ƏSAS SƏHİFƏ
  İctimai TV
  İctimai Radio
  XƏBƏRLƏR
  Arxiv
  HAQQIMIZDA
  Bizim tarix
  Rəylər
  Yayım şurası
  Direktorlar şurası
  VERİLİŞLƏR
  Analitik
  Musiqi və əyləncə
  Ədəbiyyat və incəsənət
  "Yeni gün" səhər proqramı
  Gənclər və idman
  Müəllif proqramları
  Elm və təhsil
  Azsaylı Xalqlar üçün verilişlər
  Kino, dublyaj redaksiyası
  RƏSMİ SƏNƏDLƏR
  Fərman
  Qanun
  Avroviziya - QAYDALAR
  Münsiflər heyətinin tərkibi
  REKLAM
  MƏTBUATDAN
  ƏLAQƏ

ARXİV
« May 2008
Be Ça Çr Ca Sb Bz
  3 4
10 11
14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
« Aprel 2008
Be Ça Çr Ca Şb Bz
  5 6
12 13
19 20
26 27
 

GÜNDƏM
SABAH QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİLMƏSİ PLANLAŞDIRILIR
[28 Yanvar, 2008]
ATƏT-in fəliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sabah Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. | ətraflı oxu >>
FEVRALIN 4-DƏ AVROPA İTTİFAQI ÜÇLÜYÜ BAKIYA GƏLƏCƏK
[28 Yanvar, 2008]
Fevralın 4-də Sloveniyanın Xarici İşlər nazirinin rəhbərliyi ilə Avropa İttifaqı üçlüyü Bakıya gələcək. Bu barədə məlumat verən Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib ki, fevralın 8-10-da Münhen təhlükəsizlik konfransı keçiriləcək. | ətraflı oxu >>
BMT-NİN TƏHLÜKƏSİZLİK ŞURASININ YENİ QƏTNAMƏSİ RƏSMİ TEHRANIN CİDDİ REAKSİYASI İLƏ QARŞILAŞACAQ
[28 Yanvar, 2008]
BMT-nin Təhlükəsizlik Şurasının İranın nüvə proqramına dair yeni qətnaməsi rəsmi Tehranın ciddi reaksiyası ilə qarşılaşacaq. Bu barədə İranın Xarici Siyasət İdarəsinin rəhbəri Mənuçehr Möttaki məlumat verib. | ətraflı oxu >>
İTALİYA PREZİDENTİ SİYASİ QÜVVƏLƏRLƏ DANIŞIQLARI DAVAM ETDİRİR
[28 Yanvar, 2008]
İtaliya prezidenti Corcio Napolitano ölkədə yaranan hökumət böhranının qarşısının almaq üçün siyasi qüvvələrlə danışıqları davam etdirir. Bu gün prezident «Şimal Liqası» və «Xristian Demokratlar Birliyi» partiyalarının rəhbərləri ilə görüşüb. | ətraflı oxu >>
İTALİYADA MƏŞHUR VENESİYA KARNAVALI BAŞLAYIB
[28 Yanvar, 2008]
İtaliyada məşhur Venesiya karnavalı başlayıb. 10 gün davam edəcək şənlik müqəddəs Mark meydanında mələyin uçuşu ilə açılıb. Karnaval tarixində ilk dəfə olaraq mələk obrazını kişi, özü də qara dərili amerikalı reper Xuliyo canlandırıb. | ətraflı oxu >>
BİŞKEKDƏ HEYDƏR ƏLİYEV GUŞƏSİ YARADILIB
[28 Yanvar, 2008]
Türk dünyasının yetirdiyi görkəmli şəxsiyyətlər bütün türk dünyası, eləcə də bəşəriyyətin sərvətidir. Xalqlarımız belə şəxsiyyətləri ilə qürur duyur. Onların keçdiyi ömür yolu cəsarət və fədakarlıq simvoluna çevrilərək dili, dini, mənəviyyat və mədəniyyəti bir olan insanların örnəyinə çevrilir. | ətraflı oxu >>
LİVANDA İĞTİŞAŞLAR NƏTİCƏSİNDƏ 8 NƏFƏR HƏLAK OLUB
[28 Yanvar, 2008]
Livan paytaxtında elektrik enerjisinin dayandırılmasına etiraz edən minlərlə insan küçələrə çıxıb. Əvvəlcə dinc xarakter daşıyan aksiya «Amal» partiyasının üzvlərindən birinin qətlə yetirilməsindən sonra iğtişaşa çevrilib. Müxalifət partiya üzvünü aksiyanı yatırmağa çalışan polisin qətlə yetirdiyini iddia edir. Təhlükəsizlik qüvvələri isə bunu təkzib edir. | ətraflı oxu >>
ÇİNDƏ 60 MİNDƏN ÇOX İNSAN NƏHƏNG TIXACLA ÜZLƏŞİB
[28 Yanvar, 2008]
Çində soyuq və qarlı hava şəraiti yolların buz bağlamasına səbəb olub. Nəticədə ölkənin mərkəzi hissəsində bütün yollar bağlanıb. Yalnız paytaxt Pekindən Çxujaya aparan yol sürücülərin istifadəsində qalıb. Lakin yeganə açıq yoldan istifadə edən sürücülər nəhəng tıxacla üzləşib. 20 min avtomobildən ibarət tıxacda 60 minə qədər insanın qaldığı bildirilir. | ətraflı oxu >>
DAĞLIĞ QARABAĞ MÜNAQİŞƏSİ İSLAM KONFRANSI TƏŞKİLATI PARLAMENT İTTİFAQININ SESSİYASINDA MÜZAKİRƏ OLUNACAQ
[28 Yanvar, 2008]
Ermənistan-Azərbaycan Dağlığ Qarabağ münaqişəsi İslam Konfransı Təşkilatı Parlament İttifaqının bu gün Qahirədə öz işinə başlayan sessiyasında da müzakirə olunacaq. Azərbaycan nümayəndə heyəti dünya ictimaiyyəti və təşkilatların çağırışlarına baxmayaraq, | ətraflı oxu >>
AZƏRBAYCANLA RUSİYA ARASINDA DÖVLƏT SƏRHƏDLƏRİNİN DELİMİTASİYA VƏ DEMARKASİYASI ÜZRƏ KOMİSSİYANIN XV İCLASI KEÇİRİLƏCƏK
[28 Yanvar, 2008]
Yanvarın 29-30-da Moskvada Azərbaycanla Rusiya arasında Dövlət Sərhədlərinin Delimitasiya və Demarkasiyası üzrə komissiyanın XV iclası keçiriləcək. | ətraflı oxu >>
TÜRKİYƏDƏ DƏMİR YOL QƏZASINDA 9 NƏFƏR HƏLAK OLUB
[28 Yanvar, 2008]
Sərnişin qatarının relsdən çıxması nəticəsində 9 nəfər həlak olub, 21-i isə yaralanıb. İstanbuldan Dənizli şəhərinə doğru istiqamətlənən qatar naməlum səbəblərdən Kyuaxya şəhərində relsdən çıxıb. İki vaqon aşıb. Zərərçəkənlər yerli xəstəxanaya yerləşdirilib. | ətraflı oxu >>
AZƏRBAYCAN ORDUSUNUN DAHA BİR ƏSGƏRİ ŞƏHİD OLDU
[28 Yanvar, 2008]
Ötən axşam saat 5-dən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri 3 saat müddətində Fizuli rayonunun işğal altında olan Aşağı-Veysəlli kəndi istiqamətindən və Xocəvənd rayonun Kurapatkina, kəndi eləcə də Ağdam rayonun işğal altında olan Baş Qərvənd və Cəvahirli kəndləri istiqamətlərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz möqelərini | ətraflı oxu >>
ZIĞ-HÖVSAN-HAVA LİMANI YOLUNUN TİKİNTİSİ DAVAM EDİR
[28 Yanvar, 2008]
Paytaxtın Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən yola altenrantiv olacaq Zığ-Hövsan-Hava Limanı yolunun ikinci hissəsinə beton vurulmasına başlanılıb. Yolun inşasında iştirak edən almaniyalı mütəxəssislər bunun Azərbaycanda ən təhlükəsiz magistral olacağını deyir. | ətraflı oxu >>
GÜRCÜSTANIN “İMEDİ” TELEKANALI YENİDƏN EFİRƏ QAYIDIR
[28 Yanvar, 2008]
Gürcüstanın «İmedi» telekanalı gələn həftədən etibarən efirini bəra edəcək. Bu, şirkətin sahibi Badri Patarkatsişvili və «News corp» şirkəti arasında əldə edilən razılığa əsasən mümkün olub. Qeyri-rəsmi məlumatlara əsasən televiziyanın səhmlərinin nəzarət paketinin 51%-i «News corp»-a verilib. | ətraflı oxu >>
SƏDDAM HÜSEYNİN HEÇ ZAMAN OXŞARI OLMAYIB
[28 Yanvar, 2008]
Bu barədə Səddam Hüseyn həbs edilərkən onu sorğu-suala tutan ABŞ-ın Federal Təhqiqatlar Bürosunun əməkdaşı Corc Piro açıqlama ilə çıxış edib. O, İraqın sabiq prezidentini onun öz oğullarından daha yaxşı tanıdığını bildirib. «Mən Hüseyndən özünə bənzər insandan istifadə edib-etmədiyini soruşdum. O, isə belə bir vasitədən heç zaman istifadə etmədiyini söyləyib. | ətraflı oxu >>
BU GÜN İRAQIN MƏRKƏZİ BANKININ BİNASINDA YANĞIN BAŞ VERİB
[28 Yanvar, 2008]
Polis hadisə nəticəsində xəsarət alanların olmadığını bildirir. Hazırda nəzarət altına alınan yanğının səbəbləri araşdırılır. | ətraflı oxu >>
QAZAXISTANDA PARTLAYIŞ BAŞ VERİB
[28 Yanvar, 2008]
Qazaxıstanın Almatı şəhərindəki məktəblərdən birində partlayış baş verib. Məktəbin birinci mərtəbəsində qumbaranın partlaması nəticəsində 2 nəfər həlak olub, daha 2-si isə yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılır. | ətraflı oxu >>
TOKİO FOND BİRJASINDA SƏHMLƏRİN QİYMƏTİ 2.6% AŞAĞI DÜŞÜB
[28 Yanvar, 2008]
Asiya birjalarında yenidən ucuşlaşma qeydə alınıb. Ötən həftəki bahalaşmadan sonra bu gün Tokio Fond Birjasında səhmlərin qiyməti 2,6% aşağı düşüb. Yaponiyanın İqtisadiyyat və Maliyyə Siyasəti üzrə naziri bunun ABŞ ipoteka –kredit sistemindəki böhranla bağlı olduğunu söyləyib. | ətraflı oxu >>
RUMINİYALI JURNALİSTLƏR İLK DƏFƏ OLARAQ NİKOLAY ÇAUŞESKİNİN EVİNDƏ OLUB
[28 Yanvar, 2008]
Rumıniyalı jurnalistlər ilk dəfə olaraq Kommunist Partiyasının lideri Nikolay Çauşeskinin evində olub. Jurnalistlər çəkiliş üçün yarım il gözlədiklərini bildirsələr də, bunun hədər yerə olmadığını söyləyir. | ətraflı oxu >>
YASAMAL RAYON QAZ İSTİSMARI İDARƏSİNİN GENİŞ TƏRKİBLİ İCLASI KEÇİRİLİB
[28 Yanvar, 2008]
Bu il əhalinin qazla təchizatı və abonentlərdən istifadə olunan mavi yanacağın haqqının yığım səviyyəsinin artdığını bildirən Yasamal rayon Qaz istismarı idarəsinin rəisi Vilayət Əmirov nəaliyyətlərlə yanaşı müəyyən çatışmazlıqların da olduğunu xatırladıb. | ətraflı oxu >>
İRAN TÜRKİYƏYƏ TƏBİİ QAZ NƏQLİNİ BƏRPA EDİB
[28 Yanvar, 2008]
Bu barədə Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Hilmi Gülər yerli telekanallara müsahibəsində bildirib. Xatırladaq ki, Tehran Türkiyəyə mavi yanacağın nəqlini yanvarın 1-dən etibarən dayandırmışdı. | ətraflı oxu >>
AVROPADA ƏLVERİŞSİZ HAVA ŞƏRAİTİ HÖKM SÜRÜR
[28 Yanvar, 2008]
Avstriyada saatda 120 kilometr sürətə malik küləklə müşayiət olunan qasırğa nəticəsində 4 nəfər xəsarət alıb. Elektrik xəttləri sıradan çıxdığından 12 min evin elektrik təchizatı dayandırılıb. Külək minlərlə evin damını uçurub, kökündən çıxan ağaclar yollarda hərəkəti dayandırıb. Qonşu Çexiyada da analoji vəziyyətdir. | ətraflı oxu >>

  Efirdə müstəqil Azərbaycanın İctimai Televiziyasıdır! 39-42-ci paralellərdə yerləşən Azərbaycan Respublikası 15 ilə yaxındır ki, Ermənistanla müharibə şəraitində yaşayır. Torpaqlarının 20% erməni işğalçıları tərəfindən zəbt olunub. Bir milyondan artıq vətəndaşı qaçqın düşüb. Işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik şurasının 822, 853, 874, 884 saylı qətnamələri indiyədək yerinə yetirilməyib. BU ƏDALƏTSİZLİYƏ DÜNYA BİRLİYİ HƏLƏ DƏ DÖZÜR.

HOTBIRD 13º
Fregans – 11785 MHS
Polyarizasiya- Horizontal
S/R- 27500
FEQ- ¾

Türksat 42º
Fregans- 11554 MHS
Polyarizasiya- Horizontal
S/R- 2916
FEQ-2/3

Azərbaycanı Eurovision-2008 müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər: Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya, Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları ilə canlı yayımlanacaq.

Görüşlər

ATƏT-LƏ İCTİMAİ TELERADİO ARASINDA ƏMƏKDAŞLIĞA DAİR MEMORONDUM İMZALANIB

Bu gün ATƏT-in Bakı Ofisində qurumla İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair memorondum imzalanıb.


İSMAYIL ÖMƏROV “TÜRK DÜNYASINA VƏ TÜRK MƏDƏNIYYƏTINƏ XIDMƏT” MÜKAFATINA LAYIQ GÖRÜLÜB

Mükafatı Baş direktora Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin təqdim edib


Kalamiras Bakıda

Martın 24-ü Yunanıstanın Avroviziya 2008 müsabiqəsində təmsil edəcək müğənnisi Kalamiras İctimai Televiziyanın dəvətilə Azərbaycana promo-tura gəlib.


ATƏT-İN İCTİMAİ TELERADİO ƏMƏKDAŞLARI ÜÇÜN KEÇİRDİYİ TRENİNQLƏRİN İKİNCİ MƏRHƏLƏSİ BAŞLAYIR

Layihəni ATƏT-lə yanaşı, Norveç və Almaniyanın Azərbaycandakı səfirlikləri, eləcə də Avropa Şurası dəstəkləyir


İctimai Teleradio Türkiyə Radio Televiziya Qəzetçiləri Dərnəyinin “Radio Televiziya Oskarı”na layiq görülüb

Türkiyə Radio Televiziya Qəzetçiləri Dərnəyi tərəfindən verilən 30-cu “Radio Televiziya Oskarı” sahiblərinə təqdim olunub.

   

© 2005-2007 | Müəllif hüquqları: İctimai Televiziya və Radio Yayımları Şirkəti | www.itv.az | e-mail: info@itv.az
webmaster: admin@itv.az