İctimai
Televiziya və Radio Yayımları
Şirkətinin
Baş direktorunun 29 oktyabr
2007-ci il tarixli
02 saylı Sərəncamı ilə təsdiq
edilmişdir

Bu Qaydalar Beynəlxalq
“Avroviziya Mahnı Müsabiqəsi-2008
Qaydaları”nın müddəları çərçivəsində
Azərbaycan təmsilçisinin Avroviziya
Mahnı Müsabiqəsi-2008-də iştirak
etməsi üçün Milli Seçimin keçirilməsi
prosedurunu tənzim edir.
1.
Ümumi müddəalar
Avroviziya Mahnı
Müsabiqəsi-2008 (bundan sonra
AMM-2008) dünya miqyasında tanınmış
müasir televiziya məhsuludur ki,
həmin müsabiqənin şərtinə uyğun
olaraq burada Avropa Yayımlar
Birliyinə Fəal üzv olan televiziyaların
təmsil olunduğu ölkənin iştirakçıları
musiqi nömrələri ilə yarışırlar.
Azərbaycanın
İctimai Televiziya və Radio Yayımları
Şirkəti (bundan sonra Təşkilatçı)
AMM-2008-in iştirakçı–yayımçısıdır
və Milli təmsilçisini seçən və
Azərbaycanın AMM-2008-də ifa edəcəyi
mahnını müəyyənləşdirən təşkilatdır.
Azərbaycanın
İctimai Televiziya və Radio Yayımları
Şirkəti AMM-2008-in iştirakçısı
olaraq Avropa Yayımlar Birliyinin
(AYM) və AMM-2008-in tələblərinə
uyğun şəkildə AMM-2008-ə hazırlıq
prosesinə və Milli təmsilçinin
seçilməsinə görə məsuldur.
AMM-2008-ə hazırlıq
məqsədilə Təşkilatçı yerli və
xarici nümayəndələrdən ibarət
Təşkilat komitəsi yaradır. Təşkilat
komitəsi milli seçim turunun həyata
keçirilməsinə görə məsuliyyət
daşıyan orqandır. Təşkilatçı və
Təşkilat Komitəsi fəaliyyəti ilə
bağlı yerli və xarici hüquqi və
fiziki şəxsləri mütəxəssis və
məsləhətçi qismində cəlb edə bilər.
Milli seçim
turuna dair məlumatlar, münsiflər
heyətinin qərarı, seçimin nəticələrinə
dair informasiyalar müsabiqə barədə
məlumat yaymağa razılıq verən
istənilən kütləvi informasiya
vasitəsində yayıla və eləcə də
Internet səhifələrində yerləşdirilə
bilər.
AMM-2008-də iştirakı barədə informasiya
yayan əsas mənbə rəsmi milli sayt
Azərbaycanın AMM-2008-ə dair hazırladığı
sayt hesab olunur ki, (www.eurovision.az)
burada müsabiqəyə aid hesabatlar
və digər informasiyalar öz əksini
tapacaq. Informasiyalar, həmçinin
AMM-2008-in rəsmi saytında da
əks olunur. (www.eurovision.tv)
2. Azərbaycanın AMM-2008-də
iştirakı üçün təmsilçinin və mahnının
Milli Seçimin keçirilmə şərtləri
və müddəti
2.1 Təşkilatçı
AMM-2008-in yayımçı-iştirakçısı
olaraq Azərbaycanı bu müsabiqədə
təmsil edəcək müğənnini, seçim
prosedurunu, eləcə də mahnının
ifa olunacaq dilini müəyyənləşdirməkdə
tam müstəqildir.
2.2 Təşkilatçı
AMM-2008-də iştirak edəcək milli
təmsiçisini seçmək məqsədilə televiziya,
stenoqrafiya, vokal sənəti, şou-biznes
idarəçiliyi sahəsində peşəkarlığı
ilə seçilən tanınmış musiqiçilərdən,
eləcə də Azərbaycanın və dünyanın
ictimai və mədəniyyət xadimlərindən
ibarət münsiflər heyətini formalaşdırır.
Münsiflər heyyəti 13 nəfər üzvdən
və 1 səsvermə katibindən ibarətdir.Münsiflər
heyətinin sədri İctimai Televiziya
və Radio Yayımları Şirkətinin
Baş direktorudur. Münsiflər heyyətinin
katibi səsvermə hüququna malik
deyildir.
Münsiflər heyyətinin hər bir üzvü
ifa edilən hər mahnının sonunda
onu dərhal qiymətləndirir (1-10
bal sistemi ilə), verdiyi qiyməti
gizli səsvermə üçün paylanmış
blanka qeyd edir və həmin blankı
Münsiflər heyyətinin sədrinə verir.
Münsiflər heyyətinin sədri səslərin
hesablanmasına və iştirakçının
tutduğu yerin müəyyən olunmasına
cavabdehdir. Bal çoxluğu toplayan
iştirakçı birici yeri tutaraq
22-24 may 2008-ci ildə Belqradda
(Serbiya) keçiriləcək Avroviziya
Mahnı Müsabiqəsində ölkəni təmsil
etməyə layiq görülür.
Səsvermənin ələ alınmasının qarşını
almaq üçün münsiflər heyyətinin
üzvləri ödənişsiz fəaliyyət göstərir.
Münsiflər heyyətinin hər bir üzvü
bir səsə malikdir. Peşəkar münsiflər
heyətinin üzvləri bərabərhüquqludur.
Münsiflər heyətinin qərarı sadə
səsçoxluğu ilə qəbul olunur.
2.3 Milli seçim
üç mərhələdən ibarətdir.
Birinci mərhələdə
(30 Oktyabr-30 Noyabr 2007-ci
il) təşkilatçı azərbaycanlı ifaçıları
dinləməyə və konsert proqramlarına
dəvət edir. Bu mərhələdə Münsiflər
heyyəti Milli seçimin növbəti
turu üçün ifaçıları seçirlər.
Eyni zamanda Münsiflər heyyəti
5 Oktyabr 2007-ci ildən başlayan
ilkin dinləmələrin nəticələrini
də nəzərə alırlar.
Ikinci mərhələdə (1 Dekabr 2007-
12 Yanvar 2008) Təşkilatçı, Təşkilat
Komitəsi və Münsiflər heyəti studiyalar
üzrə konsert proqramlarındakı
dinləmələrdə ifaçılarla fəal iş
aparırlar. Ikinci mərhələnin sonunda
Münsiflər heyəti sadə səs çoxluğu
ilə növbəti mərhələ üçün 3 ifaçı
seçir və həmin ifaçılar Avroviziya-2008
Mahnı Müsabiqəsində (AMM-2008)
ölkəni təmsil etmək uğrunda yarışırlar.
Üçüncü mərhələ (13 Yanvar-2 Fevral
2008) -Milli seçimin finalına
hazırlıq mərhələsi. Milli seçimin
üçüncü mərhələsi ərzində Təşkilat,
Təşkilat komitəsi və Münsiflər
heyəti üç finalçı üçün yüksək
peşəkarlığa malik xarici və yerli
mütəxəssislərin əlavə təlimlərini
təşkil etməklə onları fəal hazırlığa
cəlb edirlər. Məhz bu mərhələdə
ifaçılar üçün onların final konsertdə
ifa edə biləcəyi mahnılar seçilir.
Milli seçimin finalı 2 Fevral
2008-ci ildə həyata keçirilir.
Milli seçimin finalında Avroviziya-2008
üçün Azərbaycan təmsilçisi Münsiflər
heyəti tərəfindən sadə səsvermə
yolu ilə seçilir.
Finalda həmçinin fors-major halında
təmsilçini əvəz edə biləcək ehtiyat
ifaçı da seçilir. Milli seçim
2 Fevral 2008-ci ildə qalibin
adınin elan olunmsı ilə bitmiş
hesab olunur.
Təşkilatçı və ya onun nümayəndəsi
milli seçimin qalibi ilə əməkdaşlıq,
eyni zamanda Avroviziya-2008-də
Azərbaycanın iştirakı ilə bağlı
hazırlıq çərçivəsində qarşılıqlı
münasibətləri tənzimləyən razılıq
sənədi imzalayır.
Təşkilatçı, Təşkilat Komitəsi,
Münsiflər heyəti və ya təmsilçinin
ifa olunan mahnıya hər hansı iradı
olarsa, mahnı 2008-ci il Fevralın
3-dən Martın 15-dək dəyişdirilə
bilər.
3.
Təqdim olunan mahnıya, müəllifə
və ifaçıya qoyulan tələblər.
Təqdim olunan
mahnıya, müəllifə və ifaçıya qoyulan
tələblər
3.1. Müsabiqədə
ifa olunan mahnı 1 oktyabr 2007-ci
ilə qədər müəllif hüquqlarının
obyekti kimi aşağıdakı formalarda
realizə edilməməlidir:
a) İnternet vasitəsilə habelə
sair daşıyıcılarda (audiokaset,
kompakt disk, mini disk və s.);
b) radio və ya televiziya efirində
yayımlanmamalı, habelə kütləvi
ifa edilməməlidir.
3.2 Mahnının maksimal müddəti
– üç dəqiqədir.
3.3 Müsabiqədə iştiraka musiqisi
və sözləri üzərində müstəsna müəllif
hüquqlarının olmasına təminat
verilən, o cümlədən əvvəllər heç
bir kommersiya məqsədləri üçün
istifadə olunmamasına dair müəllifin
ərizəsi olan mahnılar buraxılır.
3.4 EMM- 2008-də təqdim olunacaq
mahnının sözləri və musiqisi həm
milli, həm də xarici müəlliflər
tərəfindən yazıla bilər. Mahnının
söz və musiqinin müəllifləri söz
və musiqiyə hüquqlarını təsdiq
etməli və müqavilə əsasında onları
müsabiqə təşkilatçılarına verməlidirlər.
3.5 Mahnının mətni və/və ya ifası
müsabiqənin nüfuzuna xələl gətirməməlidir.
Mahnının mətnində nalayiq sözlərdən,
reklam və siyasi xarakterli çağırışlardan
istafadə etmək qadağandır.
Müəllif
və ifaçılara aid tələblər
3.6 Avroviziya
– 2008 (may 2008) Mahnı Müsabiqəsində
iştirak üçün yaşı 16-dan az olmayan
ifaçılar buraxılır. Bu qayda mahnının
ifasını rəqs ilə müşaiyət edən
kollektivə də aiddir.
3.7 Səhnədə artistlərin sayı altı
nəfərdən çox olmamalıdır.
3.8 İfaçılar səhnədə mahnını yazılmış
instrumental fonoqram (minus vokal)
müşaiyətilə canlı ifa edirlər.
Fonoqramda heç bir vokal ifa,
o cümlədən insan səsinin instrumental
imitasiyası olmamalıdır.
3.9 Müsabiqədə birinci və ikinci
yerləri tutan ifaçılar, o cümlədən
onların ifa etdikləri mahnıların
müəllifləri Müsabiqə bitdikdən
sonra öhdəliklərinə düşən məsələləri
qəbul etməlidirlər. Onlar Avropa
Yayımları Birliyinə aşağıdakı
hüquqları verməlidirlər:
a) “ nümayiş hüququ”, yəni dünyada
ekskluziv olaraq, vaxta məhdudiyyət
olmadan Avroviziya Mahnı Müsabiqəsi
- 2008-in beynəlxalq nümayişi,
o cümlədən canlı və yazılı şəkildə
onun yayımı və İnternet şəbəkəsində
qeyri-məhdud, tam və yaxud hissə
ilə yerləşdirilməsi;
b) “ ilkin baxış hüquqları ”,
yəni mahnının tam və yaxud hissəvi
səs və videogörüntülərini bütün
dünyada televiziya, İnternet və
yaxud simsiz rabitə vasitəsilə
eksklüziv təqdim olunması;
c) “kompilyasiyalı kompakt disk
və DVD-nın yaradılması üçün hüquqlar
” yəni, bütün dünyada seçilmiş
mahnının və onun ifasının 2008-ci
ilin digər mahnılarının yazıları
ilə bir yerdə audio və videoyazıların
DVD-də (və ya buna bənzər daşıyıcıda)
satış məqsədilə istehsalı;
d) “Fraqmentar istifadə hüququ”,
yəni bütün dünya üzrə, zaman məhdudiyyəti
olmadan, mahnı ifasının audio
və video yazısının translyasiyasının
Avroviziya-2008 beynəlxalq müsabiqəsinin
hissəsi kimi tam şəkildə və ya
hissə-hissə istənilən media xidmədinə
daixl etmək üçün qeyri-eksklüziv
hüquq.
e) ”Milli seçim turunun hissələri
üçün hüquq”; yəni bütün dünya
üzrə, zaman məhdudiyyəti olmadan,
mahnı ifasının translyasiyasının
hissələrinin tam şəkildə və ya
hissə-hissə AYB adından mərkəzləşmiş
şəkildə aparılan istənilən verilişə
daxil etmək üçün qeyri-eksklüziv
hüquq.
Hüquqlardan başqa,
sözlərin və musiqinin müəllifləri,
həmçinin seçilmiş mahnının hüququ
sahibkarları təşkilatçılara istifadə
etməyə icazə veriblər:
a) Mahnının
sözləri: Mahnının müəllifi sözlərin
surətini çıxarmaq üçün, hətta
ingilis, fransız və digər iştirakçı
ölkələrin dillərinə tərcümə olunması
üçün icazə verməlidir. Belə ki,
müsabiqədə informasiya AYB-də
pulsuz istifadə olunacaq.
b) İştirakçılara və digər sahiblərə
icazə verilir: adlarının çap olunması,
yayılması, görüntü, səs, şəkil
və tərcümeyi-hal, Avroviziya-2008-ci
ilin yarımfinalı və finalı üçün
canlı yayım və kommersiya istifadəsi
və kütləvi informasiya vasitələrindən
istifadə
v) Karaoke - onlayn-yarışma: Söz
və musiqi müəllifləri yarışmada
iştirak edənlərə müdaxilə edə
bilməzlər. Onlar ictimaiyyətə
audiovizual yazıları qeyri- kommersiya
şərtləri əsasında təqdim etməyə,
eləcə də, dünya üzrə sayına və
vaxtına məhdudiyyət qoyulmadan
və istənilən texniki vasitələrlə
yayımına icazə verməlidirlər.
4. Yekun müddəalar
4.1. Sponsorluq
üçün müqavilələrin imzalanması,
efirə verilmə, Konsertin kompilyasiyası
və hazırlanmasına dair digər bütün
hüquqlar və onların gələcəkdə
istifadəsi müstəsna şəkildə Təşkilatçıya
aiddir.
4.2. Təşkilatçı AMM-2008-də nümayəndəsini
müəyyənləşdirmək məqsədilə milli
seçimin Avropa Yayım Birliyinin
tələbləri və qaydaları əsasında
keçirməyi öz öhdəliyinə götürür.
4.3. Finalçı müəyyənləşdikdən
sonra Təşkilat komitəsi nümayəndənin
Müsabiqədə iştirakçı-ölkələrə
qastrol promo-tur təşkil etməli,
müxtəlif konsert aksiya və tədbirlərininin
təşkilinə yardım etməli, promo-paketin
və kostyumların hazırlanması,
konsert nömrələrinin, mahnının
və s. təkmilləşdirilməsi ilə məşğul
olmalıdır.
4.4.Rəsmi nümayəndə və ehtiyatda
olan ifaçı Layihənin təşklatçısı
ilə əməkdaşlıq barədə müqavilə
imzalamalı və həmin müqavilə Avroviziya
televiziya Mahnı Müsbiqəsinin
Beynəlxalq qaydalarına müvafiq
şəkildə təşkilatçı tərəfindən
tərtib olunmalıdır.
4.5. Seçilmiş ifaçı AMM-2008-də
iştirak üçün hazırlaşdırıldığı
müddətdə Təşkilat komitəsinin
icazəsi olmadan üçüncü tərəflərlə
(prodüser təşkilatları, nümayəndələr,
digər təşkilat və şəxslərlə) əməkdaşlıq
edə bilməz.
4.6. Milli seçimlə əlaqədar planlaşdırılmış
bütün tədbirlərin həyata keçirilməsindən
sonra rəsmi nümayəndə Müsabiqədə
iştirak edirdi. Rəsmi nümayəndənin
ehtiyatda olan ifaçı ilə əvəz
olunması müstəsna hallarda mümkündür.
Bu barədə qərarı Təşkilatçı qəbul
edir.