən olan dəniz quldurları İspaniyaya məxsus balıqçı
gəmisinin oğurlanmasından sonra ərəb gəmisini oğurlayıb,
Yaponiyaya məxsus gəmiyə isə atəş açıb. Basoso dəniz
limanından oğurlanan gəmilər və göyərtəsindəkilərin
qaytarılması müqabilində artıq maddi vəsait ödənməsimnə
dair tələb də irəli sürülüb. |
ətraflı
oxu >>
DAĞ YƏHUDİLƏRİ AZADLIQ VƏ BAHAR BAYARMINI QEYD EDİR [22 Aprel, 2008]
Bu günlərdə Qubada yaşayan dağ yəhudiləri azadlıq və
bahar bayarmını qeyd edir. Peysax adlanan bu bayram
təbiətin oyanışı və insanların xoş arzularını ifadə
edir. | ətraflı
oxu >>
BAKIDA MÖTƏBƏR İDMAN YARIŞINA START VERİLİB
[22 Aprel, 2008]
Şahmat üzrə qran-pri seriyasından olan ilk turnirdə
14 qrosmeystr qələbə uğrunda mübarizə aparır. |
ətraflı
oxu >>
Azərbaycanı Eurovision-2008
müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə
aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər:
Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya,
Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək
ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park
Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı
vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları
ilə canlı yayımlanacaq.