ƏSAS SƏHİFƏ
  İctimai TV
  İctimai Radio
  XƏBƏRLƏR
  Arxiv
  HAQQIMIZDA
  Bizim tarix
  Rəylər
  Yayım şurası
  Direktorlar şurası
  VERİLİŞLƏR
  Analitik
  Musiqi və əyləncə
  Ədəbiyyat və incəsənət
  "Yeni gün" səhər proqramı
  Gənclər və idman
  Müəllif proqramları
  Elm və təhsil
  Azsaylı Xalqlar üçün verilişlər
  Kino, dublyaj redaksiyası
  RƏSMİ SƏNƏDLƏR
  Fərman
  Qanun
  Avroviziya - QAYDALAR
  Münsiflər heyətinin tərkibi
  REKLAM
  MƏTBUATDAN
  ƏLAQƏ

ARXİV
« May 2008
Be Ça Çr Ca Sb Bz
  3 4
10 11
14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
« Aprel 2008
Be Ça Çr Ca Şb Bz
  5 6
12 13
19 20
26 27
 

GÜNDƏM
ERMƏNİSTAN ORDUSUNUN BÖLMƏLƏRİ ATƏŞKƏSİ YENİDƏN POZUB
[29 Yanvar, 2008]
Ermənistan ordusunun bölmələri yanvarın 29-da saat 02:20-dən başlayaraq yarım saat müddətində Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında yerləşən mövqelərdən , saat 02:50-dən 03:00-dək və 04:45-dən 04:55-dək Ağdam rayonunun Şıxlar və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin | ətraflı oxu >>
QUBA ŞƏHƏR SAKİNİ YAŞADIĞI MƏNZİLDƏ DƏM QAZINDAN BOĞULARAQ VƏFAT EDİB
[29 Yanvar, 2008]
Ötən gün saat 16 rədələrində Quba şəhər sakini 36 yaşlı Məmməd Cəfərov yaşqadığı mənzildə dəm qazından boğularaq vəfat edib. Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən veriblər. | ətraflı oxu >>
CORC BUŞA QARŞI TƏHDİDLƏR SƏSLƏNDİRƏN ŞƏXS SAXLANILIB
[29 Yanvar, 2008]
Vaşinqtonda Ağ Ev qarşısında ABŞ prezidenti Corc Buşa qarşı təhdidlər səsləndirən kişi saxlanılıb. Saxlanılan şəxsin üzərində şübhəli bağlama aşkar edilib. Hazırda polis bağlamanın içərisində olanları araşdırır. Ərazidə olan insanlar təhlükəsizlik baxımından köçürülüb. | ətraflı oxu >>
KANADA QOŞUNLARI ƏFQANISTANDAN ÇIXA BİLƏR
[29 Yanvar, 2008]
Kanadanın baş naziri Stiven Harper NATO-nun əlavə köməklik göstərməyəcəyi təqdirdə 2009-cu ilin ilin əvvəlində ölkəsinin Əfqanıstandakı qoşunlarını çıxaracağını bildirib. Şimali Atlantika aliyansının fəaliyyətindən narazılıq edən Kanadanın hökumət rəhbəri qurumun koalisiya hərbçilərinin lazımi sayını təmin edə bilmədiyini deyib. | ətraflı oxu >>
TEHRANA QARŞI YENİ SANKSİYALARI NƏZƏRDƏ TUTAN LAYİHƏ TƏHLÜKƏSİZLİK ŞURASININ ÜZVLƏRİNƏ TƏQDİM EDİLİB
[29 Yanvar, 2008]
Altılığın təqdim etdiyi layihədə hərbi nüvə proqramlarının maliyyələşdirilməsinə yol verməmək üçün dövlətlərə İran bankları ilə bağlı maliyyə idarələrinin fəaliyyətlərinin monitorinqini aparmaq məsləhət görülür. | ətraflı oxu >>
BMT-NİN KOSOVADAKI MÜLKİ MİSSİYASININ RƏHBƏRLİYİ ƏMƏKDAŞLARINA AİLƏLƏRİNİ MUXTARİYYƏT ƏRAZİSİNDƏN ÇIXARMAQ BARƏDƏ ƏMR VERİB
[29 Yanvar, 2008]
Kosova mətbuatının yaydığı məlumata əsasən, BMT-nin Kosovadakı mülki missiyasının rəhbərliyi əməkdaşlarına ailələrini muxtariyyət ərazisindən çıxarmaq barədə əmr verib. Buna səbəb yaxın vaxtlarda Kosovaınn statusuna ediləcək dəyişiklik barədə qərarın qəbuludur. | ətraflı oxu >>
ÇİNDƏ 25 NƏFƏR HƏLAK OLUB, 13-Ü İSƏ YARALANIB
[29 Yanvar, 2008]
Çində sərnişin avtobusunun 40 metr hündürlükdən düşməsi nəticəsində 25 nəfər həlak olub, 13-ü isə yaralanıb. Onlardan ikisinin vəziyyəti xüsusilə ağır olaraq qiymətləndirilir. 38 sərnişindən ibarət avtobusun qəzaya uğramasının səbəbi isə güclü külək və yolların buz bağlaması olub. | ətraflı oxu >>
TATARISTANDA 4 MƏKTƏBLİ HƏLAK OLUB
[29 Yanvar, 2008]
Tatarıstanda qar uçqunu nəticəsində 4 məktəbli həlak olub. Uçquna düşən yeniyetmələrdən 2-si sərbəst şəkildə qarın altından çıxmağa müvəffəq olub, digər 3 məktəblinin həyatını isə, xilasedicilər qurtarıb. Bu, Tatarıstanda son 2 gün ərzində qeydə alınan 2-ci bədbəxt hadisədir. İki gün əvvəl daha bir yeniyetmə qar uçqununa düşərək həlak olub. | ətraflı oxu >>
DÜNYA BAZARINDA NEFTİN QİYMƏTİ YENİDƏN QALXIB
[29 Yanvar, 2008]
London birjasında qara qızılın bir barreli 48 sent bahalaşaraq 91 dollar 38 sentə, Nyu-York birjasında isə 28 sent artaraq 90 dollar 99 sent təşkil edib. Bahalanmaya səbəb OPEK üzvlərinin neft hasilatının həcmini dəyişməmək barədə qərarının səbəb olduğu bildiridlir. | ətraflı oxu >>
QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİLƏCƏK
[29 Yanvar, 2008]
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi hər iki tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri izləyəcək. | ətraflı oxu >>
RUSİYA İLƏ SƏRHƏDLƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI MÜZAKİRƏ APARILACAQ
[29 Yanvar, 2008]
Bu gün Moskvada Azərbaycan-Rusiya Dövlət Sərhədlərinin Delimitasiya və Demarkasiyası üzrə komissiyanın XV iclası keçiriləcək. Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Xarici İşlər nazirinin müavini Xələf Xələfov komissiyanın iclasında | ətraflı oxu >>
AZAD RƏHİMOV: «BEYNƏLXALQ OLİMPİYA KOMİTƏSİNİN SUALLARI CAVABLANDIRILIB»
[29 Yanvar, 2008]
Azərbaycan hökuməti 2016-cı ilin Yay olimpiya oyunlarının Bakıda keçirilməsi ilə bağlı Beynəlxalq Olimpiya komitəsinin suallarını cavablandıraraq, qurumun texniki komitəsinə göndərib. | ətraflı oxu >>
HAVANIN TEMPERATURU 5-8 DƏRƏCƏ AŞAĞI DÜŞƏCƏK
[29 Yanvar, 2008]
Qarşıdakı 3 gün ərzində ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək. Həmin müddətdə havanın temperaturu 5-8 dərəcə aşağı düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrolologiya Mərkəzinin proqnozlar bürosunun direktor müavini Umayra Tağıyeva bununla bağlı müvafiq qurumların məlumatlandırıldığını deyib. | ətraflı oxu >>
BUŞ: «İRAQDAN AMERİKA QOŞUNLARININ VAXTINDAN ƏVVƏL ÇIXARILMASI TƏHLÜKƏLİDİR»
[29 Yanvar, 2008]
Amerika konstitusiyasına əsasən 200 ildən artıqdır ki, prezidentlər hər il Konqressdə çıxış edir. Bu Corc Buşun prezident qismində Konqress qarşısında sonuncu çıxışıdır. Bir çox məsələlərə toxunan Ağ Ev rəhəbəri Amerika iqtisadiyyatının inkişafının ləngidiyini etiraf edib. | ətraflı oxu >>
ARİEL ŞARONUN OĞLU BU İLİN FEVRALINDA HƏBS EDİLƏCƏK
[29 Yanvar, 2008]
İsrailin sabiq baş naziri Ariel Şaronun oğlu bu ilin fevralında həbs ediləcək. 7 ay müddətinə həbsdə olacaq Omri Şaron atasının 80 illiyini həbsxanada qeyd etmək məcburiyyətindədir. O atasının seçkiqabağı kampaniyasının maliyyələşdirilməsi üçün qanunsuz yolla vəsait əldə etməkdə təqsirləndirilir. İstintaq nəticəsində məlum olub ki, | ətraflı oxu >>
BU GÜN RAMİL SƏFƏROVUN MƏHKƏMƏ İCLASI KEÇİRİLƏCƏK
[29 Yanvar, 2008]
Bu gün erməni zabiti Qurgen Marqaryanı qətlə yetirməkdə ittiham edilərək, ömürlük azadlıqdan məhrum edilən Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun məhkəmə nəzarətçiləri ilə olan insidentlə bağlı Budapeşt Şəhər Məhkəməsinin çıxardığı hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçiriləcək. | ətraflı oxu >>

  Efirdə müstəqil Azərbaycanın İctimai Televiziyasıdır! 39-42-ci paralellərdə yerləşən Azərbaycan Respublikası 15 ilə yaxındır ki, Ermənistanla müharibə şəraitində yaşayır. Torpaqlarının 20% erməni işğalçıları tərəfindən zəbt olunub. Bir milyondan artıq vətəndaşı qaçqın düşüb. Işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik şurasının 822, 853, 874, 884 saylı qətnamələri indiyədək yerinə yetirilməyib. BU ƏDALƏTSİZLİYƏ DÜNYA BİRLİYİ HƏLƏ DƏ DÖZÜR.

HOTBIRD 13º
Fregans – 11785 MHS
Polyarizasiya- Horizontal
S/R- 27500
FEQ- ¾

Türksat 42º
Fregans- 11554 MHS
Polyarizasiya- Horizontal
S/R- 2916
FEQ-2/3

Azərbaycanı Eurovision-2008 müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər: Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya, Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları ilə canlı yayımlanacaq.

Görüşlər

ATƏT-LƏ İCTİMAİ TELERADİO ARASINDA ƏMƏKDAŞLIĞA DAİR MEMORONDUM İMZALANIB

Bu gün ATƏT-in Bakı Ofisində qurumla İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair memorondum imzalanıb.


İSMAYIL ÖMƏROV “TÜRK DÜNYASINA VƏ TÜRK MƏDƏNIYYƏTINƏ XIDMƏT” MÜKAFATINA LAYIQ GÖRÜLÜB

Mükafatı Baş direktora Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin təqdim edib


Kalamiras Bakıda

Martın 24-ü Yunanıstanın Avroviziya 2008 müsabiqəsində təmsil edəcək müğənnisi Kalamiras İctimai Televiziyanın dəvətilə Azərbaycana promo-tura gəlib.


ATƏT-İN İCTİMAİ TELERADİO ƏMƏKDAŞLARI ÜÇÜN KEÇİRDİYİ TRENİNQLƏRİN İKİNCİ MƏRHƏLƏSİ BAŞLAYIR

Layihəni ATƏT-lə yanaşı, Norveç və Almaniyanın Azərbaycandakı səfirlikləri, eləcə də Avropa Şurası dəstəkləyir


İctimai Teleradio Türkiyə Radio Televiziya Qəzetçiləri Dərnəyinin “Radio Televiziya Oskarı”na layiq görülüb

Türkiyə Radio Televiziya Qəzetçiləri Dərnəyi tərəfindən verilən 30-cu “Radio Televiziya Oskarı” sahiblərinə təqdim olunub.

   

© 2005-2007 | Müəllif hüquqları: İctimai Televiziya və Radio Yayımları Şirkəti | www.itv.az | e-mail: info@itv.az
webmaster: admin@itv.az