İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 

1-ci yarımfinal 20 may gecə 00:00
2-ci yarımfinal 22 may gecə 00:00
Final 24 may gecə 00:00

Azərbaycanı Eurovision-2008 müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə aşağıda qeyd olunan ölkələrdə promo-turlarla çıxış ediblər: Ukrayna, Yunanıstan, Finlandiya, İngiltərə, Sloveniya, Moldova, Latviya, Andorra, Malta, Gürcüstan. Qeyd edək ki, onların növbəti çıxışı mayın 9 Türkiyədə, "Park Orman"-nın səhnəsində gözlənilir. Bu konsert Bakı vaxtı ilə saat 21.00-da TRT int və TRT türk kanalları ilə canlı yayımlanacaq.

AZƏRBAYCAN «AVROVİZİON-2008» BEYNƏLXALQ MAHNI MÜSABİQƏSİNİN FİNALINA VƏSİQƏ QAZANDI
[21 May, 2008]
Serbiyanın paytaxtı Belqradda «Avrovizion-2008» Beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib. Elnur Hüseynov və Samir Cavadzadə ilk dəfə olaraq Avropanın ən nüfuzlu musiqi yarışmasında iştirak edən Azərbaycanın adını final mərhələsinə yazdırıb. Bu möhtəşəm musiqi bayramını Azərbaycan məkanında ekskuliziv olaraq İctimai Televiziya yayımlayıb. | ətraflı oxu >>

BU GÜN «AVROVİZİON-2008» BEYNƏLXALQ MAHNI MÜSABİQƏSİNİN İKİNCİ YARIMFİNAL MƏRHƏLƏSİ KEÇİRİLƏCƏK
[22 May, 2008]
Bu gün Serbiyanın paytaxtı Belqradda «Avrovizion-2008» Beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçiriləcək. Şounun keçiriləcəyi «Belqrad Arena»da hazırda iştirakçılarıın sonuncu məşqləri keçirilir. | ətraflı oxu >>
BU GÜN «AVROVİZİON 2008» BEYNƏLXALQ MAHNI MÜSABİQƏSİNİN İLK YARIMFİNALI KEÇİRİLƏCƏK
[20 May, 2008]
Bu gün Serbiyanın paytaxtı Belqradda «Avrovizion 2008» Beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. Ötən gün konsertin keçirələcəyi «Belqrad Arenada» iştirakçıların son məşqləri başa çatıb. | ətraflı oxu >>
AZƏRBAYCAN «AVROVİZİYA» MAHNI MÜSABİQƏSİNDƏ 8-Cİ YER TUTDU
[26 May, 2008]
Azərbaycan Avropa səhnəsində öz sözünü dedi. «Avroviziya» mahnı müsabiqəsi tarixində ilk dəfə iştirak edən ölkəmiz Serbiyanın paytaxtı Belqradda keçirilən yarışmada 43 Avropa ölkəsi arasında 8-ci yer tutdu. | ətraflı oxu >>

Elnur Hüseynov
1987-ci il martın 3-də Türkmənistanın Aşqabad şəhərində hərbçi ailəsində doğulmuşdur. Anası musiqi nəzəriyyəçisidir. 1992-ci ildə konservatoriya yanında istedadlı uşaqlar üçün ROXMİM-ə daxil olub, fortepiano sinfi üzrə təhsil almışdır. 1999-cu ildə Bakıya gələrək, 2000-ci ildə Tibb Texnikumunda diş texniki fakultəsinə daxil olmuşdur. 2001-ci ildə Asəf Zeynallı ad. Musiqi məktəbinə daxil olur. Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyir. 2003-cü ildə “Sing your Song” tele-layihəsində “Qran-pri” mükafatına layiq görülmüşdür. 2004-cü ildə məktəbi bitirdikdən sonra stilist-bərbər peşəsini öyrənmişdir. M. Maqomayev ad. Azərbaycan Dövlət Filarmoniyasında xor kapellasında, həmçinin kilsə xorunda işləmişdir. Sevda Məmmədovadan və Fidan Hacıyevadan dərs almışdır. Hal-hazırda Rəşad Haşımovdan dərs alır.

Samir Cavadzadə
1980 - cı il aprelin 16 Bakıda doğulmuşdur. Qaradağ rayonunun 233 saylı məktəbini bitirmrşdir. 1997 - ci ildə Bakı Biznes Universitetinin beynəlxalq iqtisadi əlaqələr fakultəsinə daxil olmuşdur. 1998 - ci ildə Cabbar Qaryağdi oğlunun adına 5 illik musiqi məktəbinə daxil olmuşdur. 3 il "Şeron" qrupunun solisti olduqdan sonra, öz solo karyerasına başlamışdı.

Bir sms`in qiyməti 0,50 AZN (ƏDV daxil)
Bir telefon nömrəsindən maksimum 20 səs göndərmək olar
İstədiyiniz ölkənin adını 8440 nömrəsinə göndərməklə o ölkəni dəstəkləyə bilərsiniz
Yalnız başqa ölkədən Azərbaycana səs göndərmək olar
Azərbaycan yalniz mayın 20 də keçiriləcək 1-ci yarımfinalda olan ölkələri dəstəkləyə bilər

No
Ölkə
Təşkilat
1. Çernoqoriya TVCG
2. İsrail IBA
3. Estoniya ERR
4. Moldova TRM
5. San Marino RTV
6. Belçika VRT/RTBF
7. Azərbaycan Ictimai TV
8. Sloveniya RTVS
9. Norveç NRK
10. Polşa TVP
11. Irlandiya RTE
12. Andorra RTVASA
13. Bosniya və Herseqovina BHRT
14. Ermənistan AMPTV
15. Niderland NOS
16. Finlandiya YLE
17. Rumıniya TVR
18. Rusiya RTR
19. Yunanıstan ERT


No Ölkə Təşkilat
1. Islandiya RUV
2. İsveç SVT
3. Türkiyə TRT
4. Ukrayna NTU
5. Litva LRT
6. Albaniya RTVSH
7. İsveçrə SRG/SSR
8. Çexiya CZCT
9. Belarus BTRC
10. Latvia LTV
11. Xorvatiya HRT
12. Bolqarıstan BNT
13. Danimarka DR
14. Gürcüstan GEGT
15. Macarıstan HUMTV
16. Malta MTPBS
17. Kipr CyBC
18. Makedoniya MKRTV
19. Portuqaliya RTP

 

 

 

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi