ƏSAS SƏHİFƏ
  İctimai TV
  İctimai Radio
  XƏBƏRLƏR
  Arxiv
  HAQQIMIZDA
  Bizim tarix
  Rəylər
  Yayım şurası
  Direktorlar şurası
  VERİLİŞLƏR
  Analitik
  Musiqi və əyləncə
  Ədəbiyyat və incəsənət
  "Yeni gün" səhər proqramı
  Gənclər və idman
  Müəllif proqramları
  Elm və təhsil
  Azsaylı Xalqlar üçün verilişlər
  Kino, dublyaj redaksiyası
  RƏSMİ SƏNƏDLƏR
  Fərman
  Qanun
  Avroviziya - QAYDALAR
  Münsiflər heyətinin tərkibi
  REKLAM
  MƏTBUATDAN
  ƏLAQƏ

ARXİV
« May 2008
Be Ça Çr Ca Sb Bz
  3 4
10 11
14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
« Aprel 2008
Be Ça Çr Ca Şb Bz
  5 6
12 13
19 20
26 27
 

GÜNDƏM
PREZİDENT İLHAM ƏLİYEV İRANIN NİZAM-İNTİZAM QÜVVƏLƏRİ SƏRHƏD POLİSİNİN RƏİSİNİ QƏBUL EDİB
[5 May, 2008]
Bu gün prezident İlham Əliyev İranın Bakıda səfərdə olan Nizam-İntizam Qüvvələri Sərhəd Polisinin rəisi general-mayor Qasım Rezayini qəbul edib. Görüşdə ölkələrin müxtəlif qurumları, | ətraflı oxu >>
GÜRCÜSTANIN “İMEDİ” TELEKANALI YAYIMINI BƏRPA EDİB
[5 May, 2008]
Bu gün Gürcüstanın “İmedi” telekanalı yerli vaxtla saat 9:00-da yayımını bərpa edib. Kanalın yeni sahibi İosif Kakaloişvili bildirib ki, teleşirkət Badri Patarkatsşvilinin rəhbərliyi dövründə olduğu kimi müstəqil mövqedən çıxış edəcək. | ətraflı oxu >>
“HEYDƏR ƏLİYEV VƏ DÖVLƏT QULLUĞU” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB
[5 May, 2008]
Azərbaycanın gələcək inkişafı dövlət qulluğunda çalışan insanların yüksək peşəkarlığından və bilik səviyyəsindən aslıdır. Bu fikirlər “Heydər Əliyev və Dövlət qulluğu” mövzusunda 33 dövlət təşkilatının nümayəndəsinin iştirak etdiyi dəyirmi masada səslənib. | ətraflı oxu >>
BAKI APELLASİYA MƏHKƏMƏSİNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 85 İLLİK YÜBİLEYİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB
[5 May, 2008]
Bakı Apellasiya Məhkəməsində ulu öndər Heydər Əliyevin 85 illik yübileyinə həsr olunan tədbirdə Azərbaycanın məhkəmə-hüquq sistemindəki quruculuq və islahatlardan danışılıb. | ətraflı oxu >>
BAKIDA TENNİS TURNİRİNƏ START VERİLİB
[5 May, 2008]
Bakıda uşaqlar və yeniyetmələr arasında tennis turnirinə start verilib. 30 idmançının iştirak etdiyi yarışda 10-16 yaş həddində uşaqların çıxışı nəzərdə tutulub. | ətraflı oxu >>
BU GÜN OMBUDSMAN APARATINDA KONFRANS KEÇİRİLİB
[5 May, 2008]
Bu gün Ombudsman aparatında «Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası: problemlər və perspektivlər» mövzusunda konfrans keçirilib. Tədbirdə əlillərin hüquqi təminatının qanunvericilik bazası, | ətraflı oxu >>
BU GÜN HİNDİSTANDA BEYNƏLXALQ GÜLÜŞ GÜNÜ KİMİ QEYD OLUNUR
[5 May, 2008]
Bu günü bayram etmək üçün yüzlərlə insan şəhərin küçələrinə çıxıb. İlk baxışdan yüngül görünən bu bayrama insanlar qabaqcadan və çox səylə hazırlaşıb. | ətraflı oxu >>
BU GÜN İORDANİYA KRALI İKİNCİ ABDULLANIN AZƏRBAYCANA SƏFƏRİ BAŞLAYIR
[5 May, 2008]
Bu gün İordaniyanın kralı ikinci Abdullanın Azərbaycana səfərə gələcəyi gözlənilir. Bu barədə məlumat verən Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlərin yekunu olaraq iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair bir sıra sənədlər imzalanacaq. | ətraflı oxu >>
ELMAR MƏMMƏDYAROVUN ERMƏNİSTANIN YENİ XARİCİ İŞLƏR NAZİRİ İLƏ İLK GÖRÜŞÜ KEÇİRİLƏCƏK
[5 May, 2008]
Sabah Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Ermənistanın yeni Xarici İşlər naziri Edvard Nalbandyanla ilk görüşü keçiriləcək. Tanışlıq xarakteri daşıyacaq görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair fikir mübadiləsi aparılacaq. | ətraflı oxu >>
ERMƏNİSTAN ORDUSUNUN BÖLMƏLƏRİ ATƏŞKƏSI POZMAQDA DAVAM EDİR
[5 May, 2008]
Ermənistan ordusunun bölmələri ötən gün saat 16-dan bu gecə saat 1-ə qədər, Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, | ətraflı oxu >>
MAYIN 7-DƏ QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİLƏCƏK
[5 May, 2008]
ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 7-də Azərbaycanın Ağdam rayonunun Əfətli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. | ətraflı oxu >>
GÖMRÜK SİSTEMİNDƏ VAHİD PƏNCƏRƏNİN TƏTBİQİ İLƏ BAĞLI SEMİNAR İŞƏ BAŞLAYIB
[5 May, 2008]
Bu gün Bakıda «Mərkəzi Asiyada gömrük sistemində vahid pəncərənin tətbiqi və məlumatların harmonikləşdirilməsi» mövzusunda seminar öz işinə başlayıb. | ətraflı oxu >>
ÇEÇENİSTANDA 5 MİLİS ƏMƏKDAŞI HƏLAK OLUB
[5 May, 2008]
Çeçenistanda partlayış baş verib. Paytaxtı Qroznıda yolun kənarına qoyulan partlayıcının işə düşməsi nəticəsində 5 milis əməkdaşı həlak olub, 2-si isə yaralanıb. | ətraflı oxu >>
İRAQ PREZİDENTİNİN HƏYAT YOLDAŞINA SUİ-QƏSD EDİLİB
[5 May, 2008]
İraq prezidenti Cəlal Təlabaninin həyat yoldaşına sui-qəsd edilib. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, ölkənin birinci xanımı- Hiro İbrahim Əhmədin olduğu avtomobil karvanının yolunda bomba partladılıb. Bağdadda baş verən hadisə zamanı ölkənin birinci xanımı milli teatr festivalına gedirmiş. | ətraflı oxu >>
GÜRCÜSTAN TANINMAMIŞ ABXAZİYA ÜZƏRİNDƏ VURULAN KƏŞFİYYAT TƏYYARƏLƏRNİN ONUN OLMADIĞINI İSRAR EDİR
[5 May, 2008]
Suxumi rəsmilərinə əsasən vurulan təyyarələr vasitəsi ilə Gürcüstan Abxaziya üzərində havadan kəşfiyyat aparırdı. | ətraflı oxu >>
BOLİVİYADA REFERENDUM KÜTLƏVİ İĞTİŞAŞLARLA MÜŞAYƏT OLUNUB
[5 May, 2008]
Boliviyanın Santa-Krus departamentində regiona muxtariyyət verilməsi məsələsi ilə bağlı ümumxalq səsverməsi keçirilir. Exit-polların nəticələrinə görə regiona muxariyyət verilməsini əhalinin 80 faizi dəstəkləyib, əleyhinə isə 16 faiz insan çıxıb. | ətraflı oxu >>
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ YÜRÜŞ KEÇİRİLİB
[5 May, 2008]
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi tədbirdə ali məktəb tələbələri iştirak edib. Eyni zamanda bir çox ziyalılar da gənclərin yürüşünə qatılıb. | ətraflı oxu >>
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA QƏDİM DÖVRƏ AİD ƏMƏK ALƏTLƏRİ AŞKAR EDİLİB
[5 May, 2008]
Naxçıvan Muxtar Respublikasında Duzdağ ərazisində qədim dövrə aid əmək alətləri aşkar edilib. Mütəxəssislərin fikrincə, duz çıxarılması üçün istifadə olunan həmin alətlər ulu əcdadlarımızın mədən istehsalı ilə məşğul olduqlarını sübut edir. | ətraflı oxu >>

  Efirdə müstəqil Azərbaycanın İctimai Televiziyasıdır! 39-42-ci paralellərdə yerləşən Azərbaycan Respublikası 15 ilə yaxındır ki, Ermənistanla müharibə şəraitində yaşayır. Torpaqlarının 20% erməni işğalçıları tərəfindən zəbt olunub. Bir milyondan artıq vətəndaşı qaçqın düşüb. Işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik şurasının 822, 853, 874, 884 saylı qətnamələri indiyədək yerinə yetirilməyib. BU ƏDALƏTSİZLİYƏ DÜNYA BİRLİYİ HƏLƏ DƏ DÖZÜR.

HOTBIRD 13º
Fregans – 11785 MHS
Polyarizasiya- Horizontal
S/R- 27500
FEQ- ¾

Türksat 42º
Fregans- 11554 MHS
Polyarizasiya- Horizontal
S/R- 2916
FEQ-2/3

Azərbaycanı Eurovision-2008 müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər: Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya, Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları ilə canlı yayımlanacaq.

Görüşlər

ATƏT-LƏ İCTİMAİ TELERADİO ARASINDA ƏMƏKDAŞLIĞA DAİR MEMORONDUM İMZALANIB

Bu gün ATƏT-in Bakı Ofisində qurumla İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair memorondum imzalanıb.


İSMAYIL ÖMƏROV “TÜRK DÜNYASINA VƏ TÜRK MƏDƏNIYYƏTINƏ XIDMƏT” MÜKAFATINA LAYIQ GÖRÜLÜB

Mükafatı Baş direktora Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin təqdim edib


Kalamiras Bakıda

Martın 24-ü Yunanıstanın Avroviziya 2008 müsabiqəsində təmsil edəcək müğənnisi Kalamiras İctimai Televiziyanın dəvətilə Azərbaycana promo-tura gəlib.


ATƏT-İN İCTİMAİ TELERADİO ƏMƏKDAŞLARI ÜÇÜN KEÇİRDİYİ TRENİNQLƏRİN İKİNCİ MƏRHƏLƏSİ BAŞLAYIR

Layihəni ATƏT-lə yanaşı, Norveç və Almaniyanın Azərbaycandakı səfirlikləri, eləcə də Avropa Şurası dəstəkləyir


İctimai Teleradio Türkiyə Radio Televiziya Qəzetçiləri Dərnəyinin “Radio Televiziya Oskarı”na layiq görülüb

Türkiyə Radio Televiziya Qəzetçiləri Dərnəyi tərəfindən verilən 30-cu “Radio Televiziya Oskarı” sahiblərinə təqdim olunub.

   

© 2005-2007 | Müəllif hüquqları: İctimai Televiziya və Radio Yayımları Şirkəti | www.itv.az | e-mail: info@itv.az
webmaster: admin@itv.az