ƏSAS SƏHİFƏ
  İctimai TV
  İctimai Radio
  XƏBƏRLƏR
  Arxiv
  HAQQIMIZDA
  Bizim tarix
  Rəylər
  Yayım şurası
  Direktorlar şurası
  VERİLİŞLƏR
  Analitik
  Musiqi və əyləncə
  Ədəbiyyat və incəsənət
  "Yeni gün" səhər proqramı
  Gənclər və idman
  Müəllif proqramları
  Elm və təhsil
  Azsaylı Xalqlar üçün verilişlər
  Kino, dublyaj redaksiyası
  RƏSMİ SƏNƏDLƏR
  Fərman
  Qanun
  Avroviziya - QAYDALAR
  Münsiflər heyətinin tərkibi
  REKLAM
  MƏTBUATDAN
  ƏLAQƏ

ARXİV
« May 2008
Be Ça Çr Ca Sb Bz
  3 4
10 11
14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
« Aprel 2008
Be Ça Çr Ca Şb Bz
  5 6
12 13
19 20
26 27
 

 

"MUSİQİ VƏ ƏYLƏNCƏLİ VERİLİŞLƏR DEPARTAMENTİ"NİN TƏQDİM ETDİYİ PROQRAMLAR

 


«EKSPROMT» - canli Azərbaycan musiqisi səslənən bu verilişdə tamasaçılara 1 saat ərzində keyfiyyətli ifa təqdim olunur. Həmçinin, dəvət olunmuş qonaqlarla onların yaradıcılığı ətrafinda maraqlı söhbət aparılır. Efirə çıxdığı az müddət ərzində estradımızın ən parlaq nümayəndələri "Ekspromt"un qonağı olublar. Bundan sonra da hər çərşənbə və cümə günləri "Ekspromt" daha rəngarəng
formatda təqdim olunacaq.

Aparıcılar: Leyla Əliyeva, Könül Arifqızı
Rejissorlar: Salam Məmmədəliyev, Fuad Əliyev
Prodüser: Vüqar Əliyev
Redaktor: Vəfa Babayeva
Musiqi redaktoru: Orman Çingizoğlu


«ƏSLİNDƏ MƏN»
- Azərbaycanın musiqi xadimlərinin həyat yolu və yaradıcılığından bəhs edən veriliş film-portret səciyyəsi daşıyır. Musiqi ilə yoğrulan, xatirələrdən güc alan, kədərdən yanan ürəkləri özünüz üçün bir daha açmaq istəyirsinizsə hər cümə axşamı "Əslində mən" deyənləri dinləyin.

Müəlliflər: Leyla Əliyeva; Könül Arifqızı,Vüsalə Ilyasova
Rejissorlar: Salam Məmmədəliyev, Fuad Əliyev
Prodüser: Dilbər Ağayeva.
Redaktor: Orman Çingizoğlu


«BİR MAHNININ TARİXÇƏSİ»
- XX əsr Azərbaycan mahnı janrında yaranmış musiqi nümunələrinin tarixçəsinə həsr olunur. Onlarin müəllifləri, eləcə də xronoloji olaraq mahnının ifaçıları haqqında informasiya verilir.

Aparıcı və müəllif: Könül Arifqızı
Rejissor:
Salam Məmmədəliyev
Prodüser: Dilbər Ağayeva
Redaktor: Orman Çingizoğlu


«MUZEKSPRESS»
- Ölkənin mədəni həyatında baş verən hadisələri işıqlandıran, klassik Azərbaycan və Avropa musiqisinin nailiyyətləri barədə özünəməxsus tərzdə məlumat verən “Muzekspress” hər bazar günü efirdədir.

Rejissor: Fuad Əliyev
Müəlliflər: Vəfa Babayeva, Nərmin Qaralova
Aparıcı: Nərmin Qaralova
Rejissor assistenti: Ceyhun Kərimov
Prodüser: Vüqar Əliyev
Redaktor: Orman Çingizoğlu

«QARAJ» verilişi həftənin I, III və V günləri canlı olaraq efirə çixir. Veriliş sırf gənclərə həsr olunur və əyləncəli-musiqili xarakter daşıyır. Bir çox gənclərin ən çox yığıldığı, məşq etdikləri yer qaraj olduğundan veriliş də məhz belə adlanır. I gün olan buraxılışda xarici və yerli mahnılardan ibarət “Xit - 13” təqdim edilir. Hər həftə bu xitlərin sırası tamaşaçıların səs vermə yolu ilə müəyyən edilir və dəyişdirilir. III-gün buraxılışında gənclərlə bağlı müəyyən mövzu qoyulur. Bu mövzu ilə bağlı süjet hazırlanır, şəhərimizdə və ondan kənarda gənclər arasında sorğu aparılır. Canlı telefon bağlantısı ilə tamaşaçıların fikri qəbul edilir. Həmin gün tamaşaçılara dünya və yerli şou aləmindən də yeniliklər təqdim olunur. Bütün bunlar isə zövqlü xarici və yerli kliplərlə ardıcıllaşır. Həftənin V günü isə studiyaya gənc bir ifaçı və ya qrup dəvət edilir. Buraxılış tamlıqla qonağa həsr olunur. Onun klipləri, sənət yenilikləri, gələcək planları haqda maraqlı məlumatlar verilir.
Verilişin məqsədi - gənclərin musiqi zövqünün düzgün formalaşması, onları maraqlandıran mövzuların, gənc istedadlı ifaçıların işıqlandırılmasıdır. Dünya və yerli şou-aləmində baş verən ən son yeniliklərin çatdırılması, bir sözlə gənclərin sağlam tərzdə əyləncə və istirahətini təmin etməkdir.

Rejissor: Ceyhun Kərimov
Aparıcılar: Hüsniyə Məhərrəmova
Redaktor: Nərmin Qaralova
Rejissor assisenti: Vüqar Əliyev
Prodüser: Dilbər Ağayeva
Musiqi redaktoru: Orman Çingizoğlu

«KLİPLƏR». Həftə içi hər gün İctimai Televiziyanın efirində həm Azərbaycan, həm
türk, həm də əcnəbi estradanın populyar nümayəndələrinin ifasında ən
keyfiyyətli mahnılar təqdim olunur. Bütün janrları əhatə edən kliplər gün
ərzində bir neçə dəfə yayımlanır.

«İSTANBULDAN SALAMLAR». Veriliş ayda iki dəfə yayımlanır. Türk musiqisinin ən parlaq simalarına həsr olunmuş buraxılışlarda onların ən səmimi müsahibələrini eşitmək, adi həyat tərzlərini görmək istəyirsinizsə İstanbuldan gələn salamları cavabsız qoymayın.

Müəllif və aparıcı: İntizar İsmayıl
Prodüser: Vüqar Əliyev
Redaktor: Orman Çingizoğlu



  Efirdə müstəqil Azərbaycanın İctimai Televiziyasıdır! 39-42-ci paralellərdə yerləşən Azərbaycan Respublikası 15 ilə yaxındır ki, Ermənistanla müharibə şəraitində yaşayır. Torpaqlarının 20% erməni işğalçıları tərəfindən zəbt olunub. Bir milyondan artıq vətəndaşı qaçqın düşüb. Işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik şurasının 822, 853, 874, 884 saylı qətnamələri indiyədək yerinə yetirilməyib. BU ƏDALƏTSİZLİYƏ DÜNYA BİRLİYİ HƏLƏ DƏ DÖZÜR.

HOTBIRD 13º
Fregans – 11785 MHS
Polyarizasiya- Horizontal
S/R- 27500
FEQ- ¾

Türksat 42º
Fregans- 11554 MHS
Polyarizasiya- Horizontal
S/R- 2916
FEQ-2/3

Azərbaycanı Eurovision-2008 müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər: Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya, Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları ilə canlı yayımlanacaq.

Görüşlər

ATƏT-LƏ İCTİMAİ TELERADİO ARASINDA ƏMƏKDAŞLIĞA DAİR MEMORONDUM İMZALANIB

Bu gün ATƏT-in Bakı Ofisində qurumla İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair memorondum imzalanıb.


İSMAYIL ÖMƏROV “TÜRK DÜNYASINA VƏ TÜRK MƏDƏNIYYƏTINƏ XIDMƏT” MÜKAFATINA LAYIQ GÖRÜLÜB

Mükafatı Baş direktora Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin təqdim edib


Kalamiras Bakıda

Martın 24-ü Yunanıstanın Avroviziya 2008 müsabiqəsində təmsil edəcək müğənnisi Kalamiras İctimai Televiziyanın dəvətilə Azərbaycana promo-tura gəlib.


ATƏT-İN İCTİMAİ TELERADİO ƏMƏKDAŞLARI ÜÇÜN KEÇİRDİYİ TRENİNQLƏRİN İKİNCİ MƏRHƏLƏSİ BAŞLAYIR

Layihəni ATƏT-lə yanaşı, Norveç və Almaniyanın Azərbaycandakı səfirlikləri, eləcə də Avropa Şurası dəstəkləyir


İctimai Teleradio Türkiyə Radio Televiziya Qəzetçiləri Dərnəyinin “Radio Televiziya Oskarı”na layiq görülüb

Türkiyə Radio Televiziya Qəzetçiləri Dərnəyi tərəfindən verilən 30-cu “Radio Televiziya Oskarı” sahiblərinə təqdim olunub.

   

© 2005-2007 | Müəllif hüquqları: İctimai Televiziya və Radio Yayımları Şirkəti | www.itv.az | e-mail: info@itv.az
webmaster: admin@itv.az