PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCANDA OLİMPİYA HƏRƏKATI VƏ İDMAN
MUZEYİNİN YARADILMASI HAQQINDA SƏRƏNCAM İMZALAYIB
[23 Yanvar, 2008]
Dünən Prezident İlham Əliyev Azərbaycanda olimpiya
hərəkatı və idman muzeyinin yaradılması haqqında
sərəncam imzalayıb. Sərəncamda bildirilir ki,
qədim və zəngin tarixə malik Azərbaycan idmanı
xalq mədəniyyətinin ayrılmaz hissəsini təşkil
edərək milli-mədəni irsimizin çoxsaylı abidələrində
öz əksini tapıb. Qobustan qayaüstü rəsmlərindəki
təsvirlərdə, Dədə Qorqud dastanlarında və digər
folklor mənbələrində fiziki kamillik və sağlam
həyat tərzi ilə yanaşı, milli oyunların və idmanın
uzaq keçmişindən xəbər verən qəhrəmanlıq nümunələri
tərənnüm olunur. Ötən əsrin əvvəllərində pəhləvanlarımızdan
Sali Süleyman və Rəşid Yusifovun adları geniş
şöhrət tapıb. Sovetlər İttifaqının beynəlxalq
olimpiya hərəkatına 1952-ci ildə qoşulması ilə
Azərbaycan idmanı daha da inkişaf etməyə başladı.
Həmin ildən etibarən idmançılarımız SSRİ yığma
komandasının tərkibində 9 olimpiadada iştirak
edərək yüksək nəticələr göstərdi və 10 qızıl,
11 gümüş, 7 bürünc medal qazandı. Azərbaycanın
idman tarixini və olimpiya hərəkatında əldə
etdiyi uğurların mədəni sərvət kimi öyrənilməsi
və təbliğinin daha da gücləndirilməsi məqsədilə
imzalanan sərəncama əsasən, Gənclər və İdman
Nazirliyi, Milli Olimpiya Komitəsi olimpiya
hərəkatı və idman muzeyinin tikintisi ilə bağlı
təkliflərini hazırlayıb 1 ay müddətində ölkə
prezidentinə təqdim etməlidir. /İctimai TV/
Azərbaycanı Eurovision-2008
müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə
aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər:
Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya,
Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək
ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park
Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı
vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları
ilə canlı yayımlanacaq.