ƏSAS SƏHİFƏ
  İctimai TV
  İctimai Radio
  XƏBƏRLƏR
  Arxiv
  HAQQIMIZDA
  Bizim tarix
  Rəylər
  Yayım şurası
  Direktorlar şurası
  VERİLİŞLƏR
  Analitik
  Musiqi və əyləncə
  Ədəbiyyat və incəsənət
  "Yeni gün" səhər proqramı
  Gənclər və idman
  Müəllif proqramları
  Elm və təhsil
  Azsaylı Xalqlar üçün verilişlər
  Kino, dublyaj redaksiyası
  RƏSMİ SƏNƏDLƏR
  Fərman
  Qanun
  Avroviziya - QAYDALAR
  Münsiflər heyətinin tərkibi
  REKLAM
  MƏTBUATDAN
  ƏLAQƏ

ARXİV
« May 2008
Be Ça Çr Ca Sb Bz
  3 4
10 11
14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
« Aprel 2008
Be Ça Çr Ca Şb Bz
  5 6
12 13
19 20
26 27
 

 

Yaponiya Azərbaycanın ən yaxın və ən etibarlı dostudur

İsmayıl Ömərov: «Gündoğar ölkə ilə Azərbaycanın belə isti əlaqələrinin olması təqdirəlayiqdir».
Todahiro Abe: «Azərbaycanın demokratikləşmə prosesində İctimai Televiziyanın rolu böyükdür».
«Azərbaycanla Yaponiya arasındakı mövcud əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Sizi əmin edirəm ki, Yaponiya Azərbaycanın ən yaxın və ən etibarlı dostudur». Bu sözləri İctimai Telviziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovla görüşdə Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Todahiro Abe söylədi. O, Yaponiyanın səfiri kimi iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsinə çalışdığını bildirdi.
Baş direktor İsmayıl Ömərov: «Gündoğar ölkə ilə Azərbaycanın belə isti əlaqələrinin olmasını təqdirəlaiq hesab etdi. İctimai Teleradionun qurulması və fəaliyyəti barədə qonağa ətraflı məlumat verən İ.Ömərov yarım illik bir müddətdə böyük işlər görüldüyünü bildirdi: «İTRYŞ-nin yaranması Avropa Şurası tərəfindən qoyulan bir öhdəlik olmaqla yanaşı, həm də sosial sifariş idi. Azərbaycan teleməkanında yeni bir televiziyaya o qədər də ehtiyac duyulurdu. Mövcud televiziyalardan biri dövlət, qalanları isə özəl kanallardır. İnsanlar ictimai teleradio arzusunda idilər. Parlament seçkiləri ərəfəsində fəaliyyətə başlayan televiziya seçki marafonunda çox şəffaf və demokratik rol oynadı. Biz altı ay ərzindəki fəaliyyətimizlə haqqımızda olan bəzi şüpələrə də son qoyduq».
İctimai Teleradionu formalaşdırarkən dünya təcrübəsinin yaxından öyrənildiyini qeyd edən İ.Ömərov Yaponiya ictimai televiziyasının da çox böyük təcrübəyə malik olduğunu bildirdi. Baş direktor şirkətin texniki təchizatının formalaşdırılmasında yapon texnikasından istifadə olunduğunu qonağın diqqətinə çatdırdı. O, Yaponiyanın ictimai televiziyası ilə hələlik əlaqələrin qurulmadığını təəssüflə qeyd edərək yaxın günlərdə bu istiqamətdə mühüm addımlar atılacağına əminlik ifadə etdi. Bununla yanaşı, Baş direktor İctimai Teleradionun beynəlxalq əlaqələrinin qurulduğunu və bir çox ölkələrin ictimai televiziyaları ilə səmərəli əməkdaşlıq edildiyini söylədi.
Səfir Todahiro Abe İctimai Televiziyanı izlədiyini və bundan böyük məmnunluq duyduğunu bildirdi. O, altı ayda İctimai Televiziyanın yaranmasını və böyük inkişaf yolu keçməsini yüksək qiymətləndirdi. Televiziyanın əhalinin maarifləndirilməsində böyük rol oynadığını vurğulayan səfir İctiami Televiziyanın bu istiqamətdə səmərəli fəaliyyət göstərəcəyinə əmin olduğunu dedi: «Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən bəri çalışır ki, demokratik dünyanın əsas üzvünə çevrilsin. Bütün dünya Azərbaycanın demokratikləşmə prosesini izləyir. İctimai Televiziyanın bu işdə rolu böyükdür. Sizə bu çətin və məsuliyyətli işinizdə uğurlar arzulayıram». İctimai Televiziyaya artıq ikinci dəfə gəldiyini xatırladan T.Abe hər gəlişində burada gözəl bir mühitin şahidi olduğunu söylədi. Səfir yaxın günlərdə Yaponiya ictimai televiziyası ilə İctimai Teleradionun səmərəli və dərin mənalı əməkdaşlıq quracağına da əmin olduğunu bildirdi.
Martın 1-dən İctimai Teleradioda irimiqyaslı quruculuq işlərinə başlanıldığını deyən Baş direktor burada Avropadakı studiyaların standartlarına uyğun çəkiliş pavilyonları tikiləcəyini qeyd etdi. Eyni zamanda, səfir İctimai Televiziya ilə bundan sonra daha geniş və səmərəli əməkdaşlıq edəcəklərini vurğuladı.




 

 


  Efirdə müstəqil Azərbaycanın İctimai Televiziyasıdır! 39-42-ci paralellərdə yerləşən Azərbaycan Respublikası 15 ilə yaxındır ki, Ermənistanla müharibə şəraitində yaşayır. Torpaqlarının 20% erməni işğalçıları tərəfindən zəbt olunub. Bir milyondan artıq vətəndaşı qaçqın düşüb. Işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik şurasının 822, 853, 874, 884 saylı qətnamələri indiyədək yerinə yetirilməyib. BU ƏDALƏTSİZLİYƏ DÜNYA BİRLİYİ HƏLƏ DƏ DÖZÜR.

HOTBIRD 13º
Fregans – 11785 MHS
Polyarizasiya- Horizontal
S/R- 27500
FEQ- ¾

Türksat 42º
Fregans- 11554 MHS
Polyarizasiya- Horizontal
S/R- 2916
FEQ-2/3

Azərbaycanı Eurovision-2008 müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər: Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya, Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları ilə canlı yayımlanacaq.

Görüşlər

ATƏT-LƏ İCTİMAİ TELERADİO ARASINDA ƏMƏKDAŞLIĞA DAİR MEMORONDUM İMZALANIB

Bu gün ATƏT-in Bakı Ofisində qurumla İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair memorondum imzalanıb.


İSMAYIL ÖMƏROV “TÜRK DÜNYASINA VƏ TÜRK MƏDƏNIYYƏTINƏ XIDMƏT” MÜKAFATINA LAYIQ GÖRÜLÜB

Mükafatı Baş direktora Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin təqdim edib


Kalamiras Bakıda

Martın 24-ü Yunanıstanın Avroviziya 2008 müsabiqəsində təmsil edəcək müğənnisi Kalamiras İctimai Televiziyanın dəvətilə Azərbaycana promo-tura gəlib.


ATƏT-İN İCTİMAİ TELERADİO ƏMƏKDAŞLARI ÜÇÜN KEÇİRDİYİ TRENİNQLƏRİN İKİNCİ MƏRHƏLƏSİ BAŞLAYIR

Layihəni ATƏT-lə yanaşı, Norveç və Almaniyanın Azərbaycandakı səfirlikləri, eləcə də Avropa Şurası dəstəkləyir


İctimai Teleradio Türkiyə Radio Televiziya Qəzetçiləri Dərnəyinin “Radio Televiziya Oskarı”na layiq görülüb

Türkiyə Radio Televiziya Qəzetçiləri Dərnəyi tərəfindən verilən 30-cu “Radio Televiziya Oskarı” sahiblərinə təqdim olunub.

   

© 2005-2007 | Müəllif hüquqları: İctimai Televiziya və Radio Yayımları Şirkəti | www.itv.az | e-mail: info@itv.az
webmaster: admin@itv.az