İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
Azərbaycan 2008 - Eurovisiya - rəqs müsabiqəsi

 

Sentyabrın 6-sı Şotlandiyanin Qlazqo şəhərində möhtəşəm Eurovisiya - rəqs müsabiqəsi keçiriləcək. Azərbaycanın ilk təmsilçiləri isə Eldar Cəfərov və Anna Sajina olacaq.

Eldar Cəfərov:
Eldar Cəfərov 1987-ci ildə Yekaterenburq şəhərində anadan olub. Eldar rəqs etməyə yeddi yaşında başlayıb. Həftədə bir dəfə özəl rəqs dərsləri alıb. Onun nə vaxtsa peşakar bal rəqqası olacağı hələ heç kimin ağlına gəlmirdi. Bir müddət sonra Eldar karyerasının başlanğıcı sayılan “Gəl rəqs edək” rəqs klubuna yazılır. Qeyd edək ki, həmin vaxt onun anası Natalya xanım musiqi məktəbində dərs deyirdi. O, məktəb və rəqs dərslərindən başqa piano çalmağı və tennis oynamağı da öyrənirdi. Amma zaman keçdikcə onun rəqsə daha çox üstünlük verdiyi məlum olub. İqtisadiyyat Universitetinin 3 kursunu bitirdikdən sonra o rəqqaslığını daha da inkşaf etdirmək üçün Ceri Abrat və Katerina Arzentonun məktəbində rəqs dərsləri almaq üçün İtaliyaya gedib. Yarım il ərzində o, gənclər üçün keçirilən ən mühüm dünya rəqs müsabiqələrinin birbaşa finalında iştirak edib və onların bir neçəsində qələbə qazanıb. Atası Namid Cəfərov oğlunun rəqqas olmağına qarşı çıxsa da, Eldarın arzusu həyata keçib. O, həm bal, həm də Latın Amerikası rəqslərində Azərbaycanı təmsil etməyə başlayıb və 2004-cü ildə ölkə çempionu adını qazanıb. Bundan sonra o, Avropa və dünya çempionatlarında iştirak etmək imkanı əldə edib. 2005-ci ilin yanvar ayında Eldar Anna Sajina ilə tanış olub və onlar birlikdə rəqs etməyə başlayıblar. Gənc və gözəl cütlük 2005-ci ildə ölkə çempinatında iştirak edib və çemponatın qalibi olublar. Hal-hazırda onlar bal rəqsləri, Latın Amerikası və 10 rəqs bölgüsü üzrə üçqat ölkə çempionudurlar. İndi Eldar demək olar ki, bütün vaxtını rəqsə sərf edir. Məşq edir, yarışır, dərs deyir, rəqs şouları göstərir. Cütlük sentrabrın 6-da keçiriləcək Eurovision Rəqs Müsabiqəsi 2008-də iştirak etmək imkanı qazanıb və onların milyonlarla tamaşaçı qarşısında öz bacarıqlarını nümayiş etdirmək üçün böyük şansları yaranıb.

Anna Sajina:
Anna Sajina - 24 yaşlı bu xanım İrkutsk şəhərinin Sibir vilayətində anadan olub. Hələ erkən yaşlarında o, öz dövrünün mütləq çempionları olan atası Serqey və anası Olqanın rəqs şəkilllərinə baxırdı. O, balerina olmağı həmişə xəyal edib. Anna özünü idman və incəsənətin müxtəlif növlərində sınayıb. Bir neçə dəfə rəqs studiosuna qəbul olma cəhdi uğursuz alınıb. Bunun səbəbi isə özünə düzgün tərəf müqabili seçməməsi olub. Anna 12 yaşında “Lotos” rəqs klubuna yazılıb və burada Nataliya və Vladislav İnkijekovlarla tanışlıq onun həyatını dəyişib. Onlar bu sahədə Annaya böyük dəstək olublar. Lakin zaman keçdikcə onda atası kimi hüquqşünas olmaq istəyi yaranıb. 18 yaşında bu sahədə daha çox bilik toplamaq üçün o, Sloveniyaya gedib. Sloveniyada qaldığı 3 il boyunca rəqslə də məşğul olub. Səhərdən axşama qədər işləsə də, o rəqs etməyə imkan tapıb. Nəhayət, Azərbaycanda sığorta şirkətlərindən birində iş təklifini qəbul edib. Buna görə də o, Bakı şəhərinə köçüb və həmin andan etibarən rəqqas olmaq arzusunu reallaşdırmaq imkanı yaranıb. O, Eldarla tanış olub və qısa müddət ərzində onlar cütlük kimi fəaliyyət göstərməyə başlayıblar. İşləməklə yanaşı o həm məşq etməyə, həm də müsabiqələrdə iştirak etməyə vaxt tapıb. Cütlüyün yaranma tarixindən və Annanın Bakıda işə başlamasından demək olar ki, 3 il keçib. Annanın sözlərinə görə Azərbaycanı Eurovision Rəqs Müsabiqəsi 2008-də təmsil etmək onun üçün həm böyük zövq, həm də böyük şərəfdir.


Eldar Cəfərov və Anna Sajinanın hazırladığı şou rəqsi

Musiqi: Cütlük Sara Braytman və Stiv Harlinin ifa edəcəkləri “Opera Fantomu” adlı məşhur myuzikldan bir musiqi parçası altında rəqs edəcək. Musiqi Azərbaycanın milli aləti olan tarla sintez olunacaq.

Rəqs: Qaydaya əsasən cütlüklər ancaq bir rəqs nümayiş etdirə bilərlər. Rəqsdə Pasodabl (Latın Amerikası rəqsi), “Odlar yurdu” (Milli rəqs), Rumba (Latın Amerikası rəqsi) və “Tanqo”nun (Bal rəqsi) elementləri də öz əksini tapacaq.

Geyim: Cütlüyün geyimləri də milli üslübda olacaq. Eldar qızılı rənglə işlənmiş velvet geyimdə, Anna isə ağ rəngli paltarda səhnəyə çıxacaq. Annanın geyimi sonradan Paso və Tanqo rəqsləri üçün müvafiq geyimə çevriləcək.

 

 

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi