Bu ildən Bakıda keçiriləcək birinci sinfə qəbul qaydalarında yeniliklər edilib

Mart 14 Oxunub 607
Rate this item
(0 votes)

Bu ildən Bakıda keçiriləcək birinci sinfə qəbul qaydalarında yeniliklər edilib.

Artıq bu ildən valideyn sənəd qəbulu zamanı müəllimi seçmək imkanı da əldə edəcək. Belə ki, valideyn mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə elektron ərizəsi təqdim edəcəksə, müəllimi də özü seçə biləcək.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) informasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva 2017-2018-ci tədris ili üzrə Bakının ümumtəhsil müəssisələrinə birinci sinfə şagird qəbulu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

İ.Abdullayevanın sözlərinə görə, valideyn sistemdə tam qeydiyyatdan keçəndən sonra lazımi sənədləri məktəbə təqdim etməlidir. Bu zaman valideyn övladlarını özləri ilə məktəbə aparmırlar. Bu isə o deməkdir ki, məktəblərdə şagirdlərin əlavə müsahibəsi olmayacaq. Valideyn övladının məktəbə qəbulu üçün elektron formada doldurduğu sənədi, özünün və övladının şəxsiyyətini təsdiqləyən sənədinin əslini, məktəbəhazırlıq qrupunda təhsil almasına dair və sağlamlıq haqqında arayışları təqdim etməlidir. Bundan sonra valideynə məktəb tərəfindən qəbz verilir. Deməl, onun şagirdi birinci sinfə qəbul edilib.

Sektor müdiri diqqətə çatdırıb ki, digər bir yenilik lisey və gimnaziyalara qəbulla bağlı olacaq. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, 160 nömrəli Klassik Gimnaziyada 2017-2018-ci dərs ili üçün birinci sinfə qəbul üçün valideyn martın 15-dən mayın 31-dək elektron qaydada müvafiq sənədi doldurmalıdır. O deyib: “Şagird qəbul olunmaq istədiyi lisey və gimnaziyaların mikroərazisində yaşayırsa, o halda müsabiqədənkənar qəbul olunacaq. Şagirdlər yalnız elektron sistemdə qeydiyyatdan keçməklə məktəbə qəbul olunacaqlar. Mikroərazidə yaşamayan şagirdin valideyni elektron sənəd verəndən sonra “müsabiqəyə yazıl” bölməsində qeydiyyatdan keçməlidir. Sonradan şagird iyunda keçiriləcək müsabiqədə iştirak edəcək. Ancaq bu məsələdə üç məktəb istisnadır. Avropa Liseyi, Bülbül adına orta ixtisas məktəbi və Bakı İncəsənət Gimnaziyasına şagirdlərin qəbulu mikroərazidə yaşamasından asılı olmayaraq müsabiqə əsasında aparılacaq”.

İ.Abdullayeva bildirib ki, Bakıda yaşı 8-dən çox olan şagirdlərin də məktəblərdə təhsil alması imkanı yaradılır. Uşağın yaşı 8-i ötərsə, həmin valideyn qeydiyyatdan keçməli, övladının və özünün şəxsiyyətini təsdiqləyən sənədin əslini birinci və dördüncü günlər BŞTİ-də yaradılmış komissiyaya müraciət etməli, şəxsiyyət vəsiqələrini təqdim etməlidir. Bu zaman da valideynlər övladlarını gətirməməlidirlər. Sistemdə sağlamlıq imkanı məhdud olan uşaqlar üçün də qeydiyyat mümkündür. Bu halda valideyn övladının evdə təhsil alması üçün üçüncü və beşinci günlər 368 nömrəli məktəbdə yaradılmış komissiyaya müraciət edə bilər.

Digər yeniliyə əsasən, altı yaşı 2011-ci il sentyabrın 16-dan 2011-ci il dekabrın 31-dək tamam olan şagirdlərin qəbulunda da dəyişiklik edilib. Altı yaşı tamam olmayan, lakin ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar dövlət ümumtəhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilirlər. Özəl məktəbəhazırlıq qruplarını bitirən və ya digər hallarda altı yaşı tamam olmayan şagirdlər iyun-iyul aylarında keçiriləcək müsabiqədə iştirak edəcəklər.

European Qualifiers

XƏBƏR LENTİ

HomeELM VƏ TEXNOLOGİYADənizkənarı Milli Park ərazisində “İctimai internet” şəbəkəsi istifadəyə verilib (Fotosessiya)
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image