Misir
Mərdanov
(Təhsil
naziri)
Bir il
Azərbaycan
teleməkanında
özünə
yer tutmaq
üçün o
qədər
də çox
vaxt deyil.
Mənim
fikrimcə
bu bir
il ərzində
İTV –
ya Azərbaycanda
ən baxılan
, ən sevilən
kanallardan
birinə
çevrilmişdir.
Düşünürəm
ki, əvvəla
İTV –
nin rəhbərliyi
peşəkar
jurnalistlərdən
və bu
işə bələd
olan insanlardan
ibarət
olduğuna
görə.Yəni
onlar
bu işdə
təsadüfi
insanlar
deyillər.
Mənim
fikrimcə
ən ciddi
məqamlardan
biri odur
ki, İTV
milliliyi
daha qabarıq
şəkildə
əks etdirən
kanala
çevrilə
bildi.
Vurğun
Əyyub
(Musavat
partiyası
başqanının
birinci
müavini)
İTV –nin
maarifçilik,
elm sahəsi
istiqamətində
hazırladığı
verilişlər
maraq
doğurur.
Bu verilişlərin
bir neçəsində
mən də
iştirak
etmişəm.
Onu da
qeyd edim
ki, verilişin
kollektivi
çox böyük
zəhmət
çəkir.
Problemin
açılış
istiqamətində
istər
ekspertlərin
dəvət
edilməsi,
istərsə
ictimai
rəyin
öyrənilməsi
baxımından
maraqlı
süjetlər
hazırlayırlar.
Bu verilişlərdə
iştirak
edən bir
şəxs kimi
bu verilişlərin
ictimaiyyət
arasında
həm nüfuz
qazandığını
görürəm,
həm maarifçilik
istiqamətində
çox böyük
təsirinin
olduğunu
düşünürəm.
Şahlar
Əsgərov
(BDU-nun
professoru)
İTV –ya
əvvəlcədən
öz üzərinə
götürdüyü
fəaliyyət
prinsipinə
sadiqdir.
Millilikdir,
ədalətlilikdir,
çeviklikdir,
qərəzsizlikdir.
Bütün bu
prinsiplərə
sadiqsiz,
ona görədə
verilişləriniz
uğurla gedir.
Xüsusilə
millilik
və müasirliyin
vəhdətini
diqqət mərkəzinə
çəkmək istəyirəm.
Rasim
Əliquluyev
(texnika
elmləri
doktoru)
Bu televiziyanı
başqa televiziya
kanallarından
fərqləndirən
əsas xüsusiyyətlərdən
biri ondan
ibarətdir
ki, bu televiziya
Azərbaycanda
intellektual
mühitin
formalaşdırılmasında,
biliklərin
təbliğində,
təhsil problemlərinin
xüsusi olaraq
qabardılmasında,
onun ictimai
müzakirəsinin
təşkilində,
digər tərəfdən,
elmi problemlərin
müzakirəsində
xüsusi olaraq
Azərbaycan
respublikasının
informasiya
cəmiyyəti
ideyalarının
təbliğində
müstəsna
xidməti
vardır.
Firuddin
Səməndərov
(BDU-nun
professoru)
Bir il ərzində
İTV –nin
gördüyü
işlər bizdə
qürur, iftixar
hissi yaradır.
Mən İTV
–nin qeyrətli,
vətənə bağlı
olan rəhbərliyinə
təşəkkürümü
bildirirəm.
Hesab edirəm
ki, rəhbərlikdə
istiqamət
olmasa bu
vətən yönümlü,
bizim qəlbimizi
ağrıdan
problemlərimizlə
bağlı verilişlərə
yol verilməz.
ABŞ-ın
Azərbaycandakı
fövqəladə
və səlahiyyətli
səfiri
Rino HARNİŞ: Yeni yaradılan
İctimai
Televiziya
və Radio
Yayımları
Şirkətinin
kollektivini
təbrik edir,
onlara bu
şərəfli
işdə uğurlar
arzulayıram.
İctimai
Teleradio
Şirkəti
elə bir
imkandır
ki, Azərbaycan
jurnalistikasında
ən yüksək
standartlar
nümayiş
etdirilsin
və ictimaiyyət
tərəfsiz,
qərəzsiz,
obyektiv
və ədalətli
məlumatlarla
təmin olunsun.
Xüsusilə
də, seçki
dövründə
bu şirkətdə
çalışan
əməkdaşlar
obyektivlik
prinsipinə
əməl etməklə
cəmiyyətin,
geniş auditoriyanın
böyük hörmətini
qazanmaq
imkanına
malik olacaq.
Arzu edirəm
ki, İctimai
Teleradio
ictimai
maraqların
ifadəçisi
olmaqla,
ictimaiyyətin
etimadını
qazansın
və bütün
Azərbaycan
vətəndaşlarının
sevimli
kanalına
çevrilsin.
Bir daha
şirkətin
kollektivinə
bu şərəfli
və məsuliyyətli
işdə uğurlar
arzulayıram.
ATƏT-in
Bakı ofisinin
rəhbəri
Maurisio
PAVESİ:
Əvvəla, mən İctimai Televiziyanın yaranması istiqamətində
görülən
quruculuq
işlərinin
nəticəsindən
olduqca
razıyam
və bununla
əlaqədar
şirkətin
Baş direktoru
cənab İsmayıl
Ömərovu
təbrik edirəm.
Avqust ayının
sonlarında
başa çatacaq
bütün bu
işlər gözəl
başlanğıc
və ilkin
nailiyyətdir.
Bu, Azərbaycan
xalqının
özünü aşkar
ifadə etməsi
üçün əlverişli
imkandır.
Hələ bir
neçə ay
öncə İctimai
Televiziyanı
yaradıb
formalaşdırmaqla
Azərbaycan
ictimaiyyəti
təmsilçilərinin
doğru yolda
olduqları
barədə mövqeyimi
bildirmişdim.
Hesab edirəm
ki, İctimai
Televiziyanın
mövqeyi
hansısa
lazımsız
məlumatların,
eləcə də
bəzi şəxslərin
şəxsi maraqlarının
işıqlandırılması
deyil, bütövlükdə
dəqiq, faktlara
söykənən
xəbərlərin
tamaşaçılara
çatdırılmasında
vasitəçilikdən
ibarət olacaq.
İctimai
mövqe ümumi
fikir toplusudur.
Əgər sizə
kiminsə
fikri vacibdirsə,
mütləq informasiya
təchizatı
yetərli
səviyyədə
olmalıdır.
Yəni ölkədə
baş verən
hadisələr
və mövcud
problemlər
operativ,
tərəfsiz
işıqlandırılmalıdır.
İnanıram
ki, İTV
belə məsələlərin
öhdəsindən
layiqincə
gələcək.
Marko
BORSOTTİ: BMT-nin
rezident
əlaqələndiricisi,
BMT İnkişaf
Proqramının
nümayəndəsi Azərbaycanda
İctimai
Televiziyanın
yaradılmasının
şahidi olmaq
sevindirici
haldır,
çünki bu,
demokratiyanı
və azad
mühitdə
informasiya
əldə etmək
üçün ictimaiyyətin
potensialının
gücləndirilməsi
istiqamətində
atlımış
bir addımdır.
Bu səbəbdən,
mən İctimai
Televiziyanın
yaradılması
və fəaliyyətə
başlanması
münasibətilə
sizi təbrik
edirəm.
Eyni zamanda
onu da qeyd
etmək istərdim
ki, İctimai
Televiziyanın
yaradılmasının
qərara alınmasından
bu televiziyanın
fəaliyyətə
başlamasınadək
çox az vaxt
keçdiyindən,
televiziyanın
idarəetmə
prosesindəki
səmərəlilik
məni xüsusilə
valeh etdi.
Mənim fikrimcə,
bu, televiziyanın
gələcək
fəaliyyətinin
müsbət şəkildə
qurulacağından
xəbər verir.
Şübhəsiz
ki, İctimai
Televiziya
cəmiyyət
üçün böyük
ümidlər
vəd edir.
İctimaiyyətin
istər milli,
istərsə
də beynəlxalq
xəbərləri
müstəqil
təqdimatda
əldə etməsi
mühüm əhəmiyyət
kəsb edir.
Burada yayım
maliyyələşdirənlərin
deyil, məhz
tamaşaçıların
maraqları
əsas götürülür.
İnsanların
fikirlərini,
mövqeyinin
əks etdirilməsi
və bütün
ölkəyə yayılması
vacib amildir.
Bugünkü
cəmiyyətdə
isə televiziya
ən geniş
imkanlı
və ən güclü
kommunikasiya
vasitəsidir.
Demokratiyanın
inkişafı
üçün bu
televiziyanın
müxtəlif
təbəqələrin,
partiyaların,
siyasi və
ictimai
qrupların,
təşkilatların,
eləcə də
Azərbaycanın
vətəndaş
cəmiyyətinin
digər üzvlərinin
fikirlərini
əhatə etmək
baxımından
tarazlaşdırılmış
mövqeyə
malik olması
çox vacibdir.
Bu, vətəndaşları
məlumatlandırmağa,
onlara öz
fərdi fikir
və düşüncələrini
formalaşdırmağa
kömək edəcək.
Mənə elə
gəlir ki,
Azərbaycanda
İctimai
Televiziyanın
müstəqilliyini
təmin edəcək
Yayım Şurasının
fəaliyyəti
xüsusilə
vacib xarakterə
malikdir.
Bu səbəbdən
mən onlara
və bu televiziyada
çalışan
bütün əməkdaşlara
nailiyyətlər
arzulayıram.
Etibar
Məmmədov:
"Ümid
edirəm ki,
İTV müstəqil,
sərbəst
və ictimaiyyət
tərəfindən
sevilən
bir telekanal
olacaq" Azərbaycan İctimai Televiziya və Radiosunun yaranması çoxdan gözlənilən
bir hadisədir.
Biz gözləyirik
ki, İctimai
TV məhz
xalqın maraqlarını
nəzərə alıb
proqramlarını
formalaşdıracaq.
Bu gün ölkəmizdə
fəaliyyət
göstərən
kanalların
birtərəfli
mövqe tutması,
o cümlədən
ayrı-ayrı
şəxslərə,
dövlət qurumlarına,
ya da bütövlükdə
hökumətə
xidmət edərək
şirkətlərin
sponsorluğu
ilə restoranda
hazırladığı
əyləncə
proqramları,
çəkilişləri
hamımıza
yaxşı məlumdur.
İctimai
Televiziyada
belə şeylər
olmamalıdır.
Biz sözün
həqiqi mənasında
müstəqil
elektron
informasiya
vasitəsinin
yaranmasını
istəyirik.
İTV fəaliyyətə
başlamamışdan
əvvəl onun
haqqında
birmənalı
fikir, rəy
formalaşdırmaq
olmaz. Bəzilərinin
İTV barədə
mənfi rəy
yürütməsi
onu zəiflətmək,
sıradan
çıxarmaq
məqsədi
güdür. Hər
hansı bir
rəyi yalnız
fəaliyyətə
başlayandan
sonra vermək
olar. Mən
ümid edirəm
ki, İTV
əsl müstəqil,
sərbəst
və ictimaiyyət
tərəfindən
sevilən
bir kanal
olacaq.
Bu işdə
İctimai
Televiziyanın
kollektivinə
uğurlar
diləyirəm.
Bəstəkar
Cavanşir
Quliyev: "İTV-
nin musiqi
verilişlərində
istifadə
olunan musiqi
əsərlərinin
keyfiyyəti
mümkün qədər
yuxarı olsun". Mən də
bir vətəndaş
kimi istəyirəm
ki, İctimai
Televiziya
ictimaiyyətin
televiziyası
olsun və
cəmiyyətin
bütün kəsimlərinin,
bütövlükdə
Azərbaycan
cəmiyyətinin
hamısının
maraqlarına
xidmət etsin.
O ki qaldı
musiqi təbliğatına,
son zamanlar
insanlar,
dinləyicilər
televiziya
və radio
kanallarından
çox şikayət
eləyirlər.
Musiqinin
keyfiyyətinin
aşağı düşməsi
barədə narazılıqlar
var. Arzu
eləyirəm
ki, İctimai
Televiziyanın
musiqi verilişlərində
istifadə
olunan musiqi
əsərlərinin
keyfiyyəti
mümkün qədər
yuxarı olsun.
Mats
Linberq,
Avropa Şurası
baş katibinin
xüsusi nümayəndəsi:
“İTV-nin
efirə yüksək
səviyyəli
verilişlər
çıxaracağına
şübhə etmirik” Hər şeydən əvvəl İctimai Televiziyanın efirə
çıxmasından
çox şad
olduğumu
ifadə etmək
istəyirəm.
Mən İctimai
Televiziyanın
rəhbərliyi
və heyətinin
bunun baş
verməsi
üçün nə
qədər böyük
zəhmət çəkdiyini
və Avropa
Şurasının
həqiqətən
bu televiziyanın
efirə çıxmasından
çox razı
qaldığını
bilirəm.
Avropa Şurası
İctimai
Televiziyanın
varlığını
həqiqi demokratiyanın
reallaşması
və demokratik
cəmiyyətin
əsası kimi
qəbul edir.
İctimai
Televiziyanın
yayımına
başlaması
Azərbaycanın
Avropa Şurasının
üzvlüyündə
ən əsas
şərtlərdən
biridir.
Biz İctimai
Televiziyanın
hərtərəfli,
balanslaşdırılmış,
müstəqil
və tərəfsiz
siyasi müzakirələr
təşkil edəcəyinə
çox yüksək
ümidlər
bəsləyirik.
Biz həm
də İctimai
Televiziyanın
efirə çox
müxtəlif,
yüksək səviyyəli
verilişlər
çıxaracağına
şübhə etmirik.
Bizim İctimai
Televiziyaya
böyük ümidlərimiz
var və onun
yayımlarını
çox diqqətlə
izləyəcəyik.
Azərbaycanda
noyabr parlament
seçkiləri
İctimai
Televiziya
üçün çox
ciddi sınaq
olacaqdır.
İctimai
Televiziya
həqiqətən
də müstəqil
olduğunu
və müxtəlif
partiyaların
namizədlərinə
seçki kampaniyasında
öz mövqelərini
açıqlamaları
üçün yaxşı
imkanlar
yarada biləcəyini
göstərməlidir.
İctimai
Televiziya
inkişaf
prosesinə
başlamışdır
və Avropa
Şurası hər
zaman İctimai
Televiziyaya
hər cür
yardım etməyə
hazırdır.
Sözümü İctimai
Televiziyanın
rəhbərliyinə
və heyətinə
fəaliyyətlərində
böyük uğurlar
arzuları
ilə yekunlaşdırmaq
istərdim.
"İctimai
TV xalqa
bağlı telekanal
olacaq"
"Ümid" partiyasının
sədri İqbal
Ağazədə
başlanğıcın
yaxşı olduğunu
dedi: İctimai Televiziyada açılış mərasiminin keçirildiyi
gün "Dədə
Qorqud"
filmi nümayiş
olundu.
Bu simvolik
xarakter
daşıyırdı
və İctimai
TV-nin dövlətə,
xalqa nə
qədər bağlı
olacağına
bir işarə
idi. Əlbəttə,
İctimai
Televiziya
hələ geniş
fəaliyyətə
və qarşısında
duran vəzifələrin
hamısının
birbaşa
nümayişinə
başlamayıb.
Amma bu
da başlanğıc
üçün pis
deyil. İstər
xəbərlər
proqramında
neytrallığın
qorunması,
istər baş
verən hadisələrin
ətraflı
şəkildə
geniş tamaşaçı
auditoriyasına
çatdırması
və s. kifayət
qədər ciddi
hadisədir.
Arzu edərdim
ki, gedişat
bu cür davam
etsin. Neytrallığını
qorusun,
obyektiv
informasiya
versin.
Kiminsə
təbliğat
vasitəsinə
çevrilməsin.
Xalqın İctimai
Televiziyadan
gözlədikləri
böyükdür.
Türkiyənin
Azərbaycandakı
fövqəladə
və səlahiyyətli
səfiri
Turan Moralı: Səfir olaraq
İctimai
Televiziya
və Radio
Yayımları
Şirkətinin
efirə çıxmasıyla
bağlı aparılan
hazırlıq
işlərini
yaxından
izləyirəm
və hesab
edirəm ki,
sözügedən
şirkətin
yaranması
Azərbaycanda
müstəqil
medianın
inkişafı
üçün mühüm
rol oynayacaq.
Bu proses
həm də cəmiyyətdə
gedən demokratikləşməyə
böyük təkan
verəcək.
Ölkəmizin
rəsmi və
özəl qurumları
arasında
hər sahədə
mükəmməl
əməkdaşlıq
mövcuddur.
Türkiyənin
Azərbaycandakı
səlahiyyətli
elçisi kimi
İctimai
Teleradionun
müvafiq
proqramlarında
iştirak
etməkdən
məmnunluq
duyuram.
İctimai
Teleradio
Yayımları
Şirkətinin
kollektivinə
işlərində
uğurlar
diləyirəm.
“Demokratik
ölkələrdə
İTV olmalıdır”.
Şair Ramiz
Rövşən fikirlərini
belə açıqladı:
İctimai Televiziyanın
efirə çıxmasından
çox məmnunuq.
Bu olduqca
vacib məsələ
idi. Çünki
bütün demokratik
ölkələrdə
İctimai
Televiziya
olmalıdır.
Ümid edirəm
ki, bu yolda
irəlilədiyimiz
bir vaxtda
İctimai
Televiziya
qərəzsiz
və obyektiv
fəaliyyət
göstərəcək.
“Arzu
edərdim
ki, daima
obyektiv
olasınız”.
Milli Məclisin
vitse-spikeri
Ziyafət
Əsgərov
: İctimai Televiziyanın
yayıma başlamasını
cəmiyyət
çoxdan gözləyirdi.
Bu sosial
sifariş
idi. İndi
isə artıq
bu reallaşıb.
Arzu edərdim
ki, daima
obyektiv
və qərəzsiz
olasınız.
Verilişlərinizdə
balansı
qoruyasınız.
Ümidvaram
ki, İctimai
Televiziya
bu prinsiplərə
həmişə əməl
edəcək və
efir məkanında
özünəməxsus
yer tutacaq.
Bu işdə
bütün yaradıcı
kollektivə
uğurlar
arzulayıram.
Vətəndaş
Həmrəyliyi
Partiyasının
(VHP) sədri,
Sabir Rüstəmxanlı: "İctimai TV gərək fikir söyləmək mədəniyyətinin
inkişafında
xüsusi bir
mərhələ
açsın".
İctimai
TV-nin açılışı
Azərbaycanın
televiziya
və mətbuat
tarixində
çox böyük
bir hadisədir.
Azərbaycan
ictimaiyyətinin
bu tarixi
hadisəni
uzun müddətdən
bəri gözləyirdi.
Azərbaycanda
müstəqil,
nə hakimiyyətdən,
nə də ayrı-ayrı
imkanlı
şəxslərdən
asılı olmayan
bir kanalın
yayıma başlaması
cəmiyyətdəki
demokratik
proseslərə
son dərəcə
ciddi təkan
verə bilər.
Bu həm də
demokratikləşməni,
vətəndaş
cəmiyyəti
quruculuğunu
sürətləndirər.
Cəmiyyətdə
müxtəlif
fikirlərin
səslənməsinə
vərdişi
formalaşdırar.
Yəni, heç
bir fikir
cəmiyyətdə
hegemonluq
daşıya bilməz.
Bu televiziyada
qarşılıqlı
surətdə
bütün təbəqələrin
rəylərinin
eşidilməsi
qeyd etdiklərimin
həyata keçməsi
üçün vacib
elementdir".
Mən istərdim
ki, İctimai
Televiziyanın
diktorlarından,
aparıcılarından
başlamış
ən sıravi
müxbirlərinə
qədər hər
biri yüksək
söz mədəniyyəti,
jurnalistika
mədəniyyətini
Azərbaycan
ictimaiyyətinə
ən yüksək
formada
nümayiş
etdirsin.
Bu televiziyanın
ilk addımı
necə atılacaqsa,
elə də davam
edəcək.
Arzu edirəm
ki, bu kanalın
təməli halallığın,
düzlüyün
üstündə
qurulsun.
Televiziya
sahəsində
böyük təcrübəyə
malik olan
İsmayıl
Ömərovun
İctimai
TV-nin gözəl
bir yayım
orqanına
çevirmək
imkanı var.
Çox istərdim
ki, o bu
imkanlarından
istifadə
eləsin və
doğrudan
da örnək
ola bilən,
ictimaiyyətin
bütün təbəqələrinin
maraqlarını
təmin edən
bir televiziya
yaransın.
Vaqif
SƏMƏDOĞLU: "İTV
ekranında
yeni elmi,
etnoqrafik
verilişlər
görmək istəyirəm" Mən ümid
bəsləyirəm
ki, İctimai
Televiziya
xalqın onlardan
gözlədiyini
verə bilsin.
Əslində,
bu şirkətin
əməkdaşları
Azərbaycan
ictimaiyyətinin
onlardan
nə gözlədiyini
yaxşı bilir.
Ona görə
də ilk gündən
bütün kollektiv
səfərbər
olaraq onlara
göstərilən
etimadı
doğrultmağa
çalışmalıdır.
Üzümü tuturam
hələlik
fəaliyyətə
başlamamış
bir televiziya
haqqında
fikir söyləyənlərə:
Əvvəlcə
gözləmək
lazımdır.
Əgər görsəniz
ki, bu televiziya
ona göstərilən
etimadı
doğrultmur,
o zaman
öz iradlarınızı
deyərsiniz.
O adamlar
ki, bəri
başdan bu
televiziya
haqqında
mənfi rəy
formalaşdırırlar,
onlar həqiqətən
də bu kanalın
yaxşı olmasını
istəmirlər.
Vasif
ADIGÖZƏLOV:
“Ümidvaram
ki, İctimai
Teleradio
bayağı,
aşağı səviyyəli
musiqinin
təbliğinə
yol verməyəcək”. Sizin fəaliyyətiniz respublikamız, xalqımız üçün bir yenilikdir.
Mən ümid
edirəm ki,
sizin televiziya
həyatımızı
daha işıqlı,
daha maraqlı
edəcək.
Xalqımızın
və sənətkarlarımızın
sizə qarşı
olan münasibəti
və əlaqələri
çox yaxşı
olacaq.
Mən və mənim
kimi bir
çox peşəkar
sənətkarlar
bəzi televiziya
kanallarından
narazıdır.
Əlbəttə,
bunu deyəndə
mən musiqinin
təbliğini
nəzərdə
tuturam.
Ümidvaram
ki, İctimai
Televiziya
və Radio
o biri televiziya
kanallarındakı
lazımsız,
insanların
zövqünü
oxşamayan
aşağı səviyyəli
musiqi verilişlərinin
təbliğ olunmasına
yol verməyəcək..
Mən istərdim
ki, İctimai
Televiziyada
və Radioda
peşəkar
səviyyəli,
yüksək zövqlü
verilişlər
hazırlansın.
Öz klassik
musiqimizlə
yanaşı dünya
klassik
müsiqisindən
nümunələr
səslənsin.
Elmira
Süleymanova:
"İstərdim
ki, İctimai
TV- də insan
hüquqlarının
qorunması
təbliğ olunsun" Bu
günlərdə
ilk dəfə
olaraq çoxdan
yolunu gözlədiyimiz
İctimai
Televiziya
efirə ilk
siqnallarını
göndərdi
və bununla
da çox qızğın
müzakirələrlə
dolu hazırlıq
dövrü yekunlaşdı.
İctimai
Televiziya
müntəzəm
fəaliyyətə
başladı.
Elimizin
adətincə
gərək hər
bir yeniliyə
xeyir-dua
verilə.
Mən də deyirəm:
xeyirli
olsun, uğurlu
olsun qədəmləri.
Mən istərdim
ki, bu televiziya
hər birimizin,
bütünlükdə
əhalinin
zövqünü
oxşasın,
hər kəsin
tələbatını
ödəsin,
ümidlərini
doğrulda
bilsin.
Mən insan
hüquqları
ilə məşğul
oluram və
çox istərdim
ki, İctimaiTeleviziyada
insan hüquqlarının
qorunması
təbliğ olunsun.
Elə məhz
bu niyyətlə
də mən artıq
sizlərə
müraciət
etmişəm
ki, İctimai
Televiziyada
ombudsman
saatı müntəzəm
olaraq fəaliyyət
göstərsin.
Çox gözəl
olardı ki,
elə ilk
addımlarda
İctimai
Televiziya
Azərbaycan
efirinə
stereotiplərdən
uzaq, tam
yeni nəfəs
gətirəydi.
Azərbaycan
gerçəklikləri
bu gün o
qədər genişdir
ki, 24 saat
da verilişlər
təşkil etsəniz
bunun üçün
material
var.
Novruz
Məmmədov:
"Azərbaycanın
demokratik
inkişafı
yolunda
İTV mühüm
rol oynayacaq". Düşünürəm
ki, İctimai
Televiziyanın
açılması,
fəaliyyətə
başlaması
Azərbaycan
Respublikasının
ictimai-siyasi
həyatında
mühüm bir
hadisədir.
Bunu neçə
vaxtdır
ki, Azərbaycan
ictimaiyyəti
gözləyir
və Televiziyanın
ərsəyə gəlməsi,
Azərbaycanın
həm ictimai-siyasi
həyatına,
həm də media
fəaliyyətinə,
ümumiyyətlə,
yeni bir
nəfəs gətirəcəkdir.
Doğrudan
da ictimai-siyasi
televiziyanı
təkcə Azərbaycan
ictimaiyyəti
yox, eyni
zamanda
beynəlxalq
ictimaiyyət
də gözləyir.
Bu da onun
üzərinə
böyük vəzifələr
qoyur. Mən
düşünürəm
ki, Azərbaycanın
demokratik
inkişafı
yolunda
məhz sizin
kollektivin
yaratdığı
kanal mühüm
rol oynayacaqdır.
Mən hər
şeydən əvvəl
bu televiziyanın
kollektivinə
bir neçə
ay ərzində
gördüyü
böyük işlərə
görə dərin
minnətdarlığımı
bildirirəm.
Məndə olan
məlumata
görə doğrudan
da, çox
böyük işlər
görmüsünüz.
Kiçik bir
kollektivlə
uzun vaxt
tələb edən
işi qısa
bir zamanda
həyata keçirmisiniz.
Müxtəlif
rəngarəng
proqramlarla
siz artıq
bu gün Azərbaycanın
ictimai-siyasi
həyatına
daxil olursunuz.
Bunların
hamısı Azərbaycanda
uğurla qarşılanacaqdır.
Mənim sizə
olan arzularımdan
biri budur
ki, siz
ümumiyyətlə,
Azərbaycanda
dövlətçiliyin,
milli maraqların,
qorunması
və onun
öz yerinin
dünya miqyasında
tapması
istiqamətində
ədalətli,
prinsipial
mövqe tutasınız
və bu istiqamətdə
başqa televiziya
kanallarına
da nümunə
olasınız.
7 oktyabr 2009
“Azərbaycan səhəri”- 06.00
Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən
şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.
2. “Yeni gün”-07.00.
Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin
birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri
çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci
saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu
müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər
dinləyəcəklər.
3. “Nahara qədər” – 10.10
2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı
məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi,
“İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz?
” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə
intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.
4. “Qorqud ata” – 12.00
TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası
ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının
“Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində
Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla
müzakirə ediləcək.
5.“Əyləncə saatı”- 13.10
Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki
saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri,
musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat
veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru)
keçiriləcək.
6. “İşgüzar zaman” – 15.10
Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri,
hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin
Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında
“Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?”
mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə
müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması
təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.
7. “Yol boyu” – 18.10- 20.00
Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli
veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin
birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq.
Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə
dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.
8. “Günün sonu”- 20.20 - 24.00
3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar
çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar
mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun
təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində
dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları
dinləyəcəklər.
Aparıcı: Dilqəm.
Hazırda İctimai radioda 4 departament
fəaliyyət göstərir: