İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətə başlamasına həsr olunmuş mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!

 

Bu gün çox əlamətdar bir gündür. Azərbaycanda İctimai Televiziya yaranır və bu gün fəaliyyətə başlayacaqdır. Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. Əminəm ki, İctimai Televiziya Azərbaycanın televiziya məkanında özünəməxsus yerini tutacaq və qısa müddət ərzində tamaşacıların rəğbətini qazanacaqdır. Mən bu gün televiziyadakı avadanlıqla tanış oldum. Deyə bilərəm ki, burada quraşdırılan avadanlıq ən yüksək standartlara cavab verir. Artıq demək olar ki, televiziya fəaliyyətə hazırdır.
İctimai Televiziyanın yaranma tarixi bizim hamımıza bəllidir. Bu barədə çox danışmaq istəməzdim. Hesab edirəm ki, televiziyanın bu il yaranması xüsusi əhəmiyyət daşıyır. Heç kəs üçün sirr deyil ki, İctimai Televiziyanın yaranması Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri idi. Biz bunu etməliydik. Ancaq eyni zamanda televiziyanın yaranması bir zərurət idi. Azərbaycanda fəaliyyət göstərən müxtəlif kütləvi informasiya orqanları, o cümlədən televiziya kanalları əhaliyə kifayət qədər dolğun məlumat çatdırırlar. Ancaq tam şəkildə müstəqil İctimai Televiziyaya da böyük ehtiyac var idi.
Mən bu barədə öz fikirlərimi dəfələrlə bildirmişəm və bir daha demək istəyirəm ki, Azərbaycanda sözün əsil mənasında müstəqil mətbuata, KİV-lərə böyük ehtiyac vardı. İctimai Televiziyanın yaranması bu istiqamətdə atılan çox böyük və önəmli addımdır. Mən ümid edirəm ki, bir müddətdən sonra Azərbaycanda sözün əsil mənasında müstəqil KİV-lər yaranacaqdır.
Azərbaycan keçid dövrünü yaşayır. Ölkəmiz bir ictimai quruluşdan digər ictimai quruluşa addımlayır. Belə olan halda təbii ki, ilk növbədə mətbuat orqanlarını siyasi təzyiqlər daha çox olur. Mətbuatın böyük əksəriyyəti siyasi dairələrin təsiri altındadır. Yenə də demək istəyirəm ki, bəlkədə bu təbii prosesdir. Ancaq hər bir mərhələnin sonu var, son həddi var. Ümid edirəm ki, Azərbaycanın hərtərəfli inkişafı, Azərbaycanda gedən siyasi proseslər, demokratikləşmə prosesləri ölkəmizə yeni ab-hava gətirəcəkdir.
Azərbaycanın ictimai həyatı kifayət qədər zəngindir. Azərbaycanda baş verən hadisələr, o hadisələrin təhlili, regionda gedən proseslər və Azərbaycanın bu proseslərdə rolu və əhəmiyyəti, əlbəttə, böyük maraq doğurur. Şübhəsiz ki, İctimai Televiziyanın fəaliyyətində böyük yer tutacaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin üzləşdiyi problemlər, işsizlik, yoxsulluq, korrupsiya ilə mübarizə, demokratik və hüquqi dövlətin qurulması prosesi və s. cəmiyyətimizin əsas hissəsini narahat edən məsələlərdir.
Ölkəmizin milli maraqlarının qorunması işində mətbuatın böyük rolu vardır. Biz dəfələrlə şahidi olmuşuq ki, bəzi hallarda Azərbaycan mətbuatında müəyyən informasiyanın çıxması bölgədə əks səda doğurur. Biz bu məsələdə də çox həssas olmalıyıq. Bilməliyik ki, Azərbaycan müharibə şəraitində yaşayır. Ölkəmizdə gedən həm mənfi, həm də müsbət proseslər şübhəsiz ki, düşmən tərəfindən izlənilir və buna ciddi reaksiya verilir. Mən öz işimdə mətbuata həmişə dəstək verməyə çalışmışam. Bu gün də bu siyasəti aparıram. Hesab edirəm ki, qəbul edilmiş qərarlar bunun əyani sübutudur. Gələcək fəaliyyətimdə də çalışacağam ki, Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanlarına öz köməyimi, dəstəyimi verim. Mən əminəm ki, normal, hüquqi demokratik dövlətin qurulması işində KİV-lərin çox böyük əhəmiyyəti var və bu əhəmiyyət getdikcə artır. Azərbaycan parlament seçkiləri ərəfəsindədir və bəzi hallarda ictimai televiziyanin məhz bu ərəfədə yaranmasında parlament seçkiləri ilə əlaqələndirilirdi. Şübhəsiz ki, bu amil də var. Lakin parlament seçkləri noyabrın 6-da olacaq, ancaq İctimai Televiziyanın qarşısında böyük vəzifələr durur və onun qarşısında böyük yol var. Əlbəttə, seçkilərlə bağlı televiziyanın fəaliyyəti çox böyük önəm daşıyır. Mən əminəm ki, deputatlığa bütün namizədlər İctimai Televiziya vasitəsilə öz seciçilərinə birbaşa müraciət edəcəklər və onları hamısına eyni şərait yaradılacaqdır.
Mən ümid edirəm ki, İctimai Televiziya Azərbaycanda özünəməxsus və çox önəmli yerini tutacaqdır. Yenə də demək istəyirəm, ümidvaram ki, tamaşaçıların rəğbətini qazanacaq və gələcəkdə ölkəmizin hərtərəfli inkişafı üçün öz mühüm rolunu oynayacaqdır.
Mənə verilən məlumata görə televiziyada işləyən mütəxəssislərin hazırlıq səviyyəsi, peşəkarlıq səviyyəsi də çox yüksəkdir. Ümid edirəm, bütün bu amillər imkan verəcək ki, İctimai Televiziya Azərbaycanın teleməkanında çox önəmli rol oynayacaqdır.
Mən İctimai Televiziyanın fəaliyyətinə uğurlar arzulayıram. Televiziyada çalışanlara cansağlığı, xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, Azərbaycan mətbuatı, televiziyası inkişaf etsin, və xalqımıza ləyaqətlə xidmət etsin. Bayramınız bir daha mübarək olsun.
Sağ olun.

 

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi