| İctimai
Televiziya və Radio Yayımları Şirkətinin yaradıcılıq,
texniki, təsərrüfat və digər mühüm məsələləri
İTRYŞ Direktorlar Şurası tərəfindən müzakirə olunur.
Direktorlar Şurası
13 nəfərdən ibarətdir:
Baş direktor: İSMAYIL
ÖMƏROV
Ömərov İsmayıl Abbas oğlu 1954-cü il fevralın 20-
də Gürcüstan Respublikasının Borçalı mahalında
Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi kəndi)
kəndində anadan olmuşdur. 1971-ci ildə Kəpənəkçi
kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan
Dövlət Universitetinin jurnalistika fakültəsinə
daxil olmuşdur. 1976-cı ildə ali təhsilini başa
vuraraq təyinatla Azərbaycan Dövlət Televiziya
və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə
başlamışdır. Televiziyanın "İctimai-siyasi proqramlar"
redaksiyasında kiçik redaktordan baş redaktor
vəzifəsinə qədər uğurlu bir yaradıcılıq yolu keçmişdir.
“Blokada”, “Əsrin faciəsi”, “Qanlı yanvar”, “Qarabağ
düyünü” və.s teleserialların müəllifi və aparıcısı
olmuşdur. 90-cı illərdə Azərbaycanın üzləşdiyi
çoxsaylı faciələrin araşdırıcısıdır.
Bakı Ali İdaretmə Politologiya İnstitutunda ikinci
təhsil alaraq politoloq ixtisasına yiyələnmişdir.
2000-2005-ci illərdə ikinci çağırışla Milli
Məclisin deputatı olmuşdur.
2005- ci aprel ayının 16 -da 22 namizəd içərisindən
səs çoxluğu ilə İctimai Televiziya və Radio
Yayımları Şirkətinin baş direktoru seçilmişdir.
Qısa bir müddət ərzində Azərbaycanda media sahəsində
ən demokratik və şəffaf institutlardan olan İctimai
Teleradionu yaratmışdır.
“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar” Dövlət Komissiyasının üzvüdür. “Qızıl
qələm” və “Araz” mükafatlarının laureatıdır.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir.
Çingiz Aslanov
İctimai Televiziya və Radio Yayımları
Şirkətinin baş direktorunun televiziya üzrə müavinidir.
Telejurnalistdir.
30 ildən çoxdur televiziya sahəsində çalışır.
“Qızıl Qələm” və “Araz” mükafatları ilə təltif
olunmuşdur.
Rafiq Qasımov
İTRYŞ-də baş direktorun texnika üzrə müavinidir.
İxtisasca mühəndis-radio texnikdir.
1968-ci ildə Azərbaycan Radio Televiziya Mərkəzində
(İndiki AzTV) əmək fəaliyyətinə başlayıb.
Bir neçə il Teleteatrın rəisi, 1981-ci ildən isə
AzTV-də videoyazı şöbəsinin rəisi işləyib. Rəhbərlik
etdiyi qrupla birgə keçmiş SSRİ məkanında cəmi
beş rəngli Səyyar Televiziya Stansiyasının birini
ilk dəfə olaraq Azərbaycana gətirib. “Əməkdar
Mədəniyyət işçisi” fəxri adı ilə təltif olunub.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin
baş müəllimidir.
Elman Qədirov
İctimai Televiziya və Radio Yayımları
Şirkətində baş direktorun radio üzrə müavinidir.
Jurnalistdir.
30 ilə yaxındır ki, mətbuat sahəsində çalışır.
Ölkənin aparıcı qəzetlərində və “AzərTAc” informasiya
agentliyində rəhbər vəzifədə işləyib.
“Qızıl qələm” mükafatı laureatıdır. Bir çox yaradıcılıq
müsabiqələrinin qalibidir. Yüzlərlə publisistik
və analitik yazıları dərc olunub.
Rəhimə Mirzəyeva
İctimai Televiziya və Radio Yayımları
Şirkətinin bədii rəhbəridir.
Teatrşünas-rejissordur.
AzTV və Lider kanallarında müxtəlif silsilə proqramların
quruluşçu rejissoru olub. Bir çox film-verilişlərin
müəllifidir.
Bədii filmlərin və teleserialların dublyajı üzrə
mütəxəssisdir.
Rafiq Nəbiyev
İctimai Televiziya və Radio Yayımları
Şirkətinin "Koordinasiya və Proqram direktorluğu"nun
direktorudur.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini
bitirib.
Uzun müddət Azərbaycan Dövlət Teleradio Şirkətində
şöbə müdiri vəzifəsində çalışıb.
Natiq Abdullayev
İctimai Televiziya və Radio Yayımları
Şirkətinin “İnformasiya” departamentinin direktorudur.
Bakı Dövlət Universitetinin Tarix fakultəsini
bitirib. İqtisad elmləri namizədidir. 1992-ci
ildən İTAR-TASS, Azərinforum agentliklərində jurnalist
fəaliyyətinə başlayıb və müxtəlif rəhbər vəzifələrdə
çalışıb. 1995-ci ildən AzTV-böyük redaktor vəzifəsində
işləyib.
Anar Yusifoğlu
İctimai Televiziyanın "Analitik Proqramlar"
departamentinin direktorudur.
Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib.
“ANS” Müstəqil Teleradio Yayımları Şirkəti, “525-ci
qəzet”, “Sara” Teleradio Şirkəti, “Qanun” jurnalında
çalışıb.
Cəsarət Valehov
İctimai Televiziyanın "Elm və Təhsil
verilişləri" departamentinin direktorudur.
Qərb Universitetini, Prezident Yanında İdarəçilik
Akademiyasının magistraturasını, Azərbaycan Universitetinin
beynəlxalq münasibətlər üzrə magistraturasını, Bakı
Dövlət Universitetinin aspiranturasını bitirib.
Qərb Universitetinin baş müəllimidir.
Filologiya elmləri namizədidir.
AMEA-nın fəlsəfə, Siyasi və Hüquq Tədqiqatlar
İnstitutunda elmi işçi, Azərbaycan Dövlət Teleradio
Yayımları Şirkətində redaktor vəzifəsində çalışıb.
Rafiq Səməndər
İctimai Televiziya və Radio Yayımları Şirkətinin
“Ədəbiyyat və İncəsənət” departamentinin direktorudur.
Yazıçı-jurnalisdir. 35 ildir mediada çalışır.
BMTİ, “Dünya” TV, Lider televiziyalarında baş
redaktor işləyib. 20 bədii əsərin və 25 pyesin
müəllifidir. 20 Yanvar Şəhidlərinə həsr olunmuş
150 min tirajla çap olunmuş “Şəhidlər” kitabının
müəllifidir.
Azərbaycan Beynəlxalq Universitetində baş müəllimdir.
İmir Məmmədov
İctimai Televiziya və Radio Yayımları Şirkətində
radionun "Ədəbiyyat və İncəsənət" departamentinin
direktorudur.
Tiflis Dövlət Universitetinin filologiya fakültəsini
bitirib.
Yazıçı, Gürcüstan Dövlət mükafatı laureatıdır,
Şərəf ordeni kavaleridir.
Əmək fəaliyyətinə 1985-ci ildə Gürcüstan Dövlət
Teleradio Yayımları Komitəsində jurnalist kimi
başlayıb, Gürcüstan prezidentinin Regional Siyasət
və İdarəetmə xidmətinin rəis müavini vəzifəsinə
qədər yüksəlib.
Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvüdür.
Dünya azərbaycanlıları Əlaqələndirmə Şurasının
üzvüdür.
|