ERMƏNİSTAN ORDUSUNUN BÖLMƏLƏRİ ATƏŞKƏSİ YENİDƏN POZDU
[22 Yanvar, 2008]
Ermənistan ordusunun bölmələri ötən
gün Tərtər rayonunun Çaylı kəndinin, bu gün isə müxtəlif
saatlarda Xocavənd rayonunun Kuropatkino , Füzuli rayonunun
Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən
Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat
və pulemyotlardan atəşə tutub.
| ətraflı
oxu >> |
AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASI ÖZ İŞİNİ
DAVAM ETDİRİR
[22 Yanvar, 2008]
Bu gün qurumun Hüquqi məsələlər və insan haqları komitəsinin
iclası keçiriləcək. İclasda Avropa İnsan Haqları Məhkəməsinin
hakimliyinə namizədlərlə bağlı məsələyə baxılacaq. |
ətraflı
oxu >> |
ABŞERON YARIMADASINDA ÇİRKAB SULAR TAM TƏMİZLƏNƏRƏK DƏNİZƏ AXIDILACAQ
[22 Yanvar, 2008]
Bu məqsədlə həyata keçirilən tədbirləri 2 ilə başa çatdırmaq
nəzərdə tutulur. Ekologiya və Təbii Sərvətlər naziri
Hüseyn Bağırov yarımadada neftlə çirkli torpaqların
təmizlənməsi və yaşıllaşdırma işlərinin sürətləndirildiyini
də açıqlayıb. | ətraflı
oxu >> |
BAKININ NƏSİMİ, NƏRİMANOV VƏ BİNƏQƏDİ RAYONLARINA ELEKTRİK ENERJİSİNİN
VERİLMƏSİNDƏ FASİLƏLƏR OLACAQ
[22 Yanvar, 2008]
Bu axşam saat 6-ya qədər Bakının Nəsimi , Nərimanov
və Binəqədi rayonlarına elektrik enerjisinin verilməsində
fasilələr olacaq. |
ətraflı
oxu >> |
GÜRCÜSTAN HÖKUMƏTİNİN STRUKTURU DƏYİŞDİRİLİR
[22 Yanvar, 2008]
Gürcüstan parlamentinə hökumətin tərkibinin dəyişdirilməsi
barədə qanun layihəsi təqdim olunub. Dəyişikliklərə
əsasən hökumət rəhəbrinin bir neçə müavini olacaq. Köhnə
hökumətdə Baş nazirin yalnız 1 müavini olduğu halda,
yeni qanun layihəsinə əsasən müavinlərin sayı 4-dən-6-ya
qədər arta bilər. |
ətraflı
oxu >> |
İTALİYADA SİYASİ BÖHRAN YARANIR
[22 Yanvar, 2008]
İtlaiyanın parlament koalisiyasını tərk edən sabiq Ədliyyə
naziri hökumətə etimad məsələsinin müzakirəsi zamanı
Romano Prodinin rəhbərlik etdiyi hökuməti dəstəkləməyəcəyini
bildirib. Həmçinin Klemente Mastella növbədənkənar parlament
seçkilərinin keçirilməsini də tələb edəcəklərini açıqlayıb. |
ətraflı
oxu >> |
BMT-NİN TƏHLÜKƏSİZLİK ŞURASI QƏZZA BÖLGƏSİNİN İSRAİL TƏRƏFİNDƏN
BLOKADAYA ALINMASI İLƏ BAĞLI İCLAS KEÇİRƏCƏK
[22 Yanvar, 2008]
Blokada bölgənin əsas elektrik stansiyasının bağlanması,
1 milyondan çox insanın işıqsız qalması ilə nəticələnib.
İsrail blokadası ilə əlaqədar BMT xətti ilə bölgəyə
göndərilən humanitar yardım dayandırılıb, hökumət aclıq
təhlükəsinin yarandığını bildirib. |
ətraflı
oxu >> |
DÜNYA FOND BİRJALARINDA SƏHMLƏRİN UCUZLAŞMASI DAVAM EDİR
[22 Yanvar, 2008]
Şanxay fond birjasında səhmlər 6.8, Honkonqda 6, Tokioda
isə 4.4% ucuşlaşıb. Tez bir zamanda ucuzlaşma Avropa
birjalarına da yayılıb. İnvestorların çaxnaşmasına səbəb
Ağ Ev rəhbəri Corc Buşun Amerika Birəlşmiş Ştatları
iqtisadiyyatını möhkəmləndirmək üçün irəli sürdüyü proqram
olub. | ətraflı
oxu >> |
ABŞ-DA ƏLİL CİNAYƏTKAR BANK SOYUB
[22 Yanvar, 2008]
Müşahidə kameraları şikəst olmasına baxmayaraq, cinayətkarın
asanlıqla bir neçə nəfəri silahla nəzarətdə saxlamasını
qeydə alıb. Şikəst oğrunun qarşısında aciz qalan bank
işçiləri kassadakı pulları ona verib. Daha sonra cinayətkar
hadisə yerindən uzaqlaşmağa nail olub. Hazırda təxminən
30-35 yaşlı əlil oğru federal təhqiqatlar burosu tərəfindən
axtarılır. |
ətraflı
oxu >> |
TÜRKİYƏDƏ QUŞ QRİPİ VİRUSU QEYDƏ ALINIB
[22 Yanvar, 2008]
Səhiyyə Nazirliyi virusun ölkənin şimalında Zonquldak
əyalətində ölü toyuqlarda aşkarlandığını bilidirib.
Hazırda mütəxəssislər virusun insan həyatı üçün təhlükəli
H5N1 olub-olmamasını araşdırır. |
ətraflı
oxu >> |
ÇİNƏ YAĞAN GÜCLÜ QAR 15 NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB
OLUB
[22 Yanvar, 2008]
Çinə güclü qarın yağması davam edir. Təkcə Xubey əyalətində
11 mindən çox tikinti qarın ağırlığına tab gətirməyərək
çöküb. Yolların buz bağlaması avtomobil qəzalarının
sayının kəskin surətdə artması ilə nəticələnib. Avtomobil
qəzalarında bir neçə nəfər həlak olub. Çinin Mülki İşlər
üzrə Nazirliyi qarın 8 milyon insana zərər vurduğunu
açıqlayıb. | ətraflı
oxu >> |
BÖYÜK BRİTANİYADA DAŞQINLARLA ƏLAQƏDAR YÜZLƏRLƏ
İNSAN KÖÇÜRÜLÜB
[22 Yanvar, 2008]
Böyük Britaniyada aramsız leysan yağışları bir neçə
çayın eyni zamanda məcrasından çıxması ilə nəticələnib.
Hökumət daşqınlara məruz qalan ərazilərdən yüzlərlə
insanı köçürüb. Təbii fəlakət nəqliyyatın hərəkətində
ciddi problemlər yaradıb. |
ətraflı
oxu >> |
XALQ ARTISTI İSLAM RZAYEV KOMADAN AYILIB
[22 Yanvar, 2008]
Azərbaycanın Xalq artisti İslam Rzayev komadan ayılıb.
Bunu xanəndənin müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın
stasionar şöbəsinin müdiri Elxan Hacıyev deyib. |
ətraflı
oxu >> |