AŞPA-NIN QIŞ SESSİYASI DAVAM EDİR [23 Yanvar, 2008] Qurumun Alt Komitəsinin iclasında
isə Dağlıq Qarabağ problemi ilə bağlı görülən
işlər müzakirə olunacaq
Avropa Şurası Parlament Assambleyasının qış
sessiyası bu gün də işini davam etdirəcək. Qurumun
ötən gün keçirilən iclasında Kosovanın statusu
məsələsi müzakirəyə çıxarılıb. Müzakirələr zamanı
Azərbaycan nümayəndə heyəti ermənilərin Dağlıq
Qarabağ münaqişəsinin Kosova problemi ilə eyniləşdirilməsi
cəhdinə qarşı çıxıb. Ermənilərin bu cəhdlərinə
cavab olaraq Azərbaycan nümayəndə heyətinin
üzvü Qənirə Paşayeva bildirib ki, bəzi ölkələr
Kosova münaqişəsindən öz maraqları üçün istifadə
etməyə çalışır. Nümayəndə heyətinin üzvü qeyd
edib ki, Ermənistanlı deputatların Kosova münaqişəsinin
tənzimlənməsi modelinin MDB ölkələrindəki münaqişələr,
yəni Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya
və Dnestryanı münaqişələrin tənzimlənməsi istiqamətində
presidentə çevriləcəyi ilə bağlı açıqlamaları
böyük təssüf doğurur. Bu ilk növbədə Ermənistan
xalqının, Azərbaycanın Ermənistan tərəfindən
işğal olunan Dağlıq Qarabağ bölgəsində yaşayan
və Azərbaycan vətəndaşları olan milliyətcə ermənilərin
çaşdırılmasına xidmət edir. Eyni zamanda Dağlıq
Qarabağ münaqişəsi ətrafında tərəflər arasında
aparılan sülh danışıqlarına ciddi zərbə vurur.
Qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin
nəzərdə tutulan iclasında isə problemin həlli
ilə bağlı görülən işlər, atılacaq növbəti addımlar
nəzərdən keçiriləcək. Həmçinin Azərbaycan və
Ermənistan parlament üzvlərinin Dağlıq Qarabağa
birgə səfəri məsələsi də müzakirə olunacaq.
/İctimai TV/
Azərbaycanı Eurovision-2008
müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə
aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər:
Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya,
Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək
ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park
Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı
vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları
ilə canlı yayımlanacaq.