İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 

 

DƏM QAZINDAN (KARBON MONOKSİDDƏN) ZƏHƏRLƏNMƏ

 

Səbəbləri
Karbon monoksid təbii qazın və ya da neft məhsullarının yanması zamanı xaric olunan qazın natamam oksidləşməsidir. Tənəffüs zamanı bu qaz udulanda qan bədən üzvlərinə və hüceyrələrə oksigen  daşımaq qabiliyyətini itirməyə başlayır.
Evlərdə dəm qazının(karbon monoksidin) yaranma  səbəbləri mərkəzi istilik sistemlərləri, gaz cihazları və sobalardakı nasazlıqlarla bağlıdır. Havatəmizləyici  bacalar və borularda qazın çıxmasına əngəl törədən nasazlıqlar yarandıqda, insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar .
Hər il Böyük Britaniyada təqribən 50 adam dəm qazından( karbon monoksidindən) zəhərlənərək boğulur.
Avtomobillərdə də dəm qazının(karbon monoksidin) əsas mənbəyi xarıc olan qazdır. Avtomobilin bağlı qarajda 10 dəqiqə işləməsi şəraitində nəfas alan adamın qanında karbon monoksidinin miqdarı ölümcül həddə çata bilər

Zəhərlənmənin simptomları
Dəm qazı ilə (karbon monoksidlə) yüngül zəhərlənmənin simptomları spesifik olmaya bilər. Onlar viruslu soyuqdəymə, zökəm və ya qida zəhərlənməsindəki simptomlarla oxşardır.Yəni, zəhərlənmə baş ağrısı, ürək bulanma, qarın ağrısı, baş gicəllənməsi,  boğaz ağrısı  və quru öskürəklə muşahidə olunur.
Lakin zökəm virusundan fərqli olaraq, karbon monoksid qızdırma əmələ gətirmir.
Bu simptomlar uşaqlarda qarın narahatlığı, ürək bulanması və qusmayla müşahidə olunur.
Çox ağır zəhərlənmədə ürəyin sürətlə döyüntüsü, hiperventilasiya, şüurun qarışması, mürgü və ağır nəfəs alma halları ortaya çıxır. Özündən getmə və huşunu itirmə də istisna olunmur .
Dəm qazının(karbon monoksidin) təsirindən bəzi simptomlar bir neşə gün, hətta, aylar sonra üzə çıxa  bilər. Bu simptomlara şüurun qarışması, yaddaşın pozulması, və müvazinətin  itməsi ilə bağlı problmelər daxildir.

Zəhərlənmələrdən necə qorunmaq olar?
Belə  zəhərləmələrin qarşısını almaq mümkündür. Bu məqsədlə zəhərlənmələri doğura biləcək mümkün səbəblər barədə məlumatlı  olmaq, həmçinin, təsir riskini necə azaltmağın yollarını bilmək vacibdir.

Bu məqsədlə;

  1. Borular və bacalar mütəmadi yoxlanılmalıdır.
  2. Qaz cihazları və istilik sistemlərinin sazlığına daim və ciddi nəzarət edilməlidir.
  3. Qaz sızmasına qarşı etibarlı siqnalizasiya sistemi quraşdırılmalıdır.
  4. Avtomobilləri, motosikletləri və otbiçən aqreqatları bağlı qarajda işə salmamalı!

Eyni zamanda xəbərdarlıq siqnallarına diqqətlə əməl etməklə mümkün  nəticələrdən qaçmaq olar.
Karbon monoksidləşməsi aşağıdakı hallarda da olur 

  1. Evdə və işdə eyni simptomlardan şikayət edilirsə;
  2. Yaşadığınız və ya işlədiyiniz yerdən başqa bir yerə gedəndə simptomlar yoxa çıxırsa; 
  3. Simptomlar mövsümüdürsə;  (məs,  əgər qışda istilik sistemi daha çox istifadə edildikdə başağrıları başlayırsa )

Müalicəsi( İlkin tibbi yardım)
Zəhərlənən xəstə  əvvəlcə açıq havaya çıxarılmalı  və xəstəxanya gətirilməzdən əvvəl ona oksigen verilməlidir.
Yüngül zəhərlənənlər tam sağalırlar. Amma 10-50 faiz arasında ciddi zəhərlənənlər bundan uzun müddət əziyyət çəkməli olurlar.


 

 

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi