Martın
24-ü Yunanıstanın Avroviziya 2008 müsabiqəsində
təmsil edəcək müğənnisi Kalamiras İctimai Televiziyanın
dəvətilə Azərbaycana promo-tura gəlib. O və onu
müşaiyət edən nümayəndə heyəti (Yunanıstanın İctima
kanalının nümayəndələri) 3 gün Bakıda qaldılar,
həm lazımınca işlədilər həm lazımınca dincəldilər.
Bu Kalamirasın Azərbaycana ilk səfəri olmaqla
yanaşı həm də bu onun promo-tur məqsədilə gəldiyi
ilk ölkədir. Bazar günü İçəri Şəhərdə gəzinti
və çəkilişlərdən sonra Yunan qonaqlar İctimai
Televiziyaya gəldilər. “Eurovision news” proqramında
Azərbaycanı təmsil edəcək Samir və Elnurla birgə
iştirak etdikdən sonra Kalamiras və onun komandası
Televiziyanın baş direktoru cənab İsmayıl Ömərovla
görüşdülər. Hədiyyələr təqdim edildikdən və xatirə
şəkilləri çəkdirildikdən sonra qonaqlar milli
mətbəxi dadmaq üçün paytaxt restoranlarından birinə
dəvət olundular. Həm mətbəximizdən, həm musiqimizdən
həm də şəhərimizdən məmnun qalan qonaqlar öz sevinclərini
gizlədə bilmirdilər.
Gələn iki gün ərzində İcitmai kanala gələn Kalamirasa
yerli media nümayəndələri görüşmək imkanı yaradıldı.
Müğənni “First News” agentliyi, Lider (“Kim? Nə?
Harada?”), ANS (“Salam Azərbaycan”), ATV (“Onlar”),
AzTV (“Xəbər var”) kanalları, “Exo” və “Yeni Musavat”
qəzetlərinə müsahibə verdi, İctimai TV-nin “Qaraj”
verilişində iştirak etdi. Təxminən iki gün gərgin
işdən sonra Kalamiras öz komandası və İctimai
TV-nin nümayəndəsi ilə şəhərə gəzintiyə çıxdılar.
Azərbaycandan çoxlu xatirə hədiyyələri aparan
qonaqlar ölkəmizə vuruldular və buraya mütləq
qayıdacaqlarına söz verdilər.
Azərbaycanı Eurovision-2008
müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə
aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər:
Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya,
Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək
ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park
Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı
vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları
ilə canlı yayımlanacaq.