İCTİMAİ
TELEVİZİYA VƏ RADİO YAYIMLARI
ŞİRKƏTİ
GƏNCLƏR, ELM VƏ TƏHSİL DEPARTAMENTİNİN
VERİLİŞLƏRİ
«AÇIQ
DƏRS»
«Açıq dərs» milli təhsilin problemləri,
dünyaya çıxış imkanları, elm və təhsilin
qarşılıqlı vəhdəti, Azərbaycan məktəbinin
bu günkü durumu haqqında açıq mütəxəssis
söhbətlərindən ibarət tok-şoudur.
Tok-şouda mövzuların əsas ağırlığı
cəmiyyəti düşündürən təhsil problemləri
ilə bağlıdır. “Açıq dərs” - açıq danışmağı
sevənlərin tribunasıdır. Açıq danışın
- bizə və mövzuya yaxın olun!
«İMTAHAN»
“İmtahan” telelayihəsində böyüklər
məktəblilərin sualları əsasında
rəmzi olaraq imtahana çəkilirlər.
Bu verilişin məqsədi dövlət
məmurları, siyasətçilər, millət
vəkilləri, səfirlər, xalq artistləri,
ümumiyyətlə məşhur şəxsləri
məktəblilərə yaxınlaşdırmaq,
onlara uşaqları unutmamağı xatırlatmaqdır.
Qonaq sonda ən maraqlı sual
sahibini seçir və sualın müəllifinə
oxuduğu məktəbində, sinfindəcə
hədiyyə təqdim edir. “İmtahan”da
qonaqlara qiymət yazılmır. Çünki
bu verilişdə artıq qiymətini
alan məşhurlar imtahana çəkilirlər.
Veriliş ayda iki dəfə, cümə
günləri, saat 22:20-də efirdə
olur.
Müəllif:
Rəşad Cəfərov Aparıcı:
Orxan Hüseynli Rejissor:
Vahid Quliyev E-mail:
imtahan@itv.az
«ŞƏRQƏ
DOĞRU»
Günəş Şərqdən doğur. Şərq – ruhun
mənbəyi, Peyğəmbərin vətəni, mədəniyyətlərin
beşiyidir. Şərq-sirlər xəzinəsi,
arzular dünyası, xəyallar məskənidir.
Əlifba və kağız burada yaranmış,
elm və bilik buradan qaynaqlanmış,
şer və sənət bulağı buradan çağlanmışdır.
Biz günəşi qarşılamaq üçün Şərqə
doğru gedirik. Siz də bu nurdan
pay almaq istiyirsinizsə, İctimai
Televiziyada ” Şərqə doğru “ proqramını
izləməyi unutmayın.
Müəllif:
Natiq Rəhimov Rejissor:
Rəşad Fikrətoğlu
«VIRTUAL
RINQ»
“Virtual rinq” intellektual televiktorinasında
yaşından, sosial mövqeyindən aslı
olmayaraq biliyinə güvənən hər bir
kəs iştirak edə bilər.Televiktorinada
3 üzvdən ibarət 5 komanda iştirak
edir. Komandalar orta və ali təhsil
müəssisələrinin şagird və tələblərindən,
AMEA-nın elmi-tədqiqat institutlarının,
dövlət, biznes və qeyri-hökumət təşkilatlarının
əməkdaşlarından təşkil oluna bilər.
Yarışma 5 turdan ibarətdir. Hər turda
iştirakcılara 3 sual verilir. Düzgün
cavabın sayına görə nəticələr müəyyən
olunur.3 turdan sonra finala cixan
2 komanda müəyyən olunur. Əgər eyni
xal toplamış komandaların sayı 2 dən
çox olarsa, düzgün cavabı tapmaq ücün
kim az vaxt sərf edibsə o da qalib
sayılır.
Deməli bilik və məntiqlə yanaşı burda
həm də ceviklik tələb olunur.
Televiktorinada iştirak etmək üçün
www.virtual-rinq.az
saytında qeydiyyatdan keçmək lazımdır.
Aparıcı: Rühəngiz Mehmanqızı Rejissor: Vahid Quluyev E-mail: virtualrinq@itv.az
«SAĞLAM
OL»
Sağlam bədəndə sağlam ruh olar. Sağlam
ömür yaşamaq bizim hər birimizin arzusudur.
Bunun üçün isə hər zaman həkim məsləhətini
dinləməyə ehtiyac var. Sizi narahat
edən xəstəliklərdən qurtulmaq istəyirsiniz?
"Sağlam ol" verilişinin
qonaqları Azərbaycanın ən yaxşı həkimləridir
və onlar hər həftənin cümə günü 18:15-də
canlı efirdə Sizin xidmətinizdədir.
Aparıcı:
Vüqar Məmmədov Rejissor:
Vaqif Fərəcov Redaktor:
Aynur Əliyeva E-mail:
saglamol@itv.az
«BİOALƏM»
Həyatın darıxdırıcı axarından
qaçıb, yaşadığınız aləmi öyrənərək
dincəlmək istəyirsininizsə “BİOALƏM”
verilişinə baxın!
