ƏSAS SƏHİFƏ
  İctimai TV
  İctimai Radio
  XƏBƏRLƏR
  Arxiv
  HAQQIMIZDA
  Bizim tarix
  Rəylər
  Yayım şurası
  Direktorlar şurası
  VERİLİŞLƏR
  Analitik
  Musiqi və əyləncə
  Ədəbiyyat və incəsənət
  "Yeni gün" səhər proqramı
  Gənclər və idman
  Müəllif proqramları
  Elm və təhsil
  Azsaylı Xalqlar üçün verilişlər
  Kino, dublyaj redaksiyası
  RƏSMİ SƏNƏDLƏR
  Fərman
  Qanun
  Avroviziya - QAYDALAR
  Münsiflər heyətinin tərkibi
  REKLAM
  MƏTBUATDAN
  ƏLAQƏ

ARXİV
« May 2008
Be Ça Çr Ca Sb Bz
  3 4
10 11
14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
« Aprel 2008
Be Ça Çr Ca Şb Bz
  5 6
12 13
19 20
26 27
 

 

 
Yayım şurası


YAYIM ŞURASININ SƏLAHİYYƏTLƏRİ:
Yayım şurasının səlahiyyətləri aşağıdakılardır:

öz reqlamentini müəyyənləşdirir;
Yayım şurası haqqında Əsasnaməni hazırlayıb təsdiq edir;
Baş direktorun seçilməsi və ya vəzifəsinə vaxtından əvvəl xitam verilməsi üçün azı altı üzvünün razılığı ilə qərar qəbul edir;
Baş direktorun təqdimatı ilə onun 3 müavinini vəzifəyə təyin və ya vəzifədən azad edir;
vəzifə təlimatları və daxili tənzimləyici normalar hazırlayıb qəbul edir;
ictimai yayımçının proqram strategiyasını və siyasətini təsdiq edir;
lazım bildikdə yayımdan sonra proqramların monitorinqini keçirir;
ictimai yayımçının büdcəsini və illik hesabatını təsdiq edir;
ictimai yayımın konsepsiyasını hazırlayır, texniki avadanlıqların və yayımın keyfiyyət standartlarını müəyyənləşdirir;
səbəbini yazılı şəkildə açıqlamaqla proqramlarla bağlı bu qanunun tələblərinin pozulması barədə baş direktora xəbərdarlıq edir və müvafiq tədbirlər görülməsinə dair göstəriş verir;
azı altı üzvünün razılığı ilə Direktorlar şurasının qərarını ləğv edir;
ildə bir dəfə öz fəaliyyəti barədə ictimaiyyətə hesabat verir və bu hesabatı mətbuatda dərc etdirir;
bu qanunla və Yayım şurası haqqında Əsasnamə ilə müəyyənləşdirilmiş digər vəzifələri yerinə yetirir.
Yayım şurası üzvlərinin Baş direktorun cari fəaliyyətinə hər hansı şəkildə müdaxiləsinə yol verilmir.

Aşağıdakı hallarda Yayım şurasının razılığı tələb olunur: televiziya tamaşaçılarının və radio dinləyicilərinin seçim imkanlarını genişləndirmək məqsədi ilə yeni proqram xidmətləri yaradıldıqda;
daşınmaz əmlakın əldə olunması və satılması zamanı;
bank kreditləri alındıqda və maliyyə öhdəlikləri götürüldükdə.
Yayım şurası ən azı iki ayda bir dəfə iclas keçirir.
Yayım şurasının sədri və ya üzvlərdən üç nəfərinin tələbi ilə növbədənkənar iclas keçirilə bilər.
İclaslar üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
Bu qanunla nəzərdə tutulmuş hallardan başqa, Yayım şurası iştirak edənlərin sadə səs çoxluğu ilə qərarlar qəbul edir. Səslər bərabər olduqda sədr həlledici səs üstünlüyünə malikdir.
Baş direktor və Direktorlar şurasının üzvləri Yayım şurasının iclaslarında məşvərətçi səslə iştirak etmək hüququna malikdirlər.
Yayım şurasının üzvlərinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin büdcəsindən ildə bir dəfə Baş direktorun bir aylıq vəzifə maaşı həcmində pul verilir.

Məmmədli Cahangir Əbdüləli oğlu
Məmmədli Cahangir Əbdüləli oğlu 1942-ci ildə Ağdamın Novruzlu kəndində doğulub. BDU jurnalistika fakültəsini bitirib. BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiridir. Filologiya elmləri namizədidir.
C.Məmmədli 4 monoqrafiyanın, 2 dərs vəsaitinin, 1 dərsliyin, Jurnalistikaya aid 5 kitabın həmmüəllifi, 500-dək elmi-publisistik məqalənin müəllifidir.
2003-2004-cü tədris ilinin nəticələrinə görə BDU-da «İlin müəllimi» adına layiq görülüb.
C.Məmmədli 2003-2005-ci illər arasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini olmuş, 2005-ci ildə isə İctimai Televiziya və Radio Yayım Şirkəti Şurasının sədri seçilmişdir.

Abbasov Vaqif Məhərrəm oğlu
1952-ci il oktyabrın 5-də anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirib. 1973-1978-ci illərdə Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında oxuyub. Elmlər namizədi adını alıb. 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildə professor adını alıb. 1978-1981-ci illərdə Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, 1981-1984-cü illərdə isə baş elmi işçi olub. 1984-cü ildən Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya rəhbəridir.
1992-1999-cu illərdə Təhsil Nazirliyində Vahid Elmi-Metodiki Şuranın kimya bölməsinin sədr müavini olub.
Hazırda Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya rəhbəri, TQDK nəzdində kimyadan ekspertin və seminarın sədri, Təhsil Nazirliyi nəzdində məktəblilərin kimya olimpiadasını keçirən münsiflər heyətinin sədri, Təhsil Nazirliyinin Elmi Metodik Şurasının “Kimya və kimya texnologiyası” bölməsinin sədri, Respublika Korroziya cəmiyyətinin vitse-prezidenti, “Kimya məktəbdə” jurnalının baş redaktoru, “Neft Kimyası və Neft Emalı prosesləri” jurnalının baş redaktorunun müavini, Bakı Dövlət Universitetinin professorudur. 2005-ci il noyabır ayının 4-də Azərbaycan Respublikası prezidentinin fərmanı ilə “Azərbaycanın əməkdar müəllimi” fəxri adına laiq görülüb, Milli Elmlər Akademiyasının müxbir üzvüdür, 200 elmi əsərin, dərsliklərin, monoqrafiyaların müəllifidir.

Salahova Zərifə Teymur qızı
1932-ci il fevralın 2-də doğulub. 1952-ci illərdə Sabir adına Pedaqoji məktəbi bitirib. 1952-1956-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1966-1967-ci illərdə Sov. İKP MK yanında Ali Partiya Məktəbinin dinləyicisi olub. 1956-1958-ci illərdə orta məktəbdə ibtidai sinif pedaqoqu, rus dili və ədəbiyyatı müəllimi işləyib. 1958-1962-ci illərdə «Minqeçaurskiy raboçiy» və «Kommunist Sumqaita» qəzetlərinin əməkdaşı olub. 1962-1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin təlimatçısı, mühazirəçisi, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləyib. 1970-1981-ci illərdə Azərbaycan KP MK-nin təşkilat-partiya işi şöbəsinin partiya informasiya sektorunun müdiri olub. 1981-1993-cü illərdə Azərbaycan SSR Kitab Həvəskarları Könüllü Cəmiyyətinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini tutub. 1993-cü ildən «Kitab» Cəmiyyəti İdarə Heyətinin sədridir. 2002-ci ildən Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədridir.

Əbiyev Ağacan Qulam oğlu
1937-ci ildə Bakı şəhər Bülbülə qəsəbəsində anadan olub.
1956-cı ildə Dövlət Bədən Tərbiyəsi, eləcə də Texniki İnstitutunun məzunudur.
1987-ci ildən Bədən Tərbiyəsi İnstitutunun rektorudur.
Onlarla elmi əsər, məqalə və kitabların müəllifidir.
Dəfələrlə beynəlxalq turnirlərdə mükafat qazanıb. 6 dəfə Azərbaycan çempionu olub. SSRİ fəxri idman ustası, beynəlxalq dərəcəli hakim, beynəlxalq dərəcəli fəxri idman ustası adlarını alıb. Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir.

Zahidov Altay Qulam oğlu
1933-cü il mayın 16-da Bakı şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1954-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir və şərhçi kimi fəaliyyət göstərib. 1974-1991-ci illərdə Azərbaycan Televiziya və Radiosunun Moskvadakı müxbir məntəqəsinin rəhbəri vəzifəsində çalışıb. 1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsinə seçilib. 1992-ci ildən Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyasının üzvüdür. Qərb Universitetinin jurnalistika fakültəsinin baş müəllimidir. Əmək veteranıdır.

Dadaşov Aqil İsaq oğlu
1955-ci il sentyabrın 1-də Qazax şəhərində anadan olub.
Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib.
1978-ci ilin iyununda universiteti bitirmək ərəfəsində «Bakı» və «Baku» qəzetləri redaksiyasına işə dəvət olunub. Səhər xəbərləri və idman, ədəbiyyat və incəsənət şöbələrində müxbir işləyib. 1988-ci ildən səhər xəbərləri və idman şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1991-ci ildən Azərbaycan Həmkarlar İttifaqının «Ülfət» qəzeti redaksiyasında məsul katib, redaktor müavini olub, 1992-ci ildə baş redaktor vəzifəsinə seçilib. Hazırda bu vəzifədə işləyir. 1998-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini seçilib və bu günə kimi həmin vəzifədə çalışır.
Bitərəfdir.

Şirinzadə Natiq Əhməd oğlu
1966-cı ildə Şəki şəhərində anadan olub. 1989-cu ildə D.İ.Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutunu, 1995-ci ildə Qərb Universitetini bitirib. 1989-1995-ci illərdə Bakı şifer və keramirka məmulatları zavodunda aparıcı mühəndis vəzifəsində işləyib. 1995-ci ildən 1996-1997-ci illərdək «Loğman» kiçik dövlət müəsisəsinin baş direktoru olub. 1997-1998-ci illərdə Dövlət Əmlak Komitəsində məsləhətçi, 1998-1999-cu illərdə Şəki şəhər İcra Hakimiyyətində başçının iqtisadi məsələlər üzrə müavini, 1999-2000-ci illərdə Ticarət Nazirliyində şöbə müdiri vəzifələrində çalışıb. 2000-ci ildən «Azinşaat Holdinq»in prezidentidir.

Musayev Salman Musa oğlu
1958-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunun Hamamlı kəndində doğulub.
1982-ci ildə Daşkənd İslam Universitetini bitirib.
1984-85-ci illərdə Liviya «İslama dəvət» Universitetinin ilahiyyat fakültəsində təhsil alıb.
1986-cı ildən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti vəzifəsindədir.
2002-ci ildə Gürcüstan Respublikasının «Şərəf» Ordeni ilə təltif olunub.

Muradov Fuad Rauf oğlu
1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyası, TEMPUS proqramı çərçivəsində «Neft sənayesində ətraf mühitin qorunması» magistr dərəcəsini alıb. 2002-ci ildən Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantıdır.
1999-2001-ci illərdə «Ümidli Gələcək» Gənclər Təşkilatının təsisçisi və vitse-prezidenti olub.
2000-2004-cü illərdə Azərbaycan Ekoloji Layihələr Mərkəzinin baş ekoloqu, 2003-cü ildə «Təşəbbüs» Xeyriyyə İctimai Birliyinin təsisçisi olub. 2003-2004-cü illərdə Avropa Gənclər Forumunun maliyyə-nəzarət komissiyasının sədri, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi vəzifələrində çalışıb. 2004-cü ilin mayından Gənclərin Sosial İnkişafı və Səmərəli Məşğulluğun Təmin Edilməsi Koalisiyasının koordinatorudur. 2004-cü ilin martından Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir.

 

 


  Efirdə müstəqil Azərbaycanın İctimai Televiziyasıdır! 39-42-ci paralellərdə yerləşən Azərbaycan Respublikası 15 ilə yaxındır ki, Ermənistanla müharibə şəraitində yaşayır. Torpaqlarının 20% erməni işğalçıları tərəfindən zəbt olunub. Bir milyondan artıq vətəndaşı qaçqın düşüb. Işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik şurasının 822, 853, 874, 884 saylı qətnamələri indiyədək yerinə yetirilməyib. BU ƏDALƏTSİZLİYƏ DÜNYA BİRLİYİ HƏLƏ DƏ DÖZÜR.

HOTBIRD 13º
Fregans – 11785 MHS
Polyarizasiya- Horizontal
S/R- 27500
FEQ- ¾

Türksat 42º
Fregans- 11554 MHS
Polyarizasiya- Horizontal
S/R- 2916
FEQ-2/3

Azərbaycanı Eurovision-2008 müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər: Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya, Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları ilə canlı yayımlanacaq.

Görüşlər

ATƏT-LƏ İCTİMAİ TELERADİO ARASINDA ƏMƏKDAŞLIĞA DAİR MEMORONDUM İMZALANIB

Bu gün ATƏT-in Bakı Ofisində qurumla İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair memorondum imzalanıb.


İSMAYIL ÖMƏROV “TÜRK DÜNYASINA VƏ TÜRK MƏDƏNIYYƏTINƏ XIDMƏT” MÜKAFATINA LAYIQ GÖRÜLÜB

Mükafatı Baş direktora Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin təqdim edib


Kalamiras Bakıda

Martın 24-ü Yunanıstanın Avroviziya 2008 müsabiqəsində təmsil edəcək müğənnisi Kalamiras İctimai Televiziyanın dəvətilə Azərbaycana promo-tura gəlib.


ATƏT-İN İCTİMAİ TELERADİO ƏMƏKDAŞLARI ÜÇÜN KEÇİRDİYİ TRENİNQLƏRİN İKİNCİ MƏRHƏLƏSİ BAŞLAYIR

Layihəni ATƏT-lə yanaşı, Norveç və Almaniyanın Azərbaycandakı səfirlikləri, eləcə də Avropa Şurası dəstəkləyir


İctimai Teleradio Türkiyə Radio Televiziya Qəzetçiləri Dərnəyinin “Radio Televiziya Oskarı”na layiq görülüb

Türkiyə Radio Televiziya Qəzetçiləri Dərnəyi tərəfindən verilən 30-cu “Radio Televiziya Oskarı” sahiblərinə təqdim olunub.

   

© 2005-2007 | Müəllif hüquqları: İctimai Televiziya və Radio Yayımları Şirkəti | www.itv.az | e-mail: info@itv.az
webmaster: admin@itv.az