Suriya ordusu İŞİD-in təhlükəsizliyinə cavabdeh olan şəxsi qətlə yetirib

Yan 12 Oxunub 256
Rate this item
(0 votes)

 

 

 

İŞİD terrorçuları 2016-cı ildə nəzarət etdikləri ərazilərdə 827 nəfəri qətlə yetirib.

Onlardan 25-i qadın və 22-i uşaq olmaqla 438-i mülki vətəndaşlardır. Ölüm faktları ən çox Hələb, Rakka, Homs, Həma, Deyr- əz-Zor, Hasaka və Dəməşqdə qeydə alınıb. Bu barədə “İnnfrad” portalı məlumat dərc edib. Statistikaya görə, qruplaşma üzvləri əsasən casusluqda ittiham etdikləri vətəndaşları güllələyərək və ya partlayıcı qurğulardan istifadə etməklə öldürüb.
Suriya ordusu Dəməşqin qərbindəki Vadi-Barada kəndində döyüşçülərə qarşı kütləvi əməliyyatlar keçirir. Əsas məqsəd buradakı su anbarlarını geri almaqdır. Terrorçuların su mənbələrini ələ keçirməsi səbəbindən artıq 2 həftədir ki, paytaxt əhalisi ciddi su çatışmazlığından əziyyət çəkir. Türk təyyarələri Əl-Bab bölgəsinə hava zərbələrini davam etdirir. Mərmilərdən bir neçəsi Bazaa və Tadif adlı yaşayış məntəqələrinə düşüb. Suriyanın SANA agentliyinin məlumatına əsasən, nəticədə 9 dinc sakin həlak olub, 57 nəfər yaralanıb. Suriya ordusunun elit bölümü “Cəbahat Fateh əl-Şam” qruplaşması ilə şiddətli döyüşdən sonra Bassima kəndindəki Əl-Ankaa yaşayış-tikinti assosiasiyasını geri almağa müvəffəq olub.

Rusiyalı tibb işçiləri Hələbin şərq hissəsində səyyar hospital açıb. Tibbi briqadalara cərrahlar, terapevtlər və pediatrlar daxildir. Artıq 100 nəfərin təcili yardım aldığı bildirilir. Xəstəxananın olduğu kvartal rus hərbçi və polisləri tərəfindən mühafizə edilir. Bundan başqa Rusiyaya məxsus qırıcılar “Cəbahat Fateh əl-Şam” qruplaşmasının işğalında olan Hələbin 3 kəndinə 15 hava zərbəsi endirib. Terrorçuların çoxlu sayda canlı qüvvəsi məhv edilib.

Suriya ordusu Palmiranın qərbindəki kənd bölgələrində məskunlaşmış terrorçuların mövqelərinə genişmiqyaslı hücum həyata keçirib.T-4 hərbi aeroportdan cənuba doğru başlayan həmlə nəticəsində böyük bir ərazinin İŞİD-çilərdən təmizləmək mümkün olub. Ekstremistlər səhranın dərinliklərinə qaçmağa məcbur olub. Ordunun tank diviziyası isə hərbi bazadan şərqə tərəf əks-hücuma keçib. Hökumət əsgərləri Homs şəhərinin şərqindəki İŞİD-çiləri artileriya atəşinə tutub. Nəticədə qruplaşmanın liderlərindən biri - terror təşkilatının təhlükəsizliyinə cavabdeh olan Hafs əl-Məşrifi qətlə yeirilib.

 

 

 

HomeDÜNYABritaniyada deputat qətlə yetirilib
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image