Azərbaycanın eləcə də dünyanın
müxtəlif yerlərinin təbiəti-
onun bitki və heyvanat aləminin
bir-birindən maraqlı rəngarəng
görüntüləri,
möcüzələri və sirləri, hər birimizə
zəruri olan təbiət bilgiləri,
yaşadığımız mühitin ekoloji
durumu və problemləri,
mütəxəssislərin və ekspertlərin
araşdırmaları, fikirləri və
məsləhətləri, müxtəlif rubrikalar
və sujetlər “Bioaləm” verilişində.
Hər həftənin bazar günü saat
17:15-də izləyə bilərsiniz.
Beləliklə təbiətlə bağlı suallarınıza
cavab tapmaq istəyirsinizsə,
“Bioaləm” verilişinə baxın!
Redaktor:
Kamil İsmayılov Rejissor:
Ruslan Hüseynov E-mail:
bioalem@itv.az
«TELEPORTRET»
“Teleportret” ayda bir dəfə efirə
gedir. Azərbaycanın görkəmli elm və
ictimai xadimləri, ziyalıların həyat
və yaradıcılığı əks olunur. Onların
Azərbaycan elmi üçün göstərdiyi çoxşaxəli
fəaliyyətləri öz əksini tapır. Verlişdə
qəhramanın yaxınları onun haqqında
təssüratlarını bölüşürlər.
Redaktorlar:
Eldar Sadıqov, Aytəkin Nəsirova Rejissor:
Rəşad Fikrətoğlu
«DİN
VƏ CƏMİYYƏT»
Könüllərə insaf, qəlblərə rəğbət,
düşüncəyə işıq bəxş edən müqəddəs
bir dinimiz var - İslam! Uca Tanrının
yaratdığı insanlara ən qiymətli hədiyyəsidir
- İslam və onun müqəddəs kitabı ”Qurani-Kərim”.
Həzrət Əli (ə) buyurub ki, gözəl söz
söyləmək sədəqədir. Əgər gözəl sözün
sehrinə düşmək istəyirsinizsə, hər
cümə saat 22:00-da efirə gedəcək ”Cümə
söhbəti” verilişini izləməyi unutmayın!
«SALAM
ƏSGƏR»
Silahlı Qüvvələrimizin müxtəlif
qoşun növlərindən reportajlar
hazırlamaqla kifayətlənməyən
“Salam Əsgər”in yaradıcı qrupu
döyüş bölgələrinə mütamadi səfərlər
edib, düşmənlə üzbəüz səngərlərdə
dayanan Azərbaycan əsgərinin
döyüş və mənəvi psixoloji hazırlığını
tamaşaçılara çatdırır.
Verlişin yaradıcı heyəti tariximizin,
qəhramanlarmızın təbliğatı ilə
yanaşı hərbiçilərmiz üçün maarifləndirici
mövzulara xüsusi diqqət yetirir.
Dünya ordularının silahlanmasında
istifadə edilən silahlar haqqında
“Silah və texnika” rubrikasında
ətraflı məlumat verilir.
Aparıcı:
Zaur Mahmudov Redaktor:
Pərviz Eldaroğlu Rejissor:
Vaqif Fərəczadə
«ADDIM-ADDIM»
Veriliş uşaq və yeniyetmələrin təlim-tərbiyəsinə
həsr olunur. Təlim və tərbiyədə problemlərlə
qarşılaşan valideynlərə psixoloji
məsləhətlər verilir.
Əgər uşağınız çətin tərbiyə olunandırsa,
hafizəsi zəifdirsə, oxumaq həvəsi
yoxdursa, həmyaşıdları ilə münasibət
yarada bilmirsə, utancaq və ya qorxaqdırsa
və ən əsası bacı-qardaşı ilə daim
mübahisə yaradırsa bizi izləyin!
Müəllif:
Ruhəngiz Mehmanqızı
7 oktyabr 2009
“Azərbaycan səhəri”- 06.00
Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən
şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.
2. “Yeni gün”-07.00.
Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin
birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri
çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci
saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu
müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər
dinləyəcəklər.
3. “Nahara qədər” – 10.10
2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı
məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi,
“İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz?
” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə
intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.
4. “Qorqud ata” – 12.00
TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası
ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının
“Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində
Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla
müzakirə ediləcək.
5.“Əyləncə saatı”- 13.10
Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki
saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri,
musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat
veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru)
keçiriləcək.
6. “İşgüzar zaman” – 15.10
Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri,
hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin
Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında
“Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?”
mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə
müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması
təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.
7. “Yol boyu” – 18.10- 20.00
Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli
veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin
birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq.
Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə
dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.
8. “Günün sonu”- 20.20 - 24.00
3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar
çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar
mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun
təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində
dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları
dinləyəcəklər.
Aparıcı: Dilqəm.
Hazırda İctimai radioda 4 departament
fəaliyyət göstərir: