“Rossiya-24” telekanalı Bakıda keçirilən Şopinq Festivalı haqqında reportaj yayımlayıb (Fotosessiya)

Apr 20 Oxunub 380
Rate this item
(0 votes)

“Rossiya-24” televiziya kanalında Bakıda keçirilən Şopinq Festivalı haqqında reportaj yayımlanıb.

Reportajda bildirilir ki, festivalda alıcılara müxtəlif endirimlər, maraqlı mədəni proqramlar təklif edilir.

Andrey Şlapnikovun müəllifi olduğu reportajda Azərbaycanda mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərin təşkili edildiyi vurğulanır. Müəllif Bakı Şopinq Festivalını ölkədə turist axınının artırılmasına yönələn daha bir addım kimi dəyərləndirir. Oxşar festivalların Türkiyə, Dubay və Sinqapurda keçirildiyini deyən Andrey Şlyapnikov MDB məkanında ilk belə festivalın məhz Azərbaycanda təşkil edildiyini bildirir.

Reportaj müəllifi vurğulayır ki, Azərbaycan bu tədbirə Şərq koloritini qataraq özünəməxsus şəkildə yanaşıb. Bir ay ərzində sakinlər və qonaqlar mağazalarda xüsusi endirimlərdən yararlanır, Azərbaycan qonaqpərvərliyi ilə yaxından tanış olur, mədəni proqramdan zövq alırlar. İri Bakı molları, İçərişəhərdə açıq səma altında yerləşən dükanlar alıcılara müxtəlif məhsullar təklif edir. Qonaqlara çay, şirniyyat, suvenirlər təqdim olunur.

Dünyanın məşhur brendləri də bu təşəbbüsə məmnuniyyətlə qoşulublar. Belə ki, satışa istənilən zövqə və maddi imkana uyğun məhsul çıxarılıb. Mağazalar ikiqat gəlir əldə edir, Şopinq həvəskarları isə TAX FREE–dən yararlanırlar.

Telekanal azərbaycanlı marketoloqun fikirlərini də öyrənib. O bildirir ki, festivalda qiymətlər digər ölkələrlə müqayisədə olduqca aşağıdır. A.Şlyapnikov qeyd edir ki, Bakı Şopinq Festivalının əsas özəlliyi ondan ibarətdir ki, TAX FREE sistemindən xaricilərlə yanaşı, yerli əhali də yararlanır. TAX FREE-dən pulu geri almaq üçün aeroporta getməyə ehtiyac qalmır. Hər bir molda bunun üçün şərait yaradılıb. Festivalda nəinki dünya brendləri, həmçinin yerli istehsalçıların məhsulları da təqdim olunur.

A.Şlyapnikovun respondenti olan Bakı Şopinq Festivalının brend meneceri müsahibəsində bildirir ki, əvvəllər azərbaycanlılar digər ölkələrə festivala üz tuturdularsa, indi Azərbaycan özü belə bir festival keçirir. Buraya Yaxın Şərq, qonşu ölkələrdən gələnlər üstünlük təşkil edir.

Reportajda məlumat verilir ki, Bakı Şopinq Festivalı ildə iki dəfə keçiriləcək. Bu tədbirlərin ölkəyə ildə 50 milyon manata yaxın gəlir gətirəcəyi proqnozlaşdırılır. Təkcə ötən il Odlar Yurduna 2 milyondan çox turist gəlib. Şopinq festivalının təşkili ilə bu göstəricinin bir neçə dəfə artması gözlənilir. 

 

 

HomeİQTİSADİYYATMƏDƏNİYYƏTÜmumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakı prosesi çərçivəsində həyata keçirilən qlobal layihədir
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image