| 
«AÇIQ DƏRS»
«Açıq dərs» milli təhsilin problemləri, dünyaya
çıxış imkanları, elm və təhsilin qarşılıqlı vəhdəti,
Azərbaycan məktəbinin bu günkü durumu haqqında
açıq mütəxəssis söhbətlərindən ibarət tok-şoudur.
Tok-şouda mövzuların əsas ağırlığı cəmiyyəti düşündürən
təhsil problemləri ilə bağlıdır. “Açıq dərs” -
açıq danışmağı sevənlərin tribunasıdır. Açıq danışın
- bizə və mövzuya yaxın olun.
Müəllif: Cəsarət Valehov.
Rejissor: Vahid Quliyev
Redaktor: Mənsur Priyev
E-mail: aciqders@itv.az
 |

“İMTAHAN”
“İmtahan” telelayihəsində böyüklər məktəblilərin
sualları əsasında rəmzi olaraq imtahana çəkilirlər.
Bu verilişin məqsədi dövlət məmurları, siyasətçilər,
millət vəkilləri, səfirlər, xalq artistləri, ümumiyyətlə
məşhur şəxsləri məktəblilərə yaxınlaşdırmaq, onlara
uşaqları unutmamağı xatırlatmaqdır. Qonaq sonda
ən maraqlı sual sahibini seçir və sualın müəllifinə
oxuduğu məktəbində, sinfindəcə hədiyyə təqdim
edir. “İmtahan”da qonaqlara qiymət yazılmır. Çünki
bu verilişdə artıq qiymətini alan məşhurlar imtahana
çəkilirlər.
Veriliş ayda iki dəfə, cümə günləri, saat 21:30-da
efirdə olur.
Müəllif: Rəşad Cəfərov.
Aparıcı: Orxan Hüseynli
Rejissor: Vahid Quliyev
E-mail: imtahan@itv.az
 |
«HÜQUQ MÜSTƏVISI»
Verilişdə insanların hüquqi biliklərini artırmaq
üçün müxtəlif mövzulara toxunulur. Studiyaya dəvət
olunmuş maraqlı qonaqlar hər hansı hüquqi məsələnin
insanlar tərəfindən dərk olunmasına kömək edir.
Canlı yayımla hər bir vətəndaş onu maraqlandıran
hüquqi məsələ ilə bağlı məsləhət ala bilər. Öz
hüquqlarınızı bilmək və suallarınıza cavab tapmaq
istəyirsinizsə hər cümə saat 19.00 –də efirə gedəcək
“Hüquq müstəvisi” verilişinə baxmağı unutmayın.
Redaktor: Mənsur Piriyev
Rejissor: Rəşad Fikrətoğlu

«SAĞLAM OL»
Sağlam bədəndə sağlam ruh olar. Sağlam
ömür yaşamaq bizim hər birimizin arzusudur. Bunun
üçün isə hər zaman həkim məsləhətini dinləməyə
ehtiyac var. Sizi narahat edən xəstəliklərdən
qurtulmaq istəyirsiniz? "Sağlam ol"
verilişinin qonaqları Azərbaycanın ən yaxşı həkimləridir
və onlar hər həftənin cümə günü 18:15-də canlı
efirdə Sizin xidmətinizdədir.
Aparıcı: Vüqar Məmmədov
Rejissor: Ruslan Hüseynov
E-mail: saglamol@itv.az
 |

«BIOALƏM»
Həyatın darıxdırıcı axarından qaçıb,
yaşadığınız aləmi öyrənərək dincəlmək istəyirsininizsə
“BİOALƏM” verilişinə baxın!
Azərbaycanın eləcə də dünyanın müxtəlif yerlərinin
təbiəti- onun bitki və heyvanat aləminin bir-birindən
maraqlı rəngarəng görüntüləri,
möcüzələ və sirləri,
hər birimizə zəruri olan təbiət bilgiləri,
yaşadığımız mühitin ekoloji durumu və problemləri,
mütəxəssislərin və ekspertlərin araşdırmaları,
fikirləri və məsləhətləri, müxtəlif rubrikalar
və sujetlər “Bioaləm” verilişində.
Hər həftənin bazar günü saat 17:15 də izləyə bilərsiniz.
Beləliklə təbiətlə bağlı suallarınıza cavab tapmaq
istəyirsinizsə, “Bioaləm” verilişinə baxın!
Redaktor: Kamil İsmayılov
Email: bioalem@itv.az
 |

«TELEPORTRET»
Teleraptret ayda bir dəfə efirə gedir.
Azərbaycanın görkəmli elm və ictimai xadimləri,
ziyalıların həyat və yaradıcılığı əks olunur.
Onların Azərbaycan elmi üçün göstərdiyi çoxşaxəli
fəaliyyətləri öz əksini tapır. Verlişdə qəhramanın
yaxınları onun haqqında təssüratlarını bölüşürlər.
Redaktorlar: Mahir Calalov, Aytəkin
Nəsirova
Rejissor: Rəşad Fikrətoğlu
 |

«RƏQƏMSAL DÜNYA»
Minilliyin ideologiyası - İnformasiya Cəmiyyəti
haqda eşidib görəcəkləriniz!!!
“İkinci Dünyanın” ən son yenilikləri və ağlasığmaz
hadisələri - real dünyanın virtual, virtual dünyanın
real problemləri!!!
Elektron dövlət, elektron vətəndaş, internet millət
və informasiya müharibəsi – bunlar dünyaya nə
qazandıracaq?!
21-ci yüzilin həyat tərzi – necə yaşayıb, necə
düşünəcəyik. Fərdi biliklərin informasiya texnologiyaları
və İnternet vasitəsilə ictimailəşməsi, qloballaşması
nə vəd edir?
Bütün bunlar haqqında bilmək istədikləriniz, hər
həftənin çərşənbə axşamı saat 23:15-də “Rəqəmsal
Dünya”da...
Redaktor: Füzuli Məcidli
Montaj rejissoru: Dmitriy Ponomaryov
E-mail: reqemsal@itv.az
 |
«DİN VƏ CƏMİYYƏT»
Könüllərə insaf, qəlblərə rəğbət, düşüncəyə işıq
bəxş edən müqəddəs bir dinimiz var - İslam! Uca
Tanrının yaratdığı insanlara ən qiymətli hədiyyəsidir
- İslam və onun müqəddəs kitabı ”Qurani-Kərim”.
Həzrət Əli (ə) buyurub ki, gözəl söz söyləmək
sədəqədir. Əgər gözəl sözün sehrinə düşmək istəyirsinizsə,
hər cümə saat 22:00 da efirə gedəcək ”Cümə söhbəti”
verilişini izləməyi unutmayın.
Aparıcı: Natiq Rəhimov
Rejissor: Rəşad Fikrətoğlu.
E-mail: cumesohbeti@itv.az
 |
«UŞAQLARIN ŞƏHƏRİ»
5 nəfər iştirakçı qaçış yolağası üzərində qaçaraq,
məntiqi və kreativ sınaq yarışmalardan keçirlər.
Bir ay boyunca hər həftə bir iştirakçı auditoriya
qismində, şəhərdə əyləşən uşaqların səsverməsi
yolu ilə oyunu tərk edir. Həmçinin verilişin hər
bir buraxılışında rəqs ansamblları, müğənni uşaqlar
iştirak edib, verilişin kompazisiyasını təşkil
edirlər. Uşaqlar verilişə canlı telefon bağlantısı
ilə də qoşulub, sevdikləri oyunçunu dəstəkləyə
bilərlər.
Vaxt: Hər bazar, saat: 12:15
Müəllif: Kamran İsrafilov
Redaktor: Elmar Əbilov
 |
“BİZ SİZİ EŞİDİRİK”
Tok-şou formasında hazırlanan bu verilişdə uşaqlar
hər həftə sağlamlıqla bağlı bir mövzu ətrafında
müzakirələr aparırlar. Verilişdə aparıcı ilə yanaşı,
“Müdrik ağac” və “Vəfa müəllimə” kimi obrazlar
aktyorların ifasıyla uşaqlara mövzuyla bağlı müəyyən
məlumatları çatdırırlar. Həmçinin uşaqlar “Quşcığazın
əhvalatları” filmindən mövzuyla bağlı materiallara
baxıb, fikirlərini bölüşürlər. Bu verilişədə uşaqlar
canlı telefon bağlantısı ilə qoşula bilərlər.
Vaxt: Hər şənbə, saat: 12:15
Müəllif: Kamran İsrafiliov
Redaktor: Elmar Əbilov
 |
“OVÇU”
Bilvasitə təbiətlə ünsiyyət əsasında hazırlanan
bu proqramda cəmiyyətimizin nüfuzlu ziyalıları
ilə ov baş tutur. Bu ov zamanı verilişin baş qəhramanı
xatirələrini bölüşür, ov edərkən baına gələn məzəli
əhvalatlardan söhbət açır. Həmçinin verilişin
qonağının ov çu dostları da tonqal ətrafında onun
başına toplanıb, ovçuluqla bağlı şirin söhbətlər
edirlər.
Vaxt: Ayda bir dəfə, bazar günü,
saat: 17:15
Redaktor: Elmar Əbilov
Rejissor: Ruslan Hüseynov
|