İctimai Televiziya
və Radio Yayımları Şirkətinin
Baş direktorunun 29 oktyabr 2007-ci il tarixli
02 saylı Sərəncamı ilə təsdiq edilmişdir

Bu Qaydalar Beynəlxalq “Avroviziya
Mahnı Müsabiqəsi-2008 Qaydaları”nın müddəları
çərçivəsində Azərbaycan təmsilçisinin Avroviziya
Mahnı Müsabiqəsi-2008-də iştirak etməsi üçün Milli
Seçimin keçirilməsi prosedurunu tənzim edir.
1. Ümumi
müddəalar
Avroviziya Mahnı Müsabiqəsi-2008
(bundan sonra AMM-2008) dünya miqyasında tanınmış
müasir televiziya məhsuludur ki, həmin müsabiqənin
şərtinə uyğun olaraq burada Avropa Yayımlar Birliyinə
Fəal üzv olan televiziyaların təmsil olunduğu
ölkənin iştirakçıları musiqi nömrələri ilə yarışırlar.
Azərbaycanın İctimai Televiziya
və Radio Yayımları Şirkəti (bundan sonra Təşkilatçı)
AMM-2008-in iştirakçı–yayımçısıdır və Milli təmsilçisini
seçən və Azərbaycanın AMM-2008-də ifa edəcəyi
mahnını müəyyənləşdirən təşkilatdır.
Azərbaycanın İctimai Televiziya
və Radio Yayımları Şirkəti AMM-2008-in iştirakçısı
olaraq Avropa Yayımlar Birliyinin (AYM) və AMM-2008-in
tələblərinə uyğun şəkildə AMM-2008-ə hazırlıq
prosesinə və Milli təmsilçinin seçilməsinə görə
məsuldur.
AMM-2008-ə hazırlıq məqsədilə
Təşkilatçı yerli və xarici nümayəndələrdən ibarət
Təşkilat komitəsi yaradır. Təşkilat komitəsi milli
seçim turunun həyata keçirilməsinə görə məsuliyyət
daşıyan orqandır. Təşkilatçı və Təşkilat Komitəsi
fəaliyyəti ilə bağlı yerli və xarici hüquqi və
fiziki şəxsləri mütəxəssis və məsləhətçi qismində
cəlb edə bilər.
Milli seçim turuna dair məlumatlar,
münsiflər heyətinin qərarı, seçimin nəticələrinə
dair informasiyalar müsabiqə barədə məlumat yaymağa
razılıq verən istənilən kütləvi informasiya vasitəsində
yayıla və eləcə də Internet səhifələrində yerləşdirilə
bilər.
AMM-2008-də iştirakı barədə informasiya yayan
əsas mənbə rəsmi milli sayt Azərbaycanın AMM-2008-ə
dair hazırladığı sayt hesab olunur ki, (www.eurovision.az)
burada müsabiqəyə aid hesabatlar və digər informasiyalar
öz əksini tapacaq. Informasiyalar, həmçinin AMM-2008-in
rəsmi saytında da əks olunur. (www.eurovision.tv)
2. Azərbaycanın AMM-2008-də iştirakı üçün təmsilçinin
və mahnının Milli Seçimin keçirilmə şərtləri və
müddəti
2.1 Təşkilatçı AMM-2008-in yayımçı-iştirakçısı
olaraq Azərbaycanı bu müsabiqədə təmsil edəcək
müğənnini, seçim prosedurunu, eləcə də mahnının
ifa olunacaq dilini müəyyənləşdirməkdə tam müstəqildir.
2.2 Təşkilatçı AMM-2008-də iştirak
edəcək milli təmsiçisini seçmək məqsədilə televiziya,
stenoqrafiya, vokal sənəti, şou-biznes idarəçiliyi
sahəsində peşəkarlığı ilə seçilən tanınmış musiqiçilərdən,
eləcə də Azərbaycanın və dünyanın ictimai və mədəniyyət
xadimlərindən ibarət münsiflər heyətini formalaşdırır.
Münsiflər heyyəti 13 nəfər üzvdən və 1 səsvermə
katibindən ibarətdir.Münsiflər heyətinin sədri
İctimai Televiziya və Radio Yayımları Şirkətinin
Baş direktorudur. Münsiflər heyyətinin katibi
səsvermə hüququna malik deyildir.
Münsiflər heyyətinin hər bir üzvü ifa edilən hər
mahnının sonunda onu dərhal qiymətləndirir (1-10
bal sistemi ilə), verdiyi qiyməti gizli səsvermə
üçün paylanmış blanka qeyd edir və həmin blankı
Münsiflər heyyətinin sədrinə verir.
Münsiflər heyyətinin sədri səslərin hesablanmasına
və iştirakçının tutduğu yerin müəyyən olunmasına
cavabdehdir. Bal çoxluğu toplayan iştirakçı birici
yeri tutaraq 22-24 may 2008-ci ildə Belqradda
(Serbiya) keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində
ölkəni təmsil etməyə layiq görülür.
Səsvermənin ələ alınmasının qarşını almaq üçün
münsiflər heyyətinin üzvləri ödənişsiz fəaliyyət
göstərir. Münsiflər heyyətinin hər bir üzvü bir
səsə malikdir. Peşəkar münsiflər heyətinin üzvləri
bərabərhüquqludur. Münsiflər heyətinin qərarı
sadə səsçoxluğu ilə qəbul olunur.
2.3 Milli seçim üç mərhələdən
ibarətdir.
Birinci mərhələdə (30 Oktyabr-30
Noyabr 2007-ci il) təşkilatçı azərbaycanlı ifaçıları
dinləməyə və konsert proqramlarına dəvət edir.
Bu mərhələdə Münsiflər heyyəti Milli seçimin növbəti
turu üçün ifaçıları seçirlər. Eyni zamanda Münsiflər
heyyəti 5 Oktyabr 2007-ci ildən başlayan ilkin
dinləmələrin nəticələrini də nəzərə alırlar.
Ikinci mərhələdə (1 Dekabr 2007- 12 Yanvar 2008)
Təşkilatçı, Təşkilat Komitəsi və Münsiflər heyəti
studiyalar üzrə konsert proqramlarındakı dinləmələrdə
ifaçılarla fəal iş aparırlar. Ikinci mərhələnin
sonunda Münsiflər heyəti sadə səs çoxluğu ilə
növbəti mərhələ üçün 3 ifaçı seçir və həmin ifaçılar
Avroviziya-2008 Mahnı Müsabiqəsində (AMM-2008)
ölkəni təmsil etmək uğrunda yarışırlar.
Üçüncü mərhələ (13 Yanvar-2 Fevral 2008) -Milli
seçimin finalına hazırlıq mərhələsi. Milli seçimin
üçüncü mərhələsi ərzində Təşkilat, Təşkilat komitəsi
və Münsiflər heyəti üç finalçı üçün yüksək peşəkarlığa
malik xarici və yerli mütəxəssislərin əlavə təlimlərini
təşkil etməklə onları fəal hazırlığa cəlb edirlər.
Məhz bu mərhələdə ifaçılar üçün onların final
konsertdə ifa edə biləcəyi mahnılar seçilir.
Milli seçimin finalı 2 Fevral 2008-ci ildə həyata
keçirilir. Milli seçimin finalında Avroviziya-2008
üçün Azərbaycan təmsilçisi Münsiflər heyəti tərəfindən
sadə səsvermə yolu ilə seçilir.
Finalda həmçinin fors-major halında təmsilçini
əvəz edə biləcək ehtiyat ifaçı da seçilir. Milli
seçim 2 Fevral 2008-ci ildə qalibin adınin elan
olunmsı ilə bitmiş hesab olunur.
Təşkilatçı və ya onun nümayəndəsi milli seçimin
qalibi ilə əməkdaşlıq, eyni zamanda Avroviziya-2008-də
Azərbaycanın iştirakı ilə bağlı hazırlıq çərçivəsində
qarşılıqlı münasibətləri tənzimləyən razılıq sənədi
imzalayır.
Təşkilatçı, Təşkilat Komitəsi, Münsiflər heyəti
və ya təmsilçinin ifa olunan mahnıya hər hansı
iradı olarsa, mahnı 2008-ci il Fevralın 3-dən
Martın 15-dək dəyişdirilə bilər.
3. Təqdim
olunan mahnıya, müəllifə və ifaçıya qoyulan tələblər.
Təqdim olunan mahnıya, müəllifə
və ifaçıya qoyulan tələblər
3.1. Müsabiqədə ifa olunan mahnı
1 oktyabr 2007-ci ilə qədər müəllif hüquqlarının
obyekti kimi aşağıdakı formalarda realizə edilməməlidir:
a) İnternet vasitəsilə habelə sair daşıyıcılarda
(audiokaset, kompakt disk, mini disk və s.);
b) radio və ya televiziya efirində yayımlanmamalı,
habelə kütləvi ifa edilməməlidir.
3.2 Mahnının maksimal müddəti – üç dəqiqədir.
3.3 Müsabiqədə iştiraka musiqisi və sözləri üzərində
müstəsna müəllif hüquqlarının olmasına təminat
verilən, o cümlədən əvvəllər heç bir kommersiya
məqsədləri üçün istifadə olunmamasına dair müəllifin
ərizəsi olan mahnılar buraxılır.
3.4 EMM- 2008-də təqdim olunacaq mahnının sözləri
və musiqisi həm milli, həm də xarici müəlliflər
tərəfindən yazıla bilər. Mahnının söz və musiqinin
müəllifləri söz və musiqiyə hüquqlarını təsdiq
etməli və müqavilə əsasında onları müsabiqə təşkilatçılarına
verməlidirlər.
3.5 Mahnının mətni və/və ya ifası müsabiqənin
nüfuzuna xələl gətirməməlidir. Mahnının mətnində
nalayiq sözlərdən, reklam və siyasi xarakterli
çağırışlardan istafadə etmək qadağandır.
Müəllif
və ifaçılara aid tələblər
3.6 Avroviziya – 2008 (may 2008)
Mahnı Müsabiqəsində iştirak üçün yaşı 16-dan az
olmayan ifaçılar buraxılır. Bu qayda mahnının
ifasını rəqs ilə müşaiyət edən kollektivə də aiddir.
3.7 Səhnədə artistlərin sayı altı nəfərdən çox
olmamalıdır.
3.8 İfaçılar səhnədə mahnını yazılmış instrumental
fonoqram (minus vokal) müşaiyətilə canlı ifa edirlər.
Fonoqramda heç bir vokal ifa, o cümlədən insan
səsinin instrumental imitasiyası olmamalıdır.
3.9 Müsabiqədə birinci və ikinci yerləri tutan
ifaçılar, o cümlədən onların ifa etdikləri mahnıların
müəllifləri Müsabiqə bitdikdən sonra öhdəliklərinə
düşən məsələləri qəbul etməlidirlər. Onlar Avropa
Yayımları Birliyinə aşağıdakı hüquqları verməlidirlər:
a) “ nümayiş hüququ”, yəni dünyada ekskluziv olaraq,
vaxta məhdudiyyət olmadan Avroviziya Mahnı Müsabiqəsi
- 2008-in beynəlxalq nümayişi, o cümlədən canlı
və yazılı şəkildə onun yayımı və İnternet şəbəkəsində
qeyri-məhdud, tam və yaxud hissə ilə yerləşdirilməsi;
b) “ ilkin baxış hüquqları ”, yəni mahnının tam
və yaxud hissəvi səs və videogörüntülərini bütün
dünyada televiziya, İnternet və yaxud simsiz rabitə
vasitəsilə eksklüziv təqdim olunması;
c) “kompilyasiyalı kompakt disk və DVD-nın yaradılması
üçün hüquqlar ” yəni, bütün dünyada seçilmiş mahnının
və onun ifasının 2008-ci ilin digər mahnılarının
yazıları ilə bir yerdə audio və videoyazıların
DVD-də (və ya buna bənzər daşıyıcıda) satış məqsədilə
istehsalı;
d) “Fraqmentar istifadə hüququ”, yəni bütün dünya
üzrə, zaman məhdudiyyəti olmadan, mahnı ifasının
audio və video yazısının translyasiyasının Avroviziya-2008
beynəlxalq müsabiqəsinin hissəsi kimi tam şəkildə
və ya hissə-hissə istənilən media xidmədinə daixl
etmək üçün qeyri-eksklüziv hüquq.
e) ”Milli seçim turunun hissələri üçün hüquq”;
yəni bütün dünya üzrə, zaman məhdudiyyəti olmadan,
mahnı ifasının translyasiyasının hissələrinin
tam şəkildə və ya hissə-hissə AYB adından mərkəzləşmiş
şəkildə aparılan istənilən verilişə daxil etmək
üçün qeyri-eksklüziv hüquq.
Hüquqlardan başqa, sözlərin və
musiqinin müəllifləri, həmçinin seçilmiş mahnının
hüququ sahibkarları təşkilatçılara istifadə etməyə
icazə veriblər:
a) Mahnının sözləri: Mahnının
müəllifi sözlərin surətini çıxarmaq üçün, hətta
ingilis, fransız və digər iştirakçı ölkələrin
dillərinə tərcümə olunması üçün icazə verməlidir.
Belə ki, müsabiqədə informasiya AYB-də pulsuz
istifadə olunacaq.
b) İştirakçılara və digər sahiblərə icazə verilir:
adlarının çap olunması, yayılması, görüntü, səs,
şəkil və tərcümeyi-hal, Avroviziya-2008-ci ilin
yarımfinalı və finalı üçün canlı yayım və kommersiya
istifadəsi və kütləvi informasiya vasitələrindən
istifadə
v) Karaoke - onlayn-yarışma: Söz və musiqi müəllifləri
yarışmada iştirak edənlərə müdaxilə edə bilməzlər.
Onlar ictimaiyyətə audiovizual yazıları qeyri-
kommersiya şərtləri əsasında təqdim etməyə, eləcə
də, dünya üzrə sayına və vaxtına məhdudiyyət qoyulmadan
və istənilən texniki vasitələrlə yayımına icazə
verməlidirlər.
4. Yekun
müddəalar
4.1. Sponsorluq üçün müqavilələrin
imzalanması, efirə verilmə, Konsertin kompilyasiyası
və hazırlanmasına dair digər bütün hüquqlar və
onların gələcəkdə istifadəsi müstəsna şəkildə
Təşkilatçıya aiddir.
4.2. Təşkilatçı AMM-2008-də nümayəndəsini müəyyənləşdirmək
məqsədilə milli seçimin Avropa Yayım Birliyinin
tələbləri və qaydaları əsasında keçirməyi öz öhdəliyinə
götürür.
4.3. Finalçı müəyyənləşdikdən sonra Təşkilat komitəsi
nümayəndənin Müsabiqədə iştirakçı-ölkələrə qastrol
promo-tur təşkil etməli, müxtəlif konsert aksiya
və tədbirlərininin təşkilinə yardım etməli, promo-paketin
və kostyumların hazırlanması, konsert nömrələrinin,
mahnının və s. təkmilləşdirilməsi ilə məşğul olmalıdır.
4.4.Rəsmi nümayəndə və ehtiyatda olan ifaçı Layihənin
təşklatçısı ilə əməkdaşlıq barədə müqavilə imzalamalı
və həmin müqavilə Avroviziya televiziya Mahnı
Müsbiqəsinin Beynəlxalq qaydalarına müvafiq şəkildə
təşkilatçı tərəfindən tərtib olunmalıdır.
4.5. Seçilmiş ifaçı AMM-2008-də iştirak üçün hazırlaşdırıldığı
müddətdə Təşkilat komitəsinin icazəsi olmadan
üçüncü tərəflərlə (prodüser təşkilatları, nümayəndələr,
digər təşkilat və şəxslərlə) əməkdaşlıq edə bilməz.
4.6. Milli seçimlə əlaqədar planlaşdırılmış bütün
tədbirlərin həyata keçirilməsindən sonra rəsmi
nümayəndə Müsabiqədə iştirak edirdi. Rəsmi nümayəndənin
ehtiyatda olan ifaçı ilə əvəz olunması müstəsna
hallarda mümkündür.
Bu barədə qərarı Təşkilatçı qəbul edir.
|