ƏSAS SƏHİFƏ
  İctimai TV
  İctimai Radio
  XƏBƏRLƏR
  Arxiv
  HAQQIMIZDA
  Bizim tarix
  Rəylər
  Yayım şurası
  Direktorlar şurası
  VERİLİŞLƏR
  Analitik
  Musiqi və əyləncə
  Ədəbiyyat və incəsənət
  "Yeni gün" səhər proqramı
  Gənclər və idman
  Müəllif proqramları
  Elm və təhsil
  Azsaylı Xalqlar üçün verilişlər
  Kino, dublyaj redaksiyası
  RƏSMİ SƏNƏDLƏR
  Fərman
  Qanun
  Avroviziya - QAYDALAR
  Münsiflər heyətinin tərkibi
  REKLAM
  MƏTBUATDAN
  ƏLAQƏ

ARXİV
« May 2008
Be Ça Çr Ca Sb Bz
  3 4
10 11
14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
« Aprel 2008
Be Ça Çr Ca Şb Bz
  5 6
12 13
19 20
26 27
 

GÜNDƏM
BU GÜN «HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR» MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS İŞƏ BAŞLAYIB
[29 Aprel, 2008]
Bu gün Bakının Gülüstan sarayında Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Heydər Əliyev və milli-mənəvi dəyərlər» mövzusunda beynəlxalq konfrans işə başlayıb. | ətraflı oxu >>
NORVEÇ KRALLIĞININ XARİCİ İŞLƏR NAZİRİ AZƏRBAYCANLI HƏMKARI İLƏ GÖRÜŞÜB
[29 Aprel, 2008]
Bakıda ilk rəsmi səfərdə olan Norveç Krallığının Xarici İşlər naziri Yonas Qahr Store azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb. Əvvəlcə təkbətək daha sonra isə geniş tərkibdə nümayəndə heyətinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. | ətraflı oxu >>
«DEMOKRATİYA VƏ İQTİSADİ İNKİŞAF NAMİNƏ TƏŞKİLAT-GUAM-TRANZİT» MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS İŞƏ BAŞLAYIB
[29 Aprel, 2008]
Bu gün Bakıda «Demokratiya və iqtisadi inkişaf naminə təşkilat-GUAM-tranzit» mövzusunda beynəlxalq konfrans işə başlayıb. Avropa, Mərkəzi Asiya, Çin, Koreya, Baltikyanı ölkələr, Avropa İttifaqına daxil olan dövlətlərin nəqliyyat şirkətlərinin təmsilçiləri, | ətraflı oxu >>
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ AĞDAMIN İŞĞAL ALTINDA OLAN ƏRAZİSİNDƏ HƏRBİ TƏLİMLƏRƏ BAŞLAYIBLAR
[29 Aprel, 2008]
Bu gün saat 11-dən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdamın işğal altında olan Uzundərə ərazisində hərbi təlimlərə başlayıblar. Təlimdə artilleriya və zenit qurğularından istifadə olunur. | ətraflı oxu >>
BU GÜN BAKIDA «AZƏRBAYCAN VƏ TÜRKİYƏ MEDİASI» MÖVZUSUNDA 2-Cİ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB
[29 Aprel, 2008]
Tədbirdə Azərbaycan və Türkiyə mediasının müasir durumu, qloballaşan dünyada türkdilli mətbuatın yeri və rolu əsas müzakirə mövzuları olub. | ətraflı oxu >>
İCTİMAİ TELEVİZİYASININ ƏMƏKDAŞLARINDAN İBARƏT QRUP LONDONA EZAM EDİLİB
[29 Aprel, 2008]
Azərbaycan İctimai Televiziyası fəaliyyətinin təkmilləşdirilməsi və əməkdaşlarının peşəkarlığının daha da yüksəldilməsi üçün tədbirləri davam etdirir. | ətraflı oxu >>
İRANIN BAKIDAKI SƏFİRİ AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRLİYİNƏ DƏVƏT OLUNACAQ
[29 Aprel, 2008]
Rusiyanın Buşer Atom Elektrik Stansiyası üçün göndərdiyi yüklə bağlı yaranan problemi araşdırmaq üçün İranın Bakıdakı səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə dəvət olunacaq. | ətraflı oxu >>
AMERİKA ORDUSU TALİBLƏRƏ QARŞI HƏRBİ ƏMƏLİYYATLARA BAŞLAYIB
[29 Aprel, 2008]
Amerika ordusu Əfqanıstanda son illər ərzində taliblərə qarşı ən irimiqyaslı əməliyyata başlayıb. Gilmənd əyalətində keçirilən əməliyyatlarda yüzlərlə aviasiya qüvvələri və hərbi dəniz qüvvələrinin nümayəndələri iştirak edir. Onların arasında İraq müharibəsi veteranları da var. | ətraflı oxu >>
KONDOLİZA RAYS RUSİYANIN DAXİLİ SİYASƏTİNDƏ DƏYİŞİKLİK OLACAĞI BARƏDƏ PROQNOZ VERİB
[29 Aprel, 2008]
ABŞ-ın dövlət katibi Kondoliza Rays Rusiyanın daxili siyasətində dəyişiklik olacağı barədə proqnoz verib. Onun sözlərinə görə, rəsmi Vaşinqton Rusiyanın siyasətində dəyişiklik edilməsini səbirsizliklə gözləyir və bu, zəruridir. | ətraflı oxu >>
ERMƏNİSTANDA 5 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB
[29 Aprel, 2008]
Ermənistanda Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Vardenis şəhərində olub. Dağıntı və tələfatın olmadığı bildirlir. | ətraflı oxu >>
SON İLLƏR AZƏRBAYCANA XARİCİ ÖLKƏLƏRDƏN FƏHLƏ AXINI ARTIB
[29 Aprel, 2008]
Bu, isə ölkənin əmək bazarının keyfiyyətinə mənfi təsir edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyim» mövzusunda keçirdiyi seminarda bildirilib ki, | ətraflı oxu >>
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ ATƏŞKƏSİ YENİDƏN POZDU
[29 Aprel, 2008]
Ermənistan ordusunun bölmələri dünən və bu gün Noyemberyan və İcevan rayonlarından Qazax rayonunu, Ağdam rayonunun Mərzili və Yusifcanlı, Gədəbəy və Xocavənd rayonları ərazilərindəki adsız yüksəkliklər və Kurapatkino kəndinindən, | ətraflı oxu >>
BU GÜN QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİLƏCƏK
[29 Aprel, 2008]
ATƏT sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün qoşunların təmas xəttində monitorinq keçiriləcək. Monitorinqin Tovuzun Əlibəyli kəndi yaxınlığında keçirilməsi planlaşdırılıb. Monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçiləri izləyəcək. | ətraflı oxu >>
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ AKADEMİK, OFTOMOLOQ-ALİM ZƏRİFƏ ƏLİYEVANIN ANADAN OLMASININ 85 İLLİYİ İLƏ ƏLAQƏDAR SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİR
[29 Aprel, 2008]
Azərbaycanın Gürcüstandakı səfirliyi ulu öndər Heydər Əliyev və akademik, oftomoloq-alim Zərifə Əliyevanın anadan olmasının 85 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirir. | ətraflı oxu >>
QIRĞIZISTANIN SABİQ PARLAMENT SƏDRİ, DÖVLƏT MEMARLIQ VƏ İNŞAAT İDARƏSİ RƏHBƏRİ HƏBS EDİLİB
[29 Aprel, 2008]
Qırğızıstanın sabiq parlament sədri, Dövlət Memarlıq və İnşaat İdarəsi rəhbəri İşenbay Qədirbəyov həbs edilib. Vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandıralan sabiq parlament sədrinin adı rüşvətxorluqda da hallanır. Maliyyə polisinin açıqlamasına əsasən, | ətraflı oxu >>
İTALİYADA PAYTAXT ROMANIN MERİ SEÇİLİB
[29 Aprel, 2008]
Canni Alemanno İtaliya tarixinə ikinci dünya müharibəsindən sonra hakim partiyanın üzvü olan ilk paytaxt meri kimi daxil olub. | ətraflı oxu >>
RUSİYADA DƏMİRYOLU İŞÇİLƏRİNİN TƏTİLİ DAVAM EDİR
[29 Aprel, 2008]
Rusiyanın paytaxtı Moskvanın mərkəzi dəmiryolu stansiyasının işçiləri tətil keçirir. Onlar əmək haqqının artırılmasını tələb edir. Dəmiryolçularla danışıqlar aparan rəhbərlik aksiyanı qanun pozuntusu sayaraq, bunu ölkənin mülkü müdafiəsi, eləcə də insanların həyatına təhlükə adlandırıb. | ətraflı oxu >>
VAŞİNQTONDA YÜK MAŞINLARININ SÜRÜCÜLƏRİ ETİRAZ AKSİYASI KEÇİRİB
[29 Aprel, 2008]
Vaşinqtonun mərkəzində hərəkəti qadağan edilən yük maşını sürücüləri benzinin qiymətinin artmasına etiraz əlaməti olaraq küçələrə çıxıb. Onlar ABŞ prezidenti Corc Buş və Konqresdən benzinin qiymətinin tənzimlənməsi və hətta azalması üçün təcili tədbirlər görməyi tələb edib. | ətraflı oxu >>
İSRAİL HƏRBİ HAVA QÜVVƏLƏRİ LİVANIN HAVA MƏKANINA DAXİL OLUB
[29 Aprel, 2008]
Livanın Müdafiə Nazirliyinin məlumatına görə, İsrailə məxsus 12 hərbi təyyarə aprelin 28-də günün ikinci yarısında Biblos şəhəri ərazisində hava sərhəddini pozduqdan sonra Hermel əyalətinə istiqamətlənib. 8 xüsusi təyyarə isə, Rmeyş şəhərindən paytaxt Beyrutun mərkəzinə uçub. Uçuş prosesi bir saat davam edib. | ətraflı oxu >>
VENESUELADA TƏYYARƏ YAŞAYIŞ BİNASININ ÜZƏRİNƏ DÜŞÜB
[29 Aprel, 2008]
Baş vermiş qəza nəticəsində 6 nəfər ölüb. Onlardan 3-ü bina sakini, 1-i isə, pilotdur. Hadisədən dərhal sonra binada güclü yanğın baş verib. Yandığından ölənlərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Çoxlu sayda yaralı isə, xəstəxanalara yerləşdirilib. | ətraflı oxu >>
YOL QƏZA HADİSƏSİ ZAMANI 1 NƏFƏR HƏLAK OLUB
[29 Aprel, 2008]
Xaldan-Balakən magistralının Zaqatala rayonu ərazisindən keçən 127-ci kilometrliyində Ford markalı avtomobillə MAZ markalı sərnişin mikro-avtobusunun toqquşması nəticəsində 1 nəfər həlak olub. | ətraflı oxu >>
AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN 85 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR XATİRƏ GECƏSİ KEÇİRİLİB
[29 Aprel, 2008]
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günü ilə əlaqədar Azərbaycan Dövlət Opera və Balet Teatrında xatirə gecəsi keçirilib. Akademikin 85 illik yubileyi ilə əlaqədar təşkil olunan mərasimdə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib. | ətraflı oxu >>
NORVEÇİN XARİCİ İŞLƏR NAZİRİNİN BAKIYA SƏFƏRİ BAŞLAYIR
[29 Aprel, 2008]
Bu gün Norveç Krallığının xarici işlər naziri Yonas Qahr Storenin Bakıya rəsmi səfəri başlayır. Norveçin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Yonas Qahr Store Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. | ətraflı oxu >>
BAKIDA “GUAM-TRANZİT” ADLI BEYNƏLXALQ KONFRANS İŞƏ BAŞLAYACAQ
[29 Aprel, 2008]
Bu gün Bakıda “GUAM-Tranzit” adlı beynəlxalq konfrans işə başlayacaq. İki gün davam edəcək konfransın məqsədi GUAM tranzit dəhlizinin hazırkı vəziyyəti, onun potensialının təkmilləşdirilməsi, beynəlxalq dəstək və sərmayə cəlb olunmasına dair müzakirələr aparmaqdır. | ətraflı oxu >>
«HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR» MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK
[29 Aprel, 2008]
Bu gün Bakının Gülüstan sarayında Qafqaz müsəlmanları idarəsinin təşkilatçılığı ilə «Heydər Əliyev və milli-mənəvi dəyərlər» mövzusunda beynəlxalq konfrans keçiriləcək. | ətraflı oxu >>
ƏHMƏDİNEJATIN PAKSİTANA SƏFƏRİ SƏMƏRƏLİ KEÇİB
[29 Aprel, 2008]
İran prezidenti Mahmud Əhmədinejatın Paksitana səfəri rəsmi Tehranın gözlədiyi kimi səmərəli keçib. Beləki, İslamabada aparılan danışıqldarın yekunu olaraq İran, Hindistan və Pakistan arasında qaz kəmərinin inşası barədə razılıq əldə edilib. | ətraflı oxu >>
PKK TERRORÇULARI İLƏ TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ ARASINDA TOQQUŞMA BAŞ VERİB
[29 Aprel, 2008]
Bingölün Gənc kəndində bir qrup keçmiş PKK terrorçusu ilə Türkiyə Silahlı Qüvvələrinin toqquşması nəticəsində təhlükəsizlik xidmətinin 3 əməkdaşı yaralanıb. Ərazinin coğrafi mövqeyindən istifadə edən terrorçular qaçmağa müvəffəq olublar. | ətraflı oxu >>
BAĞDADDA 3 AMERİKA ƏSGƏRİ ÖLDÜRÜLÜB
[29 Aprel, 2008]
İraqın paytaxtı Bağdadda 3 Amerika əsgəri öldürülüb. Bağdadın şərqində yerləşən koalisiya qüvvələrinə aid bazaya edilən raket hücumu zamanı 3 Amerika əsgərinin öldürülüdüyü bildirilib. | ətraflı oxu >>
CORC BUŞ YAXIN ŞƏRQ TURNESİNƏ HAZIRLAŞIR
[29 Aprel, 2008]
Amerika Birləşmiş Ştatları prezidenti Corc Buş Yaxın Şərq turnesinə hazırlaşır. O, səfər edəcəyi ölkələrin sayına daha ikisini də əlavə edib. Rəsmi məlumata əsasən Amerika prezidenti İordaniya, Fələstin, İsraillə yanaşı Misir və Səudiyyə Ərəbistanına da səfər etmək niyyətindədir. | ətraflı oxu >>

  Efirdə müstəqil Azərbaycanın İctimai Televiziyasıdır! 39-42-ci paralellərdə yerləşən Azərbaycan Respublikası 15 ilə yaxındır ki, Ermənistanla müharibə şəraitində yaşayır. Torpaqlarının 20% erməni işğalçıları tərəfindən zəbt olunub. Bir milyondan artıq vətəndaşı qaçqın düşüb. Işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik şurasının 822, 853, 874, 884 saylı qətnamələri indiyədək yerinə yetirilməyib. BU ƏDALƏTSİZLİYƏ DÜNYA BİRLİYİ HƏLƏ DƏ DÖZÜR.

HOTBIRD 13º
Fregans – 11785 MHS
Polyarizasiya- Horizontal
S/R- 27500
FEQ- ¾

Türksat 42º
Fregans- 11554 MHS
Polyarizasiya- Horizontal
S/R- 2916
FEQ-2/3

Azərbaycanı Eurovision-2008 müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər: Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya, Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları ilə canlı yayımlanacaq.

Görüşlər

ATƏT-LƏ İCTİMAİ TELERADİO ARASINDA ƏMƏKDAŞLIĞA DAİR MEMORONDUM İMZALANIB

Bu gün ATƏT-in Bakı Ofisində qurumla İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair memorondum imzalanıb.


İSMAYIL ÖMƏROV “TÜRK DÜNYASINA VƏ TÜRK MƏDƏNIYYƏTINƏ XIDMƏT” MÜKAFATINA LAYIQ GÖRÜLÜB

Mükafatı Baş direktora Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin təqdim edib


Kalamiras Bakıda

Martın 24-ü Yunanıstanın Avroviziya 2008 müsabiqəsində təmsil edəcək müğənnisi Kalamiras İctimai Televiziyanın dəvətilə Azərbaycana promo-tura gəlib.


ATƏT-İN İCTİMAİ TELERADİO ƏMƏKDAŞLARI ÜÇÜN KEÇİRDİYİ TRENİNQLƏRİN İKİNCİ MƏRHƏLƏSİ BAŞLAYIR

Layihəni ATƏT-lə yanaşı, Norveç və Almaniyanın Azərbaycandakı səfirlikləri, eləcə də Avropa Şurası dəstəkləyir


İctimai Teleradio Türkiyə Radio Televiziya Qəzetçiləri Dərnəyinin “Radio Televiziya Oskarı”na layiq görülüb

Türkiyə Radio Televiziya Qəzetçiləri Dərnəyi tərəfindən verilən 30-cu “Radio Televiziya Oskarı” sahiblərinə təqdim olunub.

   

© 2005-2007 | Müəllif hüquqları: İctimai Televiziya və Radio Yayımları Şirkəti | www.itv.az | e-mail: info@itv.az
webmaster: admin@itv.az