| "Sözün sehri" – Azərbaycan poeziyasının seçmə nümunələrinə
çəkilmiş kliplər təqdim edilir. Tamaşaçılar eşitdikləri,
oxuduqları, sevdikləri şerləri vizual olaraq yeni
formada görüb-eşidirlər. Bu vaxtadək İ.Həsənoğlu,
M.Füzuli, H.Cavid, S.Vurğun, A.İldırım, B.Vahabzadə,
M.Araz, N.Kəsəmənlinin şerlərindən seçmələr tamaşaçılara
təqdim edilib.
"X+X "şou – İki sənətkarın gözlənilməz görüşüdür. Sənətkarlar
incəsənətin istənilən sahəsindən dəvət edilə bilər.
Verilişi onları ayrı-ayrılıqda maraqlı müsahibəsi,
görüşü üzərində qurulmuş TV krossvord adlandırmaq
olar. Bu vaxtadək Rasim Balayev və Səkinə İsmayılova,
Azər Zeynalov və Zemfira Nərimanovanın qarşılaşması
geniş tamaşaçı marağı qazanıb.
Rejissor: Əminə Rzayeva
Aparıcı: Elxan Rzayev
Ssenari müəllifi: Zəhra
Abdullayeva
Proqramın rəhbəri: Rafiq
Səməndər
"Tamaşa salonu" – Uzun zaman tamaşaçıların diqqətindən kənar
qalmış, lakin hələ də sevilən tamaşaların yenidən
təqdimatıdır. Tamaşa təqdim edilməzdən əvvəl yaradıcı
heyətlə müsahibələr keçirilir. Onlar tamaşanın
tarixi, yaranma səbəbləri və yaradıcı qrupla əlaqəli
məlumatlar verirlər.
Proqramın rəhbəri: Rafiq
Səməndər
Rejissor: Pərviz Həsənov
Aparıcı: Aynur Mustafayeva
"Ədəbi ensiklopediya" – Azərbaycanın söz sənəti dahiləri,
ədəbi abidələri haqqında ensiklopedik tele-bilgidir.
“Avesta”, “Dədə Qorqud” dastanları, N.Gəncəvi,
Q.Bürhanəddin, X.Şirvaninin həyat və yaradıcılığından
nümunələr vizuallaşdırılıb.
Rejissor: Cavid Əhmədov
Redaktoru: Hafiz Nəzərli
Aparıcı: Sevinc Rəcəbova
"Bazara qədər" – Hər bazar saat 9.00-dan 10.00-dək efir müddəti
olan səhər verilişidir. Verilişdə müəllif tərəfindən
qurululmuş “xəyali ailə” aparıcılıq edir. Müxtəlif
mövzulu süjetlər, musiqi nömrələri təqdim edilir.
Verilişin hər dəfə sənətçi qonağı olur. Qonaq
incəsənətin müxtəlif sahələrini təmsil edə bilər.
Rejissor: Asif Rüstəmov;
Əbdül Əliyev; Aygün Azəri; Namiq Qurbanov
Redaktorlar: Nofəl Quliyev;
Vüqar Əlisoy; Hafiz Nəzərli
Aparıcılar: ailə üzvləri
ata: ata: Əfqan Soltanoğlu; ana: Məlahət Məmmədova;
oğul: Nemət Cəfərov; qız: Leyla Ağayeva
Layihənin müəllif və rəhbəri: Rafiq
Səməndər
"Antrakt"
Verilişin davam etdiyi 30 dəqiqə ərzində tamaşaçılar
mədəniyyət və incəsənət aləmində baş verən yeniliklərdən
xəbər tuturlar. Verilişdə “Debüt”, “Xəbərin olsun”,
“Nyuans”, “Gələn var” rubrikaları tamaşaçılara
incəsənət və mədəniyyətlə bağlı müxtəlif məqamlardan
söhbət açır.
“Debüt” - adlı rurika tamaşaçıları incəsənətin
müxtəlif sahələrində fəaliyyət göstərən tanınmış
şəxsiyyətlərlə görüşdürür.
“Xəbərin olsun” – rubrikasında isə mədəniyyət
və incəsənət aləmində bir ay müddətində baş vermiş
yeniliklərlə tanış ola bilərsiniz.
“Nyuans”- hər dəfə mədniyyət və incəsənətin ayrı-ayrı
problemlərini əks etdirir.
“Gələn var” – rubrikasında ay ərzində şəhərimizə
baş çəkmiş qonaqlar, müxtəlif ölkələrin incəsənət
adamları barədə məlumat verir.
Antrakt öz tamaşaçılarını həm də xarici ölkələrin
mədəniyyət və incəsənəti ilə bağlı yeniliklərdən
xəbərdar edir.
İdeya və müəllifi: Aygün
Azəri
Redaktor: Natiq Babayev
"21+1"
Verilişin qonaqları mədəniyyət və incəsənət aləmində
fəaliyyət göstərən tanınmış şəxsiyyətlərdir. Onlar
aparıcının onlara verdiyi 21 sualı lakonik və
orijinal tərzdə cavablandırırlar. Bundan sonra
onlar özləri də növbəti verilişin qonağına sual
vermək imkanı əldə edirlər. Növbəti verilişin
qonağı bu sualı cavablandırdıqdan sonra ona yönəldilən
21 suala cavab verir.
Xronometraj: 30 dəq.
İdeya və müəllif: Ümidə
Həsənova
Rejissor: Aygün Azəri
Proqramın rəhbəri / redaktor: Rafiq
Səməndər
|