İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 

İsmayıl ÖMƏROV: “Biz heç kim üçün vasitə ola bilmərik”

 

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovun APA-ya müsahibəsi

Avqustun 29-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasından 3 il ötür. Bu münasibətlə APA şirkətin baş direktoru İsmayıl Ömərovdan müsahibə alıb.

- Bu gün İctimai Televiziyanın fəaliyyətə başlamasından üç il ötür. Ötən müddət ərzindəki fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- Üç ildə İctimai Televiziyanın hansı səviyyədə fəaliyyət göstərdiyini Azərbaycan cəmiyyətindən və ziyalılarından soruşmaq lazımdır. Hesab edirəm ki, cəmiyyətin İctimai Televiziyadan razılığı var. Baş direktor kimi kollektivin formalaşdırılması, maddi texniki bazanın qurulması, verilişlərin rəngarəngliyi, proqram siyasətinin təşkil olunması baxımından xeyli dərəcədə peşəkarlaşmış, dünya televiziya sistemindən bəhrələnməyə can atan və bəhrələnmiş bir kanal qurmağa nail olmuşuq. Bu özündən razılıq deyil. Biz həmişə verilişlərimizi müzakirə edəndə tərif əvəzinə tənqidi qeydlərimizi diqqətə çatdırırıq. Sadəcə olaraq, böyük yükün altına girmişik, ayrı cür işləməyə haqqımız yoxdur. Başqa televiziya kanallarının dara düşəndə bəhanə yerləri var. Bizim isə buna haqqımız yoxdur. Əsas uğurlarımız hələ qabaqdadır.

- Maddi-texniki bazanız tam təmin olunub?

- Dünyanın ən aparıcı telekanalları da deyə bilməz ki, onlar maddi-texniki baza ilə tam təmin olunub. Bu sahədə daim yeniləşmələr gedir. Biz elə texniki avadanlıqlar almaq istəyirik ki, uzun ömürlü olsun. Biz Azərbaycan teleməkanında xeyli dərəcədə fərqli və üstün texnikaya malik televiziya kanalıyıq. Bizdə olan studiyalar, onların texniki təminatı inanmıram ki, Azərbaycanda başqa hansısa kanalda olsun. Bütün bunlar dövlətin qayğısından irəli gəlir.

- Ötən il İTV-nin büdcəsi ilə bağlı narahatçılığınız yaranmışdı. Bu məsələni necə həll etdiniz?

- 2007-ci ildə belə bir narahatçılıq olub. Ancaq elə bir ciddi problemlər yaşamadıq. Bu il büdcəmiz normaldır. Yəqin gələn il də normal olacaq. Bu mənada bizim gileylənməyə haqımız yoxdur.

- İTV fəaliyyətə başlayanda maraqlı layihələrlə çıxış etsə də, sonradan bu layihələrin efirə getməsi bir qədər səngidi. Bunun səbəbi nədir?

- Uzun ömürlü layihələr çox az olur. Televiziya daim yeni layihələr tələb edir. Layihələr nə qədər maraqlı və cəlb edici olsa da, bir müddətdən sonra tamaşaçı ondan doyur. İndi bizim ən böyük marağımız beynəlxalq layihələrə üstünlük verməkdir. Biz müxtəlif ölkələrlə telekörpülər yaratmaq istəyirik. Yaxın günlərdə başlayacaq “Eurovision junion”la məşğuluq. Bundan başqa, növbəti “Eurovision” yarışmasına hazırlaşırıq. Bütün bu işlər çox böyük əziyyət tələb edir.

- Kollektivdən razısınız?

- Əsas odur ki, kollektiv məndən razı olsun. Mən bir dəfə demişəm ki, ən böyük layihəm bu kollektivdir. Mən onların intellekti və peşəkarlığı ilə fəxr edirəm.

- Uzun müddət efirdə olan jurnalist kimi baş direktoru olduğunuz İTV-də hansısa layihə ilə çıxış etmək fikriniz yoxdur ki?

- Əgər kasadlıq olsaydı eləyəcəkdim. Yeni başlayanda belə bir fikrim var idi ki, əgər ictimai-siyasi verilişlərin aparıcılığı cəhətdən dara düşsək, özüm veriliş aparım. Amma bizim belə bir çətinliyimiz olmadı. Bizdə heç bir veriliş bir nəfərdən asılı deyil. Hər verilişin alternativ aparıcısı və müəllifləri var.

- O vaxt demişdiniz ki, Azərbaycanda jurnalist kollektivinə ən yüksək məvacibi İTV verir. İndi vəziyyət necədir?

- Biz yenə də ən yüksək məvacib veririk. Beynəlxalq təşkilatların, səfirliklərin və dövlət qurumların köməkliyi ilə bizim İTV əməkdaşları ən çox xarici səfərlərə gedən kollektivdir. Bundan başqa, biz kollektiv üçün Quba rayonunda böyük bir istirahət mərkəzi tikmişik. Bu günlərdə onun açılışı olacaq. Əməkdaşlarımız rahat şəkildə gedib orada öz ailələri ilə istirahət edə biləcəklər. Biz həmin istirahət mərkəzində Mətbuat Şurası üçün də yer ayırmaq fikrindəyik. Bu şuranın xətti ilə digər həmkarlarımız da gedib həmin istirahət mərkəzində dincələ biləcəklər.

- İTV cəmiyyətdə və siyasi qüvvələr arasında balansı necə qoruyur?

- Biz Azərbaycan jurnalistikasında yeni bir demokratik təsisat qurmaq istəyirik. “İctimai Televiziya haqında” qanunda 9 bənddən ibarət nəzərdə tutulan iş prinsipini pozmaq haqqımız yoxdur. Bütün siyasi qüvvələr İTV-ni öz evi bilir. Bir iki nəfər nəsə danışırsa, özləri bilər.

- Bəzi müxalifət partiyalarının liderləri İVT-yə dəvət olunmur...

- Siz bu sırada adı çəkilən bir nəfəri göstərin.

- Əli Kərimli, İsa Qəmbər...

- Əli Kərimlinin də, İsa Qəmbərin də istənilən tədbirini yüksək səviyyədə işıqlandırmışıq. Hələ onların elə bir tədbiri olmayıb ki, biz onu operativ şəkildə yüksək mədəniyyətlə efirə verməyək. Sadəcə olaraq, bəzi siyasi qüvvələr balans söhbətlərini xatırlatmaqla özlərinin siyasi passivliyini bizim ekran vasitəsiilə aktivləşdirmək iddiasındadırlar. Biz heç kim üçün vasitə ola bilmərik. Onlar istənilən vaxt bizim efirimdən çıxış edə bilərlər. İTV-də olan “Yekun” verilişinin ekspertləri arasında Sülhəddin Əkbər, Qabil Hüseynli, Rasim Musabəyov kimi şəxslər var. Biz heç kəsə fərq qoymuruq, millətimizə nə lazımdırsa onu da efirə veririk. Tədbirlərini az işıqlandırdığımıza görə Yeni Azərbaycan Partiyası da bizi ittiham edir. Nə vaxt Əli Əhmədovu, Siyavuş Novruzovu bayaq adını çəkdiyim şəxslər qədər efirdə görübsüz?

- Azərbaycanda keçiləcək prezident seçkisində namizədlərin pulsuz təbliğatı İTV-də həyata keçiriləcək. Buna hazırlığınız hansı səviyyədədir?

- Biz məsuliyyətimizi dərk eləyirik. Seçkini heç bir tərəfə əyilmədən, yüksək səviyyədə obyektiv və operativ şəkildə işıqlandıracağıq. Artıq seçki ilə əlaqədar xüsusi studiya yaratmışıq. Hesab edirəm ki, heç bir tərəfin tənbehinə tuş gəlməyəcəyik.

- İTV-nin baş direktoru kimi səlahiyyət müddətiniz nə vaxt başa çatır?

- Gələn il.

- Yenidən bu vəzifəyə namizədliyinizi verəcəksiniz?

- Mənim bir iş yerim olub - televiziya. Belə görürəm ki, ömrümün axırına kimi televiziyada işləyəcəyəm.

 

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi