İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovun nitqi

 

Bu, adi bir təşkilatın, şirkətin yaranması, doğum tarixi deyil. Bu neçə illərdən bəri ən gərgin diskussiyaların baş mövzusu olan, müxtəlif dairələrdə müzakirə edilən, bütün xalqı, ictimaiyyəti maraqlandıran, uzun müddət gündəmdən düşməyən, hamının həsrətlə, intizarla, bəlkə də inadkarlıqla gözlədiyi yeni demokratik, şəffaf bir institutun yaranması günüdür. Mətbuat, elektron kütləvi informasiya vasitələri bəlkə yeganə sahədir ki, onlardan heç bir korluq çəkmirik. Saysız-hesabsız qəzetlərimiz, çoxlu teleradio kanallarımız var. Amma zənnimcə, əsas məsələ sayda, kəmiyyətdə deyil. Açıq etiraf edək ki, qəzet və jurnal, televiziya və radio bolluğuna baxmayaraq, yenə də tərəfsiz və qərəzsiz, obyektiv informasiyaya ehtiyacımız böyükdür. Məhz buna görə də Azərbaycanın efir məkanında yerimiz dar olmayacaq. Əksinə, efir məkanındakı boşluqları doldurmağa ciddi ehtiyac duyulur və İctimai Televiziya da bu ehtiyacdan yaranıb.

Şirkətin yaranma tarixindən geniş danışmağa lüzum görmürəm. Yəqin çoxlarının yetərincə məlumatı var. Ona görə də yalnız xüsusi açıqlamaya ehtiyacı olan bir neçə məqam üzərində dayanmaqla kifayətlənəcəyəm. Keçdiyimiz yol əslində çox uzun və həm də qısa yoldur. Uzundur ona görə ki, neçə ildir İctimai Televiziya ətrafında gərgin müzakirələr aparılır.Qısadır ona görə ki, onun ərsəyə gətirilməsinə cəmi 3 ay vaxt verildi. Hamı bilirdi ki, bu mümkün deyil. Çünki teleradio öz strukturuna görə çox mürəkkəb bir sahədir. Burada bir-birilə qırılmaz surətdə bağlı olan texniki - təsərrüfatı və yaradıcı işləri eyni ahənglə qurmaq bacarığı tələb olunur.

Açığını deyim ki, İctimai Teleradionu qurmaq üçün ayrılan vaxtın təxminən bir ayı da müəyyən səbəblər ucbatından hədər getdi. Xeyli müddət Radiozavoda ayaq döydük. Necə deyərlər, hətta "prorablıq" etdik, layihə hazırlatdıq. Ora namünasib olduğundan daha sonra keçmiş "Ozon" zavodunun inzibati binasında "məskunlaşdıq". Yalnız iki ay əvvəl həmin binanın təmirinə, studiyaların qurulmasına başladıq və avadanlıq sifariş etdik.

Bütün bunlar azmış kimi, şirkətin yarandığı ilk gündən bizə qarşı fasiləsiz mənəvi təzyiqlər, basqılar başladı. İstər rəsmi, istərsə də qeyri-rəsmi dairələrdən işimizə mane olmaq, İctimai Teleradionun efirə çıxmasını əngəlləmək istəyənlər vardı. Mən dəfələrlə öz müsahibələrimdə demişəm yenə də təkrar edirəm, İctimai Teleradionun yaranmasında ən böyük qayğı göstərən, onun ən böyük təəssübkeşi, himayədarı cənab Prezidentdir. Ona görə də cənab Prezidentə bütün kollektivimiz adından dərin təşəkkürümü bildirirəm.

Bilirsiniz, qeybət etmək asan, iş görmək çətindir. Mənim barəmdə, ümumən başçılıq etdiyim şirkət barəsində mətbuat, ayrı-ayrı televiziyalar tərəfindən yayılan iftira və böhtanlara cavab verməyə sadəcə vaxtımız yox idi. Biz əslində qeyri-mümkün olan bir işə başlamışdıq və bunu bacardıq. Bədxahlarımıza cavabımız da gördüyümüz bu nəhəng işdir, İctimai Teleradionun nəzərdə tutulan vaxt efirə çıxmasıdır. Çünki bilirdik: bu televiziya xalqa lazımdır, xalq efirə çıxmağımızı intizarla gözləyir. Şükürlər olsun ki, bu intizara son qoya bildik.

Biz, cəsarətlə deyə bilərəm ki, çox çətin bir vəzifənin öhdəsindən layiqincə gəldik. Cəmi 2-3 ay ərzində çox mürəkkəb mexanizmi işə sala bildik. Eyni zamanda xeyirxahlarımızı da, bədxahlarımızı da tanıdıq. Xalqımızın dəstəyi, xalqımızın istəyi qarşısında sonuncular təbii ki, aciz və pərişan qaldı. Biz millətimizin arzuladığı ən şəffaf və demokratik evin, cəmiyyətin arzusunda olduğu müasir bir institutun təməlini qoyduq.

Şirkəti qurmaq, texniki problemləri nizamlayıb həll etmək məsələnin yalnız bir tərəfidir. Biz öz yüksək peşəkarlığı, milli-mənəvi dəyərlərimizdən qaynaqlanan dərin elmi-publisistik məziyyətləri, estetik tələblərə cavab verən, cəlbedici formatı ilə seçilən verilişlər hazırlamasaq, gördüyünüz bu quruculuq işlərinin və ən müasir texnikanın belə, heç bir dəyəri olmaz. Biz tamaşaçılarımızı, dinləyicilərimizi ən müasir televiziya avadanlığı və cəlbedici tikinti- abadlıq işlərimizlə deyil, verilişlərimizlə əyləndirmək, sevindirmək və hətta heyrətləndirmək istəyirik. Ona görə də bütün əməkdaşlarımız ciddi yaradıcılıq axtarışındadır. Heç şübhəsiz, İctimai Teleradio ən obyektiv və operativ informasiya mənbəyi olacaq. Elmi-publisistik proqramlarımızla böyük auditoriyanın maarifləndirilməsinə, cəmiyyəti düşündürən problemlərin həllinə öz töhfəmizi verəcəyik.

Yeri gəlmişkən, müəyyən dairələrin ciddi-cəhdlə formalaşdırmaq istədikləri yanlış rəyə də münasibət bildirmək istərdim. Düzdür, Azərbaycan Avropa Şurasına daxil olarkən üzərinə İctimai Televiziya ilə bağlı öhdəlik götürmüşdü. Lakin, buna sadəcə öhdəlik, yaxud sifariş kimi baxmaq doğru olmaz. Bu getdikcə demokratikləşən mühitdən, vətəndaş cəmiyyəti quran Azərbaycan xalqından gələn sifarişdir. Cəmiyyətin bu gün sözün əsl mənasında tərəfsiz, qərəzsiz telekanala, obyektiv, doğru- dürüst informasiyaya ehtiyacı var. Bir qədər əvvəl dediyim kimi, İctimai Teleradionun həyata vəsiqə almasını şərtləndirən əsas amil də məhz budur.

Təkcə şirkətimizin kollektivi üçün deyil, bütün xalqımız üçün çox xoş olan bir gündə onu da ürəkağrısı ilə xatırlayıram ki, bəziləri bizi xaricilərlə, Avropa Şurası ilə, ATƏT-lə hədələyir, qorxudurdular. Bəs reallıq necədir? Elə ki, həmin əcnəbilər şirkətə gəlib əzəmətli işlərimizi öz gözləri ilə gördülər, yanlış təsəvvürləri dərhal alt-üst oldu. Tam səmimi deyirəm: bu həyətə, binaya, otaqlarımıza ayaq basan hər bir əcnəbi işimizdən razı qalıb, heyranlığını gizlətməyib. Bəli, biz avropalıları da heyrətləndirməyi bacarırıq. Bunun özü də bədxahlarımıza tutarlı cavabdır. Necə deyərlər, görünən dağa bələdçi nə lazım?

Çox haqlı olaraq televiziyanı dünyaya açılan pəncərə adlandırırlar. Bu pəncərədən Azərbaycan həqiqətləri, xalqımızın tarixi, milli-azadlıq mücadiləsi, zəngin mədəniyyəti, onun ölməz musiqisi, ədəbiyyatı və incəsənəti aydın və parlaq çalarlarla görünəcək. Azad sözün, azad fikrin carçısı olan İctimai Teleradioda xalqın fikri, ictimaiyyətin mövqeyi əsas götürüləcək. "İctimai qəzet"in bu sayında verilişlərimizin ilk həftəsinin proqramı dərc olunub. Proqramımızı tərtib edərkən ilk növbədə ictimai rəyi əsas götürmüşük. Yeri gəlmişkən deyim ki, şirkətimizdə ictimai rəyi öyrənən xüsusi bölmə fəaliyyət göstərir və artıq ilk sosioloji sorğu keçirmişik. Bu iş mütəmadi davam etdiriləcək və sorğuların nəticələrinə uyğun olaraq proqramlarımızda müvafiq dəyişikliklər ediləcək.

Əlbəttə, biz baş verənləri bir seyrçi kimi müşahidə edib onu naturalistcəsinə efirə verməklə öz missiyamızı bitmiş hesab etmirik.Çalışacağıq ki, İctimai Teleradio milli həmrəyliyin, vətəndaş cəmiyyətinin yaranmasında bir mərkəz, demokratik institut rolunu oynasın. Hamını əmin edirəm ki, bu, belə də olacaq.

Bu gün İctimai Televiziya Azərbaycanın hər bir guşəsinə, hər bir mənzilə qədəm qoyacaq. Biz fəxr edir və qürur duyuruq ki, bu möhtəşəm hadisənin iştirakçısı, yeni tipli TV-nin və radionun qurucularıyıq. Biz xalq üçün işləyəcəyik. Ümid edirik ki, başladığımız bu məsuliyyətli işdə xalqımız da bizi dəstəkləyəcək, bizə arxa olacaq.

Biz müstəqil Azərbaycanın tam müstəqil demokratik İctimai Televiziyasının və Radiosunun əməkdaşlarıyıq. Ekrandan, efirdən dünyaya açılan bu yeni pəncərədə siz həmişə azad fikrin, azad sözün, aydın və obyektiv mövqeyimizin şahidi olacaqsınız. Düzü düz, əyrini əyri göstərəcəyik. Ekranımız xalqın gözü, efirimiz xalqın səsi olacaq!

 

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi