ƏSAS SƏHİFƏ
  İctimai TV
  İctimai Radio
  XƏBƏRLƏR
  Arxiv
  HAQQIMIZDA
  Bizim tarix
  Rəylər
  Yayım şurası
  Direktorlar şurası
  VERİLİŞLƏR
  Analitik
  Musiqi və əyləncə
  Ədəbiyyat və incəsənət
  "Yeni gün" səhər proqramı
  Gənclər və idman
  Müəllif proqramları
  Elm və təhsil
  Azsaylı Xalqlar üçün verilişlər
  Kino, dublyaj redaksiyası
  RƏSMİ SƏNƏDLƏR
  Fərman
  Qanun
  Avroviziya - QAYDALAR
  Münsiflər heyətinin tərkibi
  REKLAM
  MƏTBUATDAN
  ƏLAQƏ

ARXİV
« May 2008
Be Ça Çr Ca Sb Bz
  3 4
10 11
14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
« Aprel 2008
Be Ça Çr Ca Şb Bz
  5 6
12 13
19 20
26 27
 

 

GÖRÜŞLƏR

İCTİMAİ TELERADİO İLƏ TRT ARASINDA İKİTƏRƏFLİ ƏMƏKDAŞLIĞA DAİR SAZİŞ İMZALANIB

İTRYŞ-nin Baş direktoru İ.Ömərov bir qrup nümayəndə heyəti ilə Türkiyədə işgüzar səfərdə olub.


AVROPA ŞURASININ EKSPERTLƏR QRUPU İCTİMAİ TELERADİODA OLUB

Qurum teleradio ilə sıx əməkdaşlıq etmək niyyətindədir



BELQRADDA AZƏRBAYCANI ELNUR HÜSEYNOV VƏ SAMİR CAVADZADƏ TƏMSİL EDƏCƏK

Avrovijn TV direktoru: “Mən belə fantastik Milli final görməmişəm”


İCTİMAİ TELERADIO İLƏ TRT ARASINDA YENİ ƏMƏKDAŞLIQ SAZİŞİ İMZALANACAQ

TRT-nin Baş direktoru İbrahim Şahin İctimai Televiziya və Radio Yayımları şirkətində olub


“EUROVISION”UN SİYASİ XARAKTER DAŞIMASI BARƏDƏ SƏSLƏNƏN FİKİRLƏR ƏSASSIZDIR”

Bunu “Eurovision TV”-nin baş direktoru Biorn Eriçsen fevralın 1-də İctimai Teleradioda keçirilən mətbuat konfransında deyib


EUROVİSİON TV-NİN BAŞ DİREKTORU İCTİMAİ TELERADİODA OLUB

Biorn ERİÇSEN: «İctimai Teleradio ilə əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətindəyik»


İCTİMAİ TELEVİZİYA VƏ RADİO BÜTÜN AVROPAYA YAYIMLANIR

Bu gündən «HOTBİRD-8» peyki vasitəsilə İctimai TV və Radionun Avropada yüksək keyfiyyətli yayımı təmin olunub


«Avroviziya-2008»də Azərbaycanı təmsil edəcək iştirakçının adı fevralın 2-də məlum olacaq

İsmayıl ÖMƏROV: «Əminəm ki, münsiflər heyətinin seçdiyi namizəd Azərbaycanı mötəbər yarışmada layiqincə təmsil edəcək»


İctimai Radio 2 il

İctimai Radionun efirə çıxmasından 2 il keçdi.
İlk gündən öz verilişlərini sutkada 24 saat yayımlayan İctimai Radio çox qısa müddətdə
Azərbaycan efir məkanının liderlərindən birinə çevrildi.


İSMAYIL ÖMƏROV «İNTELLEKT 2007» MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Dekabrın 15-də ölkəmizin işgüzar həyatında əlamətdar hadisələrdən hesab olunan «İntellekt 2007» mükafatının təntənəli təqdimolunma mərasimi keçirilib. Televiziya və radio yayımları üzrə ilin meneceri nominasiyası üzrə qalib İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov seçilib.


ATƏT-İN İCTİMAİ TELERADİO ƏMƏKDAŞLARI ÜÇÜN KEÇİRDİYİ TRENİNQLƏRİN BİRİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATIB

2008-ci il fevral ayından etibarən isə layihənin ikinci mərhələsinə start veriləcək


AVROPA YAYIM BİRLİYİNİN BAŞ ASSAMBLEYASININ 59-CU SESSİYASI KEÇİRİLİR

İctimai Teleradio Avropa Yayım Birliyi tərəfindən xəbər xidməti sahəsində maraqlı təklif alıb


FRANSA MİLLİ TELEVİZİYA VƏ RADİO İNSTİTU İLƏ İCTİMAİ TELERADİO ƏMƏKDAŞLIQ EDƏCƏK

Qurumun kadr hazırlığı departamentinin direktoru Baş direktor İsmayıl Ömərovla görüşüb


İSMAYIL ÖMƏROV TÜRK DÜNYASI ARAŞDIRMALARI VƏQFİNİN QIZIL MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Bu mükafat teleradioda türk dünyasının birliyinə, problemlərinin çözülməsinə, eyni amallar uğrunda mübarizə aparmasına səsləyən verilişlərə görə verilib.


İctimai Teleradio ilə TRT arasıda əməkdaşlıq sazişi imzalanıb

Noyabrın 19-da İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Türkiyə Radio Televiziya Qurumu (TRT) arasıda əməkdaşlıq sazişi imzalanıb.


 

İctimai Televiziya ilə BBC Ümumdünya Xidməti birgə layihə həyata keçirir

Birgə təqdim ediləcək «Ortaq məxrəc» tok-şousunun növbəti buraxılışında jurnalistikanın problemlərindən tutmuş peşə etikasına qədər bir çox məsələlərlə bağlı fərqli fikir sahibləri ortaq məxrəcə gəlməyə çalışacaqlar


Avropa Şurasının «İctimai media xidmətləri və informasiya cəmiyyəti» Mütəxəssislər Qrupunun toplantısı keçirilib

Oktyabrın 12-13-də Strasburqda Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər Baş direktorluğunda «İctimai media xidmətləri və informasiya cəmiyyəti» Mütəxəssislər Qrupunun altıncı toplantısı keçirilib.


ATƏT-lə İctimai Teleradio arasında əməkdaşlıq Memarandomu imzalanacaq

Oktyabr ayından isə qurum İTRYŞ ilə bağlı layihənin icrasına başlayır


Koreyanın Elektirik Enerjisi Korparasiyasının prezidenti İctimai Teleradioda olub

Ölkəmizdə səfərdə olan Cənubi Koreyanın Elektirik Enerjisi Korparasiyasının prezidenti Von Qul Lii sentyabrın 24-də İctimai Televiziya və Radio Yayımları Şirkətində də olub, teleradionun fəaliyyəti ilə maraqlanıb.


BMT İCTİMAİ TV İLƏ BİRGƏ LAYİHƏ REALLAŞDIRACAQ

Tok-şou formatında olan veriliş gender bərabərliyi mövzusuna həsr olunacaq


ABŞ PREZİDENTLİYİNƏ NAMİZƏDƏLƏRİN DEBATLARI İCTİMAİ TV-DƏ

Amerika Birləşmiş Ştatlarında prezidentliyə namizədlər arasında keçiriləcək debatlar İctimai Televiziya ilə yayımlanacaq.


«TV 1» jurnalının ilk sayı işıq üzü gördü

Oxucular «TV 1» jurnalının növbəti saylarında yerli və xarici teleməkanda baş verən yaradıcı
və texniki yeniliklər, məhşur sənətkarlar, tanınmış media-simalar haqqında
bir-birindən maraqlı materiallarla tanış olacaqlar.


ABŞ dövlət katibinin müşaviri İctimai Teleradioda olub

Deniel SALLİVAN:
«İctimai Teleradio gənc olmasına baxmayaraq, çox oturuşmuş və mükəmməl bir qurumdur»


İCTİMAİ TELERADİO EBU-YA ÜZV OLDU

Ötən həftə İctimai Televiziya və Radio Yayımları Şirkəti dünyanın ən nüfuzlu teleradio qurumu olan Avropa Yayımları Birliyinə üzv qəbul olundu.

«İctimai Teleradionun regionda öz rolu, öz imici var»
Asiya Sakit Okean Yayımları Biriliyinin prezidenti Baş direktor İ.Ömərovla görüşdü.
Asiya Yayımları Biriliyinin (ABU) prezidenti Devid Estli iyulun 10-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovla görüşdü. Qarşılıqla səmimiyyət şəraitində keçən görüşdə İctimai Teleradionun ABU-ya üzvlük məsələsi müzakirə edildi.
Qonağa İctimai Teleradionun fəaliyyəti barədə məlumat verən İ.Ömərov bildirdi ki, şirkətin 2 yaşının hələ tamam olmamasına baxmayaraq, böyük inkişaf yolu keçib. İlk gündən Türksat peyki vasitəsiylə yayımlanan kanal üç dildə – Azərbaycan, rus və ingilis dilində efirə çıxan informasiya proqramları ilə geniş tamaşaçı auditoriyasının xəbər ehtiyacını ödəyir. Yaxın vaxtlarda isə ərəb dilində xəbər buraxılışları hazırlanacaq. | ətraflı oxu>>

Telekanallar güclərini birləşdirməlidir
İsmayıl ÖMƏROV: "Biz televiziya kimi mühüm bir vasitədən istifadə edərək Türk dünyasının birliyinə nail olmalıyıq".
Murad KƏSKİN: "İctimai Teleradio ilə əməkdaşlığa xüsusi önəm veririk".
"Türkiyə ilə Azərbaycanın taleyi bir-biri ilə sıx bağlıdır. Hər iki ölkənin televizyonçuları türk millətinin istəyini düzgün işıqlandırmaq üçün birgə, əlaqəli şəkildə fəaliyyət göstərməlidir".
Bu sözləri mayın 29-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov Türkiyənin "Mehtap" televiziyasının baş direktoru Murad Kəskin və "Samanyolu Azərbaycan"ın icraçı direktoru Xəlil İbrahim Seyhanla görüşündə dedi. | ətraflı oxu>>

Fransız rejissor Azərbaycan haqqında film çəkəcək
Filmdə İctimai Teleradionun fəaliyyəti də geniş işıqlandırılacaq.
Fransanın nüfuzlu “ARTE FRANCE” kanalının rejissoru Maksim Mardukayev Azərbaycan haqqında film çəkəcək. 26 dəqiqəlik filmdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti də işıqlandırılacaq.
Bu sözləri mayın 26-da İctimai Teleradionun Baş direktoru İsmayıl Ömərovla görüşündə fransız rejissorun özü dedi. Dünyanın əksər ölkələrindəki telekanallarla əməkdaşlıq etdiklərini deyən qonaq Azərbaycana səfəri çərçivəsində ölkənin ictimai yayımçısı ilə də səmərəli əlaqələr qurmaq niyyətində olduğunu söylədi: | ətraflı oxu>>

"Biz Sizin fəaliyyətinizi yüksək qiymətləndiririk"
BMT-nin İnsan Haqları Şurasının xüsusi məruzəçisi Ambeyi Liqabo İctimai Teleradioda oldu
Bakıda səfərdə olan BMT-nin İnsan Haqları Şurasının fikir və söz azadlığının təşviqi və qorunması üzrə xüsusi məruzəçisi Ambeyi Liqabo aprelin 25-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovla görüşdü.
Qonaqlara İctimai Teleradionun fəaliyyəti barədə ətraflı məlumat verən şirkət rəhbəri bir il səkkiz ay ərzində böyük işlər görüldüyünü diqqətə çatdırdı. İctimai Televiziyanın öz formatını qısa müddətdə tamaşaçılara qəbul etdirdiyini önə çəkən Baş direktor hazırda Türksat peyki vasitəsi ilə yayımlanan İctimai Televiziyanın nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda sevildiyini və izləndiyini söylədi. | ətraflı oxu>>

"Sizin fəaliyyətiniz uğurludur"
Türkiyənin Radio Televiziya Üst Qurumunun rəhbəri Zahid Akmanın başçılıq etdiyi nümayəndə heyəti İctimai Teleradioda oldu.
Ölkəmizdə səfərdə olan Türkiyənin Radio Televiziya Üst Qurumunun rəhbəri Zahid Akmanın başçılıq etdiyi nümayəndə heyəti aprelin 6-da İctimai Televiziya və Radio Yayımları Şirkətində oldu. Radio Televiziya Üst Qurumunun üzvləri, TRT-nin baş direktorunun müşaviri Mehmet Alkaş, Türkiyənin nüfuzlu televiziyalarının təmsilçiləri, eləcə də Milli Teleradio Şurasının sədri Nüşrəvan Məhərrəmli və digərlərinin iştirakı ilə keçirilən görüşdə Baş direktor İsmayıl Ömərov İctimai Teleradionun qurulması və fəaliyyəti barədə ətraflı məlumat verdi. | ətraflı oxu>>

«Türk əsgərinin ədalətli obrazını yaratmalıyıq»
Türkiyə Silahlı Qüvvələri Baş Qərargah İdarəsinin nümayəndələri İctimai Teleradioda oldular.
Müdafiə Nazirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələri Baş Qərargah İdarəsinin nümayəndələri aprelin 11-də İctimai Teleradio ilə tanış olmaq məqsədilə şirkətdə oldular.
Baş direktor İsmayıl Ömərovla keçirilən görüşdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev bildirdi ki, | ətraflı oxu>>

Hindistan televiziyaları İctimai TV-yə maraq göstərir
Tərəflər film və proqram mübadiləsi, eləcə də film çəkilişləri sahəsində əməkdaşlıq edəcək.
Azərbaycan ilə Hindistan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə bu ölkənin dövlət naziri Cairam Rameşin rəhbərliyi ilə Bakıda səfərdə olan nümayəndə heyətinin üzvləri aprelin 11-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovla görüşdü. Hindistanın informasiya və yayım nazirliyinin katibi Stuti Kaker və mədəniyyət nazirliyinin əməkdaşı Kamla Raonun iştirakı ilə keçirilən görüşdə İ.Ömərov İctimai Teleradionun fəaliyyəti barədə ətraflı məlumat verdi. | ətraflı oxu>>

ATƏT İctimai Teleradio əməkdaşları üçün treninqlərə başlayır
İsmayıl ÖMƏROV: «Biz bütün tamaşaçıların hüquqlarının müdafiəçisiyik»
Xose LUİS: «Bakıda olduğum qısa müddətdə İctimai Televiziyanın fəaliyyəti barədə çox müsbət fikirlər eşitmişəm»
ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri səfir Xose Luis aprelin 5-də İctimai Teleradio ilə tanışlıq məqsədi ilə şirkətdə oldu. Yeni təyinatı ilə bağlı səfiri təbrik edən Baş direktor İsmayıl Ömərov ATƏT-in Bakı ofisi ilə əlaqələrin səviyyəsindən razılıq etdi. O, ofisin keçmiş rəhbəri Maurisio Pavesi İctimai Teleradio ilə sıx əlaqə saxladığını dedi: «Cənab Pavesi çox konkret adam idi və bizimlə yaxşı əlaqələr qurmuşdu. | ətraflı oxu>>

ABŞ səfirliyi İctimai Teleradio ilə əməkdaşlığı genişləndirir
İsmayıl ÖMƏROV: «Heç bir siyasi qüvvə bizə nəyi isə diktə edə bilməz, biz öz müstəqilliyimizə tam sadiqik».
Enn DERSİ: «Bu cür müstəqil fəaliyyətiniz Azərbaycanda demokratik dəyərlərin, vətəndaş cəmiyyətinin daha da inkişafına öz töhfəsini verəcək».
ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Dersi aprelin 4-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovla görüşdü. Səfirin şirkətə gəlişini xoş hadisə adlandıran Baş direktor İctimai Teleradionun yaranmasında və formalaşmasında ABŞ səfirliyinin daim diqqət və kömək göstərdiyini söylədi. | ətraflı oxu>>

İctimai Teleradio ilə "Ulusal" TV arasında müqavilə imzalandı
Tərəflər proqramlar, peyk ötürmələri, yayım texnikası, təcrübə mübadilələri və digər sahələrdə əməkdaşlıq edəcək
Türkiyənin "Ulusal" kanalının rəhbəri Turan Özlü və Azərbaycanda fəaliyyət göstərən türk iş adamı Nahit Kabakçı bu həftə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovla görüşdü.
Qonaqlara İctimai Teleradionun fəaliyyəti barədə ətraflı məlumat verən şirkət rəhbəri bir il yarım ərzində böyük işlər görüldüyünü diqqətə çatdırdı. | ətraflı oxu>>

Lobbiçilik işində əhəmiyyətli dönüş
İsmayıl ÖMƏROV: "Türklər böyük zəkaya, mədəniyyətə, tarixə, milli ənənələrə malik bir millətdir və bunu bütün dünya qəbul etməlidir"
Azərbaycan və Türk Diaspor Təşkilatlarının I Bakı Formunda iştirak etmək üçün ölkəmizə gələn dünya türklərinin nümayəndələrinin bir qrupu İctimai Televiziya və Radio Yayımları Şirkətində oldular.
"Türkməneli" İşbirliyi və Kültür Vəqfinin prezidenti Fateh Türkcan, təşkilatın nümayəndəsi Qızılay Əbdürrəhman, İraq-Türkmən Cəbhəsinin İngiltərə təmsilçisi Asif Sərttürkmən, Berlin təmsilçisi Qanim Osman və digərləri İctimai Teleradionun Baş direktoru İsmayıl Ömərovla görüşdə Forumda qarşıya qoyulan vəzifələr barədə fikir mübadiləsi apardılar. | ətraflı oxu>>

Tamaşaçıların 80 faizi
İctimai Televiziyaya baxır.
Con Hopkins Universitetinin komunikasiya və tədqiqatlar üzrə baş məsləhətçisi xanım Kerol Andervud və Beynəlxalq Tibb Korpusu Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Adam Sirua ötən həftənin sonu İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovla görüşdü. | ətraflı oxu>>

İREX İctimai Teleradio ilə əməkdaşlığı genişləndirir
İsmayıl ÖMƏROV: "İTRYŞ öz müstəqilliyi və şəffaflığı ilə bütün kütləvi informasiya vasitələrinə bir nümunədir".
Şeldon MARKOFF: "Bir il yarım ərzində Siz böyük işlər görmüsünüz".
İREX Mediaya Yardım Təşkilatının Azərbaycan nümayəndiliyinin rəhbəri Şeldon Markoff fevralın 21-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovla görüşdü. Qeyd edək ki, görüşdə məqsəd hazırda həyata keçirilən əməkdaşlığın daha da inkişaf etdirilməsi və gələcəkdə reallaşdırılacaq birgə layihələri müzakirə etmək olub. | ətraflı oxu>>

"Biz Azərbaycan muğamlarını dünyada tanıdacağıq"
İrlandiya Respublikasının tanınmış "LKF Production" şirkəti İctimai Teleradio ilə birgə layihə həyata keçirmək istəyir

Bu həftə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov İrlandiyanın məşhur "LKF Production" studiyasının rəhbəri Liz Kenni və onunla Bakıya gəlmiş nümayəndə heyəti ilə görüşüb.
İrlandiyanın tanınmış sənədli film istehsalçılarından olan studiyanın təmsilçiləri Azərbaycana səfərlərinin məqsədi barədə məlumat verərək bildirdilər ki, respublikamızda ilk dəfə ötən il olublar. | ətraflı oxu>>

Moldova səfirliyi İctimai TV ilə əməkdaşlıq edəcək
Moldovalıların həyatından bəhs edən film bu ölkənin baş nazirinin Bakıya səfəri ərəfəsində məhz İctimai TV-də yayımlanacaq.
Bu həftə Moldovanın Azərbaycandakı səfiri İon Robu İctimai Televiziya və Radio Yayımları Şirkətinin qonağı oldu. Şirkətin Baş direktoru İsmayıl Ömərovla görüşən səfir Moldova-Azərbaycan münasibətlərinin indiki səviyyəsi barədə öz fikirlərini bölüşdü. 2006-cı ili uğurla başa vurduqlarını deyən diplomat təmsil etdiyi ölkənin Avropaya inteqrasiya yolunda müəyyən çətinliklər olsa da, bu yolu müvəffəqiyyətlə gedəcəklərini söylədi. | ətraflı oxu>>

Azərbaycanda Türkiyəyə böyük sevgi var
Türkiyənin ölkəmizdəki yeni səfiri televiziyalara ziyarətini İctimai Teleradiodan başladı.
Ötən həftə sonu Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri Hüseyn Avni Qarslıoğlu İctimai Televiziyanın qonağı oldu. Qonaqları səmimi salamlayan İTRYŞ-nin Baş direktoru İsmayıl Ömərov səfirin ilk ziyarətini İctimai Televiziyaya etməsindən məmnunluğunu bildirdi.
Şirkət rəhbəri qeyd etdi ki, Azərbaycanda Türkiyəyə böyük sevgi var. Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" müdrik sözünü xatırladan İ.Ömərov Azərbaycanın indiki Prezidenti İlham Əliyevin də hər çıxışında Türkiyə ilə qardaşlıq münasibətlərimizə xüsusi toxunduğunu səfirin diqqətinə çatdırdı. | ətraflı oxu>>

İctimai Teleradionun Avropada nümayəndəliyi açılır
İsmayıl ÖMƏROV: "Azərbaycanın dünyada tanıdılmasına ehtiyac var"
Azərbaycanın Avropa Birliyi yanında dami nümayəndəsi səfir Emil Eyyubov dünən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovla görüşüb. Görüşdə İctimai Televiziya ilə səfirlik arasındakı gələcək əməkdaşlıq barədə müzakirə aparılıb.
Baş direktor İ.Ömərov xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpuslarımızın fəaliyyətinin KİV-lərdə lazımi səviyyədə işıqlandırılmamasını | ətraflı oxu>>

Əməkdaşlıq üçün gözəl təməl
İranın Radio və Televiziya Təşkilatının sədri İzzətullah Zərğami İctimai Televiziyaya 10 film və 2 serial hədiyyə etdi
Ölkəmizdə səfərdə olan İranın Radio və Televiziya Təşkilatının sədri İzzətullah Zərğaminin başçılıq etdiyi nümayəndə heyəti dünən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovla görüşüb. Qeyd edək ki, qonaqların İctimai Teleradioya gəlişlərinin məqsədi gənc şirkətlə tanış olmaq və gələcək əməkdaşlıq istiqamətləri barədə müzakirə aparmaq olub. | ətraflı oxu>>

ABŞ-la bağlı film-proqramlar hazırlanacaq
Bu məqsədlə İctimai Televiziyanın yaradıcı qurupu Birləşmiş Ştatlara gedəcək
"2007-ci ildə ABŞ-ın Azərbaycandakı səfirliyi İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə daha səmərəli və əhatəli əməkdaşlıq edəcək. Bu niyyətin ilkin ifadəsi olaraq səfirlik İctimai Televiziyanın çəkiliş qurupunu ABŞ-a göndərmək qərarına gəlib və bu barədə Vaşinqtondakı dairələrlə razılıq əldə olunub". Bu sözləri yanvarın 18-də İctimai Teleradionun Baş direktoru İsmayıl Ömərovla görüşündə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə iş üzrə şöbəsinin rəhbəri Conatan Henik deyib. | ətraflı oxu>>

Əməkdaşlıq məramı
BBC-nin Orta Asiya və Qafqaz xidmətinin yeni rəhbəri Baş direktor İ.Ömərovla əməkdaşlıq istiqamətlərini müzakirə edib
Yanvarın 22-də BBC-nin Orta Asiya və Qafqaz xidmətinin yeni rəhbəri xanım Gemma Hayman, xidmətin redaktoru Firdevs Robinson və qurumun Bakı xidmətinin nümayəndəsi Azər Xəlilov İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovla görüşüb.
Görüşdə məqsəd əsasən yeni rəhbərin Azərbaycanın ictimai yayımçısı ilə tanışlığından ibarət olsa da, birgə əməkdaşlıq fəaliyyəti ilə də bağlı söhbət aparılıb. | ətraflı oxu>>

İctimai Televiziyanın əməkdaşları Misirə gedəcək
İsmayıl ÖMƏROV: "Bizim Şərq ölkələrinə böyük marağımız var".
"Biz Azərbaycan xalqını çox sevirik və istəyirik ki, xalqlarımız arasındakı əlaqələr daha da yaxınlaşsın. Bu əlaqələrin çiçəklənməsində öz töhvəmizi verməyə hazırıq". Bu fikirləri yanvarın 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovla görüşündə Misirin Azərbaycandakı səfiri Yusif Əhməd İbrahim Əl-Şarkavi deyib. Azərbaycan - Misir mədəniyyətlərinin tarixən yaxın olduğunu xatırladan səfir bu istiqamətdə daha səmərəli nəticələr əldə etmək üçün lazımi işlərin görüldüyünü bildirib.| ətraflı oxu>>

Ən dinamik efir
Fransanın Azərbaycandakı səfiri Bernar Amodrik de Şafo İctimai Teleradionu belə xarakterizə edib.
Dünən Fransanın Azərbaycandakı səfiri Bernar Amodrik de Şafo İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovla görüşüb.
Bir il ərzində artıq ikinci dəfədir ki, İctimai Teleradioda olduğunu deyən səfir bunu səfirliklə şirkət arasındakı gözəl əlaqələrin təzahürü kimi xarakterizə edib: "Hesab edirəm ki İctimai Teleradio gənc olmasına baxmayaraq, ən dinamik efirdir. | ətraflı oxu>>

"Amerikanın Səsi" İctimai TV ilə əməkdaşlıq etmək istəyir
İsmayıl ÖMƏROV: "Azərbaycanda ikinci bir şirkət yoxdur ki, İTRYŞ qədər geniş beynəlxalq əlaqələr qursun".
Doug BOYNTON: "Biz Azərbaycanda uğurlu tərəfdaş kimi yalnız İctimai Teleradionu görürük".
Dekabrın 6-da ABŞ-ın Beynəlxalq Yayım Təşkilatının qlobal marketinq meneceri Doug Boynton, "Amerikanın Səsi" televiziyasının Yaxın Şərq və Mərkəzi Asiya bölməsinin rəhbəri Taclan Suerden və "Azadlıq" radiosunun marketinqin inkişafı departamentinin direktoru Culiya Ragona İctimai Televiziya | ətraflı oxu>>

İTRYŞ Avropa Yayımları Birliyinin bütün tələblərinə cavab verir
Fransanın Qafqaz və Orta Asiya üzrə regional media attaşesi Baş direktor İsmayıl Ömərovla görüşüb.
Bu həftə Fransanın Qafqaz və Orta Asiya üzrə regional media attaşesi Giyyom Pyer İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovla görüşüb. Cənab G.Pyeri İctimai Teleradionun ən yaxın dostu adlandıran Baş direktor məhz onun köməyi sayəsində fransız həmkarları ilə əlaqələr qurulduğunu deyib. | ətraflı oxu>>

ATƏT İTV-nin imkanlarını yüksək qiymətləndirdi
İ.ÖMƏROV: İnanıram ki, göstərdiyiniz dəstək İctimai Teleradionun inkişafında əhəmiyyətli rol oynayacaq.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov noyabrın 20-də ATƏT-in Bakı ofisinin demokratiya məsələləri üzrə müşaviri, xanım İnqrid Gossinger və BBC-nin eksperti Riçard Lukasla görüşüb. Görüşdə ATƏT tərəfindən hazırlanan hesabat müzakirə olunub. Xatırladaq ki, iyul ayında ATƏT-in təşəbbüsü ilə BBC-nin mütəxəssisləri Riçard Lukas və Maykl Rande bir həftə ərzində İctimai Teleradionun ehtiyaclarını öyrənmək üçün şirkətdə iş prosesi ilə tanış olmuşdular. | ətraflı oxu>>

"Biz əməkdaşlığı davam etdirəcəyik"
Fransa səfirliyinin nümayəndəsi İctimai Televiziyada oldu
Dünən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov Fransa səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Valeri Lö Qalşe Baron ilə görüşüb. Qonağı səmimi salamlayan şirkət rəhbəri İctimai Televiziyanın yaradılmasının Avropa Şurası qarşısında götürülən öhdəliklərdən biri olduğunu bildirib.
"Bu, Azərbaycan xalqının, tamaşaçısının arzusu idi. Keçən il avqustun 29-da fəaliyyətə başlayan | ətraflı oxu>>

İctimai Televiziya ilə “TV Polşa” arasında müqavilə imzalandı
İsmayıl ÖMƏROV: "TVP kanalı ilə əməkdaşlığa böyük önəm veririk"
Bronislav VİLDSTEYN: "İTV-nin reytinqi və ictimai yayım xidmətçisi kimi fəaliyyəti bizi qane edir"
Bu həftə İctimai Televiziya və Radio Yayımları Şirkətinin beynəlxalq əlaqələrinin daha da genişlənməsi istiqamətində növbəti addım atıldı. İctimai Teleradionun Baş direktoru İsmayıl Ömərovun dəvəti əsasında Polşa respublikasının ictimai televiziyası- | ətraflı oxu>>

Yaponiyanın Azərbaycandakı səfirliyindən İTV-yə əməkdaşlıq təklifi
Səfirlik İctimai Televiziyanın qazandığı böyük uğurları alqışlayır.
Yaponiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Cunko İşikava bu həftə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovla görüşüb. Xanım C.İşikava təmsil etdiyi ölkənin Azərbaycandakı səfirliyinin İctimai Televiziya ilə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib. Bu barədə təkliflə çıxış edən qonaq «Yapon Fondu»nun İctimai Televiziya ilə gələcək əməkdaşlığının müddəalarını Baş direktora təqdim edib. | ətraflı oxu>>

BBC mütəxəssisləri İctimai Teleradioda
İsmayıl ÖMƏROV: «Öz şəffaflığı və müstəqilliyi ilə hamıya nümunə olan bir institut yaratmışıq».
ATƏT-in Bakı ofisinin İctimai Televiziya və Radio Yayımları Şirkətinin ehtiyaclarını öyrənmək məqsədilə dəvət etdiyi müşahidəçi qrupu bazar ertəsi Baş direktor İsmayıl Ömərovla görüşüb. Məlumat üçün qeyd edək ki, ATƏT-in təşəbbüsü ilə BBC-nin iki mütəxəssisi Riçard Lukas və Maykl Rande bir həftə ərzində İctimai Teleradionun ehtiyaclarını öyrənmək üçün şirkətdə iş prosesi ilə tanış olacaq. Bundan əlavə, müşahidə qrupunun tərkibinə ATƏT-in Bakı ofisinin təmsilçisi Elşad Fərzəliyev və BBC-nin Bakı xidmətinin nümayəndəsi Azər Xəlilov da daxildir. Müşahidələrin nəticəsi olaraq hazırlanacaq hesabat ATƏT-in Bakı ofisinə təqdim olunacaq. | ətraflı oxu>>

İctimai TV-nin monitorinqinin ilk mərhələsi yekunlaşdı
Maykl Rande: «İctimai Teleradionun kollektivində yüksək əzimkarlıq və çalışqanlıq gördüm».
ATƏT-in Azərbaycanda İctimai televiziyanın fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı proqramının birinci mərhələsi başa çatıb. Telekanalın fəaliyyətinin öyrənilməsində ATƏT-in dəvətilə BBC korporasiyasının iki nümayəndəsi iştirak edib. Onlar telekanal təmsilçiləri və yerli ekspertlərlə İTV-nin yayım siyasəti mövzusunda görüş keçirib.
BBC təmsilçisi Maykl Rande İTRYŞ-nin kollektivinin əksəriyyətini gənclərin təşkil etməsini yüksək qiymətləndirib. | ətraflı oxu>>

ARXİV


28.06.2006 - Koreya-Azərbaycan münasibətləri və İctimai Teleradio »

28.06.2006 - Avropa Şurası İTV əməkdaşlarının profesinallığının artmasına dəstək verir »

19.06.2006 - Azərbaycan xalqı həm də müasir televiziya yaratmağa qadirdir »

19.06.2006 - TRT ilə İctimai Teleradionun əməkdaşlığı genişlənir »

19.06.2006 - Azərbaycanı Avropa və Amerikada tanıtmağa ehtiyac var »

19.06.2006 - ABŞ səfirliyi ilə İctimai Teleradionun əməkdaşlığı genişlənir »

19.06.2006 - İTV Türkiyəli sənətçilərlə ortaq proqramlar hazırlayacaq »

22.05.2006 - İCTİMAİ TELERADİO “AMERİKANIN SƏSİ”NƏ SƏS VERİR »

13.05.2006 - «DUNA» TELEVİZİYASI AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİ NÜMAYİŞ ETDİRƏCƏK »

11.05.2006 - MACARISTANIN İCTİMAİ TELEVİZİYASI – «DUNA» TV-NİN BAŞ DİREKTORUNUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCAN İCTİMAİ TELEVİZİYA VƏ RADİO YAYIMLARI ŞİRKƏTİNİN RƏHBƏRLİYİ İLƏ GÖRÜŞÜB »

4.04.2006 - Ukrayna səfirliyi İctimai Teleradio ilə əməkdaşlıq edəcək »

3.03.2006 - Yaponiya Azərbaycanın ən yaxın və ən etibarlı dostudur »

1.03.2006 - İsrail səfirliyi İctimai Teleradio ilə səmərəli əməkdaşlıq edəcək »

1.03.2006 - İctimai Televiziyanın öz yolu var. Özbəkistan səfiri şirkətimizin fəaliyyətindən çox razıdır »

24.02.2006 - “Məkkədə keçirilən dini bayramların və mərasimlərin ITV vasitəsilə canlı yayımlanması mümkündür". Səudiyyə Krallığının Azərbaycandakı səfiri Əli Həsən Cəfər Əhməd »

24.02.2006 - “Azərbaycanda da İctimai Televiziyanın fəaliyyətə başlaması demokratik dəyərlərin daha da dərinləşməsindən xəbər verir”. Koreyanın Azərbaycandakı səfiri Mun Xayonq »

24.02.2006 - İranlı jurnalistlər İTRYŞ-in Baş direktoru ilə görüşdülər »

16.01.2006 - ABŞ İctimai Televiziyaya maraq göstərir »

22.12.2005 - İctimai Televiziyada İranla bağlı verilişlər hazırlanacaq »

22.12.2005 - “ATƏT-in Bakı ofisi İTV-də treyninqlər keçirmək niyyətindədir” ATƏT-in nümayəndəsi İndqrinq Qosinger »

22.12.2005 - «Siz qısa müddətdə böyük işlər gördünüz» Qazaxıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Andar Şukputov »

22.12.2005 - «SONY» firmasının Qafqazdakı daimi nümayəndəliyi və servis xidməti İTRYŞ-də açıla bilər »

28.10.2005 - “Fransa hökuməti İTV-nin seçkilər ərəfəsində fəaliyyətə başlamasını alqışlayır.” »

28.10.2005 - İctimai Teleradio Şirkəti Avropa Yayımları Birliyinə üzv qəbul ediləcək »

28.10.2005 - Hindistan səfirliyi İctimai Televiziya ilə əməkdaşlıq edəcək »

28.10.2005 - İTV-nin xalqa arxalanmasını Avropa yüksək qiymətləndirir »

28.10.2005 - Steynar Gil İctimai Televiziyanın geniş arxivinin yaradılmasının vacib olduğunu vurğuladı »

28.10.2005 - İTV gələcəkdə AŞPA-nın iclaslarını canlı yayımlayacaq »

28.10.2005 - «Save the Children» təşkilatının kordinatoru İTV-də layihə həyata keçirmək niyyətindədir. »

28.10.2005 - “Azadlıq” radiosu ilə İctimai Televiziya birgə verilişlər hazırlayacaq »

28.10.2005 - UNİCEF İTV-də uşaqlarla bağlı layihə həyata keçirmək niyyətindədir »

28.10.2005 - Mats Linberq, Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi »

28.10.2005- ABŞ səfirliyi İTV-yə geniş diqqət ayırır »

28.10.2005 - 2006-cı ildə İTV-nin 2-ci kanalı açılacaq »

28.10.2005 - İctimai Televiziya ilə STV əməkdaşlıq edəcək »



  Efirdə müstəqil Azərbaycanın İctimai Televiziyasıdır! 39-42-ci paralellərdə yerləşən Azərbaycan Respublikası 15 ilə yaxındır ki, Ermənistanla müharibə şəraitində yaşayır. Torpaqlarının 20% erməni işğalçıları tərəfindən zəbt olunub. Bir milyondan artıq vətəndaşı qaçqın düşüb. Işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik şurasının 822, 853, 874, 884 saylı qətnamələri indiyədək yerinə yetirilməyib. BU ƏDALƏTSİZLİYƏ DÜNYA BİRLİYİ HƏLƏ DƏ DÖZÜR.

HOTBIRD 13º
Fregans – 11785 MHS
Polyarizasiya- Horizontal
S/R- 27500
FEQ- ¾

Türksat 42º
Fregans- 11554 MHS
Polyarizasiya- Horizontal
S/R- 2916
FEQ-2/3

Azərbaycanı Eurovision-2008 müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər: Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya, Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları ilə canlı yayımlanacaq.

Görüşlər

ATƏT-LƏ İCTİMAİ TELERADİO ARASINDA ƏMƏKDAŞLIĞA DAİR MEMORONDUM İMZALANIB

Bu gün ATƏT-in Bakı Ofisində qurumla İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair memorondum imzalanıb.


İSMAYIL ÖMƏROV “TÜRK DÜNYASINA VƏ TÜRK MƏDƏNIYYƏTINƏ XIDMƏT” MÜKAFATINA LAYIQ GÖRÜLÜB

Mükafatı Baş direktora Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin təqdim edib


Kalamiras Bakıda

Martın 24-ü Yunanıstanın Avroviziya 2008 müsabiqəsində təmsil edəcək müğənnisi Kalamiras İctimai Televiziyanın dəvətilə Azərbaycana promo-tura gəlib.


ATƏT-İN İCTİMAİ TELERADİO ƏMƏKDAŞLARI ÜÇÜN KEÇİRDİYİ TRENİNQLƏRİN İKİNCİ MƏRHƏLƏSİ BAŞLAYIR

Layihəni ATƏT-lə yanaşı, Norveç və Almaniyanın Azərbaycandakı səfirlikləri, eləcə də Avropa Şurası dəstəkləyir


İctimai Teleradio Türkiyə Radio Televiziya Qəzetçiləri Dərnəyinin “Radio Televiziya Oskarı”na layiq görülüb

Türkiyə Radio Televiziya Qəzetçiləri Dərnəyi tərəfindən verilən 30-cu “Radio Televiziya Oskarı” sahiblərinə təqdim olunub.

   

© 2005-2007 | Müəllif hüquqları: İctimai Televiziya və Radio Yayımları Şirkəti | www.itv.az | e-mail: info@itv.az
webmaster: admin@itv.az