AZƏRBAYCANIN MOSKVADAKI SƏFİRLİYİNDƏ RUSİYADA YAŞAYAN AZƏRBAYCANLILARA
PASPORTLARIN VERİLMƏSİ PROSESİ DAYANDIRILIB
[24 Yanvar, 2008]
Bunu pasport almaq üçün müraciət edən soydaşlarımızın
sayının azalması ilə izah edən səfirliyin miqrasiya
və konsulluq hüquq məsələləri üzrə 1-ci katibi Hüseyn
Hüseynov «Carçı»ya bildirib ki, ehtiyac yaranacağı təqdirdə,
proses yenidən bərpa ediləcək.
| ətraflı
oxu >>
YUNANISTANIN BAŞ NAZİRİ KOSTAS KARAMNLİS: «Aİ TÜRKİYƏNİ TAM
ÜZVLÜYƏ QƏBUL ETMƏLİDİR».
[24 Yanvar, 2008]
Yarım əsrlik fasilədən sonra Türkiyəyə səfər edən Yunanıstanın
Baş naziri Kostas Karamnlis türkiyəli həmkarı Rəcəb
Tayyib Ərdoğanla görüşüb. Görüşdə bir qədər gərgin olan
ikitərəfli münasibətlərlə yanaşı, Ankaranın terrorla
mübarizəsi, | ətraflı
oxu >>
POLŞA-UKRAYNA SƏRHƏDİNDƏ VƏZİYYƏT GƏRGİNLƏŞİB
[24 Yanvar, 2008]
Polşa-Ukrayna sərhədində vəziyyət gərginləşib. Gömrük
məntəqəsində yük maşınlarından ibarət çoxkilometrlik
tıxac yaranıb. Rəsmilərin təcili tədbir görməyəcəyi
təqdirdə sürücülər avtomagistralı kütləvi şəkildə blokadaya
almaq və paytaxt Varşavada nəqliyyatı iflic etməklə
hədələyir. | ətraflı
oxu >>
İTALİYA PARLAMENTİNİN YUXARI PALATASI BU GÜN ROMANO PRODİ HÖKUMƏTİ
İLƏ BAĞLI YEKUN QƏRAR QƏBUL EDƏCƏK
[24 Yanvar, 2008]
Senatda Romano Prodi hökumətinə etimad məsələsi müzakirəyə
çıxarılacaq. Parlamentin aşağı palatasındakı 326 deputatdan
275-nin Nazirlər Kabinetinin fəaliyyətinin dayandırılması
barədə qərarı senatda da təsdiqləndikdən sonra qüvvəyə
minə bilər. | ətraflı
oxu >>
İSRAİL TƏRƏFİ MİSİRİ FƏLƏSTİNLƏ SƏRHƏDDƏ ASAYİŞİ BƏRPA ETMƏYƏ
ÇAĞIRIB
[24 Yanvar, 2008]
Yüzlərlə fələstinlinin ötən gün dağıtdıqları Rəfahdakı
sərhəd məntəqəsindən Misir ərazisinə keçməkdə davam
etməsindən narahatlığını ifadə edən rəsmi Təl-Əviv sərhəddə
asayişin bərpasının vacibliyini vurğulayıb. |
ətraflı
oxu >>
MƏŞHUR İTALYAN MODA USTASI VALENTİNO DƏB ALƏMİNİ TƏRK EDİR
[24 Yanvar, 2008]
Fransada keçirdiyi vida nümayişi zamanı gecə qiyafələrinin
kralı Rodena muzeyində yenidən pərəstişkarlarını və
müştərilərini heyrətləndirə bilib. Bu məkanın seçilməsi
isə təsadüfi deyil. Məşhur moda ustası karyerasına elə
bu ölkədən başlayıb. Onun ilk kolleksiyası da Fransada
nümayiş etdirilib. 75 yaşlı Valentino bu dəfə də ənənəsinə
sadiq qalıb. | ətraflı
oxu >>
BU GÜN AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI RESPUBLİKA SEYSMOLOJİ
XİDMƏT MƏRKƏZİNİN DİREKTORU ARİF HƏSƏNOV VƏFAT EDİB
[24 Yanvar, 2008]
69 yaşında ürək çatışmazlığından vəfat edən Arif Həsənov
II Fəxri Xiyabanda torpağa tapşırılacaq. AMEA-nın müxbir
üzvi olan alim A. Həsənov Respublika Seysmoloji Xidmət
Mərkəzinin yaradıcısıdır. O, 1979-cu ildən bu mərkəzin
direktoru vəzifəsində çalışıb. |
ətraflı
oxu >>
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İSVEÇRƏYƏ SƏFƏRİ DAVAM
EDİR [24 Yanvar, 2008]
Bu gün dövlət başçısının Dünya İqtisadi Forumunda iştirakı
gözlənilir. Bu tədbir çərçivəsində enerji zirvə görüşünün
keçirilməsi də planlaşdırılıb. Forumda 88 ölkədən dövlət
və hökumət başçıları da daxil olmaqla 2 min 300-dən
artıq siyasi və maliyyə liderləri iştirak edəcək.
| ətraflı
oxu >>
İRAQDA XİDMƏT EDƏN AZƏRBAYCAN SÜLHMƏRAMLILARINDAN 92-NƏFƏRİ
ÖTƏN AXŞAM VƏTƏNƏ QAYIDIB [24 Yanvar, 2008]
Ratasiya qaydasına uyğun olaraq hərbi xidmətini başa
vuran 92 sülhməramlımızın 8-i zabit, 4-ü gizir 80 nəfəri
isə sıravi əsgərdir. Hava limanında sülhməramlılarımızı
N saylı hərbi hissənin komandanlığı və Amerika Birləşmiş
Ştatlarının Bakıdakı səfirliyinin |
ətraflı
oxu >>
ERMƏNİSTAN ORDUSUNUN BÖLMƏLƏRİ ATƏŞKƏSİ YENİDƏN POZDU [24 Yanvar, 2008]
Ermənistan ordusunun bölmələri dünən Goranboy rayonunun
ərazisindəki adsız yüksəkliklərdən, Ağdamın Tağıbəyli
kəndinin yaxınlığından, bu gün isə Xocavənd rayonunun
ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində
yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin
üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
| ətraflı
oxu >>
QAZAXISTANIN ÖLKƏMİZƏ YENİ SƏFİRİ TƏYİN OLUNUB
[24 Yanvar, 2008]
Qazaxıstan prezidentinin mətbuat xidmətindən verilən
məlumata görə, yeni səfir Serik Primbekov əvvəllər Qazaxıstan-Qırğızıstan-Özbəkistan
dövlətlərarası şurasının icraiyyə komitəsinin sədri
olub. | ətraflı
oxu >>
AŞPA-NIN QIŞ SESSİYASI ÖZ İŞİNİ BU GÜN DƏ DAVAM ETDİRİR
[24 Yanvar, 2008]
Parlament Assambleyasının dünən keçirilən iclasında
Kosovo problemi ilə bağlı qətnamə qəbul olunub. Qətnamədə
Avropa Şurasının Kosovonun statusunun müəyyən edilməməsindən
təəssüfləndiyi bildirilir. Assambleya təkidlə maraqlı
tərəfləri məsuliyyətli davranmağa, sülh və dialoqu qoruyub
saxlamağa, | ətraflı
oxu >>
İSRAİL PARLAMENTİNİN VİTSE-SPİKERİ KOEN AMNONUN RƏHBƏRLİK ETDİYİ
NÜMAYƏNDƏ HEYƏTİ BAKIDADIR
[24 Yanvar, 2008]
Səfərdən məqsəd 2 tərəfli əməkdaşlığı genişləndirməkdir.
Artıq bir sıra rəsmilərlə görüş keçirən İsrail Knessetinin
deputatları Azərbaycanla İsrail arasında viza rejiminin
sadələşdirilməsi məsələsini müzakirə ediblər. |
ətraflı
oxu >>
AZƏRBAYCANA SƏFƏRƏ GƏLƏN DAĞISTAN RESPUBLİKASININ DÖVLƏT NÜMAYƏNDƏLƏRİ
ŞİMAL-QƏRB BÖLGƏSİNDƏ OLUB [24 Yanvar, 2008]
Dağıstanlı qonaqlar ilk öncə Balakən şəhəri ilə tanış
olub, rayonun Qabaqçöl qəsəbəsində yaşayan azsaylı xalqların
nümayəndələri ilə görüşüblər. Daha sonra qonaqlar Zaqatala
rayonuna gələrək ulu öndər Heydər Əliyevin abidəsini
ziyarət ediblər. | ətraflı
oxu >>
POLŞADA HƏRBİ HAVA QÜVVƏLƏRİNƏ MƏXSUS TƏYYARƏ QƏZAYA UĞRAYIB [24 Yanvar, 2008]
Nəticədə 20 nəfər həlak olub. Təyyarənin görtəsində
olan 16 hərbiçi və 4 heyət üzvündən sağ qalının olmadığı
bildirlir. 200 metr hündürlükdən meşəyə düşən təyyarə
tamamilə yanıb. Həlak olanlar arasında yüksək vəzifəli
zabitlərin də olduğu bildirlir. |
ətraflı
oxu >>
PAKİSTAN HƏRBÇİLƏRİNİN APARDIQLARI XÜSUSİ ƏMƏLİYYAT NƏTİCƏSİNDƏ
40 SİLAHLI ÖLDÜRÜLÜB
[24 Yanvar, 2008]
Pakistan hərbçilərinin cənubi Vəziristan əyalətində
apardıqları xüsusi əməliyyat nəticəsində 40 silahlı
öldürülüb. 30 nəfər girov götürülüb. Bu zaman 8 əsgər
həlak olub, 32-si yaralanıb. Ölkənin silahlı qüvvələri
rəsmi nümayəndəsinin məlumatına görə, |
ətraflı
oxu >>
KONDALİZA RAYS: «ABŞ RUSİYA İLƏ MÜNASİBƏTLƏRİN SOYUMASINI İSTƏMİR»
[24 Yanvar, 2008]
İranın nüvə proqrammı ətrafında yaranan problem sülh
yolu ilə həll oluna bilər. Bu bəyanatla ABŞ-ın dövlət
katibi Kondoliza Rays Davos Dünya İqtisadi Forumunda
çxışı zamanı bəyan edib. | ətraflı
oxu >>
İSRAİL QƏZZA BÖLGƏSİNDƏ HÜMANİTAR BÖHRANIN DƏRİNLƏŞMƏSİNƏ YOL
VERMƏYƏCƏK
[24 Yanvar, 2008]
İsrailin Baş naziri Exud Olmert Qəzza bölgəsində hümanitar
böhranın olmayacağına söz verib. Fələstin xalqını İsrail
ərazilərinə endirdiyi raket zərbələrini dayandırmağa
çağıran Exud Olmert Qəzza bölgəsində humuanitar böhranın
inkişafının yolverilməz olduğunu vurğulayıb. |
ətraflı
oxu >>
NİDERLANDDA DƏRMAN PREPARATLARI İLƏ BAĞLI APARILAN TƏCRÜBƏ ZAMANI
24 NƏFƏR DÜNYASINI DƏYİŞİB [24 Yanvar, 2008]
Niderlandda dərman preparatlarının sınağı zamanı 24
nəfər dünyasını dəyişib. Həlak olanların hamısı mədəaltı
vəzidə olan pankreatit adlı xəstəliklə mübarizə üçün
yeni növ dərman qəbul edənlərdir. Həkimlər dərmanların
daxil orqanların iltihabına təsir dərəcəsini tapmağa
çalışıblar. | ətraflı
oxu >>
TÜRKİYƏDƏ 600- Ə YAXIN QUŞ MƏHV EDİLİB [24 Yanvar, 2008]
Zonquldaqda bu il ilk dəfə quş qripi virusuna rast gəlindiyini
deyən kənd Təsərrüfatı Nazirliyi isə Zonquldağın Çaycuma
bölgəsindən və Türkiyənin hər hansı bir yerindən yeni
bir xəbər olmadığını bildirib. Bu arada Gürcüstan da
bu ölkədən quş ətinin idxalına qadağa qoyub. Ölkənin
müvafiq orqanları bu Türkiyə ilə sərhəddə güclündərilmiş
iş rejiminə keçib. | ətraflı
oxu >>
YUNANISTANDA RİXTER CƏDVƏLİ ÜZRƏ 4,6 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ
VERİB
[24 Yanvar, 2008]
Yeraltı təkanların episentri paytaxt Afinadan 330 kilometr
cənub-şərqdə Kos adasında olub. |
ətraflı
oxu >>
MADRİDDƏ YARIM KİLOQRAM ÇƏKİSİ OLAN GÖBƏLƏK 8600 AVROYA SATILIB
[24 Yanvar, 2008]
İspaniyanın paytaxtı Madriddə hərracda yarım kiloqram
çəkisi olan göbələk satılıb. Naməlum alıcı «mətbəxin
brilliantı» ləqəbini verdiyi delikatesə 8 min 600 avro,
yəni rekord məbləqdə pul ödəyib. |
ətraflı
oxu >>
Azərbaycanı Eurovision-2008
müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə
aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər:
Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya,
Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək
ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park
Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı
vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları
ilə canlı yayımlanacaq.