İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 

İCTİMAİ TELEVİZİYA VƏ RADİO YAYIMLARI ŞİRKƏTİ
ANALİTİK VERİLİŞLƏR DEPARTAMENTİ

 

 

«GERÇƏYIN ÖZÜ»
Bu proqramda Azərbaycanda baş verən mühüm hadisələr ekspertlərin iştirakı ilə müzakirə edilir. Həmçinin dünya arenasında diqqət çəkən hadisələr və məqamlar barədə verilişin qonaqları ilə söhbətlər aparılır. Bir sözlə, «Gerçəyin özü»ndə ictimaiyyətə, tamaşaçıya sözün həqiqi mənasında gerçəyin özünün çatdırılması üçün yaradıcı heyət əlindən gələni əsirgəmir. Demokratiya, insan haqlarına, şagdaş milli dəyərlərə sıx baglı olan İctimai TV–də “Gerçəyin özü” reytinq qaygısına qalmır, əksinə tamaşaçıların istəklərinin dogrudulması istiqamətində çalişir.

Aparıcılar: Anar Yusifoglu, Telman Məmmədov
Rejissor: Faiq Kərimov

 

«YEKUN»
“Yekun” həftəlik analitik proqramında həftə ərzində Azərbaycanda və dünyada baş verən mühüm olayların təhlili təqdim olunur. Həftənin hadisəsinə çevrilimiş məqamlar yaradıcı heyət tərəfindən analiz edilir. Eyni zamanda qonaqların müəyyən hadisə ilə bağlı qənaətləri tamaşaçının diqqətinə çatdırılır.

Müəllif: Anar Yusifoglu
Rejissor: Faiq Kərimov, Tofiq İbrahimov

 

«İŞGÜZAR SAAT»
Sosial və iqtisadi sahələri əhatə edən tolk –şoudur. Cəmiyyəti düşündürən və narahat edən mövzular ətrafında aparılan müzakirələrdə ekspertlər, dövlət və qeyri -hökümət təşkilatlarının nümayəndələri iştirak edir, tamaşaçıların birbaşa suallarını əlaqədar şəxslərə ünvanlamasına şərait yaradılır.

Aparıcı: Mehparə Quliyeva
Rejissor: Faiq Kərimov
Redaktor: Telman Məmmədov

 

«ORTAQ MƏXRƏC»
“Ortaq məxrəc” əsasən ictimai-siyasi mövzularla baglı fikir və münasibətlərin ortaya qoyuldugu azad düşüncə meydanıdır. Bu tolk-şou müxtəlif tərəflərin dialoq əldə etmək məqamı və münasibətlərin durulma nöqtəsidir. “Ortaq məxrəc” Qarabag dərdindən tutmuş Azərbaycanin milli maraqlarına, qloballaşmanın yaratdıgı problemlərdən başlamış regional münaqişələrə qədər hər bir vacib məsələni açıq, geniş və davamlı müzakirəyə çıxarır. “Ortaq məxrəc” həm də bir telegüzgüdür. O mənada ki, biz hansı məsələlərdə ortaq məxrəcə gəlib gəlmədiyimizi burada aşıq-aşkar görə bilirik. Tərəflərin və tərəfdaşların oldugu “Ortaq məxrəc” dialoqların və deməli sonda dostluqların başlangıcıdır.

Aparıcı: Vəsilə Vahidqızı (Zeynalova)
Rejissor: Faiq Kərimov
Redaktor: Anar Yusifoglu

 

«XALQ SEÇIR»
“Xalq seçir” verilişində Azərbaycanda keçirilən seçkilərlə - prezident, parlament və bələdiyyə, habelə referendiumla baglı məsələlər ətrafında müzakirələr aparılır. Siyasi mənsubiyyətindən asılı olmayaraq ekspertlərin hər biri “Xalq seçir”də vətəndaşların seşki biliyinin artırılması yönündə maarifləndirmə işi aparır.

Aparıcı: Telman Məmmədov
Rejissor: Faiq Kərimov
Redaktor: Anar Yusifoglu

 

NO

«QAN YADDAŞI»
Bu veriliş silsilə xarakter daşıyır, Azərbaycan xalqının tarixinin, düçar oldugu problemlərin televersiyasıdır. Verilişdə əsasən XX-XXI-ci əsrdə xalqımızın üzləşdiyi haqsızlıqlar, torpaqlarımızın işgalı ilə baglı tarıxı faktlar yada salınır, müasir Azərbaycan tarixinin özəllikləri ciddi şəkildə araşdırılır.
“Qan yaddaşı” təkcə xalqın yaddaşının təzələnməsində deyil, həm də mühüm tarixi faktların üzə çıxmasında əvəzsiz rol oynayır.

Redaktor: Anar Yusifoglu
Rejissor: Raminə Əsədova

 

«ÇARPAZ BAXIŞ»
Azərbaycan parlamentinin cari fəaliyyəti ilə baglı olan bu verilişdə qəbul edilən qanun layihələrinin müzakirəsi aparılır. Həmçinin parlamentin fəaliyyəti, vətəndaş – deputat münasibətlərinin diskusiyası aparılır.

Müəllif: Anar Yusifoglu
Rejissor: Faiq Kərimov

 

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi