İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 
İQTİSADİYYAT
Untitled Document

NEFT 2 % BAHALAŞIB, QIZIL UCUZLAŞIR…
[25 fevral 2009]
Dünya bazarında neftin qiyməti 2 faiz artaraq 40 dolları keçib. Azərbaycan neftinin satıldığı London bircasında da neft bahalaşaraq 42 dollar yarımı keçib. | ətraflı oxu >>

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. | ətraflı oxu >>
BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. | ətraflı oxu >>
AZƏRBAYCANIN BANK SEKTORUNDA RİSQLƏR BÖYÜKDÜR
[25 fevral 2009]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri «Standart ənd Puurs» Azərbaycanın bank sektorundakı vəziyətlə bağlı açıqlama yayıb. Böhran dövründə bank sektoru və ölkə üzrə risqləri qiymətləndirən agentlik azərbaycanın bank sistemini 9-cu qrupa aid edib.| ətraflı oxu >>
 
Untitled Document

NEFTİN QİYMƏTİ MÜXTƏLİF İSTİQAMƏTLƏRDƏ DƏYİŞİB
[24 fevral 2009]
Dünya bazarında neftin qiyməti yenidən azalaraq Nyu-Yorkda 38 dollara düşüb. Azərbaycan neftinin satıldığı London birjasında əksinə, neft bahalaşaraq 41 dollar 29 sentə çatıb. | ətraflı oxu >>

BANKIN PULUNU QAYTARMAYANLARIN ÖLKƏDƏN ÇIXIŞINA QADAĞA QOYULA BİLƏR
[24 fevral 2009]
Azərbaycanlı bankirlərini daha çox kredit bazarının vəziyyəti maraqlandırır. Kredit qaytarmayan müştəriyə qarşı nə etmək lazımdır. Ölkə bankirləri xaricə köçən müştərini hədələməkdən tutmuş onu xaricə buraxmamağa qədər ən müxtəlif variantlar təklif edirlər.| ətraflı oxu >>
BÖHRAN IŞ ADAMLARININ FƏALIYYƏTINƏ DƏ TƏSIR EDIB
[24 fevral 2009]
Maliyyə böhranı azərbaycanlı iş adamlarının fəaliyyətinə müxtəlif cür təsir edib. Yerli şirkətlər ölkədə istehsalla bağlı çətinlik yaşamasalar da, xaricə ixrac etdikləri məhsulların satışının azalmasından şikayətlənirlər. | ətraflı oxu >>
BELARUS MƏHSULLARI BAKIDA
[24 fevral 2009]
Azərbaycanla Belarus iqtisadi sahədə əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Bu məsələ Minsk vilayəti sahibkarlarının Bakı səfərində müzakirə olunub. Belarus iş admmları azərbaycana 100-lərlə çeşiddə mal - ucuz və keyfiyətli ərzaq, «Maz» avtomobilləri və təbii ki, «Minsk» soyuducuları təklif edirlər. | ətraflı oxu >>
SAHİBKARLARA AYRILAN GÜZƏŞTLİ KREDİTLƏRDƏ DƏYİŞİKLİKLƏR VAR
[24 fevral 2009]
Yeri gəlmişkən, prezident bildirib ki, Sahibkarlığa Kömək Milli Fondundan ayrılan kreditlərin həcmi artırılacaq. Amma fondla bağlı gözlənilən dəyişikliklər bundan ibarət deyil. | ətraflı oxu >>
GÖMRÜK PROSEDURLARI DƏYİŞƏCƏK
[24 fevral 2009]
Azərbaycanın gömrük sistemində maraqlı yeniliklər gözlənilir. Bundan sonra Azərbaycana mal gətirən şəxslər ölkəyə «qırmızı», «yaşıl» və «sarı» dəhlizlərdən keçməli olacaqlar. | ətraflı oxu >>
BÖHRAN RUSİYA VƏ UKRAYNAYA CİDDİ ZƏRBƏ VURUB
[24 fevral 2009]
MDB-nin bəzi ölkələrinə isə böhran daha ciddi təsir edib. Bu ilin sonuna qədər Rusiya rublu dollar qarşısında bir qədər də ucuzlaşacaq və artıq ilin sonunda bir dollar 44 rubl olacaq. | ətraflı oxu >>
BÖHRAN XARİCDƏKİ DAŞINMAZ ƏMLAKI UCUZLAŞDIRIB
[24 fevral 2009]
Dünyadakı böhran xaricdə daşınmaz əmlakıvn ucuzlaşmasına səbəb olub. Rusiyada obyektlər 2 dəfə, Ukraynada isə 3 dəfə ucuzlaşıb. Bu sahədə çalışan ekspertlər bildirir ki, indi xaricdən obyekt almağın əsl vaxtıdır. Özü də təkcə böhranda deyil. Xaricdən obyekt almaq istəyənlər məsələn, olimpiya oyunlarının nə vaxt və harda keçiriləcəyini də izləmək lazımdır. | ətraflı oxu >>
 
Untitled Document

NYU-YORKDA NEFT 41 DOLLAR 21 SENTƏ SATILIR
[11 fevral 2009]
Dünya bazarında neftinin qiyməti ötən gün 39 dollara düşəndən sonra yenidən artmağa başlayıb.| ətraflı oxu >>

MANATIN UCUZLAŞMASI UZUN ÇƏKMƏYƏCƏK
[11 fevral 2009]
Azərbaycanda dollar manat münasibətləri diqqət mərkəzindədir. Son bir ayda Azərbaycan manatının dollar qarşısında cüzi də olsa, | ətraflı oxu >>
BÖHRANIN SƏBBƏKARI TAPILIB
[11 fevral 2009]
Bütün dünyanın maliyyə sistemini sarsıdan ipoteka böhranının səbəbkarı tapılıb. Hər şeyi araşqdırmağı sevən amerikalılar bankdan götürdüyü krediti qaytarmayan, bununla da ümummilli təşvişə və son nəticədə böhrana səbəb olan şəxsi tapıblar. Maliyyə epidemiyasına səbəb olan müştəri Kaliforniyada yaşayırmış. | ətraflı oxu >>
TİKİNTİ MATERİALLARI UCUZLAŞIR
[11 fevral 2009]
Dünyada baş verən maliyyə böhranı nəticəsində tikinti materiallarının ucuzlaşması yanvar ayında da davam edib. Bazarı araşdıran «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin açıqladığı hesabata görə,| ətraflı oxu >>
PENSIYALARIN SIĞORTA HISSƏSI ARTIRILIB
[11 fevral 2009]
Minimum pensyanın artması isə qiymətlərdən asılı olacaq
Pensiyaların sığorta hisəsinin artırılmasıyla bağlı prezidentin sərəncamından sonra ölkədə pensipyaların orta məbləği 99 manata çatacaq. O ki, qaldı pensiyaların baza hisəsinin, | ətraflı oxu >>
MALİYYƏ NAZİRLİYİ YENİDƏN QURULUR
[11 fevral 2009]
Maliyyə nazirliyinin strukturu dəyişdirilir. Prezident İlham Əliyevin bu barədə imzaladığı fərmana əsasən nazirliyin bütün idarə və şöbələri ləğv edilir və bundan sonra nazirlik həmni qurumların bazasında yaradılan bir neçə agentlik və dövlət xidmətindən ibarət olacaq. | ətraflı oxu >>
PLASTİK KART İSTİFADƏÇİLƏRİ ÜÇÜN LOTEREYA KEÇİRİLƏCƏK
[11 fevral 2009]
Azərbaycan hökuməti ölkədə plastik kartlardan istifadəni həvəsləndirmək üçün yeni kampaniyaya hazırlaşır. Hələlik layihə şəklində olan təkliflərə görə, bundan sonra kartdlan istifadə edənlər arasında lotereya keçiriləcək.| ətraflı oxu >>
AVROPADA MİQRANTLARA QARŞI MÜHARİBƏ BAŞLAYIB
[11 fevral 2009]
Avropada əmək miqrantlarına qarşı əsl müharibə elan edilib. İqtisadi böhran və işsizliyin artması Avropa ölkələrini öz vətəndaşları üçün iş yerləri axtarmağa vadar edib. Və onlar xaricilər tərəfindən tutulan iş yerlərini yerlilər üçün boşaltmağa başlayıblar. | ətraflı oxu >>
ÖLKƏYƏ UCUZ QİYMƏTƏ İRAN SEMENTİ GƏTİRİLƏCƏK
[11 fevral 2009]
İran sahibkarları Azərbaycanın tikinti materialları bazarına daxil olmaq niyyətindədirlər – özü də ucuz qiymətlə. Bakıda keçirilən İran sərgisinin iştirakçıları əmin edir ki, | ətraflı oxu >>
 
Untitled Document

İNTERNETİN QİYMƏTİ KƏSKİN UCUZLAŞACAQ
[3 fevral 2009]
Bu gün ən maraqlı hadisələr Azərbaycanın internet bazarında baş verir. İntirnet xidməti göstərən dövlət şirkətlərinin ardınca, özəl prorvayderlər də qiymətləri aşağı salmağa başlayıblar. Bir neçə şirkət qiymətlərin müxtəlif formada azaldıldığını elan ediblər. | ətraflı oxu >>

BƏZİ BANKLAR KREDİT VERMƏYİ YENİDƏN DAYANDIRIB
[3 fevral 2009]
Bu il Azərbaycan bankları üçün mürəkkəb il olacaq. Bu vəziyyətdə dövlətin yerli banklara kömək etməsi yerinə düşərdi. Bunu Dünya Bankının nümaynədələri bildirir. Bankın təmsilçisi Donna Koyrolanın sözlərinə görə,| ətraflı oxu >>
KREDİTİ QAYTARMAYAN MÜŞTƏRİLƏRİ MƏHKƏMƏ VƏ HƏBS GÖZLƏYİR
[3 fevral 2009]
Bəzən isə problem bankın müştərilərində yaranır. Bir neçə ay əvvəl yaşanan kredit bumunda bəziləri kredit götürərkən imkanlarını yaxşı ölçüb-biçmədiyinə görə, indi krediti qaytara bilmir.| ətraflı oxu >>
NEFT 40 DOLLARA DÜŞÜB
[3 fevral 2009]
Dünya bazarında neftin qiyməti 40 dollara düşüb. İndi Nyu-Yorkda neft 40 dollar 18 sentə, Londonda isə brent nefti 44 dollar 19 sentə satılır. Ötən gün Azərbaycan nefti də 1 dollar ucuzlaşaraq 46 dollar 76 sentə düşüb. | ətraflı oxu >>
MƏNZİLLƏRİN QİYMƏTİ NEFTDƏN ASILIDIR
[3 fevral 2009]
Neftin qiyməti təkcə dövlət büdcəsinə və neft şirkətlərinin gəlirlərinə təsir etmir. Son illər dünya bazarında neftin və daşınmaz əmlakın qiymətlərni araşdıran mütəxəsislər onların arasında əlaqə tapıblar. Yəni neftin qiymətinin dəyişməsi mənzillərə də təsir edir.| ətraflı oxu >>
2009-DA İNFLYASİYA 10 %-DƏN ÇOX OLMAYACAQ
[3 fevral 2009]
Bu il Azərbaycanda birrəqəmli inflyasiya gözlənilir, yəni qiymət artğımı 10 faizdən çox olmayacaq. Bu barədə Dünya Bankının Azərbaycan üzrə keçmiş regional direktoru Donna Douset Koyrola məlumat verib. | ətraflı oxu >>
 

ARXİV



 

 

 

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi