|
Adımızdan bəlli olduğu kimi İctimai
kanal olaraq, bizim məqsədimiz ictimaiyyətimizə
dəstək olmaq və onunla birgə inkişaf etməkdir.
Bizim reklam xidmətləri və fəaliyyətimiz digər
Televiziya və Radiolardan fərqlənir.
İqtisadiyyatımızın inkişafı naminə Biz, xüsusi
ilə yerli istehsalçı şirkətlərə və yerli şirkətlərə,
istehsal etdikləri məhsulları, yerli ticarət nişanlarını
və göstərdikləri digər xidmətlərin daxili bazarda
tanınması və özünəməxsus yer tutması üçün daha
geniş şərait yaradırıq.
Reklam şöbəsinin marketinq və
reklam menecerləri, reklam sahəsində uzun müddət
ən iri yerli və tanınmış dünya şirkətləri ilə
çalışmış, kifayət qədər təcrübəli kadrlardır.
Biz, daxili bazara yeni qoşulmuş
sahibkarlara və şirkətlərə marketinq siyasətinin
effektli aparılmasında yardımçı olur, büdcəsindən
asılı olmayaraq reklam sifarişçilərinin reklam
etdiyi məhsul və ya xidmətilərinin tələb olunan
auditoriyaya düzgün çatdırılmasına şəraiti yaradırıq.
İTV-nin Reklam şöbəsi – ən son
müasir televiziya və montaj texnologiyası ilə
təmin olunmuş və istənilən formatda reklam çarxlarının
yüksək səviyyədə hazırlanması sifarişlərini qəbul
edir.
Reklam sifarişçiləri və onları təmsil edən agentliklərin
istənilən tələblərinə uyğun yüksək səviyyədə xidmət
göstəririk.
Yaxın gələcəkdə fəaliyyətimizi
genişlədirmək və reytinqimizi daha da yüksəltmək
məqsədi ilə Biz, qərb blokbasterlərindən unikal,
yüksək reytinqli proqramlarından tutmuş, populyar
seriallar, ictimai-siyasi, əyləncəli, idman və
tok-şou proqramlarının geniş sponsor proyektlərini
təqdim edəcəyik.
BİZİ
SEÇİN , SİZ DƏ SEÇİLİN!
Bizi seçdiyiniz və bizimlə əməkdaşlıq etdiyiniz
üçün Sizə əvvəlcədən təşəkkürümüzü bildiririk!
Əlaqə telefonlarımız
:
Tel : (+994 12) 430-85-25; 430-85-35
Tel/ faks : (+994 12) 430-84-20
E-mail: reklam@itv.az |