İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 

İctimai Televiziya ABŞ prezidentliyinə namizədlərin debatlarını yayımlayacaq

 

 

Namizədlər regional, o cümlədən Gürcüstanda baş verən hadisələrlə bağlı da müzakirələr aparacaqlar

Noyabrda Amerika Birləşmiş Ştatlarında keçiriləcək prezident seçkilərinə qatılan resbublikaçı namizəd Con Makkeynlə rəqibi demokrat Barak Obama arasında keçiriləcək debatlar İctimai Televiziya ilə yayımlanacaq. Qeyd edək ki, bu barədə razılıq hələ 2007-ci ilin sentyabr ayında əldə olunub. Layihə barədə konkret detalları müzakirə etmək məqsədiylə IREX Mediaya Yardım Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Şeldon Markoff və ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin yeni rəhbəri Terri Davidson bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovla görüşüb.
Layihənin tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağını deyən İ.Ömərov bildirib ki, ABŞ-da prezidentlik uğrunda mübarizə aparan şəxislərin kimliyi digər ölkələr kimi Azərbaycan auditoriyası üçün də maraq kəsb edir: “İndiyədək bu debatlardan Azərbaycan tamaşaçıları yalnız xəbər formasında məlumatlandırılıblar. Amma İctimai Televiziya ilk dəfə olaraq debatları tam təfərrüatı ilə auditoriyaya çatdıracaq”.
Terri Davidson bildirib ki, bu ilki debatlar ötən seçkilər ərəfəsində keçirilənlərdən əsaslı formada fərqlənəcək. Belə ki, prezidentliyə namizədlər digər məsələlərlə yanaşı, regional, o cümlədən Gürcüstanda baş verən hadisələrlə bağlı da müzakirələr aparacaqlar.
IREX Mediaya Yardım Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri isə İctimai Televiziya ilə əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını bildirib: “Təşkilatımızın keçirdiyi sorğularda İctimai Teleradio daim öncül yer tutur. İnsanlar Sizin məqsəd və məramınızı bilir və bunu yüksək qiymətləndirirlər. Seçki ərəfəsində də auditoriya bəyənilən fəaliyyətinizi görür və təqdir edir”.
Qeyd edək ki, bu, IREX ilə İctimai Teleradio arasında reallaşdırılan sayca ikinci telelayihədir. Bundan əvvəl isə, adıçəkilən qurum İctimai Televiziyada xeyli müddətdir ki, yayımlanan "Çarpaz baxış" verilişini birgə təqdim etmişdi. Parlamentin cari fəaliyyəti və qəbul olunan qanunların geniş müzakirə olunduğu bu proqram böyük tamaşaçı auditoriyası qazanmışdı.
Görüşdə gələcəkdə reallaşdırılacaq birgə yeni layihələr barədə də geniş fikir mübadiləsi aparılıb.



 

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi