ƏŞRƏF HEYDƏROV 20 YANVARA HƏSR ETDİYİ RƏSM ƏSƏRİNİ İSTİQLAL
MUZEYİNƏ HƏDİYYƏ EDİB [23 Yanvar, 2008]
Almaniyada yaşayan soydaşımız, Azərbaycanın
əməkdar rəssamı, YUNESKO Rəssamlar Federasiyasının,
eləcə də Rusiya və Almaniya Rəssamlar Birliyinin
üzvü Əşrəf Heydərov Azərbaycanın qəhramanlıq
tarixinin mühüm səhifəsi olan 20 yanvar hadisələrinə
həsr etdiyi rəsm əsərini İstiqlal Muzeyinə hədiyyə
edib. Bununla bağlı keçirilən mərasimdə çıxış
edənlər rəssamın əl işini yüksək qiymətləndirərək
əsərin muzeyin ekspanatları içərisində özünəməxsus
yeri olacağını bildirib. Qeyd olunub ki, 1990-cı
il 20 yanvar hadisələrinin əsl mahiyyətini dünya
ictimaiyyətinə çatdırılması baxımından belə
əsərlərin ərsəyə gətirilməsi xüsusi əhəmiyyət
kəsb edir. Əsərin müəllifi isə bildirib ki,
20 yanvar hadisələri Birləşmiş Ştatlarda baş
verən 11 sentyabr terror aktından qəddarlığına
görə geri qalmayıb. Bu mənada 18 il bundan öncə
baş verən hadisə barədə dünya ictimaiyyətinin
daha dolğun məlumat alması vacibdir. Bu işdə
Azərbaycanın xaricdə yaşayan mədəniyyət işçilərinin
də üzərinə böyük öhdəliyin düşdüyü qeyd olunub.
/İctimai TV/
Azərbaycanı Eurovision-2008
müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə
aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər:
Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya,
Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək
ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park
Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı
vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları
ilə canlı yayımlanacaq